İbadətlərin Xülasəsi Namaz


İbadətlərin Xülasəsi: Namaz


Namaz Nədir, İnsan Üçün Nə Məna və Əhəmiyyəti Vardır?


Namaz, müəyyən vaxtlarda xüsusi hərəkət və oxunuşlarla yerinə yetirilən bir ibadətdir.


* Namaz, İslam`ın imandan sonra gələn ən mühüm əmridir; dinin dirəyi və Müsəlmanlığın təməl daşıdır. Namaz, imanın əlamətlərindəndir.


* Namaz, qul ilə Allah arasında yüksək bir nisbət, ülvi bir münasibət və sadə bir xidmətdir.


* Namaz, Allah'ın qüdrətini dərk edən və böyüklüyü qarşısında heyranlıq duyan insanın, bu hörmət və heyranlığını ən münasib söz və hərəkətlərlə dilə gətirməsidir. Yaxud da eyni hərəkətləri təkrarlamaq surətiylə bu hörmət və heyranlıq duyğularını qüvvətləndirməsidir.


* Namaz, qulun gündə 5 dəfə yaradan hüzuruna çıxması, divanında durması deməkdir. Bu uca divanda, arada heç bir vasitə olmadan hər cür dilək və ehtiyacını, qul, şəxsən Allah'a ərz edər, O`na sığınar, yalnız Ondan yardım diləyər. Beləcə Peyğəmbərimizin, Mi'rac'da gerçəkləşən Allah ilə mülakatı (söhbət) hadisəsi, namaz içində simvolik olaraq yaşanmış olar. Bu sirrə işarə üçün, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, "Namaz möminin me'racıdır" buyurmuşdur.


* Namaz məxluqatın bütün ibadət şəkillərini bir araya toplayan özlü bir ibadətdir.


Qur'an-ı Kərimin ifadəsinə görə, kainatdakı bütün məxluqat Allah Təalanı, davamlı olaraq zikr və təsbih etməkdədir:


"Elə bir şey yoxdur ki, Allah'ı təsbeh etməsin [Allah'ı zikr etməsin və Allah'a ibadət etməsin]. Lakin siz onların bu təsbeh [və ibadətlərini] anlaya bilməzsiniz." (əl-İsrâ: 44).


Yer üzündə insan xaricindəki canlılara baxdığımız zaman əsas olaraq üç şəkildə görərik:


Dik olaraq ayaq üstə dayananlar: Bitkilərin əksəriyyəti ilə iki ayaqlı heyvanlar kimi.


Yarı ayaq üstə, yəni, əyilmiş olaraq dayananlar: Dörd ayaqlı heyvanlar kimi.


Yerdə sürünənlər: Sürünən heyvanlarla bəzi bitki növləri kimi.


Bu saydığımız məxluqlar, yuxarıdakı ayənin ifadə etdiyi ibadətlərini, olduqları şəkilləriylə etməkdədirlər. Lakin insan oğlu namaz qıldığı zaman, bu məxluqların ayrı-ayrı olan ibadət şəkillərini namazı içində birləşdirməkdədir. Necə ki, namazın bir qisimi ayaq üstə (qiyam), bir qismi yarı ayaq üstə, əyilərək (rüku') və bir qisimi də yerdə (səcdə) edilməkdədir. Bu da göstərir ki, namaz, Allah'a ibadət şəkillərinin hamısını özündə toplayan ən mükəmməl ibadət halıdır.


Mələklər də, digər varlıqlar kimi, yalnız bir şəkil ilə Allah'a ibadət edərlər. Bu da yuxarıda qeyd etdiyimiz kimi, ya qiyam, ya rüku' və ya səcdə halında bir ibadətdir. İnsan isə yüksək yaradılışı zərurəti olaraq mələklərin ibadət şəkillərini də öz ibadəti içində birləşdirərək Allah'a qulluq vəzifəsini yerinə yetirməkdədir.


* Namaz, Allah'ın uca şanını və sonsuz qüdrətini tərənnüm edən ən gözəl şəkil və kəlmələrdən meydana gəlmişdir:


Namazın içində, təkbir, tövhid, təsbeh, mədhü səna, həmd, şükür, hörmət, təvazökarlıq, dua və niyaz, bütün möminlərə xeyir-dua, Peyğəmbərimizə salat ü salam yerləşməkdədir.


