İmamın arxasında qiraət edilməlidirmi?

1039. əbu Kureyb'in,

əbu Bəkr b. Ayyəş ---> Asim b. Bəhdələ ---> əl-Musəyyəb b. Rafi

isnadı ilə nəqlinə görə,

Abdullah b. Məsud (radiyallahu anh), belə deyir:

"Namazda, bir-birimizə, 'Filan kimsəyə salam olsun, filan kimsəyə salam olsun.' şəklində salam verirdik. Bunun üzərinə,

وَإِذَا قُرِئَ ٱلْقُرْءَانُ فَٱسْتَمِعُوا۟ لَهُۥ وَأَنصِتُوا۟

'Quran oxunduğu zaman, Onu dinləyin və susun.' (Əraf/204) ayəti endi." (ibn Cərir ət-Tabəri, "Camiu'l-Bəyan an Tə'vili ayi'l-Quran" təfsiri, Vl, 161)

----------------------

----------------------

1040. Hafis b. Ğiyas'ın, İbrahim əl-Həcəri ---> əbu İyad isnadı ilə nəqlinə görə,

əbu Hureyrə (radiyallahu anh), belə deyir:

"İnsanlar, namazda danışırdılar. 'Quran oxunduğu zaman, onu dinləyin və susun.' ayətilə digəri enincə, susmaları əmr edildi.

Bu 2 hədisi, hafiz ibn Cərir ət-Tabəri, "Təfsir"ində rəvayət etmişdir.

Birinci (1039 no-lu) rəvayətin bütün raviləri, siqa olub, "Kütüb-ü Sittə" raviləridir. Ancaq hədis, munqatı (qopuq)'dur. (haşiyə)

-----------------------

(Haşiyə:

Hədisi, ibn Cərir ət-Tabəri, "Camiu'l-Bəyan" adlı təfsirində (Vl, 161) rəvayət etmişdir. ibn Cərir, bu hədisi:

Hafs b. Ğiyas ---> İbrahim əl-Həcəri ---> əbu İyad ---> əbu Hureyrə

isnadı ilə nəql etmişdir.

Hədisin isnadında, zəiflik vardır. İbrahim əl-Həcəri'nin, mərfu hədisi yoxdur. Bu hədis, məvqufdur. Bunu, ibn Həcər Asqalani, "ət-Təqrib"də ifadə etmişdir.)

------------------------

Zəhəbi, "ət-Təhzib"də (X, 53), belə deyir:

ibn əbi Hatim, deyir:

"Mən, atamın, əl-Musəyyəb b. Rafi'nin, ibn Məsud (radiyallahu anh)'dan nəql etdiyi rəvayətin, mürsəl olduğunu dediyini eşitdim. O, bir dəfə, belə dedi:

'əl-Musəyyəb b. Rafi, nə ibn Məsud, nə də Əli (radiyallahu anhuma) ilə qarşılaşmışdır. O, Mücahid və bənzərlərindən rəvayət etmişdir."

Deyirəm:

Bizə görə, burda problem yoxdur. İkinci rəvayətin raviləri siqa olub, İbrahim əl-Həcəri xaric hamısı, "Kütüb-ü Sittə" raviləridir. İbrahim, hədisi leyyin olan biridir. Eyni şeylər, "ət-Təqrib"də (s. 11) yer almaqdadır. Ancaq bu 2 rəvayət, bir-birini dəstəkləməkdədir.

-------------------------

-------------------------

1041. əbu Kureyb'in, əl-Muharibi ---> Davud b. əbi Hind isnadı ilə nəqlinə görə,

Yəsir b. Cabir, belə deyir:

"ibn Məsud, bizə namaz qıldırdı. Bəzi kimsələrin, imamla birlikdə oxuduqlarını eşitdi. Namazını bitirincə, belə dedi:

'Quran oxunduğu zaman, dinləyin və susun.' ayətini, Allahın sizə əmr etdiyi şəkildə qavramaq və başa düşmək zamanınız gəlmədimi?"

Bu rəvayəti də, Tabəri ("Camiu'l-Bəyan", Xl, 378) nəql etmişdir. Rəvayətin raviləri siqa olub, "Kütüb-ü Sittə" raviləridir. Yəsir b. Cabir'ə, "ət-Təhzib"də (IX, 11) yer verilmişdir. Yəsir'in ləqəbi, əbu'l-Xabbaz əl-Abdi olub, özü, Buxari və Muslim'in ravilərindəndir, siqadır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dövrünə çatmışdır. Bu rəvayəti, Beyhaqi, "Qiraət kitabı"nda,

Davud ---> əbu Nadra ---> bir ravi ---> ibn Məsud

isnadı ilə, bənzər ifadələrlə rəvayət etmiş; ancaq (hədis haqqında), hər hansı bir söz danışmamışdır.

əbu Nadra, Munzir b. Malik b. Qita, Muslim'in ravilərindən olub siqadır. O, "ət-Təhzib"də (Xl, 349; l, 302) ifadə edildiyi üzərə, Yəsir b. Cabir'dən hədis rəvayət etmişdir. Beyhaqi'nin isnad zəncirindəki məchul şəxs, -Tabəri rəvayətində açıqca adı bildirildiyi üzərə- Yəsir b. Cabir'dir. Bu halda, hədis, heç şübhəsiz, səhihdir!

-------------------------

-------------------------

1042. əl-Müsənna'nın,

Suveyd b. Nusayr ---> ibnu'l-Mübarək ---> ibn Lehia ---> ibn Hubeyrə

isnadı ilə nəqlinə görə,

ibn Abbas (radiyallahu anh):

وَٱذْكُر رَّبَّكَ فِى نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً

"Yalvararaq və qorxaraq, öz nəfsində, Rəbbini zikr et.' (Əraf/205) ayəti haqqında, belə dedi:

'Bu, fərz namazlarla bağlıdır. Allahın peyğəmbəri, fərz namazda oxuyar, arxasında olan səhabələr də oxuyardılar. (Belə ikən), Nəbi (sallallahu aleyhi və səlləm)'in qarışdırmasına səbəb oldular. Bunun üzərinə, 'Quran oxunduğu zaman, dinləyin və susun. Bəlkə sizə rəhm olunsun.' ayəti endi. Bu əmr, fərz namazlarla bağlıdır."

Bu rəvayəti də, Tabəri ("Camiu'l-Bəyan", lX, 112) nəql etmişdir. Raviləri, siqadır. Daha əvvəl də dəfələrlə keçdiyi üzərə, ibn Lehia'nın hədisi, həsəndir. Bu hədis, munqati'dir. Çünki ibn Hubeyrə, ibn Abbas ilə qarşılaşmamışdır. O, ibn Abbas'ın azad etdiyi nökər olan İkrimə'dən hədis rəvayət etmişdir. "ət-Təhzib"dən (Vl, 61) başa düşülən də, budur. Ancaq, bu hədisin munqati olması, (ilk 3 nəsildə olduğu üçün), bizcə əhəmiyyətli deyildir. (haşiyə)

---------------------

(Haşiyə:

Hədis, munqati'dir. Tabəri, "Camiu'l-Bəyan" (Vl, 163). Tabəri, bu hədisi,

Müsənna ---> Suveyd ---> ibnu'l-Mübarək ---> ibn Lehia ---> ibn Hubeyra ---> ibn Abbas

isnadı ilə rəvayət etmişdir.

Abdullah b. Mübarək'in ibn Lehia'dan nəql etdiyi rəvayət, səhihdir! Lakin problem, ibn Hubeyra ilə ibn Abbas arasında olan qopuqluqdan qaynaqlanmaqdadır.)

-------------------------

(1041 və 1042 no-lu) hədislər, bu ayətin, namazda susmaq əmri xüsusunda endiyini, açıqca ifadə etməkdədir.

Hafiz ibn Cərir ət-Tabəri ("Camiu'l-Bəyan", lX, 112), belə deyir:

"Bu xüsusda ən əvla görüş, budur: Səhabəyə, imam namazda qiraət edərkən, Quranı; və minbərdə ikən, xütbəni dinləmək əmr edildi. Bizim, 'Ən əvla görüş, budur.' deməyimizin səbəbi:

~ Peyğəmbər (sallalahu aleyhi və səlləm)'in, 'İmam oxuduğunda, susun.' əmrinin səhih olması (əbu Davud, "Saləh", 68; Nəsai, "İftitəh", 30; ibn Macə, "İqamətu's-saləh", 13); ya da,

~ Peyğəmbər (sallalahu aleyhi və səlləm)'in əmr etdiyinə dair bir çox rəvayət ilə bərabər, cümə günü imamın xütbəsini eşidən kimsənin dinləməsi və susması gərəkdiyinə dair müctəhidlərin icmasıdır.

Birində ixtilaf olmaqla bərabər, bu iki hal xaricində, heç kimsəyə, Quranı dinləmək və susmaq məcburiyyəti olmadığı yolunda da ittifaq edilmişdir. Quranı dinləmək məcburiyyətinin ixtilaflı olduğu yer isə, imamın arxasında namaz qılmaq halıdır. Halbuki, bu mövzuda, Peyğəmbər (sallalahu aleyhi və səlləm)'in: 'İmam oxuduğunda, siz susun.' şəklindəki əmri olduğuna dair səhih xəbər mövcuddur. İmamın arxasında susub oxumasını dinləmək, Quranın zahiri ifadəsinin ümumiliyi və Peyğəmbər (sallalahu aleyhi və səlləm)'dən nəql edilən hədislərdən dolayı, özünə tabe olan və qiraətini eşidən hər kəsə, vacibdir."

Deyirəm:

İmam, istər açıqdan, istər gizli oxusun; camaat, qiraətini eşitsin və ya eşitməsin, arxasında olan kimsənin, mütləq olaraq susması gərəkdiyinə dair dəlil, iləridə gələcəkdir.

Zeylai, "Nasbu'r-Rayə"də (l, 432) belə deyir:

Bu ayətin, imamın arxasında qiraət xüsusunda nazil olduğuna dair, xəbərlər vardır. Beyhaqi'nin nəqlinə görə, Mücahid, belə deyir:

"Peyğəmbər (sallalahu aleyhi və səlləm), namazda oxuyardı və bir gün, ənsardan bir gəncin qiraətini eşitdi. Bunun üzərinə, 'Quran oxunduğu zaman, onu dinləyin və susun.' ayəti endi."

Deyirəm:

Mücahidin nəql etdiyi xəbəri:

~ hafiz ibn Həcər, "əd-Dirayə"də (s. 94);

~ Beyhaqi də, "Kitabu'l-Qiraə"də (s. 72)

zikr etmişdir.

Bu rəvayəti, heç kim cərh etməmişdir. Ancaq Beyhaqi, onun, mürsəl olduğunu ifadə etmişdir.

----------------------------

Səid b. Cubeyr, Mücahid və Tavus'un mürsəllərinin məqbul olması:

Mücahid'in mürsəl hədisləri, məqbuldur. Suyuti, "Tədribu'r-Ravi"də (s. 70), belə deyir:

"Yəhya b. Səid: 'Səid b. Cubeyr'in mürsəl rəvayətləri, mənə, Ata'nın mürsəllərindən daha sevimlidir.' demişdir. Ondan: 'Mücahid'in mürsəl rəvayətlərimi, yoxsa Tavus'un mürsəl rəvayətlərimi sənə daha sevimlidir?' deyə soruşulduğunda, 'Onlar, bir-birinə çox yaxındırlar.' demişdir."

ibn Həcər, "Təhzibu't-Təhzib"də (Vll, 202), belə deyir:

"Əli b. əl-Mədini: 'Mücahidin mürsəlləri, mənə, Ata'nın mürsəllərindən daha sevimlidir. Ata, hər kəsdən götürərdi.' demişdir."

Qaldı ki, mürsəl rəvayət, bizim məzhəbimizə görə, dəlildir. Xüsusilə də, Zühri'nin mürsəli ilə dəstəklənməsi səbəbilə, ayrı bir qüvvət qazanmaqdadır. Tabəri, "Təfsir"ində, yuxarıdakı hədisi dəstəkləyən Zühri rəvayətini, belə nəql edir:

əbu's-Səib'in, Hafs ---> Əş'as isnadı ilə nəqlinə görə, Zühri, belə demişdir:

"Bu ayət, ənsardan bir gənc haqqında nazil olmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər səfərində nə oxuyurdusa, bu gənc də eynisini oxuyurdu. Bunun üzərinə, 'Quran oxunduğu zaman, Onu dinləyin və susun.' ayəti endi."

Bu rəvayətin bütün raviləri, siqadır. əbu Səib'in adı, Muslim b. Cunadə əs-Suvai'dir. Tirmizi, ibn Macə, -"Səhih"in xaricində Buxari- ondan rəvayət etmişlərdir. əbu Hatim və Nəsai, onun, siqa olduğunu söyləmişlərdir. əbu Bəkr əl-Bərqani, onun üçün, "əbu Səib, heç şübhəsiz, siqa və hüccətdir. Rəvayəti səhih olduğu üçün, dəlil olmağa əlverişlidir." demişdir. (Zəhəbi, "ət-Təhzib", lV, 128)

Hafs b. Ğiyas "Kütüb-ü Sittə" ravilərindəndir. Əşas'ın adı, ibn Səvvar əl-Kindi olub, Muslim'in ravilərindəndir. Bir rəvayətə görə, ibn Main, onun, siqa olduğunu bildirmişdir. Bəzzar isə, "Elmi az olan xaric, onun hədisini tərk edən hər hansı bir kimsə olduğunu, bilmirik." demişdir. (Zəhəbi, "ət-Təhzib", l, 354)

Zühri'nin mürsəlləri, hər nə qədər zəifdirsə də, burda, Mücahid'in mürsəlilə dəstəklənmişdir. Dolayısı ilə, bundan, üz çevrilməz. Zeylai, belə deyir:

ibn Mərduyə'nin təfsirində (l, 232),

Musa b. Abdu'r-Rahmən əs-Suruqi ---> əbu Usamə ---> Süfyan əs-Sevri ---> əbu'l-Miqdəm ---> Hişam b. Ziyad ---> Muaviyə b. Qurra

isnadı ilə bir başqa rəvayət, daha vardır. (ibn Hümam, "Fəthu'l-Qadir", ll, 282)

Muaviyə b. Qurra, belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əshabından bir şeyxdən soruşdum. Məsruqi: 'Zənn edirəm, qəsd etdiyi şəxs, Abdullah b. Muğaffəl (radiyallahu anh) idi. Ona dedim: 'Quranı eşidən hər kəsə, Onu dinləmək və susmaq, vacibdirmi?' Mənə, belə cavab verdi: 'Quran oxunduğu zaman, Onu dinləyin və susun.' ayəti, imamın arxasında oxumaq xüsusunda endi. İmam, qiraət edərkən, sən, dinlə və sus!"

Deyirəm:

Bu rəvayətin ravilərinin hamısı, -əbu'l-Miqdəm xaric- siqadır. əbu'l-Miqdəm isə, zəifdir. Bununla bərabər, Vəki, Zeyd b. əl-Habbab, ən-Nadr b. Şumeyl, Yezid b. Harun və başqaları, ondan hədis rəvayət etmişlərdir. (Zəhəbi, Xl, 38)

Mətndə, Tabəri'dən zikr etdiyimiz rəvayətlər, bu rəvayəti dəstəkləməkdədir. Zəif bir rəvayətin, rəvayət yolları 1-dən çox olduğunda; ya da şahidləri olduğunda, həsən səviyyəsinə yüksəlir. Bu halda, mutabaat cəhətindən, bunları rəvayət etməkdə, hər hansı bir beis yoxdur.

Beyhaqi'nin, "Kitabu'l-Qiraə"sində (s. 72), Abdu'l-Vəhhab əs-Səqafi əl-Mühaciri vasitəsilə nəqlinə görə, əbu'l-Aliyə, belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaz qılarkən, qiraət etdi. Arxasınca, səhabə də oxudu. Bunun üzərinə, 'Quran oxunduğu zaman, Onu dinləyin və susun.' ayəti endi və camaat da susdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə oxudu."

Beyhaqi: "Bu rəvayət də, munqatidir, yəni, mürsəldir." deməkdədir.

Deyirəm:

Mürsəl rəvayət, bizə görə hüccətdir. Beyhaqi, hədisin ravilərindən heç birini, tənqid etməmişdir. Halbuki, bu kitabda, öz görüşünə müxalif olub tənqid yönəltmədiyi, heç bir hədis yoxdur. Bu, ravilərin hamısının siqa olduğuna dəlalət edir.

Yenə, Beyhaqi ("Kitabu'l-Qiraə", s. 73),

Sabit b. Aclan ---> Səid b. Cubeyr isnadı ilə, ibn Abbas (radiyallahu anh)'dan belə nəql edir:

"Bir mömin, -fərz namazlar və ya cümə, ya da bayram namazları xaric- 'Quran oxunduğu zaman, Onu dinləyin və susun.' əmri gərəyincə, Quranı dinləyib-dinləməməsi, öz istəyinə qalmışdır."

Beyhaqi, bu rəvayətin raviləri haqqında hər hansı bir söz danışmamış və heç birisinə də, hər hansı bir tənqid yönəltməmişdir.

Beyhaqi ("Kitabu'l-Qiraə", s. 74),

Səid b. Mənsur ---> əbu Mə'şər ---> Muhamməd b. Ka'b əl-Qurazi (ki, o, "ət-Təhzib"də (lX, 420) ifadə edildiyi üzərə, təfsir və hədis imamı, "Kütüb-ü Sittə" ravilərindən siqa biridir) belə bir rəvayət nəql edir:

"Səhabə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir şey oxuduğunda, onu, Özü ilə birlikdə oxuyardılar. Nəhayət, Əraf surəsindəki 'Quran oxunduğunda, Onu dinləyin və susun.' ayəti endi."

Beyhaqi, bu hədisin sihhəti haqqında, hər hansı bir söz danışmadığı kimi; (hədisin) illəti (problemi) haqqında da, hər hansı bir söz deməmişdir. Beyhaqi, daha sonra, bu ayəti təfsir edən hədisləri nəql etdikdən sonra, eynilə belə deyir:

"Bəziləri, bu mənada zikr etdiyimizin xaricində, mərfu və məvquf hədislər rəvayət etmişlərdir. Belə hədisləri dəlil olaraq zikr edib, kitabımın dəyərini salmaq istəmirəm." ("Kitabu'l-Qiraə", s. 76)

Deyirəm:

Onun bu ifadəsi, şəxsən özünün rəvayət etdiyi hədisin, öz nəzərində dəlil olmağa əlverişli olduğunu göstərir.

Beyhaqi, belə davam edir:

"İmam Şafi (rahmətullahi Taala aleyh)'in ilk qövlünü mənimsəyən kimsə, imamın, gizli deyil, açıqdan qiraətini dinləməsi gərəkdiyi xüsusunda, bu ayəti dəlil olaraq götürmüşdür. 'İmam, qiraətini açıqdan oxumasa belə, camaatın dinləməsi və susması əmr edilmişdir.' deyən kimsənin bu ifadəsinin, hər hansı bir mənası yoxdur. Dilçi alimlər nəzdində bilinən, budur:

'Bir şey eşidilə bilirsə, 'Onu, dinlə.' deyə əmr edilər. Eşidilməyən bir şey üçün, 'Onu, dinləmək və susmaq, əmr edilə bilməz." (Beyhaqi, "Kitabu'l-Qiraə", s. 76)

Deyirəm:

Bir şey eşidildiyi təqdirdə, onu dinləməyin əmr edilə biləcəyi məsələsini, qəbul edirik. Ancaq, susmaq məsələsinə gəlincə, bunu, qəbul edə bilmərik. Çünki, (ayətdəki) "insat"ın mənası, "qulaq vermək deyil, sadəcə susmaq"dır. "əl-Qamus"da, belə deyilir:

"Nəsatə ---> yənsitu ---> unsut ---> intəsit (qəlibinin) mənası, 'səkətə = susdu' deməkdir. Bundan meydana gələn isim isə, 'ən-nustətu'dur. Ənsatəhu və ənsatə ləhu, 'sükut etdi, danışmasını dinlədi; ənsatəhu = onu susdurdu deməkdir." (Firuzabadi, "əl-Qamus", l, 98)

Bu açıqlamadan başa düşülür ki, "insat"ın mənası, "hər hansı bir şeyi dinləmək deyil, susmaqdır." Ənsatə ləhu'nun 2 mənası olduğunu, biz də qəbul edirik. Bunlardan:

~ birincisi: "onun üçün susdu."

~ ikincisi isə: "sözünü dinlədi."

deməkdir. Ayətin, 2 şeyi, yəni, "dinləmək və susmağı" əmr etmək üzərə endiyi, hər kəsin məlumudur. Bu 2 mənadan sadəcə birincisi, eşidilən şeyə məxsusdur. Bir qayda vardır:

Dildə yeni bir məna ifadə etmək, daha əvvəl söylənmiş olanı qüvvətləndirməkdən əvla deyildir. Əsas olan, budur. Dolayısı ilə, ayətdəki

~ dinləmək əmri: "açıqdan oxunan qiraətə məxsusdur." mənasına həml edilərkən;

~ susmaq əmri: "gizli qiraətlərlə bağlıdır" mənasına həml edilir.

