İctihaddan bir və iki savab qazananlar .

Amr b. əl-As (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən eşitdim. Buyurdu ki:

"Hakim, hökm verəcəyi zaman ictihad edib (yəni var gücünü sərf edərək haqqı axtarıb) isabətli qərar verincə, 2 savab qazanar.

Hökm edəcəyi zaman ictihad edib xətalı hökm verincə, ona 1 savab vardır."

(Ravi) Yezid demişdir ki:

"Mən bu hədisi əbu Bəkr b. Amr b. Hazm'a nəql etdim. O dedi ki:

Mənə əbu Sələm, əbu Hureyrə'dən bu hədisi, nəql etdiyin şəkildə rəvayət etdi."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Əhkam: "Hakim ictihad edər və isabətli qərar verər" babı, hədis no: 2314)

--------------------

Hədisin izahı:

Bu hədis, Kütüb-ü Sittə'nin hamısında Amr b. əl-As (radiyallahu anh) ilə əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edilmişdir.

1. İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi), hədisin açıqlaması bölməsində belə deyir:

"Xülasə, hakimin etməsi gərəkli olan şey, doğru və haqqı tapmaq üçün, var gücü ilə çalışmasıdır. Buna rəğmən xəta edərsə, mazur (üzrlü) sayılır. 

Bəli, doğrunu tapa bilər və buna müvəffəq olarsa, 2 savab qazanar:

İctihad savabı və haqq ilə hökm etmə savabı.

Əks təqdirdə, yalnız ictihad savabı qazanar. 

Bu nöqtə qaldı:

Hədisdə sözü edilən ictihad:

1. Şəri dəlillərdən hökm çıxarmaq ictihadı mı; yoxsa 

2. Bir birinə qarşı tərəflər arasında mübahisə mövzusu olan hadisənin mahiyyətini anlayıb, həqiqətə uyğun hökm vermək üçün səy göstərib çalışması mı?

Alimlərin əksəriyyəti, buradakı ictihadı, birinci məna ilə açıqlamışlardır. 

Lakin bu hədis, ictihad etmənin caizliyinə dəlil ola bilməz. Çünki ikinci şəkildə də açıqlana bilər."

2. Nəvəvi də bu hədisin şərhində belə deyir:

"Bu hədisin şəriətə uyğun hökm verməyə əhil və dini məlumatları ilə "mücəhhəz" (təchiz edilmiş) alim olan hakim haqqında olduğuna dair, müsəlmanların icması vardır. 

Bu özəllikdəki alim, Allahın hökmünə uyğun və isabətli qərar verdiyi zaman, 2 savab qazanar. 

Savablardan biri, ictihadından dolayıdır, digəri də İlahi hökmə uyğun və isabətli qərar verməsindən dolayı.

Haqqında danışdığımız hakim, verdiyi hökmdə yanılarsa, etdiyi ictihadından dolayı 1 əcr qazanar.

Alimlər belə demişlərdir:

Bir hakim, Allahın hökmlərinə görə qərar verməyə əhil və ləyaqətli deyilsə, hökm verməsi halal deyildir. 

Buna rəğmən hökm verərsə, bir savab qazanması, bəhs mövzusu deyildir və hökmü də tətbiq edilməz. Verdiyi hökmdə isabət etmiş olsa belə, hal budur. Çünki bu isabət təsadüfən olmuşdur. Şəri bir əsasa bağlı deyildir. Bu etibarla, bütün hökmlərində günahkar sayılır. Verdiyi hökmlər məqbul sayılmaz və özü də mazur (üzrlü) deyildir."

Nəvəvi daha sonra:

Əbu Haşim (radiyallahu anh)'dan rəvayət edilən:

"Hakimlər üçə ayrılır. İkisi atəş (yəni cəhənnəm)'dədir. Biri də cənnətdədir. 

Haqqı bilib bununla hökm edən adam cənnətdədir. 

Haqqı bilmədiyi halda insanlara hakimlik edən adam atəşdədir. 

Hökmündə zülm edən (yəni haqqı bildiyi halda batil ilə hökm edən) adam da atəşdədir." 

hədisi olmasaydı, biz deyəcəkdik ki:

'Hakim ictihad etdiyi zaman, şübhəsiz cənnətdədir." (İbn Macə, Sünən, Kitabu'l-Əhkam, hədis no: 2315)

hədisini nəql edərək dəlil göstərir və sözlərinə davam edərək belə deyir:

"İctihad etməyə səlahiyyətli hər müctəhid, verdiyi qərarların hamısında isabətli sayılır mı?

Alimlər bu xüsusda da ixtilaf etmişlərdir:

•1• Bir görüşə görə, fərqli 2 ictihaddan biri isabətli, digəri xətalı sayılır. 

İsabətli olan ictihad, Allah qatındakı hökmə uyğun olanıdır. Xətalı ictihad da, Allah haqqındakı hökmə tərs düşən ictihaddır. İsabətli ictihad sahibi, 2 savab qazanarkən, xətalı ictihad edən də 1 savab qazanır. Çünki bu müctəhid də, var gücü ilə çalışaraq, həqiqəti tapmağa səy göstərmişdir. Xəta etməkdə mazur (üzrlü) sayıldığı üçün, günaha girmiş olmaz. Şafi və dostları, bu görüşü mənimsəmişdir.

•2• İkinci görüşə görə, fərqli ictihad edənlərin hamısının ictihadları və vardıqları nəticələr, isabətli sayılır. Yəni bir birinə tərs düşən 2 ictihad sahibinin hər ikisi də, isabətli hökm vermiş olurlar.

Hər 2 qrup da bu hədisi, özləri üçün dəlil göstərmişlərdir. 

• Birinci qrupa dəlil olması açıqdır. Çünki hədis, müctəhidi isabətli və xətalı diyə ikiyə ayırmışdır. Əgər hər müctəhid isabətli sayılsaydı, xətalı diyə bir şey qalmazdı. Xətalı olmasına rəğmən, özünə savab verilməsinə gəlincə isə, bu savab, sərf etdiyi güc və çalışmasının qarşılığıdır.

• Hədisin ikinci qrupa dəlil olması isə, belə izah edilmişdir:

Bu hədis, müctəhid üçün savab mövcud olduğunu bildirməktədir. Əgər müctəhidin isabətli qərarı olmasaydı, özünə savab verilməzdi. 

Hədisdə müctəhidə xətalı deyilməyinin səbəbi budur:

Əgər müctəhid, ictihad sahəsi xaricində qalan, məsələn, haqqında icma olan bir məsələ haqqında ictihad edərsə və ya etdiyi ictihad nassa müxalif olarsa, belə bir ictihad etmiş kimsə, xətalı iş görmüş olar. 

(Təbii ki, bir müctəhid, bilə-bilə, nassa müxalif bir hökm verə bilməz. Bununla bərabər icmaya müxalif olan bir məsələdə belə, ictihad edə bilməz. Belə olduğu halda, etdiyi ictihad qeyri-məqbul və günahdır. Ancaq bilməyərək və yanılaraq belə bir hala düşərsə, etdiyi xətadan dolayı, üzrlü sayılır.)

Müctəhidin bəzən xətalı ictihad edə bildiyini söyləyən qrup, "fəri məsələlər haqqında edilən ictihadı" qəsd edərlər. 

Tövhid əsasları ilə bağlı məsələlərdə, fərqli ictihad edənlər olarsa, bunlardan yalnız birinin ictihadının isabətli və buna tərs düşən ictihadların xətalı olduğu xüsusunda, alimlərin icması vardır. 

Yəni bu fərqli ictihadların ikisinin isabətli olması, bəhs mövzusu deyildir."

3. "Avnu'l-Məbud şərh-u Sunən-i əbu Davud" müəllifi də, icmal olaraq belə deyir:

"Hakimin isabətli və haqlı qərar verməsindən məqsəd, vaqe olan ictihadının, Allahın hökmünə müvafiq və uyğun olmasıdır. 

Xattabi, bu hədisin şərhi bölməsində belə demişdir:

'Allahın hökmünə uyğun qərar vermək üçün, var gücü ilə çalışan müctəhid, xətalı hökm verdiyində, savab qazanmasının səbəbi, ictihad etməsinin ibadət sayılmasıdır. Etdiyi xətadan dolayı, savab qazandı, deyilə bilməz. Ancaq etdiyi xətanın günahı, müctəhidin boynundan qaldırılır.'

"əl-Fəthu'l-Bari" müəllifi Asqalani, Xattabi'nin bu sözündən çıxan nəticə haqqında belə deyir:

Xattabi'yə görə:

'Xətalı ictihad edənə bir savab vardır.' sözündən məqsəd, o ictihadın günahının bağışlanmasıdır."

Xətalı ictihadın günahının bağışlanması, ictihada əhil olan kimsələrə məxsusdur. Yəni qiyas yollarını bilən, üsul elminə vaqif və ictihad vasitələrinə sahib olub ictihad etməyə layiq olan müctəhidin, bütün gücünü sərf etdiyinə rəğmən, varacağı nəticədə bəyan edəcəyi hökm, Allah qatındakı hökmə zidd düşərsə, üzrlüdür və bundan dolayı günahkar sayılmaz.

İctihad etməyə layiq olmayan kimsə, ictihad etməyə qalxmaqla, həddini aşmış olar və işlədiyi xətada üzrlü sayılmaz. Əksinə günahla qarşı-qarşıyadır. (2315 no-lu hədis, bunun dəlilidir).

İctihad etməyə layiq müctəhidin xətalı ictihadında üzrlü sayılması, fiqhi mövzuların təfərrüatına aid məsələlərə məxsusdur. Bu kimi məsələlər, müxtəlif hökmlərə və dəyişik görüşlərə möhtəməl (ehtimallı)dırsa, fərqli ictihadlar edilə bilər. 

Dəyişik görüşlərə möhtəməl olmayan və açıq olduğu üçün hər hansı bir izaha imkan verməyən Şəriətin əsas hökmləri və təməl məsələləri haqqında ediləcək ən kiçik bir xəta, bağışlana bilməz. Zatən bu kimi məsələlər və hökmlər haqqında ictihad etmək, bəhs mövzusu deyildir. 

Kitab, sünnət və ya icma ilə sabit olan hökmlər, qətidir. Bunlara tərs düşəcək bir görüş bəyanı, bəhs mövzusu deyil. Belə bir cəhdə qalxan kimsə, işlədiyi xətada üzrlü sayılmayacağı kimi, görüşü də rədd edilər."

4. Bu xüsusda Amidi, "Üsul" kitabında belə deyir:

"Müsəlmanlardan haqq əhli olanlar, şəri əhkamda istinbat edən müctəhidlərdən günahın qaldırıldığı mövzusunda ittifaq etmişlərdir. 

Bişr əl-Mərisi, ibn Uleyyə, əbu Bəkr əl-Əsamm və qiyası inkar edən Zahiriyyə və (şiələrdən) İmamiyyə kimi firqələr isə, hər məsələdə haqqın bəlli olduğunu və haqqı göstərən qəti dəlil mövcud olduğunu, dolayısı ilə haqqa isabət edə bilməyənlərin -küfür və fisqə nisbət edilmədən- günahkar olduğunu söyləmişlərdir.

Haqq əhlinin bu mövzudakı dəlili, təvatür yolu ilə nəql edilən, şəkk və şübhədən tamamən uzaq olan və zəruri elmlə bilinən bu xüsusdur:

Səhabə arasında (daha əvvəl açıqladığımız kimi) fiqhi məsələlərdə ixtilaf baş vermiş və bu ixtilaf, Səhabə əsri bitənə qədər davam etmişdir. 

Hal belə ikən, onlardan hər hansı birindən, ixtilaf edənlər mövzusunda, açıq ya da qapalı nə bir qınama meydana gəlmiş, nə də ixtilaf etdiyi üçün birinin günahkar olduğunu söyləyən olmuşdur.

Oysa, bizlər bilirik ki, hər hansı bir kimsə, 5 təməl ibadətin vacibliyinə və ya zina və adam öldürmənin haramlığına müxalifət edəcək olarsa, Səhabə, onun xətalı olduğunu və günaha düşdüyünü söyləməkdə gecikməzlərdi..." (Amidi, "əl-İhkam fi Usuli'l-Əhkam", IV, 244)

In order to make a comment, please login or register