İbrahim surəsi 48-ci ayətin təfsirini verə bilərsinizmi?

Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

"Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, yer (kürəsin)'in, yerdən başqa bir şeylə və göylərin dəyişdiriləcəyi günü (xatırlayıb gözlə) ayətini (İbrahim/48) soruşdum. İnsanlar o gün harda olacaq? dedim. O:

'Sirat üzərində.' buyurdu."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Ba's (yəni ölümdən sonra dirilmə) haqqında gələn hədislər babı", hədis no: 4279)

--------------------------

İzahı:

Bu hədisi:

• Muslim, "Kitab-u Sifəti'l-Münafiqin" bölməsinin başlarında;

• Tirmizi, İbrahim surəsinin təfsiri bölməsində rəvayət etmişlərdir.

• Ayrıca, Əhməd də bu hədisi rəvayət etmişdir.

----------------------

Yer kürəsinin və göylərin dəyişdirilməsi, 2 şəkildə ola bilər:

• Birincisi: Bunların ortadan qaldırılaraq yerinə başqa şeylərin qoyulmasıdır. Məsələn, qızılın gümüş ilə dəyişdirilməsi məsələsində olduğu kimi.

• İkincisi: Yer kürəsinin və göylərin şəkil dəyişdirməsidir.

Hədisdə verilən cavaba görə, bunların dəyişməsi birinci şəkildəki kimi gerçəkləşəcək. Muslim'in Səhl b. Sa'd (radiyallahu anh)'dan rəvayət etdiyi bir hədisdə:

"İnsanlar qiyamət günü ağ, qızıl ağ bir yerin üstündə toplanacaqlar. O yer, ağ undan hazırlanmış çörək kimidir. Orda heç kimsə üçün bir əlamət olmayacaqdır." buyurulmuşdur.

Bu və bənzəri hədisdən hədislərdən anlaşılır ki, qiyamət günü insanlar, yer kürəsindən başqa bir yerdə toplanacaqlar və ölülər qəbirlərdən qalxdıqdan sonra oraya göndəriləcəklərdir.

Beyhaqi belə deyir:

"İnsanların sirat üzərində olmaları müvəqqətidir. Yəni Sirat, bir dayanacaq və baş çəkilən yer olacaqdır. Çünki insanlar siratdan keçəcəklər."

Bəzi müfəssirlər isə, yer kürəsi ilə göylərin qiyamət günü şəkil dəyişdirəcəyi görüşünü mənimsəmişlərdir.

Read 17 times
In order to make a comment, please login or register