Qur'an oxumaq başlı başına bir ibadətdir. Namazda bir miqdar da Qur'an oxunmaqdadır.


Möminlərin bir-birləri ilə salâmlaşmaları ayrı bir ibadətdir. Namaz sonunda salam da vardır.


Yenə İslam`a görə təfəkkür böyük ibadətlərdən biridir. Camaatla qılınan namazlarda möminlər Allah'ın qüdrətini düşünmə imkanına sâhib olurlar.


Namaz içində yeməyi, içməyi tərk kimi oruca aid qadağalar olduğundan, namazda oruc da mövcuddur.


Namazın zəkat və həcc ilə də əlaqəsi vardır. Çünki namaz, bədənin və ömrün zəkatıdır. Namazda qibləyə dönülməsi isə, həccə bir işarə və nümunədir.


Göründüyü kimi, namaz, bütün cismani ibadətləri içinə almaqda, hamısına birdən xülasə və mündəricat olmaqdadır.


Namazın bu vəsflərinə, Süleyman Çələbi Mevlid'ində bu şəkildə işarə etmişdir:


"Sən ki, Mi`rac eyleyüb etdin niyaz,


Ümmətin mi'râcını qıldım namaz.


Hər qaçan kim bu namazı qılalar


Cümlə göy əhli savabın alalar.


Çünki hər cür ibadət bundadır,


Haqq`a kurbiyyətlə vüslət bundadır. "


Namaz Qılmağın Hökmü Nədir?


Namaz; Qur'an, Hədis və İcma' ilə sabit olan qəti bir fərzdir. Ağlı başında yetkinlik çağına girmiş olan hər bir müsəlman üçün, ədası lazım gələn çox yüksək bir vəzifədir. Bu mühüm fərz ibadəti yerinə yetirənlər, Allah Təâlâ'nın bir çox lütf və inayətlərinə qovuşarlar.


Namazın fərz olmasını inkar etmək, mömini dindən çıxarar. Ancaq fərz olduğunu inkar etmədən tənbəllikdən dolayı bu ibadəti etməyən kəslər isə, mənəvi yöndən böyük zərər və itkilərə uğrayarlar.


Qur'an-ı Kərimdə bir çox ayədə, möminlər namaz qılmaqla əmr edilmişlərdir (*). Namazın möminlər üzərinə qəti bir borc və vəzifə olduğunu isə, bu ayət-i kərimə bildirməkdədir:


"Şübhəsiz namaz, müəyyən olunmuş vaxtlarda möminlərə vacib olmuşdur." (ən-Nisa, 103).


Hədisi-Şərifdə isə, bu barədə belə buyurulur:


"Allah Təâlâ müsəlman olan hər kişi və qadına, gündə 5 vaxt namazı fərz etmişdir."


Namaz, Hicrətdən 18 ay əvvəl, Mirac gecəsində 5 vaxt olaraq fərz qılınmışdır. Mi'racdan əvvəl də Rəsûlullah Əfəndimiz və möminlər namaz qılardılar. Lakin qılınan bu namazlar, gündə (səhər-axşam olmaq üzrə) iki vaxtdan ibarət idi. Ayrıca da fərz deyil, məndub idi.


Namazın Bizə Təmin Etdiyi Faydalar Nələrdir?


Namaz bizə dünyəvi-üxrəvi, maddi-mənəvî bir çox faydalar təmin etməkdədir. Bu faydalardan bəziləri bunlardır:


1 - Gündə beş vaxt namaz qılan bir insan, daima Allah'ı xatırlayar və özünü hər an O`nun hüzurunda hiss edər. Bu isə, o insanın ağlında pis düşüncələrin daldalanmasına fürsət verməz. Versə belə çıxarıb atmasına səbəb olar. Onsuz da dünyada gördüyümüz hər pisliyin başı, Allah'ı unutmaq və Allah qorxusuna qəlbdə yer verməmək deyilmidir?


Dünyada insana Allah'ı unutduracaq, qəflətə salacaq bir çox şey vardır. İnsan yaradılışı etibarilə gecə-gündüz dünya məşğələləri içindədir. Belə kəsif bir məşğələ içində olan insana, əlbəttə hər an Allah'ı xatırladacaq bir şeyin olması (ortaya çıxması) lazımdır. Belə bir şey olmazsa, insan həm Allah'ı unudar, həm də ürəyində Allah qorxusuna yer verməz. Allah'ı unudunca da yalnız öz nəfsini, kefini, mənfəətini düşünən eqoist bir insan halına gələr. Haqq, hüquq, ədalətə riayət etməz. İnsanlar bu hala gəlincə, artıq ona nə qanun, nə polis, nə də jandarma təsir edə bilər. Fürsət tapdıqlarında qanuni olub olmadığına baxmadan hər arzu etdiklərini edərlər.


