İmam Şafi sufiləri pisləyibmi?

Böyük İslam alimi İmam Şafi (Allah ona rəhmət etsin) demişdir:

"SUFİDƏ DÖRD XÜSUSİYYƏT CƏM OLUNMUŞDUR:

1. ÇOX TƏNBƏL.
2. ÇOX YEYƏN.
3. BƏDBİNLİK. QƏMLİ OLMAQ.
4. ÇOX DANIŞMAQ. ÖZÜNƏ AİD
OLMAYAN İŞLƏRƏ BURNUNU SOXMAQ."

(İmam Beyhəqi, Mənaqibüş-Şafi, Məktəbətü Dərit-Türas, Qahirə: 1970, c.2, s.207-208)

---------------------------------------------------------------------------------------------------------------------------

Əgər İmam Beyhəqi İmam Şafidən bir şey nəql edir və biri də bunu tərcümə edirsə, mütləq İmam Beyhəqinin açıqlamasını da qeyd etməlidir. Çünki:

- İmam Şafini ümumi mənada ən yaxşı bilən İmam Beyhəqidir.
- İmam Şafinin o sözünü nəql edərkən də onu ən yaxşı başa düşən İmam Beyhəqidir.

Cavaba gələcək olsaq; bəli, İmam Beyhəqi eyni kitabın eyni səhifəsində imamın bu sözünü nəql edir, hətta bundan başqa da zəmm edilmələri haqqında İmamın sözlərini nəql edir.

Lakin bu nəqldən öncəki İmam Şafinin "Ağıllı sufini xass müsəlman olaraq gördüm" sözünü açıqlayarkən, İmam Beyhəqi belə deyir:

İmam Şafi bununla - başqa bir yerdə özünün də vəsf etdiyi kimi - "sufiliyə girib adı ilə yetinib mənasına, şəkli ilə yetinib həqiqətinə önəm verməyənləri, özü qazanmaqdan əl çəkərək azuqəsini müsəlmanlara yükləyənləri, onlara səhlənkar yanaşıb hüquqlarını qorumayanları, ya elm, ya da ibadətlə məşğul olmayanları" qəsd edib. 

İmam Beyhəqi bundan sonra həmin rəvayəti nəql edir. Amma ardınca da belə deyir:

"imam Şafi bununla sufilərdən bu vəsflərdə olanları zəmm etmək istəyir. Ancaq onlardan Allaha təvəkkülündə sadiq olanlara, ibadət xüsusunda Allah ilə müamilədə və ictimaiyyətdə insanlarla müamilələrdə şəriət ədəblərinə riayət edənlərə, sufilikdə saf olanlara gəldikdə, İmam Şafinin onlarla oturub-durduğu və onlardan faydalı şeylər aldığı nəql edilir." 

 İmam Beyhəqi, Məmaqibüş-Şafi, Məktəbətü Dərit-Türas, Qahirə: 1970, c.2, s.207-208

 

Read 4 times
In order to make a comment, please login or register