Hüseynə ağlamaq (Sünni mənbələrdə)
İddia:
Əhməd b. İsrail rəvayət etdi:
"Əhməd b. Muhamməd b. Hənbəl'in, kitabında öz əl yazısı ilə belə yazdığını oxudum ki, Əsvəd b. Amir, əbu Abdu'r-Rahməndən; o, ər-Rubey b. Munzirdən; o da atasından (rəvayət edir ki), Hüseyn b. Əli, belə deyərdi:
"Kim bizə bir damla göz yaşı ağlarsa; və ya bizim üçün bir damla göz yaşı axıdarsa; Allah (azzə və cəllə), onu cənnətlə mükafatlandırar." ("Fədailu's-Səhabə", c. 2, s. 675; hədis no: 1154)
Tək bir damla göz yaşının belə, cənnəti qazandırması, yuxarıdakı rəvayətdən açıqca görülməkdədir.
Cavab:
Bu rəvayət, səhih deyildir. Çünki Əhməd b. İsrail, hicri 253-cü ildə dünyaya gəlmişdir. (bax: "Təzkiratu'l-Huffaz", c. 3, s. 868)
İmam Əhməd b. Hənbəl isə, hicri 241-ci ildə vəfat etmişdir.
Dolayısı ilə, bir qopuqluq vardır. Çünki Əhməd b. İsrail, imam Əhmədlə heç görüşməmişdir.
Əhməd b. İsrail'in, bu rəvayəti, imam Əhmədin hansı kitabından aldığını da bilmirik.
Daha əhəmiyyətlisi isə, budur ki, imam Əhmədin oğlu Abdullah, atası Əhmədin heç nəql etmədiyi, sadəcə onun kitablarında yer aldığı rəvayətləri nəql etməsinə baxmayaraq, bu rəvayəti heç nəql etməmişdir. Ancaq imam Əhmədin vəfatından sonra dünyaya gələn Əhməd b. İsrail, bu rəvayəti nəql etməkdədir və onun bu rəvayəti nəql etdiyi kitabın əslində, imam Əhmədin əl yazısı olduğuna dair bir qətilik də yoxdur.
Bu səbəblə, bu rəvayətin qaynağı, şübhəli; və dolayısı ilə güvənilməzdir.