Məhz bunun üçündür ki, Allah Təâlâ, insanoğlunun qəlbinə ondan daima Allah'ı xatırladacaq və Ondan qorxudacaq bir gözətçi qoymuşdur. Bu gözətçi də Namazdır.


Namaz, insana Mövlâsını xatırladır. İnsan Mövlâsını xatırladıqca pisliklərə olan meyli qırılar. Ağıl, fikir, əl, ayaq, göz qulaq kimi bütün üzvlərini pisliklərdən çəkər. Başqasının malına, canına, ismət və namusuna göz dikməz.


Namazın bu xüsusiyyətinə Qur'an-Kərimdə bu şəkildə işarə olunmuşdur:


"Namaz qıl. Çünki namaz insanı fahşə və münkərdən, yəni, hər cür pis və çirkin işlərdən çəkindirər."(Ənkəbût 29/45)


Hədisi-Şərifdə də tərcümə olaraq:


"Namaz dinin dirəyidir. Kim namazını qılmağa davam etsə, dinini yıxılmaqdan qoruyur, mühafizə edər. Kim də onu tərk etsə, dinî həyatının dirəyini yıxar, dindarlığını mühafizə edə bilməz hala gələr" (bax. Acluni, Kəşful Hafa, 2/31; ayrıca bax.Tirmizi, İmân 8; İbni Mâcə, Fitən 12; Müsnəd, 5/231, 237; Hâkim, Müstədrək, 2/76)


buyurulmaq surətiylə, bu xüsus vəciz bir şəkildə bəyan edilmişdir .


Namazın insana Allah'ı necə xatırladıb onu hər cür pisliklərdən necə saxladığını bir az daha açıqlayaq:


Namazını davamlı qılan bir kimsə, səhər erkən qalxar, səhər namazını qılmaq və Allah'a olan borcunu ödəmək üçün, əvvəl dəstəmaz alır. İçini və xaricini təmizləyər. Qəlbində bir pislik varsa onu atar. Təmiz bir qəlb və təmiz bir vücudla Allah'ın divanına çıxar, hüzurunda durur, namazını qılar. Bundan sonra işinə gedər.


İş əsnasında xasiyyəti, əxlaqı, sözü söhbəti fərqli fərqli insanlarla qarşılaşar. Bunlardan yaxşı və pis bir çox söz eşidər, insan olması hesabıyla zaman zaman qəlbinə pis fikirlər gələr. Ehtiras, həsəd, kin, intiqam hisləri ilə dollar. Bunların bir qisminin tə'siri altında bir şeylər etməyə qərar verdiyi və etmək üçün hazırlığa da girişdiyi bir sırada, müəzzinin Allahu Əkbər deyərək günorta namazına çağırdığını eşidir. Məhz o zaman qəlbi kin və intiqam, ehtiras və həsəd ilə dolu olan insan, qəlbindəki bütün bu pis hissləri bir tərəfə ataraq namaza qaçar. Yenə təmiz bir qəlb və təmiz bir vücud ilə Allah'ın hüzuruna durur. Namaz onun köməyinə yetişmiş, hər hansı bir pislik işləməsinə fürsət vermədən Allah'ın hüzuruna çıxarmışdır.


Namazın bu köməyi ondan ikindi, axşam və yatsı vaxtlarında də yetişər.


Artıq o insan üçün, pislik etməyə və düşünməyə vaxt qalmamışdır. Beş vaxt namaz ona bu fürsəti verməz. Çünki bir vaxt namazının qəlbində buraxdığı təsir itib getmədən digər bir vaxtın namazı gəlib girər. Bu səbəblə namaz qılmaqda davamlı olan bir insanın qəlbində Allah sevgisi və qorxusu heç əskik olmaz. Belə bir qəlbdən də pislik sadır olması (ortaya çıxması) gözlənilə bilməz.


