İctihad nədir?
İctihad:
"İctihad": "bir şeyi əldə etmək üçün son dərəcə güc sərf etmək"dir.
Fiqh üsulunda isə, ictihad: “Fəqihin ayrı-ayrı (təfsili) dəlillərdən əməli hökmləri istinbat etmək üçün, bütün imkanını xərcləməsi deməkdir.”
Bəzi fəqihlər, ictihadı: “Bütün gücü sərf etmək və imkanı istifadə etməkdir; bu, istərsə, şəri hökmləri çıxartmaq, istərsə, onları tətbiq etmək üçün olsun.” diyə tərif edirlər.
Bu tərifə görə, ictihad ikiyə ayrılmaqdadır:
1. Hökmləri çıxarıb açıqlamaqla bağlı ictihad;
2. Hökmləri tətbiqlə bağlı ictihad.
1. Birinci qismə aid olan ictihad, fər’i-əməli hökmləri təfsili dəlillərdən çıxarmaqla məşğul olan alimlərə məxsusdur. Bu qismə girən alimlər, bu cür ictihadın bəzi əsrlərdə kəsiləcəyini (inqita edəcəyini) söyləmişlərdir. Bu görüşü iləri sürənlər, cumhuru və ya ən azından alimlərin böyük bir qismini təşkil edərlər. Hənbəlilərə görə isə, hər əsrdə bu cür ictihad mərtəbəsinə yetişən bir müctəhid mütləq vardır.
2. İkinci qismə girən ictihadın hər əsrdə mövcud olacağına, alimlər ittifaq etmişlərdir. Bu cür ictihad edənlər, “təxric əhli” (nasslara, qaydalara, əsllərə tabe olaraq, şəri hökmlər çıxaran) alimlər olub, daha əvvəl istinbat edilmiş illətləri, cüzi işlərə tətbiq edərlər. Onların bu fəaliyətləri, əvvəlkilərin çıxarmış olduqları hökmləri tətbiqdən ibarətdir. Bu tətbiq sayəsində, üzərində ilk müctəhidlərin görüş bəyan etmədikləri bir qisim məsələlərin hökmləri anlaşılmış olur. İkinci qismə girən ictihada, "təhqiqul-mənat" ("hər hansı bir yolla illəti təsbit etdikdən sonra, o illətin muhtəvasına girən uyğun vəsfləri təyin etmək") da deyilir.
Burda, ilk əvvəl, birinci qismə girən ictihada əhil olan müctəhidin qazanmalı olduğu şərtləri nəzərdən keçirəcək, sonra da, ictihadın mərtəbələrilə, müctəhidlərin təbəqələri haqqında danışacağıq.
-----------------------------------------
-----------------------------------------
Müctəhiddə olması lazım olan gərəkli şərtlər:
Hökm istinbat edəcək olan bir müctəhid’də bu şərtlərin olması lazımdır:
1. Ərəbcə bilmək:
Fəqihlər, bir müctəhid üçün, ərəb dilini bilməyin zəruri olduğu üzərində ittifaq etmişlərdir. Çünki Quran, bu dillə nazil olduğu kimi, Onu açıqlayan Sünnət də, eyni dillə ifadə edilmişdir.
İmam Ğazzali, bu haqda belə deyir:
“Müctəhidin, ərəblərin danışmalarını anlayacaq və kəlimələri istifadə etməkdəki adətlərini biləcək qədər ərəbcəyə vaqif olması şərtdir; ta ki, o, kəlamın sarihini (açıq), zahir və mücməlini, həqiqət və məcazını, amm (ümumi) və xassını, muhkəm və mütəşabihini, mütləq
və muqayyədini, nass və fəhvasını (məna, məfhum) , yalnış və doğru məhfumunu bilsin. Bu da, ancaq ərəb dilində ictihad dərəcəsinə yetişən kimsələrdə mövcud olur.”
Burdan anlaşılır ki, Ğazzali, müctəhidin ərəbcəni tam mənası ilə bilib onda ictihad dərəcəsinə və onu anlamaq cəhətindən, əsl bir ərəb səviyəsinə yetişməsini şərt qoşur. Əsasən, hər hansı bir ərəb, Ərəb dilinin bütün özəlliklərini bilə bilməz və onu bütün incəlikləri ilə istifadə edə bilməz. Ərəbcədə müctəhid olan da, fiqhi hökmlərdə müctəhid olan da belədir.
Bunların elmi də, dilin bütün müfrədatını, üslublarını və fərqli qəbilələrin ləhcələrini əhatə edə bilməz; çünki müctəhidin istinbat etmək istədiyi hökmlərin ilk qaynağı olan Quran, ərəbcənin ən bəliğ və fasihini təşkil edər. Bu etibarla, hökm çıxaracaq olan kimsə, Quranın bəlağat və sirlərini bilməlidir ki, bu sayədə, Onun üçün aldığı hökmləri idrak edəcək səviyyəyə gəlmiş olsun. İslam şəriətində tədqiqat aparan (araşdıran) kimsənin, fiqhi nass’lardan hökm çıxarma qüdrəti, ərəbcənin sirr və incəliklərini bilməsi nisbətindədir.
Şatibi, İslam şəriətində araşdırma aparanları, ərəbcəni anlayış dərəcəsinə görə, belə sıralayır:
"Ərəbcəni anlamaqda mübtədi (yeni başlayan) kimsə, şəriəti anlamaqda da, mübtədidir. Ərəbcəni anlamaqda mutavassıt (orta) olan kimsə, şəriəti anlamaqda da, mutavassıtdır ki, bu, son dərəcəyə yetişməmişdir. Ərəbcəni anlamaqda da son dərəcəyə yetişən kimsə, şəriəti də anlamaqda son dərəcəyə yetişər. Dolayısı ilə, onun anlayışı, şəriətdə, hüccət olar; eynilə, səhabələrin və Quranı haqqıyla bilən alimlərin anlayışlarının hüccət olması kimi. Bunların səviyyəsinə yetişməyən kimsələrin, şəriət mövzusundakı anlayışları, öz səviyyələri nisbətində əskikdir. Anlayışı əskik olan hər kəsin görüşü isə, nə bir hüccət olar, nə də başqaları tərəfindən qəbul edilər.” ("əl-Muvafaqat", 4-cü cild, s. 114)
Bu ifadə əslində doğrudur, çünki müctəhid, bir hüccətdir. Müctəhid olmayanlar, onun sözü ilə əməl edərlər. Bu mərtəbəyə ancaq, anlayış baxımından böyük səhabələr və onların elmini miras olaraq alan, müctəhid imamlara yaxın bir mərtəbəyə yetişənlər, sahib ola bilər. Müctəhid imamların hamısı, əlbətdə, fiqhdəki imamlıqları nisbətində, ərəbcədə də imam idilər.
Onlardan bəzilərinin ərəbcə bilmədiyini iddia edənlər, quru bir iftira atmaqdan başqa bir şey etməməkdədirlər. ("ər-Risalə", s. 508 və davamı)
2.Quran elminə sahib olmaq:
Bu şərti, imam Şafi, “ər-Risalə”sində (s. 508), ərəbcəni bilmək şərtilə iləri sürmüşdür.
Çünki Quran, İslam şəriətinin dirəyi, Allahın qiyamətə qədər əbədi olan kitabı və bu şəriətin qaynağıdır. Nə var ki, Quran elmi, çox genişdir. Quran elmini bütünü ilə bilən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)’dir. Necə ki, bu xüsusa, Abdullah b. Ömər də işarət etmişdir.
Bu etibarla alimlər, müctəhid üçün, "Quranda hökm ifadə edən və 500’ə yaxın olan ayələrin incəliklərini bilmək lazımdır." demişlərdir.
Bu ayətlərin incəliklərini bilmək, bunların mənalarını qavrayaraq:
• Amm (ümumiliyini) və xassını (xüsusuliyini);
• Onlardan sünnətlə təxsis edilənləri (xas qılınanları);
• Nasix və mənsux qəbul edilərsə, hansı hökmlərin nəsx edildiyini bilməkdir.
Əhkam ayətləri haqqında belə bir elmə sahib olmaqla birlikdə, Quranın ehtiva etdiyi bütün ayətləri icmali olaraq bilmək lazımdır; çünki Quran’ın bir bütün olub parçaları bir birindən ayrılmaz.
Necə ki, əl-İsnəvi, bu haqda belə deyir:
“Quranın hökm bildirən ayətlərini digərlərindən ayırd etmək, zəruri olaraq, bütün Quranı bilməyə söykənir.” (əl-İsnəvi, “Şərhu minhaci’l-usul, c. 3, s. 208)
Bəs yaxşı, Quranı tamamilə əzbərdən bilmək şərt midir?
Bəzi alimlər, bunu şərt qoşmuşdurlar. Onlara görə, müctəhidin, hökm ifadə edən ayələrin Qurandakı yerlərini gərəkdiyi zaman, baş vuracaq şəkildə bilməsi kifayət edir.
İmam Şafinin isə, müctəhid üçün, Quranın bütününü hifz edib, muhtəviyatını bilməsi şərt qoşduğu rəvayət edilmişdir.
Şübhəsiz Quran elminin ən yüksək dərəcəsi:
Onu tam olaraq əzbərdən bilib, bütününün mənasını qavramaq;
Əhkam ayələrini incədən-incəyə araşdırmaq;
Səhabələrin bu ayətlərlə bağlı təfsirlərini və bunların nüzul səbəbləriylə, qayələrini bilməkdir.
3. Sünnəti bilmək:
Bu şərt üzərində də alimlər ittifaq etmişlərdir. İctihadın bölünə biləcəyini qəbul edənlərə görə, müctəhidin, incələmək istədiyi mövzularla bağlı, qövli, feli və təqriri sünnətləri bilməsi lazımdır.
