İMAM FAXRUL-İSLAM ƏL-PƏZDƏVİ ( رحمة الله ضد )
Əli bin Mühamməd bin Hüseyn bin Abdülkərim bin Musa bin İsa bin Mücahid ən-Nəsəfi əl-Pəzdəvi (ö. 1089)
Mavərənnəhrdə yetişən Hənəfi fiqh alimlərindəndir. Adı, Əli bin Muhamməd bin Hüseyn bin Abdülkərim bin Musa bin isa bin Mücahid ən-Nəsəfi əl -Pəzdəvidir. Ləqəbi Əbul-Həsəndir. “Faxrul-İslam” ləqəbi ilə məşhur oldu. 1009-cu illərdə İranın Pəzdə (və ya Bəzdə) şəhərində doğulub yetişdiyi üçün “Pəzdəvi” nisbətiylə məşhur olmuşdur. Pəzdə, Nəsəfdən 6 fərsax (34,1 km.) uzaqda bir qaladır. Qala adı, yanında qurulan şəhərin də adı olmuşdur. Atası Muhamməd Səmərqənd və Buxarada qazilik (hakimlik) vəzifəsində olmuş, daha sonra bu vəzifədən ayrıldığında Pəzdəyə gedib oraya yerləşmişdi. Qardaşı Muhamməd bin Muhamməd əl- Pəzdəvi də, Mavərannəhrdə Hənəfi alimlərinin ən böyüklərindən olub, “Sadrül-İslam” ləqəbi ilə anıldı. Ornun kitabları asan aydın olduğu üçün, “Əbul-Yüsr” ləqəbi ilə məşhur oldu. Bir çox əsər yazdı. l089-cu ili Rəcəb ayının beşində Keşş deyilən yerdə vəfat etdi. Cənazəsi Səmərqəndə aparılıb, dəfn edildi.
İmam Faxrul-İslam Pəzdəvi (رحمة الله ضد), Hənəfi məzhəbi alimlərinin böyüklərdəndir. Hənəfi fiqhinin füru və üsul məlumatlarında zamanındakı alimlərin imamı, ən böyüyü idi. Çox sayda mötəbər kitabları vardır. Müxtəlif elmləri də özündə cəm etmişdir. Hələ üsulu fiqhə dair yazdığı və “Üsulu Pəzdəvi” adıyla bilinən çox qiymətli bir kitabı, bütün İslam ölkələrində mötəbər bir əsər olub, bir günəş kimi açıq və nur saçmaqdadır. Qasım bin Qutluboğa ( رحمة الله ضد ) , “Tabaqatu Hənəfiyə” adındakı əsərində deyir ki, “Mən, bu kitabdakı hədisi-şərifləri təxric etdim. Məndən əvvəl onunla kimsə məşğul olmamışdı. Əbul—Məali Muhamməd bin Nəsri Xatib ( رحمة الله ضد ) , ondan hədisi–şərif rəvayət etmişdir”. Təfsir, hədis və fiqh elmlərində də məşhur və mötəbər olan kitabları vardır.
Qardaşı Əbul–Yüsr Muhamməd bin Muhamməd əl–Pəzdəvidə (رحمة الله ضد), Hənəfi fiqhinin üsul və füru elmində böyük bir alim idi. O, Əbu Yaqub Yusuf bin Muhamməd ən–Nişaburidən (رحمة الله ضد) elm öyrənib yetişdi. Səmərqənddə qazilik (hakimlik) etdi. Zamanındakı alimlərin imamı, ən böyüyü idi. Onun yanına, şərqdəki və qərbdəki hər məmləkətdən elm öyrənməyə gəlirlərdi. “Əbul–Yüsr” deyə məşhur olmasının səbəbi, kitablarında yüsrə, yəni asan başa düşülməyə çox diqqət yetirməsi idi. Ömər bin Muhamməd ən—Nəsəfi (رحمة الله ضد), “Kitabül-kənz” adındakı əsərində; “Əbul-Yüsr Pəzdəvi, Mavərənnəhrdə əshabımızın, yəni Hənəfi alimlərinin şeyxi idi. İmamların imamı idi. Şərqdəkilərin və qərbdəkilərin sığınacağı oldu. Bütün tələbənin məqsudu idi. Fiqh elminin üsul və füru məsələlərinə aid təsnifləri və kitabları ilə dünya işıqlanmış, şərəflənmişdi".1099-cu il Rəcəb ayında Buxarada vəfat etdi.
Faxrul-İslam Pəzdəvi ( رحمة الله ضد ) məzhəbini əzbərdən bilməkdə zərbi məsəl olmuşdu. Onun bu böyüklüyü hər kəs tərəfindən bilinməkdə və hər vaxt danışılmaqda idi. Səmanı (رحمة الله ضد) deyir ki, “O, Mavərannəhrin fəqihi, imamların və ən böyük alimlərin ustadı, İmamı Əzəm Əbu Hənifə həzrətlərinin məzhəbinin qüvvətli və böyük saliki idi”. Mavərənnəhrin ən böyük fəqihlərindən olan Səmsül-Əimmə Muhamməd bin Səhl əs-Səraxsi ilə (رحمة الله ضد) eyni əsrdə yaşamış və Əbdüləziz bin Əhməd əl-Halvani ( رحمة الله ضد ) tərəfindən idarə edilən mədrəsədə İmamı Səraxsiyə (رحمة الله ضد) yoldaşlıq etmişdi. Ayrıca o, hədis elmini də təhsil alıb, bir çox hədisi-şərif rəvayət etmişdir. Yoldaşı olan Səmərqənd xətibi Əbul-Məali Muhamməd bin Nəsr bin Mənsur əl-Meydani (رحمة الله ضد) və öz oğulu Qazı Əbu Sabit əl-Pəzdəvi (رحمة الله ضد) , ondan hədis rəvayət etmişdir. Bir ara Səmərqəndə getmiş və orada dərs oxutmuşdur.
Başlıca əsərləri bunlardır:
1. Kənzül-vüsul ilə marifətul-üsul: “Üsulu Pəzdəvi" adı ilə bilinən və üsulu fiqh elmində ən mötəbər və bütün alimlər tərəfindən etimad edilən qiymətli bir əsərdir.
2. Əl-Məbsut: On bir cildlik bir fiqh kitabıdır.
3. Təfsirül-Qur`an: Hər biri Qur`ani-Kərim qalınlığında, yüz iyirmi cild olan bu əsərin bir nüsxəsinə rast gəlinə bilməmiş, bu günə qədər ələ keçməmişdir.
4. Şərhi Camiul kəbir və Camiul sağir: Üsul elminə aid olan iki qiymətli əsərdir. Bizə qədər gələ bilməyən əsərlərindəndir. İmam Muhamməd Şeybani həzrətlərinin, Hənəfi fiqhini izah cdən kitablarının şərhidir.
5. Əz-Ziyadat: Fiqh elminin füru məsələlərini izah edən bir əsərdir. Bu əsərin bir nüsxəsi, Süleymaniyə Kitabxanasında (Fateh) Nömrə: 1665 ilə) qeydlidir.
6. Şərhül-hidayə: “Hidayə” adındakı fiqh kitabının nikah babına qədər olan qisiminin şərhini içinə alan bir əsərdir.
7. Zəllət-ül-Qari.
8. Gina-ül-Fuqaha.
9. Ər-Risalə fi Qiraat-il-Musalli.
- Fiqh nə deməkdir?
- Fiqh nədir və fəqihlər neçə mərtəbədir?
- Fiqh nə deməkdir? Hənəfi məzhəbindəki fiqh alimlərinin mərtəbələri hansılardır?
- İMAM SƏRAXSİ (رحمة الله ضد):
- İmam Əbu Cəfər ƏT-TAHAVİ (حمة الله ضد)(ö. 933)
- RAZİ ƏL-CƏSSAS (رحمة الله ضد)
- İMAM ZÜFƏR BİN HÜZEYL (رحمة الله ضد) (Ö. 775)
- Əbu Mənsur Əl Maturidi (رضي الله عنه) (v. 333 h/944 m)
- Hammad b. Əbi Süleyman Müslim b. Yezid əl-İsfahani əl–Kufi (رحمة الله ضد) (ö. 738)
- Hənəfi məzhəbinə aid kitabların mərtəbələri: