İmam Əvzai, əbu Hənifənin ölümünə sevinmişdirmi?

Tabiin imamlarının böyüklərindən olan Əvzai, Əbu Hənifə`nin ölüm xəbərini eşitdiyi zaman nə söylədiyi ilə əlaqəli rəvayətləri ələ alacağıq.

İbn Rızk>İbn Səlam>Həsən b.Əli>Əbu Təvbə>Sələmə İbn Külsüm. ``Əbu Hənifənin Ölüm xəbəri Əvzai`yə gəldiyində,``əlhəmdülilləh`` o, İslamı addım-addım təhrif edirdi, dedi. [1]

Sənədin incələnməsi:

Sənəddəki ravi olan İbn Rızk, hicri 412-ci ildə vəfat etmişdir. İbn Səlam`ın  adı  Əhməd b. Cəfər`dir. Hicri, 278 ilə 365 illər arasında yaşamışdır. 

Xatib əl-Bağdadi, özünün kitabında hədis uyduran bir yalançı olaraq bəhs etməkdədir.[2]

Əbbar`ın adı , Əhməd b. Əli`dir. İbn Hazm, Əbbar haqqında məchuldur ifadəsini işlətmişdir.[3]

Sələmə b. Külsüm ilə əlaqəli olaraq Daraqutni, ``yanılması çox``demişdir.[4]

Rəvayətimiz sənəd ilə əlaqəli qəbul edilə biləcək bir vəziyyətdə deyil. Çünkü sənəd içərisində hədis uyduran çox yanılan və məçhul olan ravilər mövcuddur. 

Buradan yola çıxaraq, Əbu Hənifənin vəfatı üzərinə Əvzai`nin söylədiyi iddia edilən ifadələrin səhih bir dayanağı olmadığını söyləyə bilərik. Əvzai, Şamın fəqihidir. Əbu Hənifə ilə eyni illərdə biri Şamda, digəri Kufədə yaşamışdır. Bir-birləri ilə qarşılaşıncaya qədər Əvzai, Əbu Hənifə haqqında mənfi düşüncələrə sahib idi. İki böyük alim Məkkədə qarşılaşmışlar.

İbnül-Mübarəkin söylədiyi bəzi məsələləri müzakirə etdilər. Əbu Hənifə, bu məsələlər haqqında görüşlərini açıqlamışdır. 

Ayrıldıqdan sonra Əvzai, Abdullah b. Mübarəkə (181\803), ``Doğrusu mən bu zatın elminin çoxluğuna, ağlının üstünlüyünə heyran qaldım. Ona qipdə etdim. Allahdan bağışlanma diləyirəm, mən onun haqqında yanılmışam. Sən ondan ayrılma o, mənim eşitdiklərimdən çox fərqlidir demişdir.[5]

Buradan da görüldüyü kimi Əvzainin görüşmədən əvvəl İmam haqqında fərqli düşündüyü ortaya çıxmaqdadır. Daha öncəki düşüncələri və söylədikləri haqqında Allahdan bağışlanma diləyir. Bu İmamın, Əbu Hənifənin vəfat xəbərin eşitdiyi zaman rəvayətimizdə keçən ifadələrini söyləməsi mümkün deyil. Nəql olunmuş rəvayətin həm sənəd, həm də mətn ilə əlaqəli qəbul edilməyəcəyini göstərməkdədir.

--------------------------------------------------------------------------------------------

Qaynaqlar:
   

[1] Xatib, Tarix Bağdad, 13, 398.
[2] Xatib, Tarix Bağdad, 4, 59. 
[3] İbn Həcər, Lisanül-Mizan, 1, 231.
[4] Daraqutni, əl-iləl, 23;  İbn Həcər, Təhzibüt-Təhzib, 4,136. 
[5] əl-Heytəmi, İbn Həcər, Hayratü-Hısan, 33.

Read 9 times
In order to make a comment, please login or register