İctihadın bölünə biləyəcəyini qəbul etməyənlərə görə isə, müctəhidin, təklifi hökmləri içinə alan bütün hədisləri oxuması, onların məqsədlərini qavraması, onlarla bağlı hal və münasibətləri yaxşıca bilməsi lazımdır. Yenə, onun, Sünnətin nasix və mənsuxunu, amm və xassını, mütləq və muqayyədini, təxsis edilmiş olanların bilməsi gərəkdiyi kimi, hədislərin rəvayət yollarını, sənədlərini, hədis ravilərinin qüvvət dərəcələrilə birlikdə hal və yaşayışlarını da bilməsi lazımdır.
Bu mövzuda, alimlədin sərf etmiş olduqları səylər, təqdirə layiqdir. Hədis rəvayət edənlərin hal tərcümələri ilə ədalət və zəbt baxımından dərəcələri haqqında bir çox əsərlər yazılmışdır.
Kütübü-Sittə kimi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)’ə nisbət cəhətindən səhih hədis məcmuələri meydana gətirilmiş və bunlar üzərinə bir çox alimlər tərəfindən şərhlər yazılaraq, hədislər sənəd cəhətindən incələnmiş və İslam fəqihlərinin bəzi hədislər üzərindəki ixtilafları ortaya qoyulmuşdur.
Bu hədis məcmuələri, fiqh kitablarındakı tərtibə görə, bölmələrə ayrılmış, ibadətlərə bağlı olan hədislər başlı- başına bir yer işğal etmişdir. Hər bölmə üçün müstəqil bir kitab ünvanı verilmişdir. Əqdlər, siyər, elm və iman kitabları kimi.
Bu hədis çalışmaları, müctəhidin sünnətə baş vurub ondan hökm çıxarmasını asanlaşdırmaqdadır; və lakin onun, Sünnəti ümumi olaraq incələməsi, hökm ifadə edən hədisləri də dərinləməsinə incələməsi, onların nasix və mənsuxunu tanıması, ifadə etdiyi hökmlərin bilinməsi cəhətindən gərəkli olan digər incələmələr etməsi, şərtdir.
Hökmlərlə bağlı olan bütün hədisləri əzbərdən bilməsi şərt deyildir. Ancaq onları və yerlərini, gərəkdiyi zaman onlara müraciət metodlarını və hədis ravilərini bilməsi lazımdır.
4. Üzərində icma və ixtilaf edilən mövzuları bilmək:
Müctəhid üçün üzərində icma edilən məsələləri bilməyin şərt olduğu, ittifaqla qəbul edilmişdir. Qəti olaraq, üzərində icma edilən mövzular, fərzlərin əsaslarıdır. Çünki bunlar, üzərində icma edildiyi təvatürlə sabitdir. Miras əsasları; Quran və Sünnətlə nikahı haram qılınan qadınların kimlər olduğu üzərində də icma edilmişdir. Səhabələr əsrindən müctəhid imamlar çağına və onlardan sonra günümüzə qədər ittifaqla qəbul edilən İslami digər əsaslar da, üzərində icma edilən xüsuslara daxildir.
Üzərində icma edilən mövzuları bilməkdən məqsəd, onları hər zaman açıqlayacaq şəkildə əzbərləmək deyildir. Müctəhidin, ancaq tədqiq etdiyi məsələ haqqında, icma və ya ixtilaf olub-olmadığını bilməsi kafidir.
Müctəhid, sələfin üzərində icma etdiyi məsələlərlə birlikdə, fəqihlərin ixtilafa düşdükləri məsələləri də bilməlidir. Bu etibarla, müctəhidin, Mədinə və İraq fiqhinin metod və fərqlərini bilməsi gərəkdiyi kimi, doğru olanla, doğru olmayan; naslara yaxın olanlarla, uzaq olan şeylər arasında qarşılaşdırma edə biləcək ağıl, idrak və təqdir gücünə sahib olması lazımdır.
Bu mövzuda Şafi, “ər-Risalə”də (s. 510) belə deyir:
“Müctəhid, özünə müxalifət edəni dinləməkdən çəkinməməlidir; çünki onu dinləməklə, qəflətə düşməkdən qurtular və doğru olaraq inandığı şeyi təsbit (isbat etmək) gücü artar. Yalnız onun bu xüsusda çox güc sərf etməsi lazımdır, ta ki, qəbul etdiyi şeyi nəyə görə qəbul ettiyini; tərk etdiyi şeyi nəyə görə tərk etdiyini bilsin. Bununla bərabər, o, qəbul etdiyi şeylə müxalifət etdiyi şeydən müstağni qalmamalıdır; ta ki, qəbul etdiyi şeyin, tərk etdiyi şeydən niyə üstün olduğunu, Allahın izni ilə bilmiş olsun.”
Bu ifadə göstərir ki, imam Şafi’yə görə, müctəhid, öz yönündən qəflətə düşməməsi və doğru görüb inandığı həqiqətdə sağlam olması üçün, müxalifinin görüşünü bilməlidir.
İmam Şafi: “Əbu Hənifə, insanların ən elmlisi, onların ixtilaflarını ən yaxşı biləndir.” deyərdi; çünki bir birinə zidd düşən görüşləri araşdırmaq, bunlar arasında parıldayan həqiqət nurunun ortaya çıxmasını təmin edər. İmam Malik də, əbu Hənifə’nin tələbələrilə görüşüncə, onlara, özünün bir məsələni incələyərkən qarşılaşdığı məsələlər haqqında, əbu Hənifə’nin görüşlərini soruşardı.
Həqiqətən də, səhabələr, tabiun və onlardan sonra yaşamış olan fəqihlərim görüşlərini incələmək, dəlil və təmayülləri cəhətindən, onlar arasında məsələləri qarşılaşdırmaq, insanın tənqid, təqdir və araşdırma qabiliyyətini inkişaf etdirir.
İmam Şafi, fəqihlərin ixtilaflarından başlayaraq incələmələrini dərinləşdirmək surəti ilə, fiqhin ölçü və əsaslarını təsbit etmiş və beləcə Fiqh üsulunu ortaya qoymuşdur.
Allaha həmd olsun ki, səhabələrin və böyük şəhərlərdə məşhurlaşmış fəqihlərin ixtilaflarını izah edən bir çox kitablar vardır.
- Şirazi’nin: “əl-Mühəzzəb” adlı əsəri və Nəvəvi’nin buna dair yazdığı şərh;
- ibn Rüşd’ün: “Bidayətu’l-Muctəhid və Nihayətu’l- Muqtəsid”i;
- Hənbəli alimlərindən ibn Qudamə’nin: “əl- Muğni”si;
- ibn Teymiyyə’nin: “Fətava”sı və “Şərh-u Sunəni’l- Ahkam” adlı əsərlərini burda zikr edə bilərik.
Bunlar arasında, Hənəfilərlə Şafilərin ixtilaflarını bildirən Hənəfi fiqhindəki “xilaf” kitablarının çoxu kimi, 2 məzhəb arasındakı fərqləri açıqlayan əsərlər də vardır.
5. Qiyası bilmək:
İmam Şafi’yə görə, ictihad, bütün şəkil və metodları ilə qiyası bilməkdir. Şafii, bir az da iləri gedərək: “İctihad, qiyasdır.” deməkdədir. (“ər-Risalə, s. 477)
Bu etibarla, müctəhid, doğru qiyasın metodunu bilməlidir. Bu sayədə o, hökm ifadə edən naslardan istinbat edilən əsasları öyrənmiş olar. Bu əsaslar, ona, ictihad etdiyi mövzuya ən yaxın olan nassı seçmək imkanını təmin edir.
Qiyası bilmək, bu 3 şeyi bilməyi lazım qılır:
1. Qiyas üçün əsl olan naslarla bu nasları ifadə edən hökmlərə əsas təşkil edən və fər’in hökmünü əslə bağlayan illətlərin bilinməsi;
2. "Təaddi (təsir) etmədiyi sabit olan bir şey üzərinə qiyas tətbiq edilməz.” prinsibi kimi, qiyasla əlaqəli qaydalarla, qiyasa təməl təşkil edən və fəri, əslə bağlanan illətin vəsflərinin bilinməsi;
3. Əvvəlki müctəhidlərin hökmlərini ortaya qoymaqda və hökmlər üçün əsas olaraq qəbul edib bəzi fiqhi hökmlər çıxararkən dayandıqları vəsfləri təsbit etməkdə baş vurduqları metodların bilinməsi.
Əsnəvi, müctəhid cəhətindən, qiyasın bilinməsi mövzusunda belə deyir: “Müctəhidin qiyası və qiyas üçün mötəbər olan şərtləri bilməsi lazımdır. Çünki, bu, bir ictihad qaydası və saysız-hesabsız hökmlərin açıqlanmasına aparan bir yoldur.” ("Şərh-u Minhacil-Usul", 3-cü cild, s. 310)
6. Hökmlərin məqsədlərini bilmək:
İslamda hökmlərin məqsədlərinin, qullar üçün rəhmətdən ibarət olduğuna yuxarıda işarət edilmişdir. Allah rəsulunun peyğəmbər olarak göndərilməsinin əsil məqsədi budur. Necə ki, Quranda:
“Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik.” (Ənbiya/107) buyurulmuşdur.
