İbnul-Cevzidən ibrətli dərslər

Gənclik çağlarımın başlarında, mütəmadi namaz qılmaq və oruc tutmaqla, mənə zahidlərin yoluna girmək ilham edilmişdi.

Mənə yalnız qalmaq sevdirildi. Özümdə xoş və təmiz bir qəlb hiss edirdim. Bəsirət gözüm çox kəskin olmuşdu. İbadət xaricində keçən hər ana üzülür və ibadət etmək üçün, vaxtın hər anını dəyərləndirməyə səy göstərirdim. Məndə bir növ ünsiyət, ruh rahatlığı və münacat (dua) vardı.

Bu hal elə bir şəkildə ilərlədi ki, dövlət vəzifəlilərindən biri, mənim sözlərimi gözəl görməyə başladı və məni öz yanına meyl etdirdi. Təbiətim də ona meyl etdi. Beləcə mən, bu "ruh şirinliyi"ni itirdim.

Sonra başqa biri də məni özünə çəkmək istədi. Mən isə, şübhələrdən dolayı, onunla iç-içə olmaqdan və yeməyində olmaqdan çəkinirdim. 

Sonra mənə təvil etmə yolu gəldi. Mən də mübah olan şeylərdə, rahat davranmağa başladım və tapmış olduğum qəlb nuru və rahatı itdi. İnsanlarla iç-içə olmaq, bütün nur yox olan qədər, qəlbimdə qaranlığı bərabərində gətirdi.

İtirdiyim şeylərə olan həsrətim, məclisdəkilərin də narahat olmaqlarını nəticə verdi. Beləcə məclisdəkilər tövbə edir və islah olurlardı. Mən isə, özümlə halım arasındakı şeylə, müflis olaraq çıxırdım.

Xəstəliyimdən qaynaqlanan fəryadlarım çoxaldı və nəfsimi müalicə etməkdən aciz qaldım. Salehlərin qəbirlərinə sığındım və islah olmağım üçün təvəssül etdim. 

Bundan sonra, mən istəməməyimə rəğmən, Mövlamın ehsanı, məni xəlvətə cəzb etdi. Məndən qaçıb getdikdən sonra, qəlbim mənə geri verildi. Mənə (əvvəl) tərcih etmiş olduğum şeyin (mübah şeylərdə rahat davranmağın) qüsurunu göstərdi.

Və qəflətimin xəstəliyindən oyandım! Xəlvət halında dua etdiyim əsnada belə dedim:

"Ağam, necə Sənə şükr etməyə güc yetirim və hansı dil ilə Səni tərifləmək üçün danışım? Çünki Sən, məni qəflətim üzərinə cəzalandırmadın. Məni yuxumdan oyandırdın. Təbiətimin istəməməsinə rəğmən, Sən, mənim bu halımı düzəltdin. 

• Məndən çəkilib alınan şey, mənə nə qədər də kar gətirdi. Çünki onun meyvəsi, Sənə yönəlmək oldu!

• İzdiham arasında olmağım, nə qədər də çox şey qazandırdı mənə. Çünki onun meyvəsi, Səninlə baş-başa qalıb Sənə yönəlməyim oldu. 

• Mənə nə böyük zənginlik oldu. Çünki məni, Özünə möhtac etdin. 

• Ünsiyyətim nə əcaib imiş... Çünki məni, insanların arasından çəkib yalnız etdin. 

Sənə xidmət etmək xaricində keçib zay olan zamana təəssüflər olsun! Sənə ibadət etmək xaricində keçən vaxta hüzünlər olsun!

Fəcr vaxdı oyandığımda, gecə uzun-uzun yatmağım, mənə əzab vermirdi. Gündüz vaxtı bitdiyində, o günün keçib zay olması da, məni narahat etmirdi. 

Bunları hiss etməməyimin səbəbinin, xəstəliyimin qüvvətli olduğundan olduğunu bilməmişdim. İndi isə, "sağlamlığın küləkləri" əsməyə başlamışdı. Beləcə mən, ağrını hiss etdim və səhhətin gəldiyi nəticəsini çıxardım. 

Ey nemətləndirməsi böyük olan, mənim üçün sağlamlığımı tamamla!