Bu (izah), isabətlidir. Çünki imamlar, cümə günü, imamın xütbəsini eşitməyən kimsənin susmasının, vacib və ya ən azından müstəhəb olduğunu söyləmişlərdir. "Rahmətu'l-Ummə" (s. 29) adlı əsərdə, belə bir açıqlama yer alır:

"Xütbəni eşitməyən kimsənin, bu əsnada danışıb-danışmayacağı xüsusunda, müctəhidlər ixtilaf etmişlərdir. (Belə ki):

~ imam Şafi və Əhməd: 'Caizdir. Ancaq, müstəhəb olanı, susmaqdır.' deyərlərkən;

~ imam əbu Hənifə: 'Xütbəni istər eşitsin, istərsə də eşitməsin, o əsnada danışmaq, caiz deyildir.' demişdir.

~ imam Malik isə: 'İstər yaxın, istər uzaq olsun, susmaq, vacibdir.' demişdir."

Hafiz ibn Həcər (Asqalani), "Fəthu'l-Bari"də (ll, 344), belə deyir:

"Sus' sözü, əmr olmasına baxmayaraq, 'ləğv = boş söz' olaraq dəyərləndirildiyinə görə; bunun xaricindəki danışıqların da boş söz sayılması, çox yerində bir dəyərləndirmədir. Əhməd b. Hənbəl'in 'Müsnəd'ində, əl-Ə'rac vasitəsilə əbu Hureyrə (radiyallahu anh)'dan nəql edilən rəvayətin sonunda, 'Ləğv etdin/Boş söz danışdın.' ifadəsi nəql edildikdən sonra, 'Sən, özünə bir bax.' deyilməkdədir. Bu əmr, xütbə əsnasında, hər cür danışığın nəhyinə dəlil olaraq göstərilmişdir. Bütün müctəhidlərə görə xütbəni eşidən kimsə haqqında hökm, belədir. Onların əksəriyyətinə görə, xütbəni eşitməyən kimsələr haqqında da, belədir."

Burdan ortaya çıxır ki, susmaq, sadəcə eşidilən xütbəyə xas deyildir. Əks təqdirdə, eşitməyən kimsə üçün onun vacibliyinin və ya müstəhəbliyinin hər hansı bir mənası olmazdı. Şafi, xütbəni eşitməyən kimsə üçün, o əsnada susmağın müstəhəb olduğunu söylədiyinə görə; qiraətin açıqdan edilmədiyi namazlarda camaatın susmasının müstəhəb olduğunu da söyləməsi lazım gəlirdi. Çünki, namazda susmaq əmri, xütbədə susmaqdan daha vurğuludur. Çünki, Beyhaqi'nin nəqlinə görə, Əhməd, belə deyir:

"Müctəhidlər, bu ayətin, namaz haqqında endiyi xüsusunda, icma etmişlərdir." (Zeylai, "Nasbu'r-Rayə", l, 232)

İbn Qudamə, "əl-Muğni"də (l, 605), belə deyir:

"Əhməd, 'Bu ayətin namaz haqqında endiyi xüsusunda, müctəhidlər icma etmişlərdir."

Hafiz ibn Həcər, xütbəni eşidə biləcək halda olan kimsələr haqqında, Şafi'nin 2 görüşünü zikr edir və sonra da, susmağın vacib olduğu görüşünü tərcih edir və belə deyir:

"Elə başa düşülür ki, vacib olmadığını söyləyən kimsə, -başqalarının əksinə- bunun, cümə namazının sihhəti cəhətindən şərt olmadığını söyləmək istəməkdədir."

Buna görə, Şafi'nin zikr etdiyimiz eyni dəlildən dolayı qiraətin açıqdan oxunduğu namazlarda da, camaatın susmasının vacib olduğunu söyləməsi lazım gəlir.

Beyhaqi, belə deyir:

"İmam, qiraəti, istər açıqdan, istərsə də öz içindən oxusun, arxasında olan camaatın qiraət etməsi, vacibdir.' hökmünü səhih olaraq söyləyən kimsə, zənn edir ki, biz, bu ayətin, namaz haqqında və ya -bu ümmətin sələfindən görüşünü zikr etdiyimiz kimsələrin qənaətinə uyğun olaraq- namaz və xütbə xüsusunda endiyini qəbul edirik. Nə var ki, onlar və ya özlərindən rəvayət edənlərin bəziləri, hədisi, qısa olaraq rəvayət edib, 'Ayə, mütləq olaraq namaz haqqında enmişdir.' deyirlər. Bu hədisi, öz dövründə hədis rəvayət edənlərin ən hafizi olan əbu Hureyrə, sonra səhabə və tabiundan Özünə tabe olanlar, tam olaraq rəvayət edirlər. Hədis, bu ayətin enməsindən əvvəl, səhabələrin, namazda etdikləri şeyləri zikr edərək, ayəti, həm təqyid edir (təqyid edir, bağlayır), həm də təfsir edir. Səhabələrin o felləri üzərinə, bu ayət enmişdir. Dolayısı ilə, bu hədisi əsas götürmək və sadəcə bununla kifayətlənmək lazımdır."

Beyhaqi, bundan sonra, rəvayətləri sıralayır və belə deyir:

"...Bu xəbərlər, Allah Taala'nın, bu ayətdə susmağı əmr etdiyini göstərməkdədir. Susmaq, namazda, səhabələrin danışdıqları dünya kəlamı ilə imamın arxasında səsli oxuyarkən çıxardıqları səsləri çıxarmamaq mənasındadır. Yoxsa, öz içlərindən oxumağı və zikr etməyi tərk edib sükut etmək mənasında, deyildir." (Beyhaqi, "Kitabu'l-Qiraə", s. 78)

Deyirəm:

Nüzul səbəblərinə nəzər edən (incələyən) kimsələr, bunların (yəni, nüzul səbəblərinin), bəzən bir, bəzən də birdən çox olduğunu bilirlər. Ayətin, namazda dünya kəlamı etmə və səsini yüksəltməyi nəhy etmə məqsədilə enməsi, imamın arxasında mütləq olaraq qiraət etməyi nəhy etmək üzərə enməsilə zidd düşməz. Necə ki, əbu Hureyrə xaricində, ibn Məsud kimi bəzi səhabə və tabiun alimləri, belə demişlərdir. Xüsusilə, üsulda, bir qayda vardır: Etibar, nüzul səbəbini meydana gətirən xüsusi hadisəyə deyil; nassın ümumi ifadəsinədir. "Quran oxunduğu zaman, Onu dinləyin və susun." ayətinin ümumi ifadəsinin, Quranın açıqdan oxunması əsnasında mütləq olaraq hər cür danışığı kəsib dinləməyi tələb etdiyi, hər kəsin məlumudur. Xüsusilə də, namazda, susmaq tələb edilməkdədir. Çünki, ayətin, namaz haqqında endiyinə dair, icma vardır. Ayəti, "Quran oxunduğu zaman, Onu dinləyin. Dünya kəlamından və ya səsinizi yüksəltməkdən, ya da səsli surə oxumaqdan vaz keçib, səssiz qalın." mənasına həml etmək, uzaq bir təfsirdir və bütün müctəhidlərin hökm çıxarma tərzi, bu açıqlamanı rədd etməkdədir. Bunların arasında, xütbə əsnasında onu eşidən cəhətindən hər cür danışığın haram olduğunu çıxaran, Şafi də vardır. Tabəri, -daha əvvəl də ifadə etdiyimiz üzərə- hər kəsin bu mövzuda ittifaq etdiyini söyləyir. Ayəti, Beyhaqi'nin başa düşdüyü şəkildə açıqlasaq, xütbəni eşidən kimsənin, -açıqdan olmayıb öz içindən oxumaq qeydilə- təsbih və zikr etməsinin caiz olması lazım gəlir. Bu mövzuda, Şafi'dən nəql edilən görüşü, -daha əvvəl də keçdiyi kimi- hafiz ibn Həcər, "Fəthu'l-Bari"də nəql etmişdir. Bu halda, ayətin, qiraətin açıqdan edildiyi namazlarda imamın arxasında oxumağın tərk edilməsinə dəlaləti, çox açıqdır. Geriyə, qiraətin gizli edildiyi namazda oxumağın hökmü qalmaqdadır. Bu hökmün, ayətdən necə çıxarıldığını, qısaca zikr etmişdik. Bu hökmə açıqdan dəlalət edən dəlili, inşallah iləridə zikr edəcəyik.

--------------------------------

--------------------------------

1043. İshaq b. İbrahim'in,

Cərid ---> Süleyman ət-Teymi ---> Qatadə ---> Yunus b. Cubeyr ---> Hittan b. Abdullah ər-Raqqaşi

isnadı ilə əbu Musa əl-Əşari (radiyallahu anh)'dan mərfu olaraq nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İmam oxuduğu vaxt, siz susun."

Hədisi, Muslim ("Saləh", 63) rəvayət etmişdir. Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 201), hədisin səhih olduğunu bildirmişdir. İmam Əhməd, -ibn Abdi'l-Bərr'in, "ət-Təmhid"də isnadı ilə nəql etdiyi üzərə- hədisin, səhih olduğunu bildirmişdir. (ibnu't-Türkməni əl-Hənəfi, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 153)

Deyirəm:

Hafiz imam əbu Cəfər ət-Tabəri, "Camiu'l-Bəyan" təfsirində (lX, 112), belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: 'İmam oxuduğu vaxt, susun.' şəklindəki əmri, səhih olaraq rəvayət edilmişdir."

----------------------------

----------------------------

1044. Əli b. Abdullah'ın,

Cərir ---> Süleyman ət-Teymi ---> Qatadə ---> əbu Ğallab ---> Hittan b. Abdullah ər-Raqqaşi

isnadı ilə nəqlinə görə, əbu Musa (radiyallahu anh), belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə namaz qılmağı öyrədərkən, belə buyurdu:

'Namaza durmaq istədiyinizdə, içinizdən biri, sizə imam olsun. İmam oxuduğu vaxt, siz susun."

Hədisi, Əhməd b. Hənbəl, "Müsnəd"ində (lV, 415) rəvayət etmişdir. İsnadı, -Buxari'nin şeyxi Əli b. Abdullah ibnu'l-Mədini xaric- Muslim'in isnadıdır. Buxari'nin şeyxi isə, siqa olub məşhurdur.

------------------------------

------------------------------

1045. Sehl b. Bahr əl-Cundusabur'un,

Abdullah b. Rəşid ---> əbu Ubeydə ---> Qatadə ---> Yunus b. Cubeyr ---> Hittan b. Abdullah ər-Raqqaşi

isnadı ilə nəqlinə görə, əbu Musa əl-Əşari (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İmam oxuduğu vaxt, siz susun. İmam 'ğayri'l-məğdubi aleyhim vələ'd-dallin' dediyində, 'amin' deyin."