Bu ümumi rəhmət, dərəcə sırasına görə, zəruriyyət (İslam dininin fərdlər və cəmiyyət üçün vaz keçilməz gördüyü dəyərlərin qorunması ilə bağlı islahatlar və bunların təmin etdiyi faydalar), haciyyat (fərdi və ya ictimai həyat üçün mütləq gərəkli olmayan, ancaq bunların intizamlı işləyişini təminə fayda verən hökmlər) və tahsiniyyat (Həyatı gözəlləşdirməyi hədəfləyən və insanı mükəmməli axtarmağa təşviq edən -zəruriyət və haciyat səviyyəsinə çıxmamış- islahatları və bunların təmin etdiyi faydalar) olmaq üzərə üçə ayrılan maslahatlara (faydalara) İslamın riayət etməsini gərəkdirmişdir. Bununla bərabər, İslamda çətinlik və sıxıntının ortadan qaldırılması, çətinliyin deyil də, asanlığın tərcih edilməsi, bu rəhmətin gərəyidir. İslamın təklif etdiyi məşəqqətlər, davamlı bir şəkildə edilməsi mümkün olan şeylərdir. Mütəmadiyən edilməsi mümkün olmayan məşəqqətlər, böyük zərərləri dəf etmək məqsədini güdər. Yer üzündə fəsadı dəf etmək üçün cihadın fərz qılınması belədir. Necə ki, Quranda da belə buyurulmuşdur:
“Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Həcc/40)
Müctəhid bunları bilməlidir ki, bu sayədə qiyas şəkillərini, hökmlərin əsasını təşkil edən vəsf və münasibətləri anlasın; əgər qiyasa dayanan rəy ilə hökm istinbat etməklə kifayətlənərsə. Yox əgər, qiyasa dayanan rəy ilə kifayətlənmir və maslahat-u mürsələ (Şari, yəni şəriəti qoyan Allah tərə- findən mötəbər və ya tutarsız sayıldığına dair bir dəlil olmayan, hökmün özünə bağlanması ve üzərinə hökm bina edilməsi, insan- lara bir fayda təmin etməsinə ya da insanlardan bir zərər ortadan qaldırmasına bağlı olan maslahat növü) və ya bəzi Malikilərin istidlal-u mürsəl’ə görə, hökm çıxarmaq istiyirsə, insan maslahatlarının dəyişməz əsaslarından olduğunu bilməlidir. Əgər o, maslahata görə fətva vermək istəyirsə, həqiqi maslahatlarla nəfsi və şəhəvi arzulardan gələn və vəhmdən ibarət olan maslahatları bir birindən ayırd etməlidir. Yenə o, bir işdəki maslahatı və mazarratı (zərərləri) qavrayıb bunları qarşılaşdıra bilməlidir; ta ki, mazarratı dəf etməyi maslahatı cəlb etməyə, bütün insanlara faydalı olan şeyləri, bəzi şəxslərə faydalı olan şeylərə tərcih etsin; maslahat şəkillərilə mazarrat yönlərini və bunların ictihad üçün bir əsas təşkil etdiyini bilsin.
Bunun üçündür ki, Şatıbi, ictihadı 2 əsasa dayandırır:
a. Şarinin məqsədlərini və bunların maslahatlara istinad etdiyini, İslamın güddüyü maslahatların həqiqi maslahatlar olduğunu, şəhəvi arzulardan gələn maslahatlara etibar edilə bilməyəcəyini; bir işin şəxsən faydalı və ya zərərli olması cəhətindən, göz önünə alınması gərəkdiyini bilmək.
Bu mövzuda Şatıbi belə deyir:
“İnsan, Şari’nin məqsədlərini bütün məsələlərdə anlayacaq bir dərəcəyə gələrsə, o, elm öyrətmə, fətva vermə və Allahın bildirdiyi hökmləri açıqlamada Allah rəsulunun varisi olma vəsfini qazanmış olar.” (“əl-Muvafaqat", c. 4, s. 106)
b. İstinbat edə bilmək üçün ərəbcəni tam olaraq qavrayıb Quran və Sünnət’in hökmlərini, fəqihlərin icma və ixtilaf etdikləri xüsuslarla qiyas şəkillərini bilmək. Bunların istinbat üçün vasitələr olduqları məlumdur.
Şatıbi’yə görə, bu 2 əsasdan birincisi əsldir, ikincisi də ona köməkçidir; çünki Şari’nin məqsədlərini bilmək, ictihadın təməlini təşkil edər. Ərəb dilini və Quran hökmlərini bilmək kimi digər xüsuslar isə, elmi müqtəsəbatlar olub Şari’nin məqsədləri tam olaraq bilinmədikcə, bunlarla yeni bir hökm çıxarıla bilməz. Bu etibarla, Şatıbi: “Birinci əsl, ikincisi də ona köməkçidir.” demişdir. (“əl-Muvafaqat", c. 4, s. 107)
7. Sağlam bir fəhm və yaxşı bir təqdir gücünə sahib olmaq:
Bu şərt, yuxarıdakıları istifadə etmək və həqiqi görüşləri yalnış olanlardan ayıra bilmək üçün bir vasitədir. Bu şərti, əl-İsnəvi, (“Şərhu Minhaci’l-Usul”, c. 3, s. 310) belə izah edir:
“Müctəhidin təriflərlə dəlillərin şərtlərini, bunların müqəddimələrinin necə sıralandığını, öz görüşündə xətaya düşməmək üçün bu müqəddimələrdən gedərək istədiyi nəticəyə necə çatacağını bilməsi şərtdir."
Burada əl-İsnəvi, sanki müctəhidin məntiq bilməsini şərt qoşmaqdadır; çünki tərifləri, dəlilləri, müqəddimələri bilmək, məntiqin elmi dairəsinə girməktədir.
Digər tərəfdən, məntiq elmi alimlər arasında mübahisələrə yol açmıştır. Bəzi alimlər, məntiq elmindən xoşlanmazlar. Hətta ibn Teymiyyə, məntiqi tənqid üçün bir əsər yazmışdır. Zənn edirəm ki, müctəhid üçün məntiq elmini şərt qoşmayanlar, səhabə və tabiunun fəqihlərilə müctəhid imamlar fiqhi ictihadlar edərkən, hələ məntiq elminin tərcümə edilib Ərəb İslm dünyasına yayılmamış olduğunu nəzərə alaraq belə düşünmüşlərdir. Biz də müctəhid üçün məntiq elmini şərt qoşmayanlara qatılırıq; ancaq məntiqlə məşğul olmağın haram olduğuna qane deyilik. Hətta məntiq, əqli bir elm olaraq, insan mədəniyyətini qüvvətləndirir. Münazirə əsnasında insana köməkçi olur. İnsana sağlam bir ölçü verir. Həqiqətləri müdafiə edərkən kömək edər. Əslində, şəri hökmlər çıxararkən sırf məntiqə dayanmaq, əsla doğru olmaz. Müctəhid üçün məntiq elmini şərt qoşmamaqla bərabər, biz, Şafi’yə tabe olaraq, müctəhidin həqiqətləri qavramaq üçün doğru bir anlayışa və qəti bir görüşə sahib olması gərəkdiyini söyləmək istəyirik.
8. Gözəl bir niyyət və sağlam bir etiqad sahibi olmaq:
Xalis bir niyyət, qəlbi Allahın nuru ilə aydınlandırar, onu, bu uca dinin özünə götürər, yalnız həqiqətə yönəldər və həqiqətən başqasına meyl etdirməz. Uca Allah, ixlaslı kimsənin qəlbinə hikmət qapılarını açar və doğru yolu göstərərək onu xətadan qoruyar. İslam, ancaq qəlbi ixlasla aydınlanmış olanların idrak edəcəyi bir nurdur. Bidət və nəfsi arzularının arxasına düşərək və ya təmiz bir qəlblə nasslara yönəlməmək surətilə, etiqadını pozan kimsənin düşüncəsinə, təfəkkür qüdrəti nə olursa olsun, onu doğru hökm çıxartmaqdan uzaq tutan bir şey musallat olar; çünki pis niyyət, düşüncəni də pisləşdirir. Bundan dolayıdır ki, özlərindən sonrakılara o dərin fiqh mirasını buraxan böyük imamlar, fiqhdə ad qoymaqdan əvvəl ixlas və təqvalarıyla məşhur olmuşlardır. Onlarla bağlı xəbərlər nur və irfanla doludur. İslam həqiqətlərini araşdırmaqda, ixlas, tədqiqatçını elə bir hala gətirir ki, o, bu həqiqəti harda taparsa tapsın, götürər, təəssübkeşlik etməz, mütləq öz görüşünün doğru olduğunu vş başqalarının yanıldığınl fərz etməz. Necə ki, böyük imamlardan hamısı: “Bizim görüşümüz doğrudur, yalnış da ola bilər; başqalarının görüşü yalnışdır, doğru da ola bilər.” deyərlərdi. Onlar başqalarının görüşlərinin doğru olduğunu anlayınca, öz görüşlərindən dönərdilər. İmam Şafi, sünnətə olan bağlılığı səbəbilə: “Allah rəsulunun hədisinə müxalifət edərsəm, hansı yer məni daşıyar və hansı göy məni kölgələndirər?” deyərdi. Yenə o: “Bir hədis görərsəniz, ona sarılın və mənim görüşümü divara vurun.” deyərdi. Əbu Hənifə də: “Bu, bizim çatdığımız ən yaxşı nəticədir, kim bundan daha yaxşısına çatarsa, ona tabe olsun.” deyərdi.
Şatibi’nin sözü ilə, ictihad, müctəhidi, Allah rəsulunun məkanına oturacaq bir dərəcəyə yüksəldər və bu sayədə o, Allahın hökmlərinu açıqlayar. Hal belə olunca, bidət və nəfsi arzularına tabe olanlar, bu dərəcələrə necə çata bilərlər?!
---------------------------------
---------------------------------
İctihadın dərəcələri (müctəhidin təbəqələri):
Fiqh üsulu alimləri, fəqihləri 7 təbəqəyə ayırırlar. Bunlardan ilk 4 təbəqəni təşkil edənlər, müctəhiddirlər; geriyə qalan təbəqələri təşkil edənlər də müqəllid olub ictihad dərəcəsinə çatmamış kimsələrdir.
