Hz.Ömərin "Təravih nə gözəl bir bidətdir'- sözünün izahı nədir?

Cabir b. Abdullah (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, o, belə demişdir:

Allah Rəsulu ( ﷺ ) xütbə oxuduğu zaman, səsi yüksələr və qəzəbi şiddətlənərdi. Sanki, o, düşmən ordusunu izləyən:

Şübhəsiz, düşmən sizə sabah basqın edəcək, axşam hücuma keçəcəkdir.' deyən gözətçi biri idi.

(Təhlükəyə qarşı xalqa xəbərdarlıq edər) və:

'Qiyamət günü ilə mən, bunlar kimi göndərildim.' deyərdi.

Belə deyərkən də, şəhadət barmağı ilə onun yanındakı orta barmağını birləşdirərdi. Sonra deyərdi ki:

Söylənilən sözlərin ən xeyirlisi, Allah Taala'nın kitabıdır.Yolların ən gözəli, Muhamməd'in yoludur.İşlərin ən pislərindən biri də,(Peyğəmbərdən sonra) ihdas edilən (dinə əlavə edilmək istənilən) əsli olmayan şeylərdir.Bidət (lərin çoxu), dəlalətdir. [1]

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: Bidətlərdən və mücadilədən uzaq qalmanın bəyanı babı, hədis no: 45

------------------------

İzahı:

Bidət: Keçmişdə nümunəsi olmadan edilən hər şeyə deyilir.

Şəriətdə isə, Allah Rəsulu ( ﷺ ) zamanında olmayan bir şeyi ihdas etməkdir (icad etməkdir, meydana çıxardmaqdır).

İmam Şafei (رضي الله عنه) demişdir ki, dini sahədə ihdas edilən şeylər 2 qisimdir:

1) Əgər Kitab, Sünnət və İcma'dan birisinə tərs düşərsə, zəmm edilən bidət (pis, pislənən bidət)'dir.

2) Bunlara zidd olmayan bir xeyirli işdirsə, o, məmduh bidət (gözəl və mədhə layiq bidət)'dir. (Kastalani, İrşadu's-Sari, c. 12, s. 227, Misir, h. 1306)

İmam Nəvəvi ( رحمه الله) belə deyir:

Hədis mətnində keçən:

'Hər bidət, dəlalətdir.' cümləsi, ümumi görülməklə bərabər, qəsd edilən məna ümumi deyildir. Bu cümlə:

'Bidətlərin çoxu dəlalətdir.' mənasındadır. Buna bənzər hədislər də eyni şəkildə izah edilir.

Hz.Ömər (رضي الله عنه) 'ın təravih namazı haqqında:

'Təravih, gözəl bidətdir.' sözü də, bu izahı dəstəkləyər.

Cümlənin başında istifadə edilən və ümumilik ifadə edən "kullun" (hər) kəliməsi, bu izaha mane deyildir. Çünki eyni kəlimənin istifadə edildiyi bəzi ayət və hədislər də təhsisli (bəzi şeylərə xas qılınmaqla) istifadə edilmişdir. Misal olaraq, Əhqaf surəsinin 25-ci ayəsində keçən:

---"تُدَمِّرُ كُلَّ شَيْءٍ بِاَمْرِ رَبِّهَا"---

"O əzab küləyi, hər şeyi -yəni bir çox şeyi- həlak edər."

cümləsində keçən "kullun" (hər) kəliməsi bu şəkildə izah edilir. Çünki Hud əleyhissəlam və möminlər, o küləkdən zərər görməmişdilər.

Bununla bərabər İmam Nəvəvi ( رحمه الله) belə deyir:

Alimlər demişlərdir ki, bidət bu 5 yerə bölünür:

1. Misal olaraq, dinsizlərə və bunlara bənzər qruplara qarşı kəlam əhlinin dəlilləri tənzim etmələri, vacib olan bidətlərdəndir.

2. Elmi kitabları təsnif etmək, mədrəsələr (məktəblər), kasıblar üçün yerlər və bənzəri müəssisələr açmaq, məndub olan bidətlərdəndir.

3. Məkruh və haram olan bidətlər, bəllidir.

"Təhzibu'l-Əsma və'l-Lüğat" adlı əsərimdə, bu mövzunu təfsilatlı və dəlilləri ilə bərabər zikr etmişəm.

---------------------

"Təravih, gözəl bidətdir." sözü haqqında, İmam Azam Əbu Hənifə (رضي الله عنه) 'yə sual verildiyində, o, belə deyir:

Təravih namazı, heç şübhəsiz, müəkkəd sünnətdir. Hz. Ömər (رضي الله عنه) , bu namazın camaatla və 20 rükət qılınmasını, öz şəxsi içtihadı ilə etmədiyi kimi, bir bidət olaraq da əmr etməmişdir. O, özünün bildiyi şər'i bir əsasa və Hz Muhammədin ( ﷺ ) bir vəsiyyətinə dayanaraq belə etmişdir. (Tahtavi, Haşiye, s. 334)

Read 8 times
In order to make a comment, please login or register