Hədisi, əbu Avanə, "Səhih"ində rəvayət etmişdir. "Asaru's-Sünən məə't-Tə'liqu'l-Həsən və't-Tə'liqu't-Tə'liq"də (l, 5) də, belədir.

Deyirəm:

~ ibnu's-Səmani, "əl-Ənsab"da (s. 137), Abdullah b. Rəşid və əbu Ubeydə Mucəmia b. əz-Zubeyr əl-Atəki'nin siqa olduqlarını bildirməkdə və hər ikisi haqqında, "Hədisləri, düzgündür." deməkdədir.

~ Səhl b. Bahr'ın tərcüme-i halından bəhs edən hər hansı bir kimsəni tapa bilmədim.

Hədis, "Kənzu'l-Ummal"ın baş tərəfində zikr edilən qaydaya görə, səhihdir. Çünki orda, "əbu Avanə'nin 'Səhih'ində yer alan hədislərin hamısı, səhihdir.' deyilməkdədir.

Muslim'in "Səhih"ində, yuxarıdakı (1043 no-lu) hədis zikr edildikdən sonra, belə deyilir:

əbu İshaq (Nəvəvi'nin nəqlinə görə, bu şəxs, Muslim'in dostu və onun kitabını özündən rəvayət edən İbrahim b. Süfyan'dır.), belə deyir:

əbu'n-Nadr'ın bacısı oğlu əbu Bəkr, bu hədisi tənqid edincə, Muslim, ona: "Süleyman ət-Teymi'dən daha hafiz birinimi istəyirsən?" dedi. (Yəni, Süleyman ət-Teymi'nin hifzi və zəbti, mükəmməldir. Başqalarının özünə müxalifət etməsi, ona zərər verməz.)

~ əbu Bəkr, ondan: "Bəs yaxşı, əbu Hureyrə hədisi (haqqında nə deyirsən)?" deyə soruşdu. (Bu hədis, Muslim'dən başqasının rəvayəti olaraq, mətndə gələcəkdir). Sonra da, "O hədis, səhihdirmi?" dedi. Bununla, "İmam oxuduğu vaxt, susun." hədisini qəsd edirdi.

~ Muslim, ona: "O, mənə görə səhihdir." cavabını verdi.

~ Bunun üzərinə, əbu Bəkr: "Elə isə, onu, bura (yəni, Səhihinə) nə üçün qoymadın?" deyə soruşdu.

~ Muslim: "Mən, mənə görə səhih olan hər şeyi, bu kitaba qoymamışam. Mən, bura, ancaq alimlərin sihhəti üzərində ittifaq etdikləri hədisləri qoydum." deyə cavab verdi. (Muslim, "Saləh", 63)

Nəvəvi ("Şərh-u Sahihi-i Muslim"də [1, 175]), belə deyir:

"Muslim'in bu ifadəsinə etiraz edilib, 'O, alimlərin üzərində ittifaq etmədiyi bir çox hədisi, öz əsərinə qoymuşdur.' deyilə bilər. Bunun cavabı, budur: 'Muslim'in əsərinə aldığı hədislərin, öz nəzərində alimlərin ittifaq etdiyi şəklində olduğudur. Bu xüsusda, onun, başqasını təqlid etməsi lazım gəlməz."

Digər tərəfdən, əbu Davud, Beyhaqi və Daraqutni'nin, əbu Musa (radiyallahu anh) hədisindəki "İmam oxuduğu vaxt, susun." ziyadəsini tənqid etdiklərini bilmək lazımdır. Bu alimlər, bəhsi keçən cümlənin məhfuz olmadığını; bunu, sadəcə Süleyman ət-Teymi'nin rəvayət etdiyini iddia edirlər. Munziri, "Müxtəsər"ində, bu görüşü rədd edib, belə deyir: "Süleymanın siqa və hifzinin sağlam olmasından dolayı bu rəvayətdə tək qalması, Muslim cəhətindən hər hansı bir problem doğurmamışdır. Muslim, bu hədisi, əbu Hureyrə və əbu Musa hədislərilə səhih qəbul etmişdir." (Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən", l, 85)

Deyirəm:

Onların bu görüşlərinin zəifliyini, əbu Avanə'nin "Səhih"ində bu ziyadə xüsusunda əbu Ubeydə'yə olan mutabaatından başa düşürük.

Digər tərəfdən, Daraqutni'də yer alan bir rəvayətə ("Sünən", l, 330) görə, bu ziyadəyə, 2 nəfər də mutabaat etmişdir. əbu Həmid Muhamməd b. Harun əl-Hadrami'nin,

Muhamməd b. Yəhya əl-Qati ---> Salim b. Nuh ---> Ömər b. Amir və Səid b. əbi Arubə ---> Qatadə ---> Yunus b. Cubeyr

isnadı ilə nəqlinə görə, Hittan b. Abdullah ər-Raqqaşi belə deyir:

"əbu Musa (radiyallahu anh), bizə namaz qıldırdı və dedi: Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaz qıldığında, bizə, necə namaz qılınacağını öyrədirdi. Bir gün, belə buyurdu: 'İmam, ancaq özünə tabe olunmaq üçün imam olmuşdur. O, təkbir gətirdiyində, sizlər də gətirin; qiraət etdiyində isə, susun.'

əbu Həmid, hədisi, bizə bu şəkildə imla etdi. Salim b. Nuh, qüvvətli deyildir."

Deyirəm:

Daraqutni'nin, hədisin qalan raviləri haqqında hər hansı bir söz danışmaması, onların, öz nəzərində siqa olduğunu və hədisin, Muslim'dəki zəiflik xaricində hər hansı bir illətinin olmadığını göstərməkdədir.

"əl-Cəvhəru'n-Naqi"də (l, 152), belə deyilir:

"Səid b. Arubə və Ömər b. Amir, Qatadə'dən rəvayət edərək, bu rəvayətdə, Süleyman ət-Teymi'yə mutabaat etmişlərdir. Bu rəvayəti, Beyhaqi ("Sünən", ll, 156), Salim b. Nuh vasitəsilə, bu 2 ravidən rəvayət etmişdir. Bu halda, əbu Əli'nin, 'Süleyman ət-Teymi, Qatadə'nin bütün əshabına müxalifət etmişdir.' şəklindəki ifadəsi, batil olmaqdadır. Salim haqqında, Daraqutni, hər nə qədər 'Qüvvətli deyildir.' desə də,

~ Muslim;

~ 'Səhih'lərində ibn Xuzeymə və ibn Hibban;

~ əbu Davud, Tirmizi, Nəsai,

ondan rəvayət etmişlərdir.

~ ibn Hənbəl, 'Onun hədisinsə, bir beis yoxdur.' demişdir.

~ əbu Zur'a isə, 'Saduq və siqadır.' demişdir."

Deyirəm:

✓ Ömər b. Amir, Muslim'in ravilərindən olub, haqqında ixtilaf edilmişdir. (Belə ki):

~ ibn Main, onun, siqa olduğunu söyləmişdir.

~ İcli, siqa olduğunu bildirmişdir. (Zəhəbi, "ət-Təhzib", Vll, 467)

✓ Muhamməd b. Yəhya əl-Qat'i, Muslim'in ravilərindən olub, Buxari, "Səhih"inin xaricində, ondan rəvayət etmişdir. əbu Hatim və Məsləmə, onun siqa olduğunu bildirmişlərdir. (Zəhəbi, "ət-Təhzib", lX, 50) Heç kim, onun haqqında cərhdən bir söz danışmamışdır.

İnsanlardan bəziləri, "Səid b. Arubə, ixtilat etmiş (yaddaşı zəifləmiş və rəvayət əhliyyətini itirmiş)'dir. Salim b. Nuh'un ondan hədis götürməsi, ixtilatından əvvəl idimi, yoxsa sonra idimi, gücüm nisbətində, tam araşdırma etməyimə rəğmən, bilmirəm. Dolayısı ilə, onun rəvayətinə mutabaat etmək, fayda verməz." demişlərdir.

Deyirəm:

Bəli, Salim b. Nuh'un ondan hədis eşitməsi, ixtilatından sonra olsaydı, Daruqutni, ardınca Beyhaqi, bunu açıqca dilə gətirər və onun, leyyin olduğunu söyləməklə kifayətlənməzdilər. Üstəlik, ibn Hibban, ona, "əs-Siqat"ında yer vermişdir. Səid b. Arubə, ixtilat halında, 5 il yaşamışdır. Özündən, ancaq əvvəlkilərin nəql etdikləri rəvayətləri dəlil olaraq istifadə edilə bilər. Sonrakıların rəvayətləri isə, etibar üçün yazılar. (Zəhəbi, "ət-Təhzib", lV, 65 -müxtəsər bir şəkildə-)

Yenə eyni əsərin bir başqa yerində (s. 66), bu ifadələr yer alır:

əbu Bəkr əl-Bəzzar, belə deyir:

"Səid b. Arubə'də ixtilat, hicri 133-cü ildə başladı. Ancaq bu, onda, tam yerləşmədi və tam mənası ilə hökm salmadı. Həyatına, belə davam etdi. Ömrünün sonlarına doğru, bu, özünə tam olaraq hakim oldu. Səid'dən rəvayət edənlərin hamısı, bu (xəstəlik) özünə tam olaraq yerləşmədən əvvəl hədis götürdülər. İnsanlar, onun, ixtilatda olduğunu, Yəhya əl-Qattan'ın təsiri altında qalaraq qəbul etdilər. Allah, ən doğru biləndir..."

Salim b. Nuh'un, Səid b. Arubə'dən ixtilata başladıqdan sonra hədis götürdüyünü qəbul etsək belə, bu, mutabaatda mötəbərdir. Biz, onun rəvayətini, dəlil olaraq istifadə etmək üçün zikr etmirik. Dolayısı ilə, Süleyman ət-Teymi'nin, Qatadə'nin raviləri içindən bu ziyadədə tək qaldığını söyləyən kimsənin bu ifadəsi, batil olmaqdadır. Hədis, imamın arxasında oxunmayacağını, açıqca göstərməkdədir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm),

~ ilk əvvəl, "İmam, ancaq özünə tabe olunması üçün imam olmuşdur." buyuraraq, imama tabe olunmasını əmr etmiş;

~ sonra da, "O, təkbir gətirdiyində, sizlər də təkbir gətirin. O rukuya getdiyində, siz də gedin; qiraət etdiyində isə, susun." buyuraraq, ona necə tabe olunacağını açıqlamışdır.