Biz burada, bu təbəqələri sırası ilə açıqlayacağıq, hər təbəqənin fətva və ictihad cəhətindən yerini izah edəcəyik.
1. Şəriətdə müctəhidlər:
Bunlar, ilk təbəqəni təşkil edən müstəqil müctəhidlərdir. Yuxarıda zikr etdiyimiz bütün şərtlərin bunlarda mövcud olması, vacibdir.
Kitab və sünnətdən hökm çıxaranlar, qiyas edənlər, maslahatlara görə fətva verənlər, sədd-i zərai (şəri cəhətdən təhlükəli nəticələrə götürməsi qəti və qüvvətlə möhtəməl olduğunda, mübah fellərin qadağan edilməsi mənasında fiqhi termin) ilə ictihad edə bilənlər, bunlardandır. Qısacası, onlar, uyğun gördükləri bütün istidlal yollarına baş vurmuşlar və bu mövzuda heç kimsəyə tabe olmamışlardır. Onlar, özləri üçün metodlar təsbit edib bu metodlara görə, fəri məsələləri açıqlığa qovuşdurmuşlardır. Səhabələrin fəqihləri Səid b. əl-Musəyyəb; və İbrahım ən-Nəxai kimi tabiun fəqihləri; Cəfər əs- Sadiq və atası Muhamməd əl-Baqir, əbu Hənifə, Malik, Şafi, Əhməd b. Hənbəl, Əvzai, Leys b. Sa’d, Sufyan əs-Səvri, əbu Sevr və digərləri kimi çox müctəhid, bu təbəqəyə daxildir. Əslində onların görüşləri tamamilə və tədvin edilmiş (tərtib edilmiş, nizamlanılmış) bir şəkildə bizə qədər gəlib çatmamışdır; lakin fəqihlərin ixtilaflarından bəhs edən kitablarda onlara aid görüşlərin rəvayət edildiyini görə bilirik. Bunların əsilsiz olduğuna dair bir dəlil olmadığına görə, doğru olması qüvvətlə möhtəməldir (ehtimal ediləndir).
Əbu Hənifə’nin tələbələrindən əbu Yusuf, Muhamməd, Züfər və digərlərinin bu təbəqəyə daxil olub-olmadıqlarında ixtilaf edilmişdir. İbn Abidin, onları başqa birisinə tabe olan, üsulda tabe, füruda azad; yəni məzhəbdə müctəhidlik dərəcəsinə yetişən kimsələrdən saymışdır. O, bu mövzuda belə deyir:
“Məzhəbdə müctəhid olan təbəqə üçün, müəllimlərinin qoymuş olduğu qaydalara görə hökmlər çıxarmağa müqtədir olan əbu Yusuf və Muhamməd kimi əbu Hənifə’nin tələbələrini misal olaraq zikr edə bilərik. Onlar, bəzi fəri hökmlərdə şeyxlərinə müxalifət etmişlərsə də, üsula aid qaydalarda onu təqlid etmişlərdir.” (ibn Abidin, “Şərh’u uqudi rəsmi’l-müfti”, İstanbul/1325, s. 11)
Bu sözlər tənqid edilə bilər. Çünki əbu Yusuf, Muhamməd və Züfər, fiqhi görüşlərində müstəqil idilər. Onlar, heç bir zaman müəllimlərini təqlid etmirlərdi. Onların əbu Hənifə’dən dərs almaları, Onun görüşlərini incələmələri və ilk fiqh təhsillərini ondan almaları, fikri istiqlallarına (sərbəstliklərinə) və ictihad azadlıqlarına əngəl təşkil etməz. Əgər iş belə olsaydı, başqasından dərs alan hər kəsin müqəllid olması lazım gələrdi ki, bu da, əbu Hənifə’nin belə müstəqil müctəhidlər dərəcəsinə çatmadığı nəticəsini doğurardı; çünki əbu Hənifə, şeyxi Hammad b. əbi Süleyman vasitəsilə İbrahim ən-Nəxai’nin fiqhini almaqla təhsilinə başlamışdır. O, İbrahim ən-Nəxai’dən çox şey rəvayət etmişdir. Əbu Hənifə’nin fiqh və ictihaddakı mövqeyini kiçiltmək istəyənlər, bax belə söyləmişlərdir. Şah Vəliyullah əd-Dəhləvi, “Hüccətullah əl-Baliğa” (c. 1, s. 307-308) və fəqihlərin ixtilafı haqqındakı “əl-İnsaf” adlı əsərində, bu görüşləri iləri sürmüşdür. Biz, bu görüşün yalnışlığını “əbu Hənifə” adlı əsərimizdə ortaya qoyduq və belə dedik: Əbu Hənifə müstəqil bir müctəhiddir, çünki o, İbrahim ən-Nəxai’nin görüşlərini incələmiş, bəzən ona muvafiq, çox zaman da müxalifət etmişdir. Ona müvafiq olduğu şeylərdə dəlil və istidlala istinad etmiş; mücərrəd təqlid və ittiba etmək görüşünə düşməmişdir. Eyni şəkildə, əbu Hənifə’nin tələbələri də, özündən ictihad metodlarını almışlardır; bəzən ona müvafiq, bəzən də müxalifət etmişlərdir. Müvafiq olmaları, təqlid etmə işi deyil; iqna olma, istidlal və dəlili təsdiq işidir. Bu, füru bir kənara dursun, üsulda müqəllid olanların belə edəcəyi iş deyildir.
Əbu Yusuf, Muhamməd və Züfər’in hökm çıxararkən dayandığı prinsiplər, çox zaman müəllimləri əbu Hənifə’nin görüşlərinə uyğun olursa da, hər zaman eyni deyildir. Onların müəllimlərinə bəzi əsaslarda belə qarşı çıxmaları, müstəqil müctəhid olduqlarını göstərir. Onların hökm çıxarma yollarında birləşməsi, təqlid etmək məsələsi deyil, iqna olmaq məsələsidir. Bax müqəllidlə müctəhid arasındakı fərq də budur. Doğru ölçü də bu olmalıdır.
Bu imamların həyatlarını incələyənlər, prinsiplər (əl-usul)’da da onların təqlidçilikdən uzaq olduqlarını görərlər. Bu imamlar, yalnız əbu Hənifə’nin dərslərilə kifayətlənməmiş, əbu Hənifə’dən sonra başqalarından da dərs almışlardır. Misal olaraq, əbu Yusuf, mühəddislərin dərslərinə qatılmış və onlardan bir çox hədis öyrənmişdir. Əbu Hənifə, bəlkə də bu hədislərə vaqif olmamışdı. Daha sonra əbu Yusuf qazılıq mövqəyinə keçmiş, bu səbəblə insanların bir çox hallarına vaqif olmuş, müəlliminin görüşlərinə tabe olarkən, onları öz hökmlərilə bəzəmiş, ona müxalifət edərkən, insanlar arasındakı mühakimələri ilə daha doğru gördüyü yolu tutmuşdur. Bütün bunların əbu Hənifə’yə aid olub əbu Yusuf tərəfindən mənimsəndiyini iləri sürmək, həqiqətləri örtmək deməkdir.
İmam Muhamməd, elmi həyatının ilk illərində qısa bir müddət əbu Hənifə’nin dərslərinə davam etmiş, sonra imam Maliklə görüşüb ondan “əl-Muvatta”nı rəvayət etmişdir. Hətta onun rəvayəti, Muvattanın isnad baxımından ən sağlam rəvayətlərindən biri sayılır. Buna görə, imam Muhamməd, müqəllid isə, bu imamlardan hansını təqlid etmişdir? Əbu Hənifəni mi, Maliki mi? Yoxsa ikisini birdən mi təqlid etmişdir? Həm onun, həm müəllimi əbu Yusuf’un, həm də Züfər’in mütləq müctəhid olduqlarını, üsulda da, füruda da müqəllid olmadıqlarını söyləməyimiz, insaf və məntiq gərəyidir. Bunu da bildirməyimiz lazımdır ki, üsul, əbu Hənifə dövründə tam olaraq yazılmamışdı ki, tələbələri onu əbu Hənifə’dən aldılar və bunda Ona tabe oldular, deyilsin. O dövrdə üsul, ancaq hökm istinbat edilərkən nəzərə alınardı, bir dərs şəklində oxudulmazdı. Necə ki, bu xüsusu əsərin baş tərəfində də açıqlamışdıq.
Burada, "Günümüzdə belə bir ictihad qapısı açıla bilər mi?" sualı ortaya atılmaqdadır. Bu suala, Şafilərlə Hənəfilərin çoxu müsbət cavab verməktədirlər, lakin Hənəfilər, Kəmaluddin b. əl-Hümam kimi bəzi fəqihlərin mütləq müctəhidlik dərəcəsinə çatmış olduğunu qəbul edərlər. Bundan anlaşılır ki, onlar mütləq ictihad qapısını tamamilə bağlamamışlardır. Bu mövzuda Malikilər və Hənəfi və Şafilərə yaxındırlar. Onlara görə, hər əsrdə bir mütləq müctəhid mövcud olmaya bilər; lakin hər əsrdə məzhəbdə müctəhidin olması lazımdır.
Hənbəlilərə gəlincə, onlar, hər əsrin bir müctəhiddən xali (boş) qalmasının caiz olmayacağını söyləyirlər. Bu mövzuda, ibn Qayyim əl-Cevziyyə belə deyir:
“Müstəqil müctəhidlər haqqında Allah rəsulu (sallallahu aleyhi və səlləm): ‘Allah, bu ümmətə hər yüz ilin başında dinini yeniləyəcək bir müctəhid göndərər.” buyurmuşdur. Onlar, Allahın dinini yenidən canlandırmaq üçün göndərdiyi kimsələrdir. Əli b. əbi Talib, bunlar haqqında: ‘Yer üzü, Allahın hüccətlə əmrini yerinə gətirən bir qaimdən xali (boş) olmaz.’ demişdir.”
