İmam Zeynalabidinin Ömər və Əbu Bəkr haqqında Əhli sünnətin inancı üzərində olması doğrudurmu?

İmam əl-Beyhəqi deyir:

“Əbu Cəfər Muhəmməd bin Saleh bin Həni bizə rəvayət etdi: Əbul-Abbas Əhməd bin Xalid əd-Dəməğani bizə rəvayət etdi: Əbu Musab əz-Zuhri bizə rəvayət etdi: Abdulaziz bin Əbi Həzim bizə atasından belə dediyini rəvayət etdi: “Əli bin Hüseyn’dən daha fəqih bir haşimi görmədim. Əbu Bəkr və Ömərin Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanındakı məqamı barədə soruşulduqda onu əli ilə qəbrə işarə edib belə deyərkən eşitdim: “Onların bu dəqiqə buradakı məqamı kimi idi.” (əl-İtiqad, səh: 362)

Əbu Cəfər Muhəmməd bin Saleh bin Həni əl-Varraq ən-Nisəburi: (vəfatı hicri 340) əl-Hakim ən-Nisəburi onun haqqında deyir: “Siqa, məmun.” (əl-Ənsab, 1/127)

İbnul-Cəvzi deyir: “Siqalardan, zahidlərdən idi.” (əl-Muntəzam fi Tərix əl-Muluk val-Uməm, 14/86)

Əbul-Abbas Əhməd bin Xalid əd-Dəməğani (vəfatı 288) : əl-Hakim ən-Nisəburi onun haqqında deyir: “Neysəburda məskən salıb, siqa bir şeyxdir, çoxlu səfər edən olub.” (Buğyətut-Taləb fi Tərix Hələb, 2/722)

Əbu Musab əz-Zuhri (150-242) “əl-Muvatta” kitabını ən son rəvayət edənlərdəndir və “əs-Sahih” kitabının ravilərindəndir.
Abdulaziz bin Əbi Həzim (107-184) Mədinə şəhərinin imamlarındandır, siqadır.

Əbu Həzim Sələmə bin Dinar (vəfatı 140) Mədinə şəhərinin müftisi, qazisi və imamı. əs-Sahih kitabının ravilərindəndir.

Əli bin Hüseyn isə Zeynul-Abidin adı ilə tanınan İmam əs-Səccad Əbul-Həsən Əli bin əl-Hüseyn bin Əlidir, əhlul-beytin imamlarındandır. Zahidlərin, ibadət əhlinin tacıdır. Əbu Bəkr və Ömərin qəbri peyğəmbərimizin - aleyhissalətu vassələm - qəbrinin yanındadır. İmam əs-Səccad bu sözü ilə onların sağ olarkən də bu cür peyğəmbərə yaxın olduqlarını qəsd edir.

Read 46 times
In order to make a comment, please login or register