İbn Ərəbi, "Vəlilik Peyğəmbərlikdən daha böyükdür" demişdir?

İbn Ərəbinin, açıqca vəlayətin risalətdən üstün olduğunu söylədiyinə dair bir ifadəsinə rast gələ bilmədik. Fususda bu mövzunu işlərkən hatmul-vəlayətin Hz. Əbu Bəkir (r.ə.) və Hz. Ömər(r.ə.)dan üstün olduğunu söyləmişdir.

 

Ancaq İbn Ərəbiyə görə, vəlayət iki növdür: Birincisi, ümumi vəlayətdir ki, peyğəmbərlərin vəlayətidir.  İkincisi isə, xüsusi vəlayətdir ki, peyğəmbər olmayanların vəlayətidir.

 

Hər şeyin sonu olduğu kimi, vəlayətin də sonu olar.  "Hatmul-vəlayət = vəlayətin sonu/son vəli" də ikiyə ayrılar. Ümumi vəlayətin sonuncusu, xüsusi vəlayətin sonuncusu:  Ona görə, axır zamanda gələcək Hatmul-evliya, Hz. İsadır. Bir peyğəmbər olmasına baxmayaraq, ahirzamanda bu ümmətin ümumi vəlayətini sona çatdırar. Artıq peyğəmbər olaraq deyil, bu ümmətin bir vəlisi olaraq gələcək və İslam şəriəti ilə əməl edəcək.

 

Bunun xaricində ayrıca xüsusi vəlayəti sona çatdıracaq bir hatmu'l-evliya olacaq.

 

İbn Ərəbinin Hz. Əbu Bəkir və Hz. Ömərdən üstün olduğunu söylədiyi hatmu'l-vəlayət Hz. İsadır. Bu fərqi fərq etmədiyi üçün, İbn Teymiyyə, İbn Ərəbini çox sərt tənqid etmişdir. (bx. Suad əl-Hakim, İbn Ərəbi lüğəti-Çevirən Əkrəm Dəmirli-, s. 682)

 

Hətta bəzən bu son vəlayəti dördə çıxarar. Hz. Məhəmməd (s.ə.s.) peyğəmbərlərin sonuncusu olduğu kimi, mənəvi olaraq vəlilərin də sonuncusudur. Çünki, davam edən vəlilik də o müqəddəs qaynaqdan alınmaqdadır. Bunun üçün Məhəmmədi (s.ə.s.) vəlayətlər dörd növdür.

 

a. Hz. Əli də xilafət vəlayətinin sonuncusudur. Raşit xəlifələrin sonuncusudur. Buna xatəmi kəbir deyilir.

 

b. Məhəmmədi vəlayətin ikincisi, axır zamanda gələcək Hz. Mehdinin vəlayətidir. Buna xatəmi sağar deyilir.

 

c. Bir də -xəttəmi asğar- vardır ki, xilafətə makrun olmayan vəlayətdir ki, İbn Ərəbi özünü bu mövqedə görməkdədir.

 

d. Məhəmmədi vəlayətin dördüncüsü Xatəmi Əkbərdir ki, Hz. İsanın vəlayətidir. (bx. Şeyx Mekki Əfəndi, Şeyx Neyli  Əfəndi, İbn Ərəbi Müdafiəsi, s. 47)

 

Bu təqdimatdan da aydın olur ki, İbn Ərəbinin terminologiyası çox fərqli və genişdir.

 

İbn Ərəbinin terminologiyasına vəqf olmayanların onun əsərlərini səhv anlamaları qaçınılmazdır. Necə ki özü də "Bizdən olmayan kəslərin əsərlərimizi oxumaları caiz deyil." demişdir.

Read 6.041 times
In order to make a comment, please login or register