Hənbəlilərə görə, hər cür ictihad qapısı açıqdır. Madam ki, insanların ağıl və idrakları fərqlidir, madam ki, hər kəs müctəhid olacaq qüdrətə sahib deyildir və hər kəsin elmi və əqli səviyyəsi ayrıdır; o halda, heç kim, ictihad qapısını bağlaya bilməz və əhil olmadıqca, müctəhidlik iddiası qaldıra bilməz. Əhil olmadığı halda, belə bir iddiada olan kimsə, elm və ictihad sahibi olmaq bir yana dursun, dini mövzuda etimada belə layiq deyildir.
Hənbəlilər, ictihad qapısını açmaqla qalmazlar, hər əsrdə bir mütləq müctəhidin varlığını zəruri görürlər. Hənbəli fəqihlərdən ibn Aqil belə deyir: “Sonrakılar (mütəaxxirun), mütləq müctəhid olmayan bəzi çağların ola biləcəyini qəbul etmişlərsə də, bu mövzuda əvvəlkilər (mütəqaddimun) arasında hər hansı bir ixtilafın mövcud olduğu bilinmir.”
(Hicri 7-ci əsrdə yaşamış olan) Hənbəli alimi ibn Hamdan da belə deyir: “Uzun zamandan bəri, mütləq müctəhid yox olmuşdur. Halbuki indi, bunun yetişməsi ilk zamanlardan daha asandır.” (ibn Hamdan, “Sifətu’l-fətva və’l-Mufti və’l-Mustəfti”, Dəməşq/1280, s. 17)
----------------------------------------------
2. Müntəsib müctəhidlər:
Bunlar, ikinci təbəqəni təşkil edirlər. Hökm çıxarmada, imamın qoyduğu üsula tabe olarlar və füruda ona müxalifət edərlər. Ümumi olaraq, bunlar, imamın çatdığı nəticələrə bənzər ictihadlara çatmışlardırsa, bu, onların imamla söhbət və davamlı münasibətdə olduğunu göstərir. ibn Abidin, belə deyir: “Əbu Hənifə’nin dostları, bunlardandır.” Əgər əbu Yusuf, daha çox hədisə dayanmasa və nisbətən qiyası daha az istifadə etməsəydi, bəlki bu sözün bir dəyəri olardı. Bu halda, əbu Yusuf’un tamamilə əbu Hənifə’yə tabe olduğunu düşünmək imkansızdır. Bunun üçündür ki, biz, əbu Yusuf, Muhamməd b. əl-Həsən və Züfər’in müstəqil müctəhid olduqlarını söylədik.
Müntəsib müctəhidlərə misal olaraq:
• Şafi məzhəbində- əl-Muzəni’ni;
• Maliki məzhəbində-Abdurrahman b. Qasim, ibn Vehb və ibn Abdilhakəm’i zikr edə bilərik.
Nəvəvi, “əl-Məcmu” əsərində belə deyir:
“Ustad əbu İshaq əl-İsfərayini, bizim dostlarımızın bu sifətdə (müntəsib müctəhid) olduğunu iddia etmişdir. Malik’in tələbələrindən, Əhməd’dən və Davud (əz- Zahiri) ilə Hənəfilərin çoxundan öz imamlarını təqlid etdikləri, hekayə edilmişdir. Doğrusu, təhqiq əhlinin görüşü, bizim dostlarımızın görüşünə uyğundur. Yəni dostlarımız, Şafii məzhəbini təqlid surətilə deyil, onun ictihad və qiyas metodunu sağlam və doğru gördükləri və ictihad üçün ona tabe olmaq məcburiyyətində qaldıqları üçün, hökmləri imam Şafi’nin metoduyla anlamaq istəmişlərdir. Əbu Əli əs-Sinci (Şafi fəqih) də buna bənzər bir mütaliə bəyan edər və belə deyər: ‘Biz, başqasına deyil, Şafiyə tabe olduq; çünki onun görüşü, görüşlərin ən üstünü və ən doğrusudur. Biz, Şafi’ni təqlid etmədik.’ Məncə onun bu ifadəsi, Şafi’nin əmrinə və əl- Muzəni’nin “əl-Muxtasar”nın başında söylədiklərinə tamamilə uyğundur.” (Nəvəvi, "Kitabu’l-Məcmu", Şam, Um., No. 48, 291)
Nəvəvi, bu sözləri tənqidə tabe tutar və Şafii müctəhidlərin hamsının təqliddən uzaq olduqlarına dair iləri sürülən iddiaların doğru ola bilməyəcəyini bildirirərək: ‘Bəzi üsul alimləri, imam Şafi’dən sonra, müstəqil müctəhid olmadığını söyləmişlərdir.’ deyir, ki, bizcə bu görüş də çox aşırıdır.
Qısacası, bu təbəqəyə mənsub olan müctəhidlər, əbu Hənifə’nin tələbələri arasında vardır. Onlar, Züfər, əbu Yusuf və Muhamməd b. əl-Həsən əş-Şeybani’nin dərəcəsinə çatmayan kimsələrdir. Misal olaraq, əbu Hənifə’nin üsul və metoduna bağlı olan, Həsən b. Ziyad, Hilalu’r-Rey və digərləri, bu təbəqəyə daxildirlər. Bunlar, bəzi fəri məsələlərdə əbu Hənifə’yə müxalifət etmişlərdir. İmam Malik’in tələbələri də bu təbəqəyə daxildirlər. İmam Şafi’nin tələbələrindən əl-Muzəni və bənzərləri də, bu təbəqəyə daxil olub bunlar, bəzi məsələlərdə Şafi’yə müxalifət etmişlərdir. Əslində, Şafilər, əl-Muzəni’nin özünə xas görüşlərinin Şafi məzhəbindən sayılıb-sayılmayacağında ixtilafa düşmüşlərdir.
Müctəhid imamları izləyən ilk çağların demək olar ki, hamısında, metod cəhətindən imama bağlı olan və füruda ona bağlı olmayan bu təbəqəyə mənsub müctəhidlər mövcud olmaqdadır. Misal olaraq, əbu’l-Həsən əl-Kərxi, evlənmədə bərabərlik (kəfaət) şərtini qəbul etməyərək əbu Hənifə və dostlarına müxalifət etmişdir.
Əbu Bəkr əl-Əsamm da, büluğ yaşına gəlməmiş uşaqlar üzərində evləndirmə vəlayətini qəbul etməmək surətilə, Hənəfi məzhəbinə müxalifət etmişdir. Bununla birlikdə, o, yenə də Hənəfi məzhəbi mənsubdur. Bunlardan anlaşılır ki, müntəsib müctəhidlər, metod cəhətindən imama bağlı olduqları halda, fəri məsələlərdə bəzən ona müvafiq, bəzən də müxalifət etməkdə və imamın ələ almadığı məsələlər haqqında ictihad etməkdədirlər.
-----------------------------------
3. Məzhəbdə müctəhidlər:
Bunlar, "üçüncü təbəqəni təşkil edən, üsul və füru da imama tabe olan kimsələr"dir. Bunların etdikləri, ancaq haqqında imamdan hər hansı bir rəvayət olmayan məsələlərin hökmlərini açıqlamaqdan ibarətdir. Malikilərə görə, hər əsrdə olması lazım gələn müctəhidlər bunlardır. Bunların ictihadlarına “təhqiqu’l-mənat” deyilir. Bu da, əvvəlkilərin təsbit etmiş olduqları illətləri, onların ələ almadıqları məsələlərə tətbiq etməkdir. Bu təbəqəyə daxil olan müctəhidlər, məzhəbcə bir hökmə bağlanmış olan məsələlərdə, çox az ictihad etmişlərdir. O da, əvvəlkilərin istinbat etdiyi hökmləri, sonrakıların örfündə mövcud olmayan bəzi şeylərə dayandırılmış olma ehtimalını nəzərə alaraq açıqlamaq şəklindədir.
Qısacası, bu təbəqəni təşkil edən müctəhidlərin ictihadı, 2 xüsusdan kənara çıxmamışdır:
1. Əvvəlki müctəhid imamların mənimsədiyi qaydaları xülasə mək, imamların etmiş olduqları qiyasların illətlərindən meydana gələn fiqh qaydalarını bir araya toplamaq.
2. Haqqında məzhəbcə bir nass olmayan hökmlər çıxarmaq.
Bu təbəqə, məzhəblərin fiqhini yazan və onların inkişafını təmin edən prinsiplər qoyan; tərcih, görüşlər arasında qarşılaşdırma, bəzi görüşləri dəstəkləmə, bəzi görüşləri zəif olaraq göstərmə kimi xüsuslarda müəyyən ölçüləri yerləşdirən və hər məzhəbin fiqhi bünyəsinin qəti cizgilərlə digərindən ayıran müctəhidləri təşkil edər.
---------------------------------------
4. Tərcih edən müctəhidlər:
Dördüncü təbəqəni təşkil edən bu müctəhidlər, "haqqında məzhəb imamlarının ictihadları olmayan füru məsələlərin hökmlərini çıxaran, hökmü heç bildirilməmiş məsələlərə toxunmayan kimsələr"dir. Lakin onlar, üçüncü təbəqənin təsbit etmiş olduğu tərcih əsaslarına dayanaraq, rəvayət edilən görüşlər arasında tərcihlər etmişlərdir.
Bəzi görüşləri, istinad etdiyi dəlilin qüvvətli olması və ya mövcud əsrin gərəklərinə tətbiq cəhətindən əlverişli olması səbəbilə tərcih etmişlərdir. Əlbəttə bu, yeni görüş bəyan etmək deyildir. Bu təbəqə ilə bundan əvvəlki təbəqə arasındakı fərq, çox azdır. Hətta üsulçuların bəzisi haqlı olaraq, bu 2 təbəqəni bir saymışlardır. Çünki üsula görə, fikirlər arasında tərcih etmək, məzhəb imamlarının ələ almadığı məsələlərin hökmlərini ortaya qoymaqdan daha az əlverişli deyildir. Nəvəvi, “əl-Məcmu” əsərinin müqəddiməsində, bu 2 təbəqəni bir təbəqə olaraq zikr etmişdir.
-------------------------------------
5. İstidlal edən müctəhidlər:
Bunlar, ibn-i Abidin’in zikr etdiyi beşinci təbəqəni təşkil edirlər. Bu təbəqə mənsubları, görüş və rəvayətləri qarşılaşdırıb “Bu görüş, qiyasa daha uyğundur.”, “Bu görüş, rəvayət cəhətindən daha səhih və dəlil yönündən daha qüvvətlidir.” şəklində açıqlamalar etmişlərdir.
Bu təbəqə ilə bundan əvvəlki təbəqə arasındakı fərq də, çox açıq deyildir; çünki ibn Abidin’in ayrı-ayrı zikr etdiyi üçüncü, dördüncü və beşinci təbəqələri belə, iki təbəqəyə endirmək mümkündür.
a. Təxric edən müctəhidlər:
Təxric: "müctəhidlərin istinad etdikləri naslara, qaydalara, əsllərə tətbiqən şəri hökmlər çıxartmaları" deməkdir.
Bunlar, haqqında məzhəb imamlarının fikir bəyan etmədikləri məsələlərin hökmlərini çıxaran və təxriclərində, məzhəbin qəti olaraq qəbul etdiyi qaydalara söykənən kimsələrdir.
b. Tərcih edən müctəhidlər:
Bunlar da, fərqli rəvayətlər və bir birinə zidd görüşlər arasında, ən sağlam rəvayəti, ən doğru görüşü və ya bunlardan sünnətə ən yaxın, qiyasa ən uyğun və insanlar üçün ən asan olanı bəyan etmək məqsədilə, tərcih edən kimsələrdir.
Sayısı nə qədər olursa olsun, yuxarıda keçən təbəqələrdən hər birinin özünə görə bir ictihad şəkli vardır:
• Birinci təbəqə, daha çox kamil (mütləq) ictihadlar etmişlərdir.
• İkinci təbəqə, daha çox füruda mütləq ictihad edib ümumi olaraq üsulda ictihad etməmişlərdir.
• Üçüncü təbəqə, illətləri çıxarma, hökmlərin dayandığı əsasları təsbit etmə və bunları məsələlərə tətbiq etmə baxımından ictihad etmişlərdir.
• Dördüncü təbəqə də, üçüncü təbəqə kimidir.
• Beşinci təbəqə isə, görüş və rəvayətləri seçmə cəhətindən, çox az ictihad etmişlərdir. Əslində bu təbəqə müqəlliddir; ancaq məzhəbə görə, təfsirdə, məzhəbin hüdudları və çərçivəsini aşmadan, əqli bir fəaliyyət göstərməkdə, bu təbəqə mənsublarının da bir rolu vardır.
Qısaca deyə bilərik ki, bu təbəqə, tərcih etmə şəklində də olsa, özünə görə bir ictihada sahibdir.
Bundan sonra ələ alacağımız iki təbəqəyə gəlincə, bunlar tamamilə müqəllid olub fiqhi bir ictihada sahib deyildirlər. Onlar, sadəcə əvvəlkilərin görüş və əsərlərini toplayıb tədvin etməklə (eyni mövzuya dair bəhsləri, çalışmaları bir araya toplamaqla) məşğul olmuşlardır.
----------------------------
6. Hafizlər təbəqəsi:
Bu təbəqə, müqəllid olub əvvəlkilərin tərcihlərini bilməkdə hüccət sayılırlar. Hənəfilərdən ibn Abidin, bu təbəqə haqqında belə deyir: “Onlar ən sağlam, sağlam və zəif, açıq rəvayət, məzhəbin zahir görüşü və nadir rəvayət arasında seçmə gücünə sahib kimsələrdir. əl-Kənz, əd-Durru’l-Muxtar, əl-Viqayə və əl-Məcma kimi mötəbər mətnlərin müəllifləri, bu təbəqəyə daxildirlər. Bunlar, kitablarında rədd edilmiş fikirləri və ya zəif rəvayətləri nəql etməmişlərdir.”
Buna görə, onların bu davranışları, tərcih deyildir; lakin tərcih edilənləri bilmək və tərcih sahibi müctəhidlərə görə tərcih dərəcələrini bir sıraya qoymaqdan ibarətdir.
Tərcih sahibi müctəhidlərin tərcihlərini bilmək, onlar arasında bir hökm vermək mənasına gəlir. Dolayısı ilə, onlar, özlərinə görə tərcih cəhətindən daha sağlam olan, məzhəbin üsuluna daha çox istinad edən, say cəhətindən daha çox olan və ya məzhəbcə daha çox hüccət sayılan tərcih sahibi müctəhidlərin görüşlərindən bəzilərini seçmişlərdir.
Əvvəlkilər kimi, bunların da fətva vermək haqları vardır. Lakin bu, dar bir çərçivə içərisindədir. Xayruddin ər-Ramli, "əl-Fətava"sında (2-ci cild, s. 32), bu mövzu ilə bağlı olaraq belə deməkdədir:
"Şübhəsiz ki, müxtəlif görüş və rəvayətlərin tərcihə layiq olanlarını bilmək və onların sihhət və zəiflik cəhətindən dərəcələrini tanımaq, elm yolunda ciddi səylər sərf etmiş olanların sonunu göstərir. Bu etibarla, müfti və qazının üzərinə düşən, cavabı yaxşı təsbit etmək, haramı halal və ya halalı haram etmək surətilə, Allaha iftira etmək kimi bir ölçüsüzlüyə düşməməkdir.”
--------------------------------
7. Müqəllidlər təbəqəsi:
Müctəhidlərin ən aşağı təbəqəsi, bu təbəqədir. Bu təbəqəyə mənsub olanlar, kitabları anlaya bilirlər; lakin görüş və rəvayətləri tərcih edə bilmirlər. Onlar, tərcih edən müctəhidlərin tərcihlərilə, tərcih dərəcələrini ayırd edə biləcək məlumata sahib deyildirlər. İbn Abidin, bu təbəqəni belə tərif etməkdədir: “Onlar, doğru və yalnışı, sağ və solu bir birindən ayıra bilməmişlərdir. Hətta onlar, gecə odun toplayan şəxs kimi, əllərinə keçən hər şeyi bir araya gətirmişlərdir. Bunları təqlid edənlərə təəssüflər olsun!” ("Şərh-u Uqudi Rəsmil-Müfti", s. 12)
İbn Abidin’in bildirdiyi bu sinif mənsubları, son əsrlərdə olduqca çoxalmışlardır. Onlar, sanki kitabların ibarələrinə ibadət edərlər; kitabların içindəkilərdən o tərəfə gedə bilməzlər; dəlil, görüş və rəvayətləri bir birindən əsla ayırd edə bilməzlər. Əsrimizdə, bu kimi insanlar çoxdur. Onlar, fəqihlərin sözlərinə sarılarlar; bu sözlərin istinad etdiyi dəlillərə baxmazlar; hətta "Bu mövzuda, belə bir görüş vardır." deməklə kifayətlənərlər. Etdikləri işləri məşru göstərmək istəyən çevrə və siniflər üzərində, bu tip insanların böyük təsiri vardır. Bunlar, kim demiş olursa olsun, qiyməti nə olursa olsun, tapdıqları hər hansı bir görüşə sarılarlar və açıq bir dəlil və ya tərcihə layiq bir düşüncəyə dayanmamış olsa belə, ona görə fətva verərlər; sonra da onu hər tərəfə yayarlar.
İbn Abidin’in dediyi kimi, bunlara da, bunları təqlid edənlərə də təəssüflər olsun!
Bu mövzunu bitirmədən öncə, bildirmək istəyirik ki, Hənbəlilərin bu görüşünə, biz de eynilə qatılırıq:
Hər əsrdə mütləq ictihad şərtlərinə haiz bir müctəhidin olmaması doğru olmaz; çünki belə bir ictihad sayəsində, din, iftiraçıların iftiralarından qorunmuş və onun tər təmiz cövhəri göstərilmiş olur. Yenə belə bir ictihad sayəsində, dinin metodundan ayrılmadan, hökmlərinə lazımsız bir şey qatmadan və dini bağlarını qoparmadan, İslami əsasları tətbiq etmək imkanı doğar. Heç bir kimsə, Allahın ağıllara açmış olduğu bu qapını bağlamaq haqqına sahib deyildir. Bu qapının bağlandığını söyləyən, hansı dəlilə istinad etməkdə və özü üçün mübah olan şeyi niyə başqaları üçün haram saymaqdadır?! Bunu soruşmaq haqqımız deyil midir? Çünki bu qapının bağlanması, insanları, İslamı, ilk qaynaqlardan, yəni Kitabdan, Sünnət və sələfin əsərlərindın uzaqlaşdırmaqdadır. Hətta təqlidçilikdə ifrata varan bəzi kimsələr, Quran və hədisi incələməyə lüzum yoxdur; çünki ictihad qapısı bağlıdır, deyəcək qədər iləri getmişlərdir.
Lə həvlə və lə quvvətə illə billəh!
