İmam Şafinin əbu Hənifə ilə təbərrük etməsi
2-ci xəbər:
Xatib əl-Bağadi:
"O, yəni əbu Hənifə, Kufə əhlindəndir. Xəlifə əbu Mansur, onu Bağdada nəql etmişdir. Orda yaşadı və orda vəfat etdi. Bağdadın şərqində "Məqbərətu'l-Hayzuran"da dəfn olundu. Qəbri, bilinən yerdədir."
Kəvsəri:
Xatibin zikr etdiyi imam Şafi'nin, əbu Hənifə ilə olan təbərrükünü, burda zikr etməsi uyğun olardı. Xatib orda (1. Cild, s. 123) belə rəvayət edir:
"Bizə ---> Qadı əbu Abdullah əl-Huseyn b. Əli əs-Sayməri ---> Ömər b. İbrahim əl-Muqri ---> Mükərrəm b. Əhməd ---> Ömər b. İshaq b. İbrahim ---> Əli b. Meymun xəbər verib dedi:
Şafini belə deyərkən eşitdim:
"Mən, əbu Hənifə ilə, mütləq, təbərrük edirəm. Hər gün onun qəbrinə -ziyarətçi olaraq- gəlirəm. Bir ehtiyacım olduğu vaxt, 2 rükət namaz qılıram. Sonra onun qəbrinə gəlir, onun yanında ehtiyacımı Allah Taala'dan istəyirəm. Ordan ayrılmadan ehtiyacım yerinə gəlir."
Bu sənədin bütün ricalı, Xatibə görə siqa kimsələrdir.
Əbu'l-Əla Səid b. Əhməd b. Əbu Bəkr ər-Razi, "əl-Cəm'u Bəynə'l-Fətva və't-Təqva fi Muhimməti'd-Din və'd-Dunya" kitabında, Bağdad Nizamiyyə mədrəsəsi müdərrislərindən Şafii fəqihi Şərafuddin əd-Diməşqi, imam Şafi'dən rəvayət olunan bu xəbəri təcrübə etdiyini, mühim işlərinin çox tez yerinə gəldiyini rəvayət edir.
(Zahid əl-Kəvsəri, "Tə'nibu'l-Xatib", s. 68-69)
- Əbu Hənifə səhabə görübmü?
- Əbu Hənifəyə murciə deyilibmi?
- Sələf alimləri əbu Hənifəni pisləmişlərdirmi?
- Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq
- Əbu Hənifə haqqında hədis vardırmı?
- əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
- Müsəlman olmamışdan əvvəl and içdiyimiz şeyləri, müsəlman olduqdan sonra yerinə yetirməliyikmi?
- Peyğəmbər, Əli Məndən sonra bütün möminlərin vəlisidir deyibmi?
- Cümə namazının ilk və son sünnətləri vardırmı? Varsa, neçə rükətdir?
- Hənəfi məzhəbi və hədis