İctihad nədir?
İctihad: Şəriətdə dini hökmləri təfsili dəlillərdən istinbat etmə işidir. Hər əsrdə caizdir və gərəklidir. Bir hadisə haqqında hökm verəcək sadəcə bir müctəhid varsa, ona fərz-i ayn olur. Birdən çoxdursa, fərz-i kifayə olur. Biri yerinə yetirərsə, digərləri günahdan qurtular. Heç biri yerinə yetirməzsə, hamısı günah etmiş olar.
Üsulçuların ictihadın əhatə dairəsi mövzusunda qoyduqları qaydalardan biri belədir:
(Haqqında dəlaləti qəti) nass mövcud olan mövzuda, ictihada cəvaz yoxdur.
Bu, bizə ifadə edir ki, hökmü haqqında dəlaləti qəti şəri bir dəlil olan məsələ üzərində ictihada yer yoxdur.
Misal olaraq:
• kəlime-i şəhadəti söyləmək;
• beş vaxt namazın; orucun; namazın və həccin fərz olması;
• zinanın, oğurluğun, spirtli içki içmənin və adam öldürmənin haram olması və bunlarla bağlı miqdarları bildirilmiş şər'i cəzalar;
• zəkat, fitrə və başqaları haqqında bildirilən bütün şər'i miqdarlar;
• xəta ilə öldürmə kəffarəti kimi miqdarı bildirilmiş kəffarətlər...
Bütün bu hökmlər haqqında başqa bir mənaya ehtimalı olmayacaq qədər dəlaləti açıq nasslar mövcuddur. Bu nasslar, ya bizzat Qurandakı siğası ilə açıqdır və ya sünnət tərəfindən təfsir edilmişlərdir.
Bundan dolayı, ictihada ehtiyac yoxdur.
Halı haqqında nass varid olan mövzuda ictihad etmək, caiz olmaz.
Lakin məsələnin hökmü haqqında gələn nassın sübutu və dəlalətindən hər ikisi və ya biri, zənnidirsə və ya haqqında nass və icma yoxdursa...bax bu məsələlər, ictihad sahəsinə girər.
• Əgər nassın sübutu zənnidirsə, o təqdirdə ictihad, onun sənədi və bizə gəlişi və ravilərin ədalət və zəbt baxımından dərəcələri ətrafında edilər.
Bunların hər birində müctəhidlərin təqdiri fərqli olduğundan, dəlil haqqındakı dəyərləndirmələri də fərqli olur.
Bəziləri, sübutuna qənaət gətirərək onunla əməl edər, bəzilərində də, bu qənaət yaranmadığı üçün, onunla əməl etməyi rədd edər.
• Nassın dəlaləti zənnidirsə, o təqdirdə ictihad, nass ilə hansı mənanın qəsd edildiyini və bu mənaya dəlalətinin qüvvətini anlamaq üzərinə edilir.
Belə ki:
• bəlkə də nass ammdır (ümumidir) və ya mütləqdir və ya əmrdir və ya nəhydir (qadağadır);
• bəlkə nassın mənaya dəlaləti- ibarəsi, işarəti və digər dəlalət şəkillərilə olur;
• bəlkə də nassın mənası zahirdir və ya müəvvəldir (təvil edilmiş, zahiri mənasından başqa məna verilmişdir);
• bəlkə də amm, ümum üzərə qalır və ya təxsis edilir (xas qılınır), mütləq, itlaqı üzrə qalır və ya təqyid edilir (qeyd və şərtə bağlanır);
• əmr, ya vaciblik üçündür və ya nədb (məndubluq) və ibahə (mübahlıq) kimi başqa mənalar üçündür;
• nəhy (qadağa), ya tahrim (haramlıq) və ya kərahət üçündür.
O zaman ictihad, bunların təyin və təsbitində edilir.
Müctəhid, bunları edərkən, bir görüşü digərinə tərcih edə bilmək üçün, ərəb dili qaydalarından və ya maqasidu'l-şəriadan (şəriətin məqsədlərindən) istifadə edər.
Məsələ haqqında nass və icma yoxdursa, o təqdirdə, ictihad- qiyas, *masalih-i mürsələ, örf və *istishab kimi əqli dəlilləri istifadə edərək hökmünü tədqiq etmək şəklində olur.
------------------
Haşiyə:
*Masalih-i mürsələ: Şəriəti qoyan Allah tərəfindən, mötəbər və ya tutarsız sayıldığına dair dəlil mövcud olmayan; hökmün özünə bağlanması və üzərinə hökm bina edilməsi, insanlara bir fayda təmin etməsinə və ya insanlardan bir zərər ortadan qaldırmasına bağlı olan maslahat növüdür.
* İstishab: Əksinə bir dəlil mövcud olmadığı müddətcə, sərbəstliyə və mükəlləf olmamağa və yaxud daha əvvəl varlığı bilinən bir halın davam etdiyinə hökm etmə metodu mənasında fiqh üsulu terminidir.
---------------
Verilən açıqlamalardan, ictihadın 2 sahəsi olduğu anlaşılmaqdadır:
1. Haqqında nass olmayan məsələlər;
2. Nass olub qəti olmayanlar.
Haqqında qəti nass olan məsələlərdə ictihad olmaz.
(V. Zuhayli, "Fiqh üsulu", s. 253-255)
- Ağıl yoxsa Nəql?
- İcma nədir?
- İctihaddan bir və iki savab qazananlar.
- İctihaddan bir və iki savab qazananlar.
- Köhnə Əhli Sünnə alimləri zəmanə alimlərindən daha çox məlumatlı idi?
- İçtihad Nədir? Şərtləri nələrdir?
- İctihad haqqında məlumat verərsinizmi?
- Fiqhi ixtilafların qaynağı
- Fiqhi ixtilafların qaynağı
- Elm tələbəsi kimdir?