--------------------------------------
--------------------------------------
İctihadın bölünməsi:
İctihad şərtlərinə sahib olan kimsənin ictihadı, qeydsiz-şərtsiz və ümumi bir ictihadmıdır? Belə bir müctəhidin hər cür dini məsələ haqqında ictihad etməsi lazım gəlirmi? Çünki ictihad, fiqhi bir məharət olub buna sahib olan kimsə, həm üsulu, həm də şəriətin məqsədlərini tam olaraq bilməktədir. Onun ictihadı hər hansı bir mövzuya məxsus qılınmış ola bilməz; çünki şəriətin hər bölməsi bir birinə bağlıdır. Şəri bir məsələdə ictihad edəcək kimsə, şəriətin bütününü bilmək məcburiyyətindədir. İbadət məsələsini haqqı ilə bilməyən, muaməlata dair məsələləri anlaya bilməz. İctihad şərtlərinə sahib olan müctəhidə görə ictihad etmək, fiqhi bir məharətdir. Bu məharət sayəsində, müctəhid, bütün dini məsələlərə nüfuz edə bilər.
Fəqihlərin böyük çoxluğu bu görüşü mənimsəmişlərdir. Onlara görə, ictihad bölünməz. Nikah məsələlərində ictihad edən kimsə, ibadət məsələlərində başqalarını təqlid edə bilməz. Bununla bərabər, ibadət xüsusunda müctəhid olan kimsə, alış-satış və ya nikah xüsusunda müqəllid ola bilməz; çünki bu, iki zidd şeyi birləşdirmək deməkdir. İctihadla təqlidçilik bir birinə zidd olan və bir şəxsdə birləşməsi mümkün ola bilməyən şeylərdir. Doğru qiyas metodlarını bilən bir fəqih, onu ailə məsələlərinə tətbiq etməkdən aciz və muaməlat işlərinə tətbiq etməyə müqtədir ola bilər mi? Ancaq onun, bəlli bir mövzuya aid dəlillər haqqındakı məlumatı ilə, digər mövzuların dəlillərinə aid məlumatı bərabər olmaya bilər. Lakin bu, onun müctəhidlikdən müqəllidlik mərtəbəsinə düşməsi demək deyildir.
Bəzi Malikilərlə Hənbəlilər, Zahirilərə tabe olaraq deyirlər ki, ictihad bölünə bilər. Hər hansı bir mövzu haqqında dərin bir məlumata sahib olan kimsə, bu mövzuda ictihad edə bilər. Bu, ictihad mövzusundakı əsaslara zidd deyildir.
Burda onun, həm müctəhid, həm də müqəllid olduğu söylənə bilməz. Çünki Zahirilərə görə, təqlid, mütləq olaraq qadağandır. İnsan, qarşılaşdığı bir məsələni, öz rəyi ilə deyil, bir dəlilə istinad edərək fətva verən hər hansı bir fəqihə baş vurmaq və onun istinad etdiyi bu dəlili götürmək məcburiyətindədir. Bax o, bu dəlili anlamaqda müctəhid deməkdir və onu, bunun xaricində təqlid etməz; bəlkə özü də onun getdiyi yoldan gedər.
İctihadın bölünə biləcəyini və təqlidi caiz sayanlara görə, bəlli bir mövzuda ictihad edəcək kimsə, bütün ictihad metodlarını bilmək və ictihad üçün lazımi əhəmiyyətə sahib olmaq məcburiyyətindədir. Bəlkə o, dəlillərini tam olaraq bildiyi mövzuda fətva verər, digər mövzularda qəti bir məlumata sahib olana qədər susar. Məsələn, bir çox imamlar, özlərindən soruşulan bir qisim məsələlər haqqında, ‘bilmirəm’ deyə cavab vermişlərdir.
İmam Malik, 36 suala ‘bilmirəm’ (lə ədri) sözüylə qarşılıq vermişdir; çünki o, bu məsələlərin istinad etdiyi dəlilləri, o zaman incələməmişdi. Bununla bərabər Onun imamlıq və müctəhidlik sifəti getməmişdir. Yenə də O, hicrət yurdunun (Mədinənin) imamıdır.
-----------------------------------
-----------------------------------
İfta (fətva vermə) və Müftidə axtarılan şərtlər
İfta (fətva vermə), ictihada nisbətlə daha xüsusi bir məna daşıyır; çünki ictihad, fiqhi hökmləri qaynaqlardan çıxartmaqdır. Bu hökmlərin açıqlanması haqqında, hər hansı bir sual olsun və ya olmasın, nəticə dəyişməz. Necə ki, əbu Hənifə, dərslərində bir çox fər’i məsələlərin hökmlərini açıqlarkən, illətlərini istinbat etdiyi qiyasları və bu illətlərin o qiyaslara nə dərəcə əlverişli olub-olmadığını təsbit etmək üçün belə etmişdir. "İfta" isə, "ortada mövcud olan bir vaqiənin hökmünü açıqlamaq üzərə, fəqih tərəfindən verilən bir cavab"dır.
Həqiqi fətva, ictihad şərtləri ilə birlikdə başqa şərtləri də özündə ehtiva edən müctəhid tərəfindən verilir.
Bu şərtlər:
• fətva istəmə (istifta) vaqiəsini bilmək;
• fətva istəyən (mustəfti)’nin halını; və
• içində yaşadığı cəmiyyəti
incələməkdir.
Beləcə müfti, bunların, fətva istəyən kimsə üzərindəki təsirini bilsin; Allahın dinini oyuncaq etməsin.
Bunun üçündür ki, İslam alimləri, müftilik üçün ağır şərtlər qoymuşlardır. Əhməd b. Hənbəl’dən bu xüsusda belə rəvayət edilir:
“Bir kimsənin özünü fətva verməyə əhil görməsi üçün, bu 5 şərti haiz olması lazımdır:
1. Yaxşı niyyət sahibi olmaq; çünki yaxşı niyyət sahibi olmayanın nə üzündə, nə də sözündə nur olar.
2. Elm, hilm və ciddiyət sahibi olmaq;
3. Özündən və elmindən əmin olmaq;
4. Xalqa öz hökmünü qəbul etdirməsi;
5. İnsanları yaxşı tanımaq.”
İmam Əhməd’in bir müfti üçün iləri sürdüyü bu şərtlərdən anlaşılır ki, müftinin:
• fətva istəyənin psixoloji halını diqqətə alması,
• xalq nəzərində etibar sahibi, bəsirətli,
• verdiyi fətvanın nəticəsini və insanlar arasında yaratdığı təsiri qavrayacaq bir görüş sahibi olması
lazım gəlməkdədir.
Dolayısı ilə o, verdiyi fətvanın pis bir nəticə doğuracağını başa düşərsə, fətva verməkdən çəkinər, yaxşı bir nəticə doğuracağını başa düşərsə, fətva verməkdən çəkinməz.
Müfti, özünün, doğru yolu göstərən bir rəhbər olduğunu və verəcəyi fətvanın insanları islah etmək üçün bir mihvər təşkil etdiyini bilməlidir. Şatibi, bu mövzu haqqında belə deyir:
“Üstün bir dərəcəyə çatmış olan müfti, insanları doğruluğa və etidala sövq edən, xalqa mötədil yolu göstərən kimsədir. O, insanları çətinliyə salmaz və tənbəlliyə də sürükləməz.” ("əl-Muvafaqat", 4-cü cild, s. 258)
Burada Şatibi, ifrat və ya təfritə düşməyin, ədalət və doğruluqdan ayrılma olduğunu bəyan etmək; şiddət göstərməyin təhlükəyə sürükləyəcəyini, bütünü ilə xoş davranmağın da, çöküşə səbəb olacağını açıqlamaq istəyir.
Müftinin önündə ruxsat qapısı da açıqdır. O, əzimətə görə fətva verdiyi zaman, çətinlik və sıxıntıya səbəb olacağını başa düşərsə, insanların halına görə ruxsat cəhətinə gedər. Necə ki, Allah, əzimətlərin yerinə gətirilməsini sevirsə, ruhsatlarına tabe olunmasını da sevər. Əzimətin çətinliyə yol açdığı hallarda, ruxsata tabe olunması, Allah qatında daha sevimlidir; çünki Allah, qullarına asanlıq murad edər, çətinlik murad etməz.
Müfti, ictihadda yüksək bir mövqe sahibi deyilsə və lazım olan şərtləri özündə ehtiva etmirsə, fərqli məzhəblərdən insanlar üçan asan gələn görüşləri seçmə haqqına sahib ola bilər mi? Səhabələrin ixtilafı, insanların çətinliyə düşmələrini önləməyə səbəb olmamış mıdır? Necə ki, Ömər b. Əbdü’l-Əziz: “Səhabələrin ixtilafı, məni son dərəcə sevindirir... Onlar bir görüş üzərində birləşsə idilər, insanlar çətinliyə düşərlərdi.” (Şatibi, “əl-İtisam”, c. 3, s. 11) demişdir.
Şübhəsiz müfti, ictihad etmə və dəlillər arasında qüvvətli olanları seçə bilmə qüdrətinə sahibdirsə, məzhəblərin görüşləri arasında dəlil cəhətindən qüvvətli olanları tərcih edib, vəziyyətə daha uyğun olan fətvanı verər; lakin bu halda onun 3 şərtə bağlı qalması lazımdır:
1. Müfti, fətva soruşan kimsənin, başqasının dəlillərini öyrənincə, özündən almış olduğu fətvadan dönəcəyi zəif bir dəlili tərcih etməməlidir.
2. Seçdiyi görüş, insanların faydalarına olmalı və onları nə şiddətə, nə də tənbəlliyə sürükləməməlidir.
3. Tərcih etdiyi görüş, yaxşı niyyətə dayanmalı, Allahın qəzəb və razılığı unudularaq, hökmdarı razı salmaq və ya insanların keyfi arzularını tətmin etmək üçün olmamalıdır.
