İbrahim 24-25-26-cı ayələrin təfsiri
أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ
•
تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
•
وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍ
"Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz, kökü sabit; budağı isə, göydə olan gözəl bir ağac kimidir." (İbrahim/24)
"O ağac, Rəbbinin izni ilə, öz bəhrəsini hər zaman verir. Allah, insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar." (İbrahim/25)
"Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir." (İbrahim/26)
---------------------------
Təfsiri:
Bil ki: Haqq Taala, bədbəxtlərin halları ilə səid (xoşbəxt) qullarının hallarını açıqlayınca (bax: İbrahim/22-23), hər 2 topluluğa aid hökmün halını bəyan edən bir misal zikr etdi. Bax bu da, gətirilmiş bu məsəllərdir.
Ayə ilə bağlı bir neçə məsələ vardır:
• Birinci məsələ:
Bil ki, Haqq Taala, 4 sifətlə vəsflənmiş olan bir ağac zikr etmiş; sonra da, gözəl sözü, bu ağaca bənzətmişdir.
~ Birinci sifət: bu ağacın "tayyib" (yəni, gözəl) olmasıdır.
Bu isə bir neçə mənaya gələ bilər:
1. Ağacın görünüşünün və şəklinin gözəl olması;
2. Qoxusunun gözəl olması;
3. Meyvəsinin gözəl olması. Yəni, ondan əldə edilən meyvələrin, son dərəcə ləzzətli və xoş olması.
4. Bu ağacın, fayda cəhətindən gözəl olması. Yəni, meyvələrinin yeyilməsindən necə ləzzət və dad alınırsa; eyni şəkildə, ağacın özündən də çox faydalanılması...
Ayədəki "şəcəratun tayyibətun / gözəl ağac" təbirini, bütün bu izahlara, birlikdə həml etmək lazımdır. Çünki, bu xüsusların birlikdə olması, ləzzətin də mükəmməl olmasını təmin edər.
~ İkinci sifət: "əsluhə sabitun / kökü sabit" ifadəsidir.
Bu, "kökü sağlamlaşmış; davamlı; sökülməkdən, yıxılmaqdan və yox olmaqdan əmin" deməkdir. Bu, belədir. Çünki, boş olan hər şey, yıxılma və sonlanma halında olarsa, onu əldə etməkdən dolayı bir səadət hasil olsa belə; həmişə yox olub sonlanacaq deyə qorxulması səbəbilə meydana gələcək olan hüzn, son dərəcə böyük olur. Ancaq, halından, onun, davamlı; daim; yıxılmaz; və sonlanmaz olduğu bilinincə, onu əldə etməkdən duyulan sevinc, son dərəcə böyük; onu tapmaqdan dolayı duyulan sevinc də, son dərəcə mükəmməl olur.
~ Üçüncü sifət: ayədəki "və fəruhə fi's-səmə / budağı səmada" ifadəsidir.
Bu sifət, o ağacın halının, bu 2 yöndən mükəmməl olduğunu göstərir:
a. Ağacın budaqlarının yüksəldiyi və boy atmaqdakı gücü, kökünün sağlamlığına və torpaq altındakı köklərinin sabitliyinə dəlalət edir.
b. Nə vaxt ki ağacın boyu yüksək və çox boylu olsa, yer üzündəki pisliklərdən və evlərin zibil və artıqlarından uzaq olar. O vaxt da, onun meyvələri, bütün kirlərdən (ləkələrdən) təmizlənmiş, son dərəcə gözəl və xoş olur.
~ Dördüncü sifət: ayədəki "tu'ti ukuləhə kullə hinin bi izni Rabbihə / Rəbbinin iznilə, bəhrəsini, hər zaman verir" ifadəsidir.
Bundan murad isə, budur: Haqqında bəhs edilən ağac, bu sifətlə müttəsif (vəsf edilmiş)'dir. Bu sifət də, onun meyvələrinin daim və hər zaman mövcud olması, meyvələri bəzən tapılan, bəzən də tapılmayan digər ağaclar kimi olmamasıdır.
