"İçki içən, bütə ibadət edən kimsə kimidir." hədisi haqqında məlumat verərsinizmi?

3375- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İçki içməyə davam edən bir kəs, bütə ibadət edən kimsə kimidir."

(Not:

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

Bunun sənədində yer alan Muhamməd b. Süleymanı, Nəsai və ibn Adi, zəif saymışlardır. İbn Hibban isə, onu qüvvətli saymışdır. Əbu Xatim də:

'Onun hədisləri yazılıdır. Lakin dəlil olaraq göstərilməz.' demişdir.

Sənədin qalan raviləri, siqadır.)

--------------------------------

3376- əbu'd-Dərda (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İçki içməyə davam edən bir kimsə, cənnətə girməyəcəkdir."

(Not:

Zəvaid'də belə deyilmişdir:

Bunun sənədi, həsəndir. Ravi Süleyman b. Utbə'nin güvənirliyi haqqında ixtilaf edilmişdir. Sənədin qalan raviləri, siqadır.)

-----------------------------------

İzahı:

Birinci hədisdə, içkiyə davam edən şəxsin bütə ibadət edən kimsə kimi olduğu bildirilmişdir. İmam Sindi (əl-Hənəfi), bu hədisin açıqlamasında belə deyir:

• İçkiyə davam edən şəxsin bütə ibadət edən şəxsə bənzədilməsinin səbəbi, Allah Taala'nın:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız." (Maidə/90)

ayətində, içki içməyi, bütə ibadət etməklə bərabər zikr etməsidir.

• Digər bir səbəbi də budur:

İçki içən ilə bütə ibadət edən kimsələr, namaz ibadətinin qəbul olunmaması xüsusunda bərabərdirlər. Çünki bütə ibadət edən bir şəxs, namaz qılsa belə, qıldığı namaz qəbul olunmaz."

İkinci hədisdə isə, içki içməyə davam edən şəxsin, cənnətə girməyəcəyi bildirilməkdədir. Tirmizi, bu xüsusda belə deyir:

"Çünki içki içməyə davam edən şəxsin pis aqibətindən, yəni imansız ölməsindən qorxulur. Belə bir şəxs, imansız öldüyü təqdirdə, içki səbəbilə bu hala girmiş olur və imansız öldüyü vaxt, əbədi olaraq cəhənnəmlik olmağa məhkum olur."

Belə də izah edilə bilər:

İçki içməyə davam edən şəxs, imanlı ölsə belə, cənnətə ilk girənlərlə bərabər girməyəcəkdir. Ancaq cəzasını çəkmək surətilə günahından təmizləndikdən sonra, Allahın əfvi ilə cənnətə girə biləcəkdir.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Əşribə (İçkilər kitabı), 3-cü bab: "İçkiyə davam edən (haqqında gələn hədislər) babı)

Read 2 times
In order to make a comment, please login or register