Iftarı gecikdirmək caizmi?

Səhl b. Sad (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Rəsulallah ( ﷺ ) belə buyurmuşdur:

İnsanlar iftar etməkdə tələsdikləri müddətcə daim xeyir ilə yaşayarlar.

------------------

Əbu Hureyrə (رضي الله عنه)' dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:

İnsanlar iftar etməkdə tələsdikləri müddətcə xeyir ilə yaşayarlar. İftar etməkdə tələsin. Çünki yəhudilər, (iftarlarını) geciktirərlər.

Not: Məcməu'z-Zəvəid'də belə deyilmişdir: Bunun isnadı Imam Buxari və  Imam Muslim'in şərti üzərinə səhihdir. Bu hədisi İmam Buxari ( رحمه الله) , İmam Muslim ( رحمه الله) və başqaları Səhl b. Sa'd'ın rəvayətilə zikr etmişlərdir.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): İftar açmaqda tələsmək haqqında gələn hədislər babı, hədis no: 1697-1698

----------------------

İzahı:

Səhl'in hədisini, İmam Buxari ( رحمه الله) , İmam Muslim ( رحمه الله) və Imam Tirmizi ( رحمه الله) də rəvayət etmişlərdir.

Əbu Hureyrə hədisini, Hakim ( رحمه الله) də rəvayət etmişdir. Əbu Davud ( رحمه الله) ilə İmam Nəsai ( رحمه الله) də Əbu Hureyrə 'ın hədisini mərfu olaraq (sənədi qüvvətli olsun və ya olmasın, Peyğəmbərə ( ﷺ ) isnad edilən hədis):

---لا يزال الدين ظاهرا ما عجل الناس الفطر لأن اليهود والنصارى يؤخرون---

İnsanlar iftar etməkdə tələsdikləri müddətcə, İslam qələbə çalmaqda davam edəcəkdir. Çünki yəhudilər və xristiyanlar, iftarlarını geciktirərlər; - mətnilə rəvayət etmişlərdir.

Hədislər, iftarı gecikdirmədən açmağın müstəhəbliyinə dəlalət edirlər. Təbii ki, günəşin batması şərti vardır.

İmam Şafei (رضي الله عنه) əl-Umm'da belə deyir:

"İftar açmaqda tələsmək müstəhəbdir. Geciktirilməsində fəzilət olduğu zənnilə qəsdən gecikdirmək, məkruhdur. Belə bir məqsəd olmadan gecikdirilməsində kərahət yoxdur."

İkinci hədis, yəhudilərin və xristiyanların iftarı gecikdirdiklərinə dəlalət edir. İbn Hibban ( رحمه الله) və Hakim ( رحمه الله) 'in rəvayət etdikləri Səhl hədisindən Kitab əhlinin ulduzlar görülüncəyə qədər bu şəkildə iftarı gecikdirdikləri anlaşılır. Günümüzdə bəzi şəxslər də bu şəkildə iftarı geciktirirlər. Hədislər, bu davranışı rədd edərlər.

Müsəlmanların iftar açmaqda tələsdikləri müddətcə xeyir ilə yaşamağa davam edəcəkləri və İslam'ın digər dinlərə qələbə çalmağı davam etdirməyi məsələsinə gəlincə:

Əl-Mənhəl əsərinin (Əl-Mənhəlu'l-Azbi'l-Məvrud Şərh-u Sunən-i Əbu Davud) müəllifi İmam Mahmud Muhamməd Xattab əs-Subqi bu xüsusda belə deyir:

Yəni müsəlmanlar, Peyğəmbər ( ﷺ ) 'in sünnətinə bağlı qalaraq və İslamın gətirmiş olduğu sabit qanunları öz başlarına görə dəyişdirməyib olduğu kimi qoruduqları müddətcə, xeyir ilə yaşayarlar və düşmənlərini məğlub edərlər.

İslam prinsiplərinə zidd hərəkət etdikləri vaxt, bunların bu muxalifəti, şər içinə düşəcəklərinə əlamət olar.

Read 69 times
In order to make a comment, please login or register