Bax, Allah Taala'nın, bu kərim kitabda bəhs etdiyi ağacın izahı, budur. Qəti olaraq bilinir ki, belə bir ağacı əldə etmə arzusu, son dərəcə böyük olur. Ağıllı olan bir kimsənin, onu əldə etmə və ona sahib olma imkanı olduğunda, ondan qafil olması və onu əldə etmə xüsusunda tənbəllik göstərməsi, mümkün deyildir.
Not: Dəyərli oxuyucu! Bu 4 sifətdəki sıra, ayənin ərəbcəsində, məhz bu şəkildədir. Tərcümədə isə, yerlər dəyişilib.
------------------------------
Bunu yaxşıca fəhm etdiyin vaxt, biz deyirik ki:
Mərifətullah (Allahı tanımaq) və muhabbətullah (Allah sevgisi)'nə, Allaha xidmətə, Ona itaətə dalmaq, bu 4 sifət cəhətindən, bu ağaca bənzəməkdədir:
~ Birinci sifət: "ağacın gözəl olması"dır ki, bu, gerçəkləşmişdir. Hətta, biz deyirik ki, həqiqətdə gözəl və ləziz olan, mərifətullahdır. Çünki, müəyyən bir meyvəni əldə etməklə (yəni, yeməklə) meydana gələn ləzzət, artıq meydana gəlmişdir. Çünki, bu meyvəni yemək, bədənin quruluşuna uyğun bir şeydir. Bax bu uyğunluq və münasibətin bəhs mövzusu olmasından dolayı, bu böyük ləzzət meydana gəlmişdir. Bəri tərəfdə isə, natiq (danışan) nəfs və qüdsi ruh cövhərinə uyğun düşən şey, ancaq, mərifətullah, muhabbətullah və bunlardan da hüzur və itminən (tətmin olma, doyma)'ğa dalmaqdır. Beləcə, bu mərifətin, həqiqətən ləziz olması lazım gəlmişdir. Hətta deyirik ki, meyvəni yeməkdən dolayı alınan ləzzətin, nəfs cövhərinin (yəni, ruhun), mərifətullah ilə aydınlanmasından əldə edilən ləzzətdən, çox dəyərsiz olması lazımdır. Bu fərq isə, bir neçə yöndən izah edilə bilər:
1. Birinci izah: Maddi olaraq hiss və idrak edilən şeylər, ancaq, hiss edənin, hiss olunan şeyin səthilə təmas etməsi nəticəsində idrak edilirlər. Ancaq, "Hiss edilənin cövhəri, hiss edənin cövhərinə nüfuz etmişdir." deyilməsinə gəlincə, hal, belə deyildir. Çünki, cisimlərin bir-birilərinə hülul etmələri, imkansızdır. Bəri tərəfə gəlincə, mərifətullah, mərifətullahın nuru və bununla aydınlanma, nəfs cövhərinə (ruha) sirayət edər və onunla birləşər. Sanki, nəfs, bu aydınlanma hasil olduğu zaman, bu aydınlanmanın olmasından, əvvəlki nəfsdən başqa bir nəfs halına gələr. Bax, bu 2 hal arasında mövcud olan çox böyük bir fərqdir.
2. İkinci izah: Yeyilən meyvədən hiss edilən ləzzətdə olan şey, bir dadma qüvvətidir. Hiss olunan, idrak edilən şey isə, müəyyən bir daddır. Bəri tərəfdə isə, idrak edən, hiss edən şey, qüdsi nəfs cövhəridir. Bu nəfs (ruh) ilə bilinən və hiss edilən şey də, Allah Taala'nın Zatı, Onun cəlal və kərəm sifətləridir. Bundan dolayı, bu 2 ləzzətdən, birinin digərinə nisbətlə halı, idrak edilən bu 2 şeydən birinin digərinə nisbətlə halı kimidir.