2 - Namaz, möminin gündəlik həyatını da nizamlayar. Gündə beş vaxt, müəyyən vaxtlarda Allah'ın hüzurunda olmaq zərurəti, insanı bəlli bir nizam və intizam içində yaşamağa sövq edər. İşlərini, namaz vaxtlarının hasil etdiyi zaman dilimlərinə görə tənzimləməyə məcbur edər. Belə nizamlı və intizamlı bir şəkildə edilən işlər isə, insanı həyatda hüzurlu və müvəffəqiyyətli edər.


3 - Hər namaz, sahibinə nəfsini mürakəbə (nəzarət), mühasibə və kontrol bacarığını də qazandırar. Tez-tez müdir və ya müfəttiş hüzuruna çağırılan bir məmur, necə vəzifəsində diqqətli davranar, işlərini müntəzəm bir surətdə davam etdirirsə, bunun kimi gündə ən az 5 dəfə Xaliqinin hüzuruna çıxan bir insan da, bütün işlərini xəta və yanlışlığa meydan verməyəcək şəkildə edər.


4 - Namaz qılan bir mö'min, qəlbən müstərihdir, ruhən qüvvətli, mənən güclüdür. Həyatı boyunca, vəzifəsini layiqincə yerinə yetirmiş olmanın hüzuru ilə yaşayar.


5 - Beş vaxt namazını qılan kimsəni, Cənnətinə qoyacağına dair Allah Təâlâ'nın vədi vardır (*). Yetər ki qılınan namazlar, sırf rıza-yi İlahi üçün olsun və ərkan və ədəbinə riayət edilərək əskiksiz edilsin.


"Cənnətin açarı namazdır" (Tabərani, əl-Mu'cəmü'l-Əvsat, 5/186, hədis no: 4361)


hədisi-şərifi, bu İlahi vədi tə'yid etməkdə, qüvvətləndirməkdədir.


Yanlış başa düşülməsin, bu ifadə, namaz qılmayan kimsə Cənnətə girə bilməz demək deyil. Allah istərsə, qulunun razı olduğu bir yaxşılığından və ya İslâmî bir xidmətindən dolayı, onun bütün günah və qüsurlarını, ibadət borclarını əfv edib Cənnətinə qoya bilər. Bu, tamamilə O`nun lütf və mərhəmətinə qalmış bir xüsusdur. Lakin namaz ibadətini məna və ruhuna uyğun şəkildə əskiksiz olaraq yerinə gətirənə isə, Allah, cənnətini vəd etmişdir. Vədindən dönmək O`nun şanına yaraşmaz.


6 - Gündə 5 vaxt namaz qılmaq, eyni zamanda kiçik günahlar üçün bir kəffarədir. Rəsul-i Əkrəm Əfəndimiz sallallahu aleyhi və səlləm, 5 vaxt namazı vaxtında qılan kimsəni, gündə 5 dəfə evinin önündən axan bir çaya girib yuyunan kimsəyə bənzədər və sonra belə buyurur:


"Gündə beş dəfə suda yuyunan kimsənin bədənində çirkdən və pasdan bir əsər qalarmı? Məhz namazını qılan, gündə beş vaxt Rəbbinin hüzurunda başını səcdəyə qoyub rəhmətinə iltica(sığınan) edən kimsə də belədir. Allah belə kimsələrin günahlarını əfv edər. İstərsə günahları köpüklər qədər çox olsun." (Buxârî, Məvâkît 6; Müslim, Məsacid 283)


Bir başqa Hədisdə də belə buyurulur:


"Namazını vaxtında qılan kimsənin iki namaz arasındakı kiçik günahlarını Allah Təala əfv edər." (Müslim, Təharət 14)


Namaz üçün dəstəmaz alan kimsə, dəstəmaz üzvlərini yuduqca, o üzvlərlə işlənən kiçik günahların suyla birlikdə yuyulub gedəcəyi də yenə rəvayətlərdə gəlmişdir.


7. Rüknlərinə və ədəbinə tam riayət edilərək qılınan beş vaxt namazın, qiyamət günündə sahibi üçün bir nur, höccət və dəlil olacağı və onu qəbirdə qaranlıqlardan və əzabdan və həşr məhkəməsində də hesabın çətinliklərindən qurtaracağı yenə Hadis-i Şəriflərin bəyanından aydın olmaqdadır. Bundan daha böyük bir lütf və ehsan olar mı?


