İmam Cəfər Sadiqin əbu Bəkr və Ömər haqqındakı görüşləri

İmam Cəfər əs-Sadiq ( rahiməhullah ) , Əbu Bəkr və Ömərdən (radıyallahu anhum) haqqında şiələr kimi düşünürmü? 

AbdulCəbbar bin Abbas əl-Həmədani belə bir xatirəsini anlatmışdır:

 
"Mədinədən çıxmaq üzərəykən yanımıza Cəfər əs-Sadiq (radıyallahu anhu) gəldi və bizə belə dedi:

 
"in şə Allah siz öz məmləkətinizin salehlərindənsinizdir. Getdiyiniz yerin xalqına bunu çatdırın: 

Mənim məsum imam olduğumu və mənə itaət etmənin fərz olduğunu iddia edənlərdən bəri olduğumu deyin. 
Yenə Əbu Bəkr və Ömərdən bəri olduğumu iddia edənlərdən mənim də bəri olduğumu deyin."

Siyəru Aləmin-Nubələ,  4/406

-------------------------------------------------------------------------------

İmam Cəfər Sadiqdən Əbu Bəkr və Ömər ( Allah hamısından razı olsun) barəsində soruşuldu və o, belə dedi :

"Sən elə iki kişi barəsində soruşursan ki, onlar artıq cənnət əhlinin meyvələrindən dadıblar."

(Siyər Əaləmin nubələ, 6/259)

----------------------------------------------------------------------

Şiə alimindən etiraf:

Muhəmməd Huseyn Kaşiful-Ğita, özünün “Əsluş-Şiyəti və Usuluha” kitabında yazır:

“Onun (Əli İbni Əbu Talibin ə.s) İki xəlifə haqqındakı nəzərinə baxdığımız zaman, görərik ki Əbu Bəkr və Ömər, Tövhid kəlməsini yaymaq uğrunda var gücləri ilə sə`y etmiş və İslam ordusunu tə`sis və təchiz etmiş və fəthlər ilə əraziləri genişlətmişlər və xəlifələr əsla öz xilafətlərindən sui-istifadə edib zülm etməmişlər! 
O (Əli İbni Əbu Talib ə.s) Xəlifələrlə sülh içində yaşadı və onlara bey`ət etdi!”

Muhəmməd Huseyn Kaşiful-Ğita, “Əsluş-Şiyəti və Usuluha” kitabı, səhifə 123-124

Read 52 times
In order to make a comment, please login or register