İmam Malikin zahidliyi haqqında məlumat verərsinizmi?

İmam Malik'in zahidliyi:

İmam Malik də dünyaya əhəmiyyət verməzdi. Bu gerçək, bu hekayədə açıqca görülməktədir:

Rəvayətə görə Harun ər-Rəşid, imam Malik'dən soruşur:

-'Evin var mı?'

Malik cavabında:

'Xeyir. Yoxdur.' deyir.

Bu cavab üzərinə Harun ər-Rəşid, ona 3000 dinar verir və:

'Bununla bir ev al.' deyir.

Malik pulu alsa da, onları xərcləmir. Harun ər-Rəşid Bağdad'dan döndüyündə, Malikə:

-'Sənin də bizimlə gəlməyin lazımdır. Çünki Osman (radiyallahu anh) insanları Quranı oxumağa təşviq etdiyi kimi, mən də onları Muvatta'nı öyrənməyə təşviq etmək istəyirəm.' deyir.

Malik, isə belə qarşılıq verir:

"Xalqı Muvatta'ya təşviq etməyə ehtiyac yoxdur. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələri, Onun vəfatından sonra mərkəz yerlərlə dağıldılar və hədislər rəvayət etdilər. Hər şəhərin xalqı da, bu elmdən (hədis elmindən) xəbərdardır. Ayrıca Allah rəsulu (sallallahu aleyhi və səlləm):

'Ümmətimin ixtilafı rəhmətdir.' buyurmuşdur.

Sizinlə gəlməyimə də imkan yoxdur. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Mədinə'nin onlar üçün xeyirli olduğunu bir bilsəydilər!" buyurmuşdur.

Bu da pullarınız, olduğu kimi durur. İstər alın, istərsəniz buraxın.

Malik, bu sözlərlə xəlifəyə bunu demək istəmişdi:

"Mənə etdiyin bir yaxşılığa qarşı, Mədinəni tərk etməyimi istəyirsən. Amma mən, bu dünyanı Allah rəsulunun şəhərinə dəyişmərəm."

Bəli, Malik'in zahidliyi belə idi.

Dünyanın hər tərəfinə yayılan tələbə və dostları tərəfindən ona göndərilən hədiyyələri, xeyir yollarında xərcləyərdi. Onun comərdliyi- zahidliyini və dünyanı çox az sevdiyini göstərməktədir. 

Zahidlik, mal yoxluğu demək deyildir. Zahidlik, qəlbin mal sevgisindən təmizlənməsidir. Süleyman əleyhissəlam o qədər mal-mülkə rəğmən, zahidlərdəndi.

İmam Malik'in dünyanı xor gördüyünün bir başqa dəlili də, imam Şafi'nin bu sözləridir:

"-Malik'in qapısı önündə, bənzərlərini görmədiyim Xorasan atları ilə Misir qatırlarını gördüyümdə, ona:

-'Necə gözəl şeylərdir!' dedim. O isə, belə dedi:

'-Yaxşı, elədirsə, əbu Abdullah, bunlar sənə hədiyyəm olsun.' dedi. Ona:

'-Barı birini özün üçün ayır.' dedim. O da bu qarşılığı verdi:

"-Sinəsində Allah rəsulunu saxlayan bir torpağı, üstündə olduğum heyvanın dırnağı ilə tapdalamaqdan dolayı, Allah'dan həya edərəm."

O qədər heyvanı bir dəfə də hədiyyə etməsini və Mədinə torpağına göstərdiyi hörməti bir düşün.

Bu rəvayət də, onun elmiylə Allah rizasını hədəf etdiyini və dünyanı xorladığını göstərməktədir:

Özü belə rəvayət edir:

'-Bir dəfəsində Harun ər-Rəşid'in hüzuruna çıxmışdım. Mənə:

'-Əbu Abdullah, zaman-zaman bizə gəlsə idin, uşaqlarımız Muvatta'nı şəxsən səndən dinləsəydilər.' dedi. 

Mən:

"-Allah, əmirimizi əziz qılsın. Bu elm, sizin soyunuzdan (Qureyşdən) gəlmişdir. Əgər siz, bu elmi ucaldarsanız, o da ucalar; əgər onu xorlarsanız, onun da dəyəri düşər. 

Elmin ayağına gəlinər, elm başqasının ayağıba getməz. "

Harun ər-Rəşid isə, belə cavab verdi:

"-Doğru söylədin, ey Malik." dedi uşaqlarına dönərək:

'Siz də gedin və camaatla birlikdə dinləyin.' əmrini verdi.

Hüccətü'l-İslam imam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 1. Kitab/2. Bölmə: "Elmlərin qisimləri", s. 64-66

Read 2 times
In order to make a comment, please login or register