8. Namazın dünyəvi və üxrəvi ən mühüm faydalarından biri də namaz qılan kimsənin bütün dünyəvi iş və çalışmalarının gözəl bir niyyətlə ibadət hökmünə keçməsidir. İnsan namazını qılaraq Allah'ın hüququnu yerinə yetirərsə, dolanışığını halal yerdən təmin etmək niyyəti ilə edəcəyi bütün cəhd və səyləri axirəti baxımından boş və faydasız bir dünyəvi cəhd olmaqdan çıxar, ibadət hökmünü alar. Artıq o insanın bütün ömrü, bir ibadət halı içində keçər. Heç bir səy və çalışması Allah qatında hədər olmaz, boşa getməz. Əgər o kimsənin dolanışığını təmin üçün çalışdığı iş, hər kəsin mənfəətini də maraqlandıran bir məşğələ isə, o şəxs etdiyi işin nəticəsindən istifadə edən ümum insanlar ədədincə də savabları qazanar.


Məhz bu böyük qazancın tək bir şərti vardır. O da fərz olan namazlarını qılmaq, ciddi bir bəhanə olmadan namazlarını gecikdirərək qəzaya buraxmamaqdır. Namaz qılan kimsənin bütün dünyəvi işlərinin ibadət hökmünə keçməsi sirri, insanda çalışmağa, insanlara faydalı olacaq xidmətlər etməyə qarşı ciddi bir şövq və həyəcan meydana gətirər. Bu səbəblə, insan qocalsa belə ailəsinin məişəti üçün çalışmaqdan, cəhd və fəaliyyət göstərməkdən geri dayanmaz. Tənbəlliyə düşməz. "Artıq qocaldım. Bir küncə çəkilib yalnız axirətimə çalışım." deyə düşünməz. İnsanlığa və ailə fərdlərinə daha faydalı olmaq üçün çalışar, səy göstərər. Çünki, bilər ki, namazlarını qıldığı üçün bütün dünyəvi işləri da ibadət hökmünü almaqdadır ...


 


Dünyəvi işlərimizi fani olmaqdan qurtarıb baqi meyvələr halına gəlməsini istəyiriksə, hər işimiz Allah'ın razılığına uyğun olması lazımdır. Bunun ölçüsü də etdiyimiz işlərdə əvvəlcə haramdan çəkinmək və mümkün qədər Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sünnəsini tətbiq etməkdir. Bu meyarlara tabe olduğumuz müddətcə edilən dünyəvi işlər də ibadət hökmünü alar.


Namazı Tərk Etməyin Zərərləri Nələrdir?


Namaz qılmağı tərk edən kimsə yuxarıda saydığımız fayda və mənfəətləri itirməklə birlikdə, dünya və axirətdə böyük bir zərər və ziyana da düçar olar.


Bir hədisi-şərifin bəyanına görə axirətdə qulun ilk baxılacaq əməli, namazı olacaqdır. Əgər namazları tamam olarsa o qulun hesabı asan görüləcək, bəzi günah və qüsurları da əfv və müsamihə (xoş görü) ilə qarşılanacaq. Namazında bir nöqsanlıq olduğu təqdirdə isə hesabı çətin və incə olacaqdır. Bu şəkildə incə bir hesaba çəkiliş isə, insanı həlaka götürəcəkdir.


Bu səbəblə şüurlu dindarlar, namazlarını mümkün dərəcədə əskiksiz yerinə yetirməyə çalışırlar. Əgər qıla bilmədikləri namazları varsa, onları da gecikdirmədən qəza etməyə, beləcə namaz borcundan xilas olmuş olaraq Allah hüzuruna çıxmağa səy göstərərlər.


"Tənbîhü'l-Qafilin" adındakı kitabda namaz qılmamağın zərərlərini bəyan mahiyyətində belə bir mənəvî təmsil rəvayət edilir:


"Xəsis və şərli bir adam bir gün Şeytanla qarşılaşar və ondan soruşar:


"Ey İblis, mən də sənin kimi olmaq istəyirəm, nə edim?"


İblis bu qarşılığı verər:


"Kimsə indiyə qədər mənə qibtə edib də mənim kimi olmağı arzulamadı. Əgər mənim kimi olmağı hökmən ağılına qoydunsa, iki şeyi tərk edəcəksən; bu, İblis kimi olmağına kifayət edəcəkdir. Tərk edəcəyin şeylərdən biri namaz; digəri də doğru anddır."


Rəvayətdə vardır ki, küçələri gəzən mələklərlə şeytanlar evlərin qapısına gəlib iddiaya girirlər. Mələklər deyirlər ki:


"Bu evə biz girəcəyik. Şeytanların işi yoxdur."


Şeytanlar deyirlər ki:


"Bu evə biz girəcəyik, mələklərin işi yoxdur."


Münaqişə davam edərkən azan oxunar, münaqişə da dayanar. Çünki azanla birlikdə evdə namaz hazırlığı görünsə şeytanlar ümidi kəsər, evdən içəri mələklər girər. Namaz hazırlığı görülməz, evdə namaz qılan olmazsa, şeytanlar ümidlənər, mələklər oradan çəkilirlər.


Onun üçün köhnələr deyərlər ki:


"Namaz qılınmayan ev, şeytan uğrağı (tez-tez gəldiyi); namaz qılınan ev isə, mələk yuvasıdır."


Namazı Tərk Edənlərin İrəli Sürdükləri Bəzi Bəhanələr:


Maddi və mənəvî, dünyəvi və üxrəvi bir çox faydaları olan namaz kimi ülvi bir ibadət və külli bir xeyrə, bəzi müsəlmanların bir sıra bəhanələr irəli sürərək yaxınlaşmadıqları, ehmal və lâqedlik göstərdikləri görülməkdədir.


İrəli sürülən başlıca səbəb və bəhanələr bunlardır:


1 - Namazın, sadəcə qocalınca ediləcək bir vəzifə olduğu; gəncliyin dünyaya çalışmaq, qocalığın isə axirətə yönəlmək çağı olduğu düşüncəsi,


2 - Dünyəvi məşğuliyyətlərin çoxluğunun namaza vaxt buraxmadığı fikri,


3 - Gündə 5 vaxt namaz qılmağın, bitmədiyindən insana usanc və bezginlik verəcəyi anlayışı ...


Əslində bu fikir və düşüncələr, sağlam bir təmələ dayanmayan, yalnız və yalnız nəfsin tənbəlliyindənŞeytanın təlqinvəsvəsələrindən irəli gələn əsassız bəhanələrdir. İndi, bu bəhanələri sıra ilə müzakirə edək:


1 - Namazın qocalıqda ediləcək bir məşğuliyyət olaraq görülməsi, insanları namaz qılmaqdan saxlayan geniş yayılmış bir düşüncədir, lakin son dərəcə səhvdir. Çünki hər şeydən əvvəl namaz, uşaqlıqdan çıxıb yetkinlik çağına girdiyi andan etibarən, ölüncəyə qədər insan üzərinə fərzdir. Bu fərziyyənin gənclik, orta yaşlılıq və qocalıq hallarıyla bir əlaqəsi yoxdur. Qılınmayan hər vaxt namazı, qulun boynunda borc olaraq qalar. Axirətdə əzaba məruz qalmamaq üçün, ölmədən əvvəl bu borcu qurtarmaq, qılına bilməyən namazları qəza etmək şərtdir.


Gəncliyində namaz qılmayıb qocalığında qılmağa başlayan kimsənin, bir çox namaz yükü, ibadət borcu var deməkdir. Qoca halında bütün o borcları qəza etməyə nə dərəcə müvəffəq olacağı isə şübhəlilər. Qəza etsə belə, yenə də tamamilə xilas olmuş olmayacaq, namazlarını vaxtında qılmamağın məsuliyyətini üzərində daşımağa davam edəcəkdir.


Demək namaza qocalıqda başlamaq düşüncəsi, nəfsin bir oyunundan, Şeytanın bir hiyləsindən başqa bir şey deyil ...


Digər tərəfdən insanın qocalıq vaxtına qədər yaşayacağına dair əlində heç bir zəmanəti də yoxdur. Hər vaxt ölüm gəlib qapısını döyə bilər, həyatına xitam verə bilər. İnsanın sabaha belə sağ çıxacağına dair, heç bir sənədi, zəmanəti yoxdur.


Buna görə də, namazları qocalınca qılma düşüncəsi, bu baxımdan da boş bir xəyal, əsassız bir fikirdir. Qaldı ki gənclikdə qılınan namazlar ilə qocalıqda qılınanlar, heç bir zaman bir olmaz. İnsanın bütün duyğu və hissləri ilə dünyaya bağlı olduğu gənclik illərində nəfsiylə mübarizə edərək etdiyi ibadətlər, Allah qatında son dərəcə qiymətli və dəyərlidir. Qocalıq halında isə, insanın dünyaya meyli onsuz da qalmamış, ölümü daha yaxından hiss etməyə başlamışdır. Deyilə bilər ki, nəfsi belə artıq namaz və ibadətə razı olar vəziyyətə gəlmişdir.