3. Üçüncü izah: Gözəl bir meyvəni yeməkdən meydana gələn ləzzətlər, meydana gələr-gəlməz, dərhal yox olurlar. Çünki ləzzət elə bir şeydir ki, tez itir və sürətlə dəyişir. Haqq Taala'nın, kamal və cəlalına gəlincə, bunların dəyişməsi və dəyişikliyə uğraması, imkansızdır. Nəfs cövhərinin bu səadəti qəbul etmə qabiliyyətinin dəyişməsi də, imkansızdır. Bundan dolayı, bu cəhətdən də, 2 hal arasında böyük bir fərq olduğu ortaya çıxmışdır. Bil ki, bu 2 şey arasındakı fərq, demək olar ki, sonsuz cəhətlərdən ola biləcək qədər çoxdur. Lakin, səlim ağıl sahibi olan kimsə, digərlərinə diqqətini çəkmək üzərə zikr edilən bu 3 izah ilə kifayətlənə bilər.
~ İkinci sifət: "ağacın kökünün sabit olması" idi. Bax bu sifət, mərifətullah ağacında daha qüvvətli, daha mükəmməl olaraq mövcuddur. Bu, belədir. Çünki, bu mərifətullah ağacı, qüdsi nəfs cövhəri içində kök salmışdır. Bu cövhər, var olmaq və dağılmaq (kövn və fəsad)'dan uzaq, dəyişməkdən və yox olmaqdan bəri olan bir cövhərdir. Yenə, bu kök salmağın yardımı, Haqq Taala'nın cəlalının təcəllisindən gəlməkdədir. Bu təcəlli isə, Allah Taala'nın, Zatında nurun nuru və zühur ilə təcəllinin məbdəsi olmasının zəruri nəticələrindəndir. Bu isə, itməsi və yox olması əqlən imkansız olan şeylərdəndir. Çünki Allah Taala, Zatından dolayı Vacibu'l-Vücud (varlığı zəruri)'dir; eyni zamanda, bütün sifətlərində də, yenə vacibu'l-vücuddur. Bundan dolayı, dəyişmə, yox olma, zaval, paxıllıq və verməmək kimi sifətlər, Onun haqqında düşünülə bilməz. Beləcə, kökü sabit olaraq vəsf edilən ağacın, ancaq "mərifətullah ağacı" olduğu qətilik qazanır.
~ Üçüncü sifət: Bil ki, mərifətullah ağacının da, İlahi aləmin göylərində və cismani aləmin göylərində yüksələn budaqları vardır.
1. Birincisi: Bir çox qisim olub, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Allahın əmrinə təzim göstərmək" ifadəsi, bütün bu qisimləri ehtiva edir. Mərifətullahın ruhlar aləmindəki, cisimlər aləmindəki dəlillərini; fələklər və ulduzlar aləminin hallarını və süfli aləmin (yəni, dünyanın) hallarını yaxşıca təfəkkür etmək ilə, muhabbətullah, şövqullah, zikrullaha davam, bütünü ilə Allaha etimad və Allahın xaricindəki hər şeydən kəsilmək, bu qisimlərə daxildir. Bu qisimləri yaxşıca araşdırıb zikr etmək, bu anda istənilən bir şey deyildir. Çünki bunlar, sonsuz deyiləcək qədər çox olan müxtəlif hallardır.
2. İkincisinə gəlincə, bunlar da, bir çox qisimdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in "Allahın məxluqlarına qarşı şəfqətli olmaq" ifadəsi, bütün bunları özündə toplamaqdadır. Rəhmət, rəfət (şiddətli mərhəmət), müsamaha (xoş görü), günahlardan geri durmaq, insanlara yaxşılıq etmək və onlardan uzaqlaşdırmağa səy göstərmək və pisliyə yaxşılıqla qarşılıq vermək, bunlara daxildir. Bu qisimlər də, sonsuzdur. Bunlar, mərifətullah ağacının sabit olan budaqlarıdır. Çünki insan, mərifətullah'a nə qədər çox dalarsa, ondakı bu hallar da, o nisbətdə daha mükəmməl, daha güclü və daha üstün olar.
