Huvə ismi
Bəzi alimlər, isimlərin şərhində, bu ismi zikr etmişlərdir. Bunu, Allahın isimlərindən bir isim saymışlardır. Aqlişi, belə deyir:
Bunun haqqında, bir əsər (hədis) gəlməmişdir. Ayrıca, ərəb dilindəki tam isimlərdən də deyildir. Əksinə, bu, arxasında bir cümləyə; əvvəlində də, özünü ifadə edəcək bir ismə möhtacdır. Yalnız bu şəklilə faydalı bir mənası olar. Çünki, "Huvə/O" deyib sussan, faydalı bir kəlam etmiş olmazsan. Ancaq, saflaşmış qəlb və uca məqalə (fikir) sahibi olan şəxslər nəzdində, bu kəlimə, zati isimlər kimi istifadə edilmişdir. "Ya Allah" dedikləri kimi; "Ya Hu" demişlərdir.
Mansur b. Abdullah deyir:
"Hə" - sabit bir mənaya; "Vav" isə - sifətlərinin həqiqi mahiyyəti hisslərlə idrak edilə bilməyənə işarətdir.
Daha əvvəl, bu xüsusda, əbu Bəkr b. Furek'in görüşü keçmişdi. O, belə deyirdi:
"Hə", boğazın ən alt tərəfindən çıxır. Bu da, hərflərin ilk məxrəcidir. "Vav" isə, dodaqdan çıxır. Bu da, hərflərin son məxrəc yeridir. (Bu Huvə sözü), sanki, hər şeyin 2 tərəfinə, başına və sonuna işarət kimi olmaqdadır.
Bəzi alimlər, belə demişlərdir:
Allah:
~ "Hu" sözü ilə - sirləri;
~ Digər isimlərilə də - qəlbləri
açandır.
Aqlişi isə, belə deyir:
Bunların hamısı, övliyanın (vəlilərin) işarətidir. Və o, alimlərin nəzər yolu ilə çatdıqları zahiri isim xaricindədir. Bu mənaları, tam bir saflıq və ixlasa çatınca əldə etmişlərdir.
(Qurtubi, "əl-Əsna fi Şərh-i Əsmaillahi'l-Husna və Sifətihi'l-Ulya")
