İmam İBNİ HÜMAM ( رحمة الله ضد ):
Muhamməd bin Abdulvahıd bin Abdulhəmid bin Məsud əs-Sivası (ö. 1457)
On beşinci əsrdə yetişən Hənəfi məzhəbi fiqh alimlərindəndir. Adı, Muhamməd bin Abdülvahid bin Abdulhəmid bin Məsud əs-Sivasidir. Ləqəbi Kəmalüddindir. 1386-cı ildə İskəndəriyyədə dünyaya gəldi. 1457-ci ildə Qahirədə vəfat etdi. Babasının babası Hümameddin'ə nisbətlə İbnul-Hümâm ləqəbi ilə məşhur olmuşdur. Atası Abdulhəmid və babası Məsud əslən Sivaslı olub burada qazılıq etmişlər. Atası, yəqin ki, yaşadığı dövrdə Anadolunun içinə düşdüyü qarışıqlıq mühitindən xilas olmaq məqsədiylə Məmlüklər'in idarəsi altındakı Misirə getmiş və İskəndəriyədə Hənəfi qaziliyi vəzifəsində olmuşdur. İlk dərslərini atasından alan İbnul-Hümam, on yaşında ikən atasının ölümü üzərinə nənəsinin nəzarətində yetişdi. Onunla birlikdə Qahirəyə gedərək Şəhabəddin əl-Heysemî'nin yanında Quran-ı Kərimi əzbərlədi, İbnü'z-Zəratiti və Zeynuddin Abdürrəhman et-Təfəhnî'dən qiraət dərsləri aldı.
Seyid İmam Cəlaluddindən (رحمة الله ضد) fiqh elmini öyrəndi. Ərəbcəni və alət elmlərini (sərf, nəhv, lüğət...) Cəmaluddin Hamididən, üsul və digər elmləri Bisatidən, hədis elmini Əbu Züraya İraqidən (رحمة الله ضد) öyrəndi. Cəmaluddin Hənbəli və Şəmsuddin Şamidən hədisi-şərif dinlədi. Məraği və İbni Zahirədən başqa qırx böyük alimdən icazət aldı. Dörd məzhəbin alimləri ondan elm öyrəndi. Çox faydalandığı müəllimi Abdürrahman ət-Təfəhnî ilə birlikdə Qüdsə, fiqh üsulu oxuduğu Abul-Vəlid İbnu's-Şıhnə ilə birlikdə 814 (1411) ildə Hələbə gedərək bir müddət bu şəhərlərdə təhsilini davam etdirdikdən sonra yenidən Qahirəyə qayıtda.
Tələbəlik illərində müxtəlif çətinliklər və xronik xəstəliklərlə mübarizə aparan İbnul-Hümâm təhsilini tamamladıqdan sonra elm və təlimlə məşğul oldu. 829 (1425-26) ildə əl-Məliku'l-Əşrəf Barsbay'ın qurduğu Əşrəfiyyə Mədrəsəsi'nə müdərris təyin edildi və 18 Şa`ban 833-ci ildə (12 May 1430) öz istəyiylə ayrılana qədər bu vəzifədə qaldı. 847-ci ildə (1443) gətirildiyi Şeyxuniyyə Xankahı'nın şeyxliyindən də 858-ci ildə (1454) öz istəyiylə ayrıldı. Bu arada Mansuriyyə və Qubbetü Saleh mədrəsələrində müəllimlik etdi. 824 (1421), 854 (1450) və 858-860 (1454-1456) illərində etdiyi həcc ziyarətləri əsnasında Məkkə və Mədinədə müxtəlif alimlərlə elmi müzakirələr apardı.
İbnul-Hümâm fiqh və fiqh üsulu ilə yanaşı kəlam, məntiq, ərəb dili və ədəbiyyatı, təfsir, hədis sahələrində yetkin bir alimdir. Apaprdığı müzakirələrdə və yazdığı əsərlərdə mövzuları ortaya qoyma şəkli, fikirləri və dəlilləri qiymətləndirib müzakirə edərək bir nəticəyə gəlməsindəki qabiliyyəti möhkəm bir məntiq, cədəl və fəlsəfə təhsili aldığını göstərməkdədir. Şəxsən özünün, "Makulâtda (əqli məsələlərdə) heç kimsəni təqlid etmərəm" sözü də (Süyuti, Buqyətü'l-vu'at, I, 167) əqli elmlərdə yetkinliyini ifadə etməkdədir. Sərf, nahiv, bədi', bəyan, məani kimi sahələrdə müstəqil əsər verməmiş olsa belə kəlam, fiqh və fiqh üsuluna dair əsərlərində dil və ədəbiyyata nə qədər bələd olduğunu görmək mümkündür. Yəhya b. Attar, İbnul-Hümam'ın nümunə göstərildiyi istiqamətlərdən birinin də fəsahatı olduğunu söyləmişdir. (Səxavi, əd-Dav'ul -lami', VIII, 129). Ərəbcə ilə yanaşı Fars və Türkçe də bilən İbnul-Hümâm şeir yazmış, müstəqil bir divanı olmasa da şeirlərindən bəzi parçalar tabakat kitablarında yer almaqdadır (Aydın, s. 74-78).
Qaynaqlarda İbnul-Hümam'ın gözəl səsiylə nəğmə icra etdiyinə dair verilən məlumatlar onun sənətkar bir şəxsiyyətə sahib olduğunu göstərməkdədir. İbrahim b. Ömər əl-Ədqavi və Muhamməd b. Muhamməd əl-Havâfî'yə intisab edərək ondan təsəvvüf tərbiyəsi almış, İbnul-Arabinin Fusûsu'l-hikəm' əsərini oxudan Nəsrullah b. Abdürrahman əl-Ənsari ilə söhbətlərdə iştirak etmişdir. Təsəvvüfə olan əlaqəsi səbəbiylə seçmə sufilərə verilən "şeyxü'ş-şüyûx" və "Şeyxü'l-arifin" ünvanlarıyla anılmış və Şeyxûniyyə Hankahı'nın şeyxliyinə təyin edilmişdir. İbnul-Hümam, bir ara təsəvvüfü həyata marağını artıraraq üzlətə (xəlvətə) çəkilsə də ətrafındakı insanlar onu xalqın içinə qayıtmasınin vacibliyi mövzusunda xəbərdar etmişlər.
Təsəvvüf əhlinin qovuşduğu mənəvi mövqe və dərəcələrə də qovuşan İbni Hümamın kəşf və kəramətləri də görülmüşdür. (əl-Lüknəvî, Fəvâid, s. 180.) Bir müddət insanlardan ayrılıb inzivaya çəkildisə də, edilən arzu və israrlar üzərinə geri dönərək yenidən müəllimliyə başladı. Mənsuriyyə, Əşrəfiyyə və Şeyhuniyyə mədrəsələrində fiqh dərsləri oxutdu.
əl-Hidayə`nin önəmli şərhlərindən biri olan Fəthu`l-qadiir və ət-Təhrir adlı əsərlərində təqib etdiyi metod, istifadə etdiyi bol vasitələr və apardığı müzakirə və təhlillərlə yanaşı məzhəb taassubuna düşmədən öz fikir və seçimini ifadə etmiş olması İbnul-Hümam'ın fiqh sahəsində nüfuz sahibi olduğunu sübut edir. Gərək istifadə etdiyi dəlillər gərəksə gəldiyi nəticələr ümumi olaraq qiymətləndirildiyində onun əhli-i rə'y ilə əhli-i əsər arasında orta bir yol tutduğu deyilə bilər. Digər tərəfdən elmə və elm adamlarına qarşı bəslədiyi hörmət və xoşgörüşdən dolayı başqaları ilə müzakirələrə girməyən İbnul-Hümam, o zaman Misir və Şam bölgəsində fikirləri və mübarizəsi müzakirəyə edilən Takiyyuddin İbn Teymiyyəyə qarşı cəbhə almamış, hətta ona olan hörmət və heyranlığını dilə gətirmişdir (Səxavi, əd-Dav'ü'l-lami', VIII, 131).
Tələbəsi Səxavi tərəfindən elmi üstünlükləri nəql edilərkən verilən nümunələrdən və istifadə olunan ifadələrdən İbnul-Hümam'ın tərcih əhli bir fəqih olduğu aydın olmaqdadır. et-Tahrir'ə Teysîrü't-Təhrir adıyla bir şərh yazan Əmr Padşah, İbnul-Hümam'ın "şeyx, allâmə, zamanının müctəhidi, əsrinin muhakki, şeyxülislâm, müftilənam və kutbu`l-arifin" olaraq anarkən, Hənəfi fəqihlərindən İbn Qani əl-Maqdisi, Leknevi və İbn Abidin onun müctəhid olduğunu söyləmişdir (əl-Fəva'idü'l-Bəhiyyə, s. 180; Məcmu'atu rəsa'il, I, 32; Rəddu'l-muxtar, III, 173, 621, 688). Son dövr hukukçularından Seyyid Bəy də İbnul-Hümam'ı Hənəfi məzhəbinin son müctəhidlərindən biri saymışdır (Üsulu Fiqh, s. 58; ictihadlarına dair bəzi nümunələr üçün bax. Aydın, s. 112-119).
Elm, fəzilət və gözəl əxlaq sahibi təvazökar bir kimsə olan İmam İbni Hümam bir çox əsər yazdı.
Əsərlərindən bəziləri bunlardır:
1) Fəthul-Qadir: “Hidayə” adlı fiqh kitabına yazdığı şərhdir. Hənəfi məzhəbinin ən məşhur əsərlərindən olub, Talik və Hidayənin digər bəzi şərhləri ilə birgə doqquz cild halında nəşr edilmişdir.
2) Tahrir: Üsul elminə dair qiymətli bir əsərdir. Bu əsərin sonunda əməldə dörd haqq məzhəbdən birinə tabe olmağın vacib olduğunda və bunlardan birinə tabe olmayanın Əhli sünnədən olmadığında icma olduğu bildirilməkdədir. Əsərin İbni Əmr Həcc (رحمة الله ضد) tərəfindən edilən şərhi də çox qiymətlidir.
3) Zad-ül-Fəqir: Namazla əlaqədar məsələlər haqqında yazılmışdır.
4) Şərhi Bədii-ən-Nizam li-İbni Saati:
5) Fəvatihul-Əfkar fi Şərhi Ləməatıl-Ənvar:
6) əl-Müsayərətü fil-əqaid-əl-Münciyəti fil- Axrrət:
İbnul-Hümâm təməl İslam elmlərinin hər sahəsində əsər yaza biləcək qüdrətdə bir alimdir. Ancaq o fiqh və fiqh üsulu sahəsindəki əsərləri ilə tanınmışdır.Kelam ilə əlaqədar əl-Müsayərə də ona aid əhəmiyyətli bir əsəridir. İbnü'l-Hümâm bu əsəri yazmağa Qazzalinin (ö.5005 / 1111) "ər-Risâlətü'l-qudsiyyə" əsərini şərh etmək məqsədilə başlamış olsa da, əsərin yazılması müstəqil və müxtəsər bir kitab olaraq nəticələnmişdir. Bu əsər tam və şərhli olaraq nəşr olunduğu kimi ölkəmizdəki (Türkiyyə) müxtəlif kitabxanalarda əl yazması olaraq da mövcuddur. (Geniş məlumat üçün bax. Taşpınar, “Kemaleddin İbnü’l-Hümâm’ın İslam Düşünce Tarihindeki Yeri”, s. 149.
Elm Adamlarının İmam İbnül-Hümam ( رحمة الله ضد ) haqqında dedikləri:
1) İmam Keşmiri ( رحمة الله ض ) (1352/1933): “İbnül-Hümam, təriqət əhlindəndir. Misirdə Şeyxuniyyə Xanəgahında Şeyxuş-Şüyux olaraq dərs verdi və ömrü boyunca verdiyi dərslərdən heç ücrət almadı. Sadəcə Allah rizası üçün dərs oxudurdu. Mal və pul toplamazdı. Misir sultanı ona böyük bir güvən duyar, İbn Həcər əl-Asqalani və Ayni kimi alimlər olduğu halda, önəmli məsələlərin həll edilməsində ona baş vururdu”. (Kəşmiri, “Fəyzul-Bari”, I,163.)
2) İmam Muhamməd bin Avvamə (hafizəhullah): “İbnül-Hümam, elmini tasavvufla nurlandıranlardan, tasavvufunu elimlə bəzəyənlərdəndir. Bax kamillik də budur. Ona görə tasavvuf; boş söz, hilə, bəzi adamları müqəddəsləşdirmək deyil, əksinə; İslamın qəlbən, ruhən, taabbudən, əxlaqən əməl edilməsidir. Nəbiyə tabe olmaq, onun sünnətiylə əməl etməkdir. Zatən Müsəlman alimlərdən heç biri də belə bir tasavvufu qəbul etməkdə tərəddüd etməz” (Avvamə, “Dirasə Hədisiyyə”, s. 230)
Yetmiş üç illik bərəkətli ömrünə bir çox əsər və tələbə sığdıran İbnu'l Hümam hicri 7 Ramazan 861, miladi 30 İyul 1457-ci ildə Cümə günü vəfat etmişdir. Cənazə namazını qazı İbnu'd-Deyri (ö. 867/1463) qıldırmışdır.Cenaze namazında dövrün sultanı Seyfüddin İnal ilə digər dövlət məmurları da iştirak etmişdir. Cənazəsi Misirdə Karafə mövqeyində Məşhur sufi Ataullah əl-İskəndəri'nin (ö.709/1309) türbəsinə dəfn edilmişdir. (əs-Səxavi,əd-Dav’ul-lami, c. 8, s. 127-132.)
- Fiqh nədir və fəqihlər neçə mərtəbədir?
- İMAM ZÜFƏR BİN HÜZEYL (رحمة الله ضد) (Ö. 775)
- İmam Əbu Cəfər ƏT-TAHAVİ (حمة الله ضد)(ö. 933)
- Hənəfi məzhəbi kitabları neçə qismdir?
- Fiqh nə deməkdir?
- RAZİ ƏL-CƏSSAS (رحمة الله ضد)
- Fiqh nə deməkdir? Hənəfi məzhəbindəki fiqh alimlərinin mərtəbələri hansılardır?
- İMAM SƏRAXSİ (رحمة الله ضد):
- Hənəfi məzhəbinə aid kitabların mərtəbələri:
- Hənəfi məzhəbinə aid kitabların mərtəbələri varmı?