İnsat (imamın arxasında susmaq), ona tabe olmaq felinə daxildir. Qiraətin gərək açıqdan, gərəksə də gizli olduğu namazlarda, təkbir, ruku və başqa rüknlərdə imama mütləq olaraq tabe olmaq, yenə vacibdir. Susmağın hökmü də, belədir. Hədisi, "İmam surəni oxuduğunda, açıqdan qiraət etdiyində susun." şəklində başa düşmək, uzaq (bir ehtimal) olub, kəlamın daşımadığı bir mənadır. Belə yersiz təvillərə qapı açacaq olsaq, hədislərdən demək olar ki heç bir hökm çıxmaz.

Beyhaqi, belə deyir:

"Bu rəvayət, insat (susmağ)'ın:

~ (imamın arxasındakıların) açıqdan oxumağı tərki; və

~ dünya kəlamı etməməsi

mənasına gəldiyini göstərməkdədir. Əgər insan, gizlicə oxuyar və ya içindən zikr edərsə, bunda, hər hansı bir beis yoxdur."

Beyhaqi, bu görüşə, Əli (radiyallahu anh)'ın,

"Zöhr namazının ilk 2 rükətində,

~ imamın, fatihə ilə bərabər bir surəni içindən oxuması;

~ arxasında olanların susması; və

~ içlərindən qiraət etmələri,

sünnətdir." sözü ilə istidlal etmişdir.

Beyhaqi, "Arxasında olanların susması və içlərindən qiraət etmələri ifadəsi, susmağın, açıqdan oxumamaq mənasına gəldiyini göstərir." deməkdədir. ("Kitabu'l-Qiraə", s. 85)

Deyirəm:

"İnsat"ın həqiqi mənasının "sükut" olduğunu, daha əvvəl bildirmişdik. Sükutun, "danışmağı kəsmək" mənasına gəldiyi, hər kəsin məlumudur. "əl-Qamus"da (Firuzabadi, l, 92), "səkətə = sözü kəsildi, danışmadı" şəklində açıqlanmaqdadır.

"Məcmau'l-Bihar"da (ll, 125), belə deyilir:

"Cəra'l-vədi summə səkətə = Vadidən su axdı, sonra kəsildi' və 'Əskətə və's-təğdabə və məkəsə təvilən = Üz çevirdi və danışmadı', 'Təkəlləmə'r-raculu summə səkətə = Kişi danışdı, sonra da susdu.' Bir kimsənin, danışmaqdan kəsilib dili dönməz olduğunda, bunu bildirmək üçün, 'əskətə' deyilməkdədir."

Əli (radiyallahu anh)'ın, "İmamın arxasında olanlar, susar və içlərindən oxuyarlar." şəklindəki ifadəsi: "danışmazlar, imamın qiraətini, öz nəfslərində dərindən-dərinə düşünərlər" deməkdir. Bunun dəlili, ibn əbi Şeybə'nin, "əl-Musannəf"ində (l, 376) yer alan bu rəvayətdir:

Muhamməd b. Süleyman əl-İsbahani'nin,

Abdu'r-Rahmən b. əl-İsbahani (bu, Abdullahın oğludur) ---> ibn əbi Leyla

isnadı ilə nəqlinə görə, Əli (radiyallahu anh), belə deyir:

"İmamın arxasında oxuyan kimsə, fitrətinə müxalif davranmış olar."

Muhamməd əl-İsbahani haqqında:

~ Zəhəbi: "O, saduqdur." demişdir.

~ əbu Hatim: "Rəvayəti, dəlil olaraq istifadə edilməz." deməkdədir.

~ "əl-Kaşif"də, bu rəvayəti, Tirmizi, Nəsai, ibn Macə'nin nəql etdikləri; ibn Hibban'ın da "güclüdür" dediyi keçməkdədir.

İsnadın qalan raviləri, "Səhih"in şərtlərini daşımaqdadırlar.

Muhamməd əl-İsbahani'nin, bu mövzuda mutabaat edərək nəql etdiyi başqa bir rəvayət də yer almaqdadır. Daraqutni, "Sünən"ində (l, 321-322),

Əbdü'l-Əziz b. Muhamməd ---> Qays ---> Abdu'r-Rahmən əl-İsbahani

isnadı ilə hədisi zikr etmişdir.

Bu xəbərin isnadı, mudtarib (problemli) olsa da, bu cəhətdən zərərsizdir.

Abdu'r-Razzəq'in, "əl-Musannəf"ində (ll, 138), Davud b. Qays'ın, Muhamməd b. Aclan vasitəsilə nəqlinə görə, Əli (radiyallahu anh), belə demişdir:

"Kim imamla bərabər qiraət edərsə, fitrəti üzərə deyildir."

"ət-Təmhid" müəllifi, belə deyir:

"Əli, Sə'd və Zeyd b. Sabit (radiyallahu anhum)'un, imamla bərabər ikən, -qiraətin gizli və açıqdan edildiyi namazlarda- camaatın qiraət etməyəcəyi görüşlərində olduqları, sabitdir!" (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 156-157 -müxtəsər bir şəkildə-)

"ət-Təmhid" müəllifinin ifadə etdiyi üzərə, Əli (radiyallahu anh)'ın, imamın arxasında oxunmayacağını söylədiyi sabit olduğuna görə, "İmamın arxasında olanlar, susar və öz nəfslərindən oxuyarlar." ifadəsi, -yuxarıda zikr etdiyimiz üzərə- "İmamın qiraəti üzərində, öz nəfslərində, dərindən-dərinə düşünərlər." mənasına həml edilməlidir.

Buxari'nin "Cüz"ündə ("Cüzü'l-Qiraə xalfə'l-imam", s. 1),

İshaq b. Raşid ---> Zühri ---> Ubeydullah b. əbi Rafi

isnadı ilə nəqlinə görə, Əli (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayət də, bu mənaya həml edilməlidir:

"Namazlarda imam açıqdan oxumadığında, sən, zöhr və əsr namazlarının ilk 2 rükətlərində, fatihə ilə bir surə oxu. Zöhr, əsr namazlarının son 2 rükətilə; məğrib namazının son rükəti; və işanın son 2 rükətində, sadəcə fatihə oxu."

Bu rəvayəti, Daraqutni,

Ma'mər ---> Zühri ---> Ubeydullah b. əbi Rafi

isnadı ilə, belə nəql edir:

Əli (radiyallahu anh): "Zöhr və əsr namazlarının ilk 2 rükətlərində, imamın arxasında fatihə surəsilə bir surə oxuyun."

Daraqutni, bu rəvayətin isnadının, səhih olduğunu söyləmişdir. (Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən", l, 83)

Beyhaqi ("Sünən", ll, 172), bunu,

Mə'qil b. Ubeydullah ---> Zühri ---> Ubeydullah b. əbi Rafi

isnadı ilə, Əli (radiyallahu anh)'dan müfəssəl (təfsilatlı) bir şəkildə rəvayət etmişdir.

Bu rəvayətdə, -daha əvvəl keçdiyi üzərə- "İmamın arxasında olanlar, susub, öz nəfslərindən oxuyarlar." şəklində, bir cümlə vardır.

Mə'qil b. Ubeydullah, əl-Cəzəri ləqəbli olub, Əhməd b. Hənbəl, ibn Main, Nəsai və başqaları, onun siqa olduğunu bildirmişlərdir. (Zəhəbi, "ət-Təhzib", X, 234)

Beyhaqi, bu hədisini, dəlil göstərmə sədədində zikr etməkdədir. O halda, hədis, onun nəzərində, səhihdir. Rəvayətlər isə, bir-birini təfsir edirlər. Dolayısı ilə, İshaq b. Raşid və Ma'mər'in rəvayəti, Mə'qil'in rəvayəti kimi başa düşülməlidir. Əli (radiyallahu anh)'ın görüşü, "camaatın, imam arxasında ikən susmaqla bərabər, ləfzlərə çevirmədən, fatihə və (damm-u) surəni, öz nəfslərindən oxumaq" şəklindədir. Onun, qiraətin dillə ediləcəyini qəsd etdiyini qəbul etsək belə, bu, bizə müxalif olana, əsla dəstəkləyici bir dəlil ola bilməz! Çünki rəvayət, qiraətin açıqdan edildiyi namazlarda deyil; (zöhr, əsr namazlarında olduğu kimi) sadəcə gizli edildiyi namazlarda camaatın oxuyacağını ifadə etməkdədir. Bu rəvayətə görə, insan, fatihə'dən sonra, bir surə də oxumalıdır. Halbuki, əlavə bir surə oxumağın, vacib; hətta müstəhəb olduğunu, heç kim söyləməmişdir. Bu halda, bu rəvayətdəki əmr, vacibliyə deyil; caizliyə həml edilir. Bu da, müxalif tərəfdə olan şəxslərin əleyhinə dəlil olur.

Ancaq biz isə, belə deyirik:

Əli (radiyallahu anh)'dan gələn rəvayətlər, bir-birinə zidd düşdüyündə, nəhy/qadağa gətirən, icazə verənə tərcih edilir; ya da, -az əvvəl- cəm etdiyimiz şəkildə, (bir-birinə zidd olan bu) rəvayətlər, bir-birilə uzlaşdırılır.

Beyhaqi ("Kitabu'l-Qiraə", s. 17)'də, belə deyir:

"Bu rəvayəti dil ilə tələffüz etmək mənasına deyil; qəlbindən keçirmək mənasına həml etmək, mümkün deyildir. Çünki, dilçi alimlər, buna, qiraət deyilməyəcəyi xüsusunda, ittifaq etmişlərdir. Sonra alimlər, fatihə və (damm-u) surənin dil ilə tələffüz edilmədən qəlbdən keçirilməsinin, nə şərt, nə də sünnət olduğu xüsusunda icma etmişlərdir. Nəticə olaraq, xəbəri, heç kimin söyləmədiyi mənaya həml etmək, mümkün deyildir və belə bir görüşə, ərəb dili də əlverişli deyildir."

Deyirəm:

Dilçi alimlərin buna qiraət deyilməyəcəyi şəklindəki icmaları, təslim edilə bilən deyildir. "əl-Qamus"da (l, 15), belə deyilir:

"əl-Qurra, abid = ibadət edən; və nasik = itaət edən, mənasına gəlir. Eynilə, əl-qariu və əl-muqriu kimi, cəmi qurraun və qarari şəklindədir. Təqarraa təfəqqahə = bir şeyi dərindən dərinə başa düşdü mənasına gəlir."

Və yenə, bir kimsə, birinin kitabını başa düşdüyündə, bunu ifadə edərkən, "qara'tu kitəbə fulənin" deyir.

"əl-Xülasə"də (l, 99), belə deyilir:

"Bir kimsə, birinin kitabını oxumayacağına and içsə, sonra o kitaba baxıb yazılanları başa düşsə, -əbu Yusuf'un əksinə- Muhammədə görə, andını pozmuş olur."

İmam Muhamməd'in, ərəb dilində imam olduğu, hər kəscə qəbul edilməkdədir.

"Məcmau'l-Bihar"da, ibnu'l-Əsir'in "ən-Nihayə"sindən nəqlən, "kənə lə ləqrau fi'z-zuhri və'l-asri = zöhr və əsr namazlarına oxumazdı" hədisi şərh edilərkən,

...وَمَا كَانَ رَبُّكَ نَسِيًّا

Və mə kənə Rabbukə nəsiyyən.

Yəni:

'Sənin Rəbbin, unudan deyildir.' (Məryəm/64) ayətinə yer verildikdən sonra, hədisin mənası, "O, bu namazlarda, qiraətini açıqdan etməzdi; oxuduğunu, Özünə eşitdirməzdi.' deməkdir, şəklində verilməkdədir.

Elə başa düşülür ki, ibnu'l-Əsir, oxuduqlarını, özlərinə və yaxınlarında olanlara eşitdirən bir topluluq görmüş və (yuxarıda zikr edilən Məryəm/64) ayətilə:

'Sənin açıqdan oxuduğun və ya özünə eşitdirdiyin qiraəti 2 mələk yazmaqdadır. Öz içindən oxuduğun vaxt isə, onlar yazmamaqda, ancaq onu, uca Allah, sənin üçün yazmaqda, mühafizə etməkdə və sənə, qarşılığını vermək üzərə əsla unutmamaqdadır.'

demək istəmişdir." ("Məcmau'l-Bihar", lll, 126)

Bu açıqlamadan ortaya çıxan nəticə: qəlbdən keçirmək, üzərində dərindən-dərinə düşünmək və onu anlamağa da, qiraət deyiləcəyidir.

ibn Abdi'l-Bərr, "ət-Təmhid"ində, əbu Hureyrə (radiyallahu anh)'ın: "Ey farisi (farslı)! Onu, içindən oxu." şəklindəki ifadəsini də, bu mənaya həml etmişdir. Necə ki, bəzi fəzilətli alimlər, Beyhaqi'nin "Kitabu'l-Qiraə"sinin (s. 17) haşiyəsində, bunu zikr etməkdədirlər.

"Bunu, dililə tələffüz etmədən zikr etməyin şərt və sünnət olmadığı xüsusunda, elm adamlarının icması vardır." şəklindəki sözünə gəlincə, belə deyirəm:

Ancaq bunun müstəhəb və məndub olduğunda, hər hansı bir şübhə yoxdur. Çünki bu, ayələrin üzərində düşünmək qəbilindəndir. Uca Allah:

كِتَـٰبٌ أَنزَلْنَـٰهُ إِلَيْكَ مُبَـٰرَكٌ لِّيَدَّبَّرُوٓا۟ ءَايَـٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

"Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün Sənə nazil etdik." (Sad/29) ayətində, buna dəvət etməkdədir.

Bu, inşallah iləridə zikr edəcəyimiz hədisdə yer alacağı üzərə, zikrlərin ən ucası olan gizli zikrə daxildir.

"əd-Durru'l-Muxtar"da, belə deyilir:

"Camaat, heç bir şəkildə, imamın arxasında oxumaz. Əksinə, imam, açıqdan oxuyarsa, dinləyər; gizli oxuyarsa, susar. Xütbə də, belədir. (İmam), Peyğəmbər (sallallahu aleyhi və səlləm)' salavat gətirsə belə, onu dinləyən, susar. Ancaq,

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ صَلُّوا۟ عَلَيْهِ وَسَلِّمُوا۟ تَسْلِيمًا

'Ey iman edənlər! Siz də, Ona salavat gətirin.' (Əhzab/56) ayətilə;

وَإِذَا قُرِئَ ٱلْقُرْءَانُ فَٱسْتَمِعُوا۟ لَهُۥ وَأَنصِتُوا۟

'Quran oxunduğu zaman onu dinləyin və susun.' (Əraf/204)

əmri gərəyincə, dinləyən, içindən salavat gətirər və dil ilə də bir şey tələffüz etməz." (Haskəfi, "əd-Durru'l-Muxtar", l, 569)

Bu ifadə, qəlbin əməlinin, dilin əməli imkansızlaşdığında etibara alına biləcəyini göstərməkdədir. Qiraət də, belədir. Buna görə, Beyhaqi'nin, "Qəlbdən qiraət etməyi, heç bir alim söyləmədiyi kimi; ərəb dili də buna əlverişli deyildir." sözü, batil olmaqdadır. Qiraətin gizli edilməsinə "insat/susmaq" və sükut deyiləcəyinə, əbu Hureyrə (radiyallahu anh) hədisilə istidlal edilmişdir:

"Ey Allahın rəsulu! Atam-anam, Sənə fəda olsun. Təkbirlə qiraət arasındakı sükutun(un mahiyyəti), nədir?"

Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"(O əsnada), 'Allahım! Xətalarımı Məndən uzaqlaşdır.' deyirəm." (Buxari, "Azan", 89; Muslim, "Məsəcid", 147)

Deyirəm:

Qiraəti gizləməyə, sükut və susmaq deyilməsi, məcazən/məcazi olaraqdır. Sözü gizləməyə məcazən sükut deyildiyini, heç kim inkar edə bilməz. Ancaq, yuxarıdakı ifadə, həqiqi mənasındadır. Biz, daha əvvəl də, insat/susmaq və sükutun həqiqi mahiyyətinin, "sözü kəsmək" olduğunu söyləmişdik.

Nəticə olaraq, üsulda ifadə edildiyi üzərə, bir ləfzi həqiqi mənasında götürmək mümkün olduğu və bu mənadan çevirən hər hansı bir qərinə olmadığı vaxt, sözü məcazi mənaya həml etmək, mümkün deyildir. "İmam oxuduğu vaxt, siz susun." ifadəsini həqiqi mənasından çevirəcək hər hansı bir qərinə yoxdur ki, həqiqi məna tərk edilsin və (söz), məcaza həml edilsin.

Beyhaqi'nin, varlığını iddia etdiyi qərinə, iləridə, inşallah açıqlayacağımız üzərə, bizə görə belə deyildir.

Belə deyilə bilər:

əbu Hureyrə (radiyallahu anh)'ın ifadəsindəki "sükut" kəliməsi, həqiqi mənaya həml edilmişdir. Çünki O, bu məhəldə qiraət ediləcəyini bilmirdi. O, Öz zənninə görə, bu hala sükut demiş oldu və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən: "Bu, nədir?" deyə soruşdu. əbu Hureyrə (radiyallahu anh)'ın soruşduğu sual, bizə görə, mücməl olaraq, "Bu sükut, həqiqi mənada bir susmaqdırmı? Yoxsa zahiri mənada sükutdur, ancaq əslində belə deyildirmi?" şəklindədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), buna, ikinci ehtimalın məqbul olduğu şəklində cavab vermişdir. Bəzi rəvayətlərdə, "Təkbirlə qiraət arasındakı susmağınız(ın mahiyyəti), nədir?" şəklində bir ifadə yer almaqdadır. Bu, bəhsi keçən hadisəni, məna etibarı ilə rəvayətdir. Hər halda, bu, bəzi ravilərin təsərrüfü olsa gərəkdir. Allah, ən doğru biləndir...

-----------------------------

-----------------------------

1046. əl-Carud b. Muaz ət-Tirmizi'nin,

əbu Xalid əl-Əhmər ---> Muhamməd b. Aclan ---> Zeyd b. Əsləm ---> əbu Salih ---> əbu Hureyrə (radiyallahu anh)

isnadı ilə nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İmam, ancaq özünə tabe olunması üçün imam olmuşdur. O, təkbir gətirdiyində, sizlər də təkbir gətirin; qiraət etdiyində isə, susun. Səmiallahu limən həmidəh dediyində, Allahummə, Rabbənə və ləkə'l-həmd deyin."

Hədisi, Nəsai ("İftitəh", 30; əbu Davud, "İftitəh", 68. Hədis, səhihdir!) rəvayət etmiş və haqqında bir söz danışmamışdır.

-------------------------

-------------------------

1047. Muhamməd b. Abdullah b. əl-Mübarək'in,

Muhamməd b. Sə'd əl-Ənsari ---> Muhamməd b. Aclan ---> Zeyd b. Əsləm ---> əbu Salih ---> əbu Hureyrə (radiyallahu anh)

isnadı ilə nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İmam, ancaq özünə tabe olunmaq üçün imam olmuşdur. Təkbir gətirdiyində, siz də təkbir gətirin. Qiraət edəcəyində isə, susun."

əbu Abdu'r-Rahmən, belə deyir:

əl-Məxrəmi: "Muhamməd b. Sə'd, siqadır." demişdir. Muslim, "Səhih"ində ("Salət", 86; Nəsai, "İftitəh", 30), bu hədisin, səhih olduğunu söyləmiş və: "Hədis, mənə görə səhihdir." demişdir. Hədisi, ibn Hazm və imam Əhməd də səhih görmüşdür. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 153)

Yuxarıdakı hədisi, əbu Davud da rəvayət etmiş və sonra: "Bu ziyadə, məhfuz deyildir. Yəni, 'İmam, qiraət etdiyində, siz susun.' şəklindəki ifadə, məhfuz deyildir. Bizə görə, bu xəta, əbu Xalid'dən qaynaqlanmaqdadır." demişdir.

"Avnu'l-Mə'bud şərh Sünən-i əbi Davud"da (l, 235), belə deyilir:

"Munziri deyir:

əbu Davud'un bu sözündə, nəzər vardır (yəni, mübahisəyə açıqdır). Çünki, adı keçən əbu Xalid, Süleyman b. Hibban əl-Əhmər olub, Buxari və Muslim'in "Səhih"lərində, hədislərinə yer verdikləri siqa ravilərdən biridir. Bununla bərabər, o, bu ziyadədə, tək qalmış da deyildir. Əksinə, Bağdad'da yerləşmiş əbu Sə'd Muhamməd b. Sə'd əl-Ənsari əl-Əşhəli əl-Mədini, ona mutabaat etmişdir. O, ibn Aclan'dan hədis rəvayət etmişdir. ibn Aclan, siqadır. Yəhya b. Main, Muhamməd b. Abdullah əl-Məxrəmi, əbu Abdullah ən-Nəsai, onun siqa olduğunu bildirmişlərdir. Bu ziyadəni, Nəsai, "Sünən"ində, əbu Xalid əl-Əhmər və Muhamməd b. Sə'd hədislərilə rəvayət etmişdir."

"əl-Cəvhəru'n-Naqi"də, belə deyilir:

Sonra Beyhaqi, ibn Main'dən rəvayət etmiş və ibn Aclan hədisi haqqında, belə demişdir. "İmam oxuduğunda, susun." Beyhaqi, "Bu, bir şey deyildir." dedikdən sonra, əbu Hatim'in, "Bu ziyadə, məhfuz deyildir. Bu, ibn Aclan'ın qarışdırdığı şeylərdəndir." dediyini nəql edir.

