İMAM ZÜFƏR BİN HÜZEYL ( رحمة الله ضد ) (Ö. 775)
Hənəfi məzhəbinin böyük fiqh alimlərindən biri. Hədis elmində də məşhur bir alim olub, İmam Əzəmin (رضي الله عنه) tələbəsidir. Ləqəbi, Əbu Huzeyldir. Əslən İsfəhanlı olub, 728-ci ildə doğuldu. 775-cı ildə Bəsrədə 48 yaşındaykən vəfat etdi. Bəsrədə yaşadı və orada qazilik etdi. Atası Bəsrə şəhərinin valisi idi. İmam Züfər bin Hüzeyl (رحمة الله ضد) elm öyrənməyə orada başladı. Əvvəl hədis elmini öyrəndi. Sonra Kufəyə gedib, İmam Əzəmin (رضي الله عنه) dərslərinə qatıldı. Ondan fiqh elmini öyrəndi və bu elmdə zamanının məşhur alimlərindən oldu.
Bütün ömürünü elm öyrənmək və öyrətməklə keçirtdi. Hənəfi məzhəbi imamlarından və fəqihlərin ikinci təbəqəsindən olub, məzhəbdə müctəhiddir. İmam Əzəm (رضي الله عنه) onun üçün “Tələbələrimin ən mükəmməlidir" buyuraraq onu mədh etmişdir.
İmam Züfər ( رحمة الله ضد ), elmdə o dərəcə yaxşı yetişmişdi ki, ona bir sual soruşulduğu zaman, geniş cavab verər, aydın bir şəkildə izah edərdi. İsbatı lazım olan məsələləri qəti dəlillərlə isbat edərdi. İmam Əzəmin (رضي الله عنه) üsulu üzərinə ictihad edərdi. Çox ibadət edən, doğru sözlü və elmdə dərya bir alim idi. Evləndiyində müəllimi İmam Əzəmi (رضي الله عنه) toyuna dəvət etmişdi. İmam Əzəm (رضي الله عنه) tоу әsnasında etdiyi bir söhbətində, "Züfər müsəlmanların imamlarındandır. Şərəf, nəsəb baxımından ən tanınmışlardandır” buyurmuşdur. Bundan əlavə olaraq İmam Əbu Hənifə (rahiməhullah ) İmam Zufər ( رحمة الله ضد ) haqqında belə demişdir:
"Həm qazıliyə, həm də fətva məqamına layiq olan iki tələbəm var: Əbu Yusuf və Zufər" (İbn Bəzzaz, Mənaqıb əl-imam əl-A'zam, 11, 125)
İmam Züfər (رحمة الله ضد) bir dəfə bir miras məsələsi səbəbiylə Bəsrəyə getmişdi. Bəsrə xalqı ondakı üstün halları görərək yetkin və müstəsna bir insan olduğuna heyran qalmışdılar. Bu səbəblə Bəsrədə qalmasını israrla istədilər. O da bu arzu üzərinə bir müddət Bəsrədə qaldı. Elm ilə və üstün hallarıyla insanlara çox faydalı oldu. Hər harada olursa olsun, heç boş danışmazdı. Daim elmi məsələlər üzərində söz söyləyər, həmişə bu barədə danışardı. Olduğu yerdə boş danışılmağa başlansa, dərhal o məclisi tərk edərdi.
Bir müddət Bəsrə qaziliyi etmişdir. Ayrıca elm öyrətmək və dərs verməklə məşğul olmuşdur. Məşhur alimlərdən Muhamməd bin Abdullah Ənsari, Xələf bin Eyyub, Asam bin Yusuf, Hilal ər-Rəy kimi böyük alimlər İmam Züfərin (رحمة الله ضد) dərs halqasında yetişmişdilər.
İmam Züfərə (رحمة الله ضد) İmam Əzəm (رضي الله عنه) soruşulduğu zaman, “Biz onun yanında, şahin quşunun yanındakı sərçə kimiyik”- deyərək müəllimi İmam Əzəmin elmdəki üstün dərəcələrini ifadə etmişdir.
O əsrin alimlərindən biri olan Muzəniyə ( رحمة الله ضد ) bir şəxs İraqdakı fiqh alimlərini soruşmuşdur. “Əbu Hənifə (رضي الله عنه) haqqında nə deyərsən?” deyincə, "O fiqh alimlərinin əfəndisi və ən böyüyüdür cavabını vermişdir. “Bəs Əbu Yusuf (رحمة الله ضد ) haqqında nə deyirsən?” soruşduqlarında,“Hədisi-şərifə ən çox tabe olandır”. “Bəs Muhamməd bn Həsən (رحمة الله ضد) haqqında nə deyirsən?” soruşunca, “Füru məsələlərini ən yaxşı açıqlayandır” demişdir. “Bəs Züfər ( رحمة الله ضد ) haqqında?”, “Qiyas elmində ən kəskin zəkaya sahib olandır” demişdir.