Belə bir psixoloji hal içində edilən ibadət, əlbəttə gənc olarkən, nəfsin pis hiss və duyğuları ilə mübarizə apararaq edilən ibadətə bərabər ola bilməz. Bunun üçündür ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, gənc ikən edilən ibadətin qocalıqda ediləndən daha məqbul olduğuna, bir hədisi-şəriflərində işarə buyurmuşlardır.


Digər bir hədisi-şəriflərində də belə buyurmuşlardır:


"Ən xeyirli gənc odur ki, qoca kimi ölümü düşünüb axirətinə çalışaraq gənclik həvəslərinə əsir olmayıb qəflətdə boğulmayandır."


Göründüyü kimi gənclərin də qocalar kimi ölümü düşünüb axirətlərinə ciddi çalışmaları, namaz və digər ibadətləri əskiksiz yerinə yetirmələri lazımdır.


2. Dünya məşğuliyyətlərinin çoxluğunun isə, namaz qılmağa mane olan tərəfi yoxdur. Çünki Cənabi-Haqq hər gün bizə 24 saatlıq bir həyatı vermişdir. Bizdən buna müqabil bir saatlıq bir zamanı, özünə ibadət üçün istəməkdədir. Bəli, beş vaxt namaz, dəstəmaz də daxil olmaqla, insanın ən çox bir saatını işğal edər. İyirmi dörd saatın 23 saatını dünyaya sərf edərkən, bir saatını də, yenə özümüzün həm dünya, həm də axirət səadətimizə vəsilə olan namazın ədası üçün xərcləməmək hansı məntiq və hansı ağılla qəbul edilə bilər? Ən sadə, boş və mənasız ehtiyaclara vaxt ayrılarkən belə ən ülvi bir ibadəti etməməyə "zamanın yoxluğunu" səbəb göstərmək, ancaq və ancaq nəfs və şeytanın təlqinlərinə boyun əyməkdir.


3. Namazın, hər gün təkrarlandığından bezdirici və usandırıcı olduğu düşüncəsinə gəlincə, bu da nəfsin tənbəlliyinin bir bəhanəsidir. Çünki hər gün yemək yeyib su içən insan, bunların təkrarından usanmır, əksinə ləzzət duyur. Buna görə də ruhun qidası, qəlbin abi-həyatı olan namazın təkrarından da, ruhu ölməmiş, qəlbi sönməmiş bir insanın usanması söz mövzusu ola bilməz.


Şeytan bu mümkün olabilən mənfi təlqinləri daha çox namaza yeni başlama vəziyyətində olanlara etməkdədir. Namaza davam edib onun mənəvî feyz və bərəkətinə nail olanlar, bu kimi bəhanələrin yersizliyini onsuz da idrak etmişlər.


Məşhurdur, adamın biri oğluna:


"Övladım, qırx gün namaz qıl, bax, bir daha buraxabiləcəkmisən?" demiş. Oğlu da atasına:


"Ata, sən də qırx gün qılma, bak, bir daha başlaya biləcəkmisən?" deyə cavab vermiş.


Demək ki, bu kimi əsassız bəhanələr, daim nəfs və şeytanın təlqin və vəsvəsələrindən ibarətdir. Nəfslə davamlı mübarizə edərək insanın bu təlqinləri məğlub etməsi lazımdır. Əks təqdirdə bir su kimi əldən axıb gedən ömür sərmayəsi, bir rüzgâr kimi uçub gedən həyat neməti; hüsranla və imtahanı itirmiş olmanın iztirabiylə nəticələnər.


Qur'an'da bir çox yerdə qəti əmr olunan namazı mütləq əda etməmiz, əldə olmayan səbəblərlə qılamamışsaq mütləq qəza etməmiz lazımdır. Beləcə ən mühüm bir qulluq borcumuzu və insanlıq vəcibəmizi yerinə yetirmiş, mənəvî məs'uliyyətdən qurtulmuş olarıq.


Cənabi-Haqq hamımıza bu küllü xeyiri yerinə yetirməkdə əzmkarlıq, davam və iradə qüvvəsi versin. Amin! ..

Read 5.883 times
In order to make a comment, please login or register