Deyirəm:

İcli, ibn Aclan'ı siqa olaraq görmüşdür. Abdu'l-Ğani'nin, "əl-Kamal" adlı əsərində, İcli üçün: "O, siqadır, çox hədis rəvayət etmişdir." ifadəsi keçməkdədir. Daraqutni, "Muslim, Səhihində, ondan rəvayət etmişdir." deyir.

Daha əvvəl də keçdiyi üzərə, bəhsi keçən ziyadə, siqa olan ravinin ziyadəsidir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 153)

Eyni əsərdə, bir neçə sətr sonra, bu ifadə yer alır:

Bu hədisi, əbu Davud, "Sünən"ində, əbu Xalid ---> ibn Aclan isnadı ilə rəvayət etmiş; sonra da, "İmam oxuduğunda, siz susun.' ziyadəsi, məhfuz deyildir. Xəta, əbu Xali'dən qaynaqlanmaqdadır." demişdir.

əbu Xalid, siqa olub, "Kütübü Sittə" imamları, ondan hədis rəvayət etmişlərdir.

~ İshaq b. İbrahim, deyir: "Vəki'dən, əbu Xalid haqqında soruşdum. Mənə: 'əbu Xalid, haqqında soruşulmayacaq kimsələrdəndir.' dedi."

~ əbu Hişam ər-Rifai, belə deyir: "Siqa və güvənilən olan əbu Xalid əl-Əhmər'in nəqlinə görə..."

əbu Davud'un, ibn Aclan'a deyil; ona xətalı deməsi, ibn Aclan'ın, onun nəzərində, əbu Xalid'dən daha yaxşı olduğunu göstərməkdədir. Bu da, daha heyrət vericidir. Çünki, ibn Aclan haqqında, kəlam edilmişdir. əbu Xalid isə, heç şübhəsiz, siqadır. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi")

Beyhaqi'nin "əl-Qiraə" (s. 91) adlı əsərində, belə deyilir:

"ibn Xuzeymə, deyir:

Muhamməd b. Yəhya əz-Zuhli: 'Leysin xəbəri, mətn cəhətindən, əbu Xalid'in rəvayətindən daha səhihdir."

O, bu söz ilə, əbu Xalid'in, ibn Aclan'dan nəql etdiyi rəvayəti qəsd etməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən: "İmam oxuduğunda susun." şəklində nəql edilən rəvayət, sadəcə əbu Xalid və hədis alimlərinin rəvayətinə etibar etmədiyi şəxslərdən gəlməkdədir. ("əl-Qiraə", s. 91)

Deyirəm:

Bu hədisi, imam Əhməd, Muslim və ibn Hazm, səhih olaraq görmüşlərdir. Bununla bərabər, öz qaydaları (hədis kriteriyaları) gərəyi səssiz qalması səbəbilə, Nəsai də, bunun, səhih olduğunu bildirməkdədir. Hafiz Tabəri, -zikr etdiyimiz üzərə- hədisin, səhih olduğu görüşündədir. Hədisi cərh edənlər, xətanın, əbu Xalid'dənmi, yoxsa ibn Aclan'danmı qaynaqlandığı xüsusunda ixtilaf etmişlərdir. Bu da, bəhsi keçən cərhi, zəiflədən bir ünsürdür. Digər tərəfdən, bəhsi keçən ziyadəni rəvayət edən ravinin siqa olması və bu xüsusda siqa olan başqa bir ravinin özünə mutabaat etməsi səbəbilə, etdikləri cərh, təsirini itirmişdir. Nəticə olaraq, hədis, şəksiz-şübhəsiz, səhihdir və hüccətdir. Hədisdə nəhyin mütləq olaraq söylənməsi (yəni, "İmam oxuduğunda, siz susun." sözü, imam, açıqdan oxunan namazlardamı, yoxsa gizli oxunan namazlardamı xüsusunda bir ayrım gətirmədiyindən, mütləq olaraq gəlməsi), bütün namazlarda, imamın arxasında gərək fatihə və gərəksə də damm-u surə və gərəksə başqa şeylərin gizli və açıq oxunmasının nəhyini əhatə etməkdədir.

--------------------------

--------------------------

1048. İmran b. Husayn (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir gün zöhr namazı qıldırırdı. Biri, arxasında, Ə'la surəsini oxumağa başladı. Allah rəsulu (sallallahu aleyhi və səlləm), namazı bitirincə, "Hansınız oxudu?" və ya "Oxuyan, hansınız idi?" deyə soruşunca, adam: "Mən idim." deyə cavab verdi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Sizdən bəzinizin, fikrimi qarışdırdığını zənn etdim." buyurdu.

Hədisi, Muslim ("Salət", 47) rəvayət etmişdir.

Deyirəm:

Bu hədis, zahiri etibarı ilə, imamın arxasında fatihə və başqa surələri oxumağı əhatə etdiyi kimi; qiraətin açıqdan edildiyi namazlarla, gizli edildiyi namazları əhatə etməkdə və hökmə bağlamaqdadır.

Beyhaqi, "əl-Qiraə" (s. 115) adlı əsərində, nəhyi/qadağanı, imamın arxasında açıqdan oxuma nəhyi mənasına həml etmişdir.

O, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in fikrinin qarışdırılması hadisəsinin, gizli deyil, açıq qiraət ilə bağlı olduğunu iddia etmişdir. Ancaq, onun bu iddiası, qəbul edilə bilməz. Çünki, görüldüyü üzərə, imamın fikri, arxasında dayanan şəxs açıqdan da oxusa, səssiz də oxusa, qarışa bilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bəzi rəvayətlərdə, "Əla surəsini hansınız oxudu?" şəklindəki sualı, arxasındakı şəxsin, qiraəti açıqdan oxuduğunu göstərməz. (Əhməd b. Hənbəl, lV, 426, 431, 443; Taberani, "əl-Mu'cəmu'l-Kəbir", XVlll, 312; əbu Avanə, "Müsnəd", ll, 132; Tahavi, "Şərh-u Məani'l-Asar", l, 207) Çünki, o şəxsin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə yaxın olma və səssiz oxuduğu halda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qiraətini eşitmiş olması ehtimalı mövcuddur. Beyhaqi isə, belə deyir:

"Biz, bu kitabda, İmran b. Husayn'dan imamın arxasında qiraət xüsusunda rəvayət etdik. Bu, bizim dediyimizi dəstəkləməkdədir."

Deyirəm:

Beyhaqi'nin bəhsini etdiyi rəvayət,

Ziyad b. əbi Ziyad əl-Cəssas ---> əl-Həsən ---> İmran b. Husayn

isnadı ilə nəql edilmişdir.

Buna görə, "Bir müsəlmanın namazını, ancaq dəstəmaz aldığı, ruku və səcdə etdiyi, gərək imamla və gərəksə öz başına fatihə oxuduğu təqdirdə, məqbul görə bilərsiniz." buyurulmuşdur. (Beyhaqi, "əl-Qiraə", s. 68) (haşiyə)

------------------------------

(Haşiyə:

Hədisin isnadındakı Ziyad b. əbi Ziyad əl-Cəssas, hafiz ibn Həcər'in "ət-Təqrib"də (s. 219) ifadə etdiyi üzərə, zəifdir.)

------------------------------

Haccac b. Ərtat'ın, siqa; və hədisinin də səhih olması:

Heyrət edirəm! Beyhaqi, öz görüşünə, Cəssas'ın rəvayətilə hüccət gətirərkən; bəzi Hənəfiləri, Haccac b. Ərtat'ın rəvayətilə hüccət gətirdikləri üçün eyibləyə bilir. Bəhsini etdiyimiz rəvayət,

Sələmə b. əl-Fadl ---> Haccac b. Ərtat ---> Qatadə ---> Zurarə b. Əvfa ---> İmran b. Husayn (radiyallahu anh) isnadıdır.

Buna görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanlara namaz qıldırarkən, arxasında olan bir nəfər, qiraət etmişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazı bitirincə, "Surəmi oxumağımı qarışdıran, kim idi?" deyə soruşdu və imamın arxasında qiraət etməyi nəhy etdi. (Beyhaqi, "əl-Qiraə", s. 113)

Beyhaqi və Daraqutni, Haccac b. Ərtat'ın, "İmamın arxasında oxumağı nəhy etdi." ifadəsində tək qalması xaricində, bu hədis haqqında, hər hansı bir illətdən bəhs etməmişdir.

Həqiqət budur ki, bu ziyadə, hədisin əslilə ziddiyyət içində deyildir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Surəmi oxuyarkən zehnimi qarışdıran kim idi?" şəklindəki ifadəsi, -açıqca görüləcəyi üzərə- sadəcə fikrinin qarışmasının xəbər verilməsi deyil; bundan razı olmadığı və qiraəti nəhy etdiyini göstərməkdədir. Səhih və ya həsən ravinin ziyadəsi, -əksəriyyətin rəvayətini rədd etməyi gərəkdirəcək şəkildə onlarınkı ilə zidd düşmürsə-, məqbuldur. Burdakı ziyadə də, bu vəsfdədir. ibn Ərtat, hər nə qədər "Səhih" ravilərindən deyilsə də, -"Tədribu'r-Ravi"də (s. 52) ifadə edildiyi üzərə- qəti olaraq həsən hədis sahibidir. ibn Həcər, "Tədribu'r-Ravi"də (s. 52, -müxtəsər olaraq-) belə deyir:

"Həsən hədis də, eynilə səhih hədislər kimi, dərəcə-dərəcədir. Zəhəbi, belə deyir: 'Həsən hədisin ən yuxarı mərtəbəsi, Bəhz b. Hakim'in, atası vasitəsilə babasından; Amr b. Şuayb'ın, atası vasitəsilə babasından nəql etdiyi rəvayətlərlə, bənzəri rəvayətlərdir. Bunlar üçün 'səhihdir' deyilmişdir. Bu, səhihin mərtəbələri arasında, ən aşağı olanıdır. Bundan sonra, Haris b. Abdullah, Asim b. Damura, Haccac b. Ərtat və bənzərlərinin hədisləri kimi həsən və zəifliyi ixtilaflı olan səviyyə gəlməkdədir."