İmam Züfər (رحمة الله ضد) Bəsrəyə gedincə, qəbul etmək istəmədiyi halda qazilik etməsini istədilər. Bu barədə çox məcbur etdilər və bunun üzərinə bir müddət qazilik etdiyi, qaynaqlarda yazılmışdır. Bəsrədəki bəzi elm adamları İmam Əzəmin (رضي الله عنه) böyüklüyünü anlaya bilməmiş olmaları səbəbiylə ona müxalifət etmişlər. Bir qismi də həsədləri səbəbiylə qarşı çıxmışdı. Bu səbəbdən İmam Zufər ( رحمة الله ضد ) belə demişdir. "Əbu Hənifə əleyhdarlarının sözlərinə qulaq asmayın! Çünki Əbu Hənifə və dostları, hər hansı bir mövzuda bir fikir irəli sürdükləri zaman; mütləq Qurana, Sünnəyə və səhih görüşlərə dayanırlardı. Sonra da bunlara müqayisə edərdilər." (İbn Əbdülbərr, əl-İntiqa, s.270; Sayməri, a.k.ə, s.26; İsfəhani, a.k.ə, s.22, 23; Xatib, a.k.ə, 13/340-341).
İmam Züfər ( رحمة الله ضد ) Bəsrəyə gedincə elm mütəxəssisləri onun yanında toplanıb, elmi münazərələr və müzakirələr etməyə başlamışlardı. İmam Züfərin (رحمة الله ضد) məsələləri ələ alış tərzinə, etdiyi izahlara və gətirdiyi dəlilləri eşidərək heyran qalmışlar. Onun izah etdiyi şeyləri və etdiyi izahları bəyənib, bunları haradan öyrəndiyini soruşmuşlar. O da Müəllimi İmam Əzəmdən (رضي الله عنه) öyrəndiyini söyləmişdir. Bu şəkildə qurulan hər elm məclisində etdiyi izahlarla Bəsrədəki elm əhli arasında özünə və müəllimi İmam Əzəmə qarşı bir sevgi oyandı. Əzəmin böyüklüyünü anlayıb, düşmənlik edənlər dost oldu. Onu sevməyə və mədh etməyə, istifadə etməyə başladılar.
İmam Züfər ( رحمة الله ضد ), qiyas etmədəki üstünlüyü ilə məşhur olmuşdur. Bu barədə belə buyurmuşdur: “Bir məsələdə hökm verərkən o məsələ haqqında hədisi-şərif (əsər) tapsaq onunla hökm edər, qiyas etmərik. Əsər olunca qiyası tərk edərik. Əgər yoxdursa, qiyas edərik...” Müəllimi İmam Əzəmin (رضي الله عنه) vəfatından sonra səkkiz ilə qədər qısa bir müddət yaşamış, onun məzhəbini yaymışdır. İmam Züfər (رحمة الله ضد) çox az məsələdə İmam Əzəmdən ayrı ictihad etmişdir. Müəllimi İmam Əzəmə həyatında və vəfatından sonra müxalif çıxmamışdır. Hənəfi məzhəbində, zərurət halında İmam Züfərin ictihadı ilə əməl etmək caizdir. Bundan əlavə məzhəbdə iyirmi (20) görüş İmam Zufər ibn Huzeylin fətvası alınır." (İbn Abidin Raddul-Muxtar"ın 5 cild 330-332)
İbni Abdul-Bərr (رحمة الله ضد) belə demişdir: “Züfər bin Hüzeyl yüksək bir ağıl və idraka sahib idi. Haramlardan çox çəkinən, vəra sahibi və hədis elmində də siqa (etibarlı), möhkəm bir alimdir”. O övliyanın böyüklərindən Davudu Tai ilə dost olub bir-birlərini çox sevərdilər. Davudu Tai ibadətlə, zühd və təqva ilə yaşadı. İmam Züfər ayrıca elmə davam etdi.
- Hammad b. Əbi Süleyman Müslim b. Yezid əl-İsfahani əl–Kufi (رحمة الله ضد) (ö. 738)
- Fiqh nədir və fəqihlər neçə mərtəbədir?
- Fiqh nə deməkdir? Hənəfi məzhəbindəki fiqh alimlərinin mərtəbələri hansılardır?
- Hənəfi məzhəbinə aid kitabların mərtəbələri:
- Fiqh nə deməkdir?
- Hənəfi məzhəbi kitabları neçə qismdir?
- Hənəfi məzhəbinə aid kitabların mərtəbələri varmı?
- Əbu Mənsur Əl Maturidi (رضي الله عنه) (v. 333 h/944 m)
- RAZİ ƏL-CƏSSAS (رحمة الله ضد)
- Hənəfi məzhəbi və hədis