~ Dördüncü sifət: bu, "ağacın, Rəbbinin iznilə bəhrəsini verməsi"dir. Bundan dolayı, bu mərifətullah ağacı, bu sifətə, maddi ağaclardan daha layiq və haqq sahibidir. Çünki, mərifətullah ağacı, bu halları gərəkdirməkdədir və bunların meydana gəlməsində də müəssirdir. Səbəb, müsəbbəb (nəticə)'dən ayrılmaz. Dolayısı ilə, mərifətullah ağacının qəlb torpağında kök salmasının təsiri, qəlbin nəzərinin, ibrətlə baxan hala gəlməsidir. Necə ki, Haqq Taala da, "Ey ağıl sahibləri! İbrət götürün." (Haşr/2) buyurmuşdur. Yenə, bunun təsiri, Allah Taala'nın, "O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar..." (Zumər/18) şəklində də bəyan etdiyi kimi; onun eşitməsinin hikmətlə olması; "Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun..." (Nisa/135) buyruğunda da bildirdiyi kimi, danışmasının, doğruluq və sidq olmasıdır. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, "Əleyhinizə olsa da, doğru söyləyin." buyurmuşdur. Mərifətullah ağacının, insanın qəlb torpağında kök salması nə qədər qüvvətli və mükəmməl olarsa, bu təsirlərin ondakı zühuru da, o nisbətdə çox olar. Çox vaxt, insan, bu məsələyə dalar, gördüyü hər şeydə Haqq Taala'nı görəcək bir hala gələr və çox vaxt, bundakı tərəqqisi artar, gördüyü hər hansı bir şeydə, ondan əvvəl, Allahı görən bir hala gələr. Bax, Allah Taala'nın, "Rəbbinin iznilə bəhrəsini verir." buyruğu ilə qəsd edilən də, budur.
Yenə, zikr etdiyimiz bu şeylər, nəfsani ilhamlara və ruh cövhərlərində mövcud olan ruhani mələkələrə (qabiliyyətlərə) bir işarətdir. Sonra, nəfsdən, hər an və hər saniyə, bu ağacın meyvələri kimi gözəl söz, saleh əməl, xudu (xuşu), xuşu, ağlam və tövazö yüksələr.
Ayədəki "bi izni Rabbihə / Rəbbinin iznilə" qeydində, diqqətə layiq bir incəlik var. Çünki, bu uca halların və yüksək dərəcələrin meydana gəlməsi əsnasında, bəzən insan, bunlar, bunlar olduğu üçün, bunlardan dolayı sevinir; bəzən də, yüksəlir, ancaq bunlar, bunlar olduğu üçün, bunlardan dolayı sevinməz. Ancaq bunlar, Allahdan olduğu üçün sevinir. Bax o vaxt, sevinci, əslində, bu hallardan dolayı deyil; Mövlasından dolayı olmuş olur. Bundan ötürü, mühəqqiqlərdən biri, belə demişdir:
"Kim, irfanı, irfan olduğu üçün seçərsə, fane olanı qəbul etmiş olar. Kim də irfanı irfan olduğu üçün deyil, onunla bilinəndən dolayı tərcih edərsə, vuslat (Allaha qovuşma) dənizinə dalmış olar."
Verdiyimiz bu izah və təfsilatlar ilə, Allah Taala'nın bu kitabında zikr etmiş olduğu bu misal, qüdsiyyət aləminə, Allahın cəlalının hüzuruna və Onun kibriyasının saraylarına çatdıran bir misaldır. Bundan dolayı biz, Allah Taala'dan daha çox rəhmət və hidayət tələb edirik. O, Səmi (eşidən) və Mucib (icabət edən, cavab verən)'dir.
Alimlərdən biri, bu məsəli izah üçün, -zikr edilməsində bir beis olmayan- belə bir söz demişdir:
Allah Taala, imanı, ağaca bənzətdi. Çünki ağac, ancaq 3 şey olarsa ağac deyə adlandırılmağa haqq qazanar:
1. Dərin kök;
2. Ayaqda duran bir gövdə; və
3. Yüksək budaqlar.
İman da, belədir. Ancaq 3 şeylə tamam olur:
1. Qəlbdəki mərifətullah;
2. Dildəki iqrar; və
3. Bədənlərlə əməl.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