Müfti fətva vermədən əvvəl, hökmdarların məqsədlərini bilib onlara uyğun, lakin haqqa zidd fətva verənlərdən olmamalıdır.
Belə fətva verənlər, əlbəttə çürük kimsələrdir. İnsnlar bəzi müftilər görmüşlərdir ki, onlar, özləri və hökmdarlar üçün xoş görü; xalq üçün də şiddət yönünü tərcih etmişlərdir. Bunlar, özləri üçün fərqli məzhəblərin asan görüşlərini, başqaları üçün də, son dərəcə çətin belə olsa, onların bağlı olduqları məzhəblərin görüşlərini tərcih etməkdən çəkinməmişlərdir.
Şatibi, Əndəlusda (İspaniyada) fətva verən, sonra hökmdarı qəzəbləndirdiyi üçün fətvadan əngəllənən və bir hadisə münasibətilə hökmdarı razı salmaq üçün uyğun bir fətva vermiş olan bir fəqihdən (Muhamməd b. Yəhya b. Lübabə) söhbət açır. Sözün qısası, bu hadisə və fətva belədir:
Əndəlus əmiri Nasir’in sarayı civarında bir vəqflik vardı. Bu, sarayın mənzərəsini pozurdu; çünki tam əmirin gəzişdiyi yerin qarşısında qalırdı. Əmir, bu vəqfi istimlak etmək və saray baxçasına qatmaq istəyirdi. Böyük müftilərdən Baqiyy b. Məxləd’ə halı bildirdi. Alimlər, Maliki məzhəbinə görə vəqfin satıla bilməyəcəyi görüşündə birləşdilər. Verdikləri fətvanı əmir xoş qarşılamadı. Bu sırada, yuxarıda işarət etmiş olduğumuz, fətvadan əngəllənən Muhamməd b. Yəhya b. Lübabə adlı fəqih, halı öyrənib əmirə, arzusuna uyğun bir fətva verəcəyini bildirdi. O, bu fətvasında, Hənəfi məzhəbi mənsublarından vəqfin satılıb dəyişdirilə biləcəyini qəbul edənlərin görüşünə tabe olmuşdu. Bunun üzərinə Əmir Nasir, bu fəqihi, digər alimlərlə bir araya gətirdi və öz aralarında məsələni həll etmələrini istədi. Alimlər, əvvəlki görüşlərində israr edincə, Muhamməd b. Yəhya, onlara belə dedi: “Allaha and için ki, içinizdən birinə bir fəlakət gəlsəydi, siz, İmam Malik’in görüşləri xaricinə çıxaraq bir asanlıq axtarardınız, deyil mi?” Onlar, bəli, dedilər. O da, elə isə, əmiru’l-muminin belə bir ruxsata daha layiqdir. Buna görə, halınızı təyin edin və İslam alimlərindən Ona uyğun olan görüşü götürün; çünki müctəhidlərin hamısı, bir öndərdir, dedi.
Bu halda, o biri fəqihlər, susmaq məcburiyyətində qaldılar. Bunun üzərinə, Qadı, məclisdə cərəyan edən halı Əmirə bildirdi. O da, bu fəqihin fətvasına tabe olaraq, vəqfi istimlak edib yerinə qat-qat artığını verdi. ("əl-Muvafaqat", 4-cü cild, s. 139)
Məzhəblərin görüşləri arasında tərcih etmək istəyən müfti, aşağıdakı məqamları da göz önündə tutmalıdır:
1. Bir görüşü, dəlil qüvvətli olduğu üçün mənimsəməli, dəlili zəif olan görüşü mənimsəməməlidir. Fətvaların şazz olanlarına bağlanmamalı, tərcih etdiyi məzhəbin metodlarını bilməlidir. Bu, müftinin hər hansı bir ictihad mərtəbəsinə sahib olmasını və təqlidçiliyə düşməməsini gərəkdirir.
İbn Teymiyyə, məzhəblərin görüşləri arasında bəzi seçimlər edərkən belə etmişdir. Belə bir ictihad gücünə sahib olmayan bir müfti, bildiyi məzhəb içərisində qalmaqla kifayətlənər, əgər o, məzhəbdə müftilik dərəcəsinə çatmışdırsa.
2. Haqqında icma olan xüsusu buraxıb ixtilaflı olan görüşü almamalıdır. Məsələn, o, qadının özünü evləndirməyə səlahiyyətli olduğunu (vəlayət altında olmadığını) söyləyən əbu Hənifə’nin bu görüşü ilə fətva verməməlidir; çünki bu təqdirdə, əqd, fəqihlərin icması ilə səhih olmuş olar. Ancaq müfti, bu xüsusda həm özünün nə üçün cumhurun görüşünü mənimsədiyini, həm də əbu Hənifə’nin görüşünü açıqlayıb fətva istəyənə, bunlardan birini tərcih edə biləcəyini söyləyə bilər; çünki məsələ, haram və halal ilə bağlı olma cəhətindən nazikdir; dolayısı ilə ehtiyatlı olmaq lazımdır.
İxtilaflı bir məsələdə, ehtiyat cəhətini tərcih etmək yerində olar. Məsələn, bir adam, öz anasından bir qurtum süd əmən süd qardaşı ilə evlənmək istəsə; müfti, belə süd qardaşlar arasında evlənməyi caiz görməyən əbu Hənifə və Malik’in məzhəbinə görə fətva verər. Əgər fətva istəyən, 4-5 qurtumluq süd əmməklə aralarında süd qardaşlığı olan bir qadınla evlənmiş və bu halı bir neçə uşaq sahibi olduqdan sonra öyrənmişdirsə, uşaqların qorunması üçün digər müctəhidlərin görüşünə tabe olaraq, bu evliliyin davamına fətva verməsi lazımdır. Əvvəlki halda, din cəhətindən ehtiyat yönü tərcih edildiyi halda, son halda uşaqlar üçün ehtiyat yönü tərcih edilmişdir. Yalnız burada, müctəhidlərin görüşlərini isbat üçün iləri sürdükləri dəlillər, müftinin nəzərində bir birinə bərabər olmalı və o, bunlardan heç birisinin qəti olduğunu qəbul etməmiş olmalıdır.
3. İnsanların keyfi arzularına uymamalı, maslahat və dəlilə bağlanmalıdır. Mötəbər olan maslahat, həyati bir əhəmiyyət daşıyan və ümumi maslahat olub fətva üçün haram və ya halal olmanın səbəbini təşkil edər. Hənəfi məzhəbinin bəzi imamlarına uyaraq, əmiri razı salmaq üçün vəqfin satılacağına cəvaz verən yuxarıda hekayəsini anlatdığımız fəqih, həqiqətən bir maslahat güdməmişdir; çünki əmir üçün bir fəlakət saydığı şey, sarayın mənzərəsinin pozulmasıdır. O, burada, əmirin arzusuna tabe olaraq, sarayın mənzərəsinin gözəlləşməsini deyil, vəqfin təmir edilərək gözəlləşdirilməsini təklif etsəydi, maslahat daha uyğun olardı.
İslam alimləri, müftinin fətva verəcəyi məsələ, şəxsi ilə bağlı olunca, necə bir fətva verməsi lazımdırsa, xalqa da eyni fətva verməsi üzərində ittifaq etmişlərdir. Özü üçün ruxsatı, başqaları üçün şiddəti tərcih edən müfti, ədalət və insafdan yoxsul kimsədir. Ancaq özü də, başqası üçün ruxsatı gərəkdirən şəxsi bir ehtiyac içərisində isə, məsələ yoxdur.
Müfti, fətva xüsusunda tələskənlik göstərməməlidir. O, məsələni və verəcəyi fətvanın nəticələrini yaxşıca düşünməlidir. Məsələni, həqiqətə çatmaq üçün dərhal cavablandırmaması eyib deyildir. Araşdırmaq, təcili bir hal yoxdursa, məsələni daha geniş bir zaman içərisində həll etmək, çox təbiidir.
Hicrət yurdunun imamı olan Malik, fətva xüsusunda heç tələsməzdi. O, bir məsələ üçün günlərlə məşğul olmuşdu. O, belə demişdir: “Bəzən mənə elə bir məsələ soruşulurdu ki, o, məni yeməkdən, içməkdən və yuxudan uzaq qoyurdu.” Ona dedilər ki: “Ey əbu Abdullah, vallah, sənin sözün, insanların yanında, daş üzərindəki yazı kimidir. Sən nə desən, xalq ona sarılır.” İmam Malik, buna belə cavab vermişdi: “Belə olmağa haqq qazanan kimsə, səbrlə məsələni incələyən və kor dəvə kimi önünü görmədən yeriməyən şəxsdir.”
Həqiqətən güvənilən bir müfti, Peyğəmbər məkanında oturan insandır. Peyğəmbər, haram və halalı bildirir. Müfti də, insanlara, Peyğəmbərin bildirdiyini nəql edər. O, şəriəti xalqa açıqlamaq xüsusunda, Peyğəmbərin varisidir. Nəfsi arzuların, onda yeri yoxdur. O, iləri atılmaq lazım gəlməyən yerdə susar. Haqqı söyləmək lazım gəldiyi zaman, nəticəsi nə olursa olsun, danışar. O, sadəcə Allahdan qorxar. Başqalarının qınaması, onun üçün əhəmiyyətli deyildir.
Allahım! Bizi xətalardan Sən qoru, sözü eşidib ən yaxşısına tabe olanlardan et. Ey uca Allah, Sən, duaları eşitməkdəsən.
(əbu Zəhra, "Usulul-Fiqh")