Haccac b. Ərtat, Muslim'in, -yanında başqası olmaq qeydilə- özündən rəvayət etdiyi şəxslərdən biridir. ibn Həcər, bunu, "əl-Cəm beynə'r-ricali's-Sahiheyn" adlı əsərində (s. 100), Muslim'in rəvayətində tək qaldığı hədislər xüsusunda zikr etməkdədir. Buxari də, bu rəvayəti, tə'liq olaraq şahid kimi rəvayət etmişdir. ibn Həcər, "Təhzibu't-Təhzib"də, belə deyir:

"Buxaridə, 'Kitabu'l-İtq'da, təliq və mutabaat olaraq, onun bir rəvayətini gördüm. Eyni əsərdə, belə deyilməkdədir: Bəzzar, onun üçün, 'Haccac, hafiz və müdəllisdi. Özünü bəyənərdi. Şu'bə, onu tərifləyərdi. Özü ilə görüşənlərdən Abdullah b. İdris xaric, ondan rəvayət etməyən hər hansı bir kimsə olduğunu bilmirəm.' deyir.

Yenə eyni əsərdə, bu ifadələr yer alır: Hammad b. Zeyd, belə deyir: Haccac b. Ərtat, 30 və ya 31 yaşlarında, bizə gəldi. Ətrafında, Hammad b. əbi Süleyman'ın ətrafında görmədiyim izdiham vardı. Yanında, Davud b. əbi Hind, Yunus b. Ubeyd, Matar əl-Varraq var idi. Bunlar, dizi üstə oturmuş və ondan: 'Ey əbu Ərtat! Bu haqda nə deyirsən?' deyirdilər. Yenə, eyni əsərdə, belə deyilir: ibn Uyeynə, belə deyir. ibn əbi Nuceyh'i, 'Sizdən bizə, Haccac b. Ərtat kimi biri gəlmədi.' deyərkən eşitdim. Sevri isə: 'Haccacın qiymətini bilin. Çünki, ağzından çıxanı ondan daha yaxşı bilən biri, qalmadı." demişdir. (ibn Həcər, "Təhzibu't-Təhzib", ll, 196-198)

Deyirəm:

Bu ifadə, ibnu's-Sevri'nin, Haccac'ın diqqət və zəbtinə olan tərifidir.

Yenə, "Təhzib"də, belə deyilir: "Haccac b. Ərtat'dan, Şu'bə, Heysəm, ibn Nəmir, 2 Hammad, Sevri və Hafs b. Ğiyas, hədis rəvayət etmişlərdir." (Zəhəbi, "ət-Təhzib", ll, 96)

Şu'bə'nin, ancaq öz nəzərində siqa olduğuna inandığı bir şəxsdən rəvayət etdiyini, daha əvvəl bildirmişdik. Əksəriyyətin rəvayətini rədd etməyi gərəkdirmədiyi təqdirdə, necə olur ki, onun bu ziyadəsi dəlil olmağa əlverişli olmur?! Çünki bu ziyadə, hədisin əslilə zidd düşməməkdədir.

Beyhaqi və başqalarının,

Şu'bə ---> Qatadə ---> Zurarə b. Əvfa ---> İmran b. Husayn

isnadı ilə nəql etdikləri rəvayətə gəlincə, buna görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), zöhr namazını qıldırmış; ancaq arxasında olan bir kimsə, Əla surəsini oxumuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Oxuyan, hansınız idi?" buyurunca, adam: "Mən idim." deyə cavab vermiş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Sizdən birinin, fikrimi qarışdırdığını zənn etdim." buyurmuşdur.

Şu'bə, belə deyir:

Qatadə'yə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), (sanki) buna ikrah duymuş (bəyənməmiş kimi)'dir." dedim. O, mənə: "İkrah duysaydı, nəhy edərdi." dedi.

Beyhaqi deyir:

Qatadə'nin, "İkrah duysaydı, nəhy edərdi." ifadəsinin dəlil olması, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, -Haccac b. Ərtat'ın rəvayətinin əksinə- imamın arxasında qiraəti nəhy etmədiyini ifadə etməsi cəhətilədir. (Beyhaqi, "əl-Qiraə", s. 114)

Bu ifadə, Haccac b. Ərtat'ın, Qatadə'dən nəql etdiyi rəvayətin yalnış olmasını gərəkdirməz. Çünki, Qatadə'nin, -bu rəvayəti, bir dəfə, Zurarə'dən mücməl olaraq eşitmiş və Şu'bə'yə, qiraət yolu ilə eyni şəkildə rəvayət etmiş; sonra da, Şu'bə'nin o sualı soruşub cavabını almış olma- ehtimalı vardır. Haccac b. Ərtat'ın, daha sonra, bu rəvayəti Qatadə'dən, "İmamın arxasında oxumağı nəhy etdi." ziyadəsilə uzun olaraq eşitmiş olması, mümkündür.

Beləcə, Haccac b. Ərtat, hədisi, uzun halı ilə rəvayət etmiş; ya da, ilk əvvəl bu ziyadə ilə eşitmiş; ancaq daha sonra, Şu'bə bunu yadından çıxarmışdır. Nəticə olaraq, Haccac'ın bu ziyadə ilə ondan rəvayət etməsinə müqabil, Şu'bə'nin belə bir ziyadə olmadan rəvayət etmə ehtimalı mövcuddur. Rəvayətləri bir-birilə cəm etmək, bir qismini götürüb digər bir qisminə görə əməl etməməkdən, daha əvladır. Üstəlik, bu xəbəri, Beyhaqi'nin şəxsən özü, Şu'bə vasitəsilə rəvayət etmiş və sonunda belə demişdir:

Şu'bə, belə deyir:

Qatadə'yə dedim: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), (sanki) bundan ikrah duymuş (kimi)'dir." Mənə: "İkrah duysaydı, nəhy edərdi." dəyə cavab verdi. ("Ğaysu'l-Ğamam", s. 130)

Şu'bə'dən gələn rəvayətlər bir-birilə zidd düşdüyündə, dəlil olma gücünü itirir. Dolayısı ilə, bu rəvayətlərdən birilə Haccac b. Ərtat'ın Qatadə'dən nəql etdiyi rəvayət, illətli qılına bilməz. Xüsusilə də, Zəhəbi, "Mizanu'l-İ'tidal"da, Yəhya b. Qattan'dan belə bir nəqlə yer verir:

"Haccac b. Ərtat'ın, Qatadə'dən nəql etdiyi bu rəvayət, dəlil olmağa əlverişlidir. Onun Qatadə'dən nəql etdiyi rəvayət, budur."

Yenə, eyni əsərdə, belə deyilir:

Yəhya əl-Qattan: "Haccac və ibn İshaq, mənim nəzdində, bir-birilə eynidirlər." demişdir.

Şu'bə'nin görüşü isə, belədir:

"Haccac b. Ərtat ilə ibn İshaq'dan eşitdiklərinizi, yaza bilərsiniz. Çünki, bunların hər ikisi də, hədis hafizidir." (Zəhəbi, "Mizanu'l-İ'tidal", l, 213)

Beyhaqi'nin "əl-Qiraə" adlı əsərinə nəzər edən, onun, ibn İshaq'a nə qədər etimad etdiyini və rəvayətini dəlil olaraq istifadə etməkdə nə dərəcə iləri getdiyini görə bilər. Elə isə, ibn İshaq və bənzəri səviyyədə olan Haccac b. Ərtat'ın rəvayətini, niyə dəlil olaraq istifadə etmədiyini soruşmaq lazımdır.

Beyhaqi, belə deyir:

"Bu hədis, Sələmə b. Fadl əl-Əbrəş'in, Haccac'dan rəvayətində təfərrüd etdiyi (tək qaldığı) hədislərdəndir. Sələmə b. əl-Fadl haqqında isə, bəzi tənqidlər vardır." ("əl-Qiraə", s. 115)

Deyirəm:, 

~ ibn Main, Haccac'ı siqa olaraq göstərib, "Haccac b. Ərtat, siqadır. Özündən hədis yazdıq." deyərkən, Beyhaqi, nəyə görə, ona güvənmir?!

~ Cərir, belə deyir: "Bağdad'dan Xorasana qədər, ibn İshaq'ın Sələmə'dən nəql etdiyi rəvayətdən daha sağlamı yoxdur."

~ ibn Sə'd isə: "O, siqa və saduq idi. Onun haqqında, 'O, namazda, insanların ən xuşulu olanı idi.' deyilmişdir." demişdir.

~ Acurri'nin nəqlinə görə, əbu Davud, Haccac b. Ərtat'ı, siqa olaraq görmüşdür.

~ ibn Xalqun'un nəqlinə görə, Əhməd b. Hənbəl'dən, Haccac b. Ərtat haqqında soruşulunca, "Onun haqqında, xeyirdən başqasını bilmirəm." demişdir. (Zəhəbi, "ət-Təhzib", lV, 154 -müxtəsər bir şəkildə-)

Beyhaqi'nin, rəvayətini dəlil olaraq istifadə etdiyi Cəssas haqqında,

~ əl-Əsrəm, belə deyir: Ondan, əbu Abdullah haqqında soruşulunca, onun, sanki sağlam olmadığı kimi davrandı.

~ ibn Main: "Cəssas, bir şey deyildir." demiş və onun, çox zəif olduğunu bildirmişdir.

~ əbu Zur'a isə: "Cəssas, hədisdə zəifdir." demişdir.

~ əbu Hatim: "Cəssas'ın hədisi, münkərdir." deyərkən;

~ Nəsai: "O, siqa deyildir." demişdir.

~ əl-Mufaddal əl-Ğaləbi: "O, zəmm edilmiş/pislənmişdir." deməkdədir.

~ ibn Hibban, "əs-Siqat"ında, ona yer vermiş və: "Xəta etmiş ola bilər." demişdir.

~ Bəzzar isə: "Onda bir beis yoxdur. (Ancaq), hafiz deyildir." demişdir.

~ əbu'l-Arab'ın nəqlinə görə, Nəsai, "O, mətrukdur." demişdir.

~ İcli: "Onda, bir beis yoxdur." deyir.

~ ibn Adiyy: "Cəssas, Vasit'li olub, hədisi mətrukdur." demişdir. Bir başqa yerdə isə: "Onun, münkər bir hədisini görmədik. O, hədisi toplanıb yazılacaq səviyyədə biridir." demişdir. (Zəhəbi, "ət-Təhzib", lll, 368)

Heç kim, Cəssas haqqında, "O, siqa və ya saduqdur." deməmişdir. Onun haqqında deyilə biləcək ən son söz, budur: O, lə bə'sə bih'dir. Hədisi toplana bilən bir ravidir.

Sələmə b. əl-Fadl isə, ondan çox üstündür. Haccac b. Ərtat da, belədir. Cəssas'ın rəvayətini dəlil olaraq götürüb, Sələmə və Haccac b. Ərtat'dan üz çevirmək, insaf sahibi olanın edəcəyi bir şey deyildir. Beyhaqi'nin,

Bişr b. əl-Mufaddal ---> Cəriri ---> Abdullah b. Bureydə

isnadı ilə nəqlinə görə, İmran b. Husayn, belə deyir:

"Fatihə surəsi və 2 və ya daha çox ayətin oxunmