İlham-4

 

وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ

"Rəbbin bal arısına belə VƏHY etdi:

'Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör."

(Nəhl/68)

---------------------------------

Təfsiri:

Bu ayətə dair açıqlamalarımızı, 3 başlıq halında təqdim edəcəyik:

1. Allahın, arıya vəhy etməsi (ilhamı):

"...Rəbbin bal arısına belə VƏHY etdi..."

ayətində bəhsi keçən vəhylə bağlı açıqlamalar, daha əvvəl keçmiş olmaqdadır. Vəhyin, ilham mənasına gəldiyini də, orda bildirmişdik. (bax: Al-i İmran/44-cü ayət, 1. başlıq)

--------------------------------

İlham:

Şanı uca olan Allahın, zahiri hər hansı bir səbəb olmadan, qəlbdə yaratdığı bir şeydir. Bu da, uca Allahın:

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا

"Ona (nəfsə) günahları və təqvanı (Allahdan qorxmağı) ilham edənə (and olsun)!" (Şəms/8)

ayəti qəbilindəndir. Heyvanlar da, bunlar arasındadır.

Şanı uca olan Allah, heyvanlarda:

• öz mənfəətlərini idrak etmələri;

• zərərlərdən çəkinib həyatlarını idarə etmələri

ilə bağlı yaratdıqları ilhamlar, bu qəbildəndirlər. Uca olan Allah, cansız varlıqlar haqqında da, bu növdən xəbər verdiyi bir ayətində:

يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا • بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا •

"Həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona VƏHY edəcəkdir." (Zilzal/4-5)

deyə buyurmaqdadır.

• Belə deyilmişdir:

Əziz və Cəlil olan Allahın, cansız varlıqlarda, mahiyyəti idrak olunmayan bir qüdrəti vardır. Bu cansız varlıqlara, Allahdan bir rəsul gəlmədiyi halda, uca Allah, bu varlıqlara (bu qüdrəti) bildirmişdir. Yəni, ilham etmişdir.

Təvil alimləri arasında, burda bəhsi keçən vəhyin, ilham mənasında olduğu mövzusunda, görüş ayrılığı yoxdur.

-----------------------------------

2. Arıya verilən ilhamın mahiyyəti:

"...dağlarda, ağaclarda..." ayəti, arının sahibləri olmaması halı ilə bağlıdır.

"...və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör..."

Bax Allah Taala, arıların məskənlərini, bu 3 yerdə təsbit etmişdir:

• ya dağlarda;

• ya ağaclarda;

• ya da Adəm oğullarının düzəltdikləri çardaqlarda.

-----------------------------------------

3. Arıların heyrət verici özəlliklərindən:

İbnu'l-Arabi dedi ki:

Uca Allahın, arıda yaratdığı heyrət verici özəlliklərindən biri də, ona, pətəklərini 6 bucaqlı olaraq qurmasını ilham etməsidir. Beləliklə, arı pətəyi, tək bir parça imiş kimi, bir-birinə bitişmiş olmaqdadır. Çünki 3 bucaqdan 10 bucağa qədər bütün şəkillərin hər biri, öz bənzərlərilə yan yana gətiriləcək olarsa, bunlar, bitişik olmaz və mütləq, aralarında bəzi açıqlıqlar olar.

Bundan tək istisna isə, 6 bucaqdır. Altı bucaq, bənzərlərilə bir araya gətiriləcək olarsa, tək parça imiş kimi, bir-birinə bitişik bir hal alar.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Nəhl/68 təfsiri)

Read 2 times
In order to make a comment, please login or register