Nə qədər əxlaqsızlıq etdiyini, yalnız oyandığında öyrənən əyyaşa, veyl olsun! Yamağı çətin olan şeyin tikişlərini sökdüm. Zay olub gedən mallara, uzun müddət şimaldan gələn dalğalarda yorulan, sonra yuxusuna məğlub düşüb ilk məkanına geri dönən dənizciyə nə yazıq..."

Ey tahlitdən (həm xeyir, həm də şər əməl işləməkdən) çəkindirdiyim kimsə! Şübhəsiz ki, mən, hər nə qədər fellərimlə nəfsimə xəyanət etmiş olsam da, söz ilə qardaşlarıma nəsihət edən biriyəm. 

Qardaşlarım! Fəsadından əmin olunmayan şeylərdə, müsamahakar (xoş görü ilə) davranmaqdan çəkinin!

Şübhəsiz şeytan, ilk mərhələdə, mübahı süsləyər. Sonrasında isə, günah işləməyə sövq edər. Siz nəticələrə göz atın və vəziyyəti anlayın. 

Şeytan neçə dəfə sizə saleh bir məqsədi göstərmişdir də, o məqsədə gedən yolda bir növ Allaha müxalifət etmək vardır. Bu hal içində diqqətli olmaq, kifayət edəcəkdir. Şeytan, atanız Adəmə belə etmişdi:

"---...هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَىٰ---"

"...Ey Adəm, sənə əbədilik ağacını və sonsuz bir mülkü göstərim mi?" (Taha/120)

Adəm (əleyhissəlam) ancaq məqsədi düşünmüşdü, o da əbədilikdi. Ancaq o, yolda ikən yanıldı. Bax bu, iblisin, özü ilə alimləri ovladığı ən əcaib hiləsidir; maslahatların (faydaların) nəticələrini təvil edərlər və fasid şeylərin zərərində tələsərlər.

Bunun nümunəsi:

İblis, alimə belə deyər:

"Bu zalım adamın yanına gir də, məzlum haqqında vəsilə olasan." 

(Burda ibn Cevzi, alimləri, məzlumlara kömək etmək üçün zalım vəzifəlilərlə bir araya gəlməyə işarət edir.)

Zalımın yanına girən kimsə, münkərləri görməkdə tələsir və dini sarsılır. Bəzən bu alim, elə bir tələyə düşür ki, bu tələdən dolayı, o zalımdan daha zalım olur.

Dininə güvənməyən kimsə, tələlərdən uzaq olsun, çünki onlar gizlidirlər. Xüsusilə də, mərufun (yaxşılıqların) ölüb, münkərin (pisliklərin) yaşadığı və elm əhlinin, idarəçilərə hər hansı bir təsirlərinin qalmadığı bir zamanda...

Hər kim bu idarəçilərin yanına girsə, onlarla bərabər caiz olmayan şeylərə də girər. İçlərində olduqları şeydən, onları çəkməyə də gücü çatmaz. Üstəlik, idarəçilər üçün vilayətlərdə çalışan alimlərin halını düşünən kimsə, onların elmin faydasından ayrı qaldıqlarını, eynilə zabitlər kimi olduqlarını mütləq görəcək.

İnsanlara qarşı uzlətə (yalnızlığa) çəkilməkdən və (insanlarla, əmirlərlə) iç-içə olmağa dair hər cür xarab təvildən üz çevirməkdən başqa çarə yoxdur. 

Mənim sadəcə özümə fayda verməyim, özümə zərər verib başqalarına fayda verməyimdən daha xeyirlidir.

Təvillərin hilələrindən və fətvaların xarablıqlarından, heç şübhəsiz, çəkinilməsi lazımdır. Uzlətin gərəkdirdiyi şeylərə, şübhəsiz, səbr etmək lazımdır.

Çünki əgər sən, Mövlan ilə baş-başa qalarsansa, sənə Onun mərifət qapısı açılar. 

Beləcə hər çətin asan, hər ağrı dadlı və xoş olar, hər istəniləni də əldə etmiş olarsan.

Ehsanı ilə müvəffəq qılacaq olan Allahdır, güc və qüvvət Onunladır.

(İbn Cevzi, "Saydu'l-Xatir" əsərindən, s. 170-174)

Read 10 times
In order to make a comment, please login or register