İmam Şafinin zahidliyi

 

İmam Şafi belə deyir:

"Qəlbində dünya sevgisi ilə dünyanın Yaradıcısının sevgisini bərabər tutduğunu iddia edən, yalançıdır."

Əl-Humeydi rəvayət edir:

"Bir dəfə Şafi, valinin biriylə Yəmənə getdi və ordan da Məkkə'yə qayıtdı, yanında 10.000 dirhəm vardı.

Onun üçün Məkkə xaricində bir çadır qurulmuşdu. İnsanlar, onun yanına girib çıxırdılar. Ordan ayrılmadan pulların hamısını dağıtdı.

Şafi'nin comərdliyi məşhurdur. Bəs necə, zahidliyin başı, comərdlikdir. Çünki bir şeyi sevən, onu əlində saxlamaq istəyər. Dünyanı kiçik görənlər, mal və mülkdən ayrıla bilərlər. Zahidliyin mənası budur.

Onun zühdünün nə qədər iləri səviyədə olduğunu, Allahdan nə dərəcədə qorxduğunu və tək düşüncəsinin axirət olduğunu, bu rəvayət açıq bir şəkildə ortaya qoymaqdadır:

Bir dəfə Süfyan b. Uyeynə, kölələrlə bağlı bir hədis rəvayət etdiyində, Şafi təsirlənib özündən getdi. Süfyan'a:

-"Hər halda, öldü." deyildiyində, Süfyan belə cavab verir:

"Əgər o öldüsə, dövrünün ən kamili öldü deməkdir."

Yenə onun iləri dərəcədəki zahidliyini, Abdullah b. Muhamməd əl-Bəlva'nın bu rəvayətində görürük:

-"Mən və Nəbata'nın oğlu Ömər oturmuş və abid və zahid kəslərdən söz açmışdıq. Ömər mənə:

-"Muhamməd b. İdris əş-Şafii qədər şübhəli şeylərdən çəkinən və onun qədər fasih danışan birini görmədim." dedi.

Yenə bu şəxs imam Şafi haqqında bunları deyir:

"Bir gün mən, imam Şafii və Haris b. Lebid, Səfa təpəsinə çıxmışdıq. Haris, Salih b. Murra'nın tələbəsi olub gözəl və təsirləndirici səsi vardı. Quran oxumağa başladı və:

'---هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ*وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ---'

'---Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.---' (Mürsəlat/35-36) ayətlərini oxuduğunda, Şafi'nin rəngi soldu, bəmbəyaz oldu və böyük bir titrəmə tutaraq özündən getdi.

Oyandığında isə, belə dua edərək qalxıb getdi:

'Allahım! Yalançıların mövqeyindən və qəflətdəkilərin üz çevirməsindən Sənə sığınıram.

Allahım! Ariflərin qəlbləri yalnız Sənə əyilmiş, sevdalıların boyunları sadəcə Sənə bükülmüşdür.

Allahım! Mənə comərdliyini lütf et, günahları örtən Səttar isminlə günahlarımı ört və uca Zatının kərəmi ilə qüsurlarımı bağışla.'

Məkkə'dən ayrıldıqdan sonra, Bağdad'a getmişdim. Şafi də İraqda idi. Bir gün Dəclə çayının kənarında oturmuş, namaz üçün dəstəmaz alırdım. O əsnada biri yanımdan keçərkən belə dedi:

"Ey gənc, gözəl dəstəmaz al ki, Allah da sənə dünya və axirətdə lütufkar davransın."

Başımı çevirib baxdım, arxasında böyük və izdihamlı bir qrup dayanan bir şəxs idi. Dəstəmazımı alıb arxalarınca düşdüm. O, mənə döndü və belə dedi:

"-Nədir, bir istəyin mi var?"

"-Bəli. Allahın sənə öyrətdiklərindən mənə bir məsələ öyrət." dedim. 

"-Bunu yaxşı bil, Allaha qarşı sədaqət göstərən qurtular, dininə qarşı titrəyən təhlükələrdən əmin-amanlıq içində olar, dünyaya əhəmiyət verməyən, sabah Allahın savab lütfü ilə gözləri aydınlanar." dedikdən sonra:

"-Bir az da öyrənmək istəyirsən mi?" deyə soruşdu. Mən:

"-Bəli." dedim. O da:

"-Bu 3 şeyə sahib olan kəs, imanını kamilləşdirmişdir:

1) Yaxşılığı əmr edib onu özü də tətbiq edən;

2) Pisliklərdən çəkindirib özü də çəkinən;

3) Allahın müəyyənləşdirdiyi hədlər içində dayanan." dedi və belə əlavə etdi:

"-Bir az da məlumat verim mi?"

"-Təbii ki." dedim. O isə, bunları deyib öz yoluna davam etdi:

"-Dünyada zahid ol, axirətə yönəl, bütün işlərində Allah Taala'ya qarşı səmimi, ixlaslı ol ki, qurtulanlarla bərabər qurtulasan."

O gün onu tanıya bilməmişdim. Kim olduğunu soruşduğumda isə, mənə belə dedilər:

"O, Muhamməd b. İdris əş-Şafi idi."

İmam Şafi'nin oxunan Quran qarşısında necə özündən gedib yıxıldığını və ayıldıqdan sonrakı Allaha yalvarışlarını yaxşıca düşün. Bunlar onun zahidliyini və Allah qorxusunun səviyəsini göstərir. Bu dərəcədəki Allah qorxusuna və zahidliyə ancaq Allah Taala'nı tanımaq sayəsində yetişilər. Necə ki, ayətdə Allah Taala belə buyurur:

"---...إِنَّمَا يَخْشَى ٱللَّهَ مِنْ عِبَادِهِ ٱلْعُلَمَـٰٓؤُا۟...---"

"---Allah'dan Öz qulları içində ancaq alimlər qorxar." (Fatir/28)

(Hüccətü'l-İslam imam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 1. Kitab/2. Bölmə: 'Elmlərin qisimləri', s. 58-60)

Read 3 times
In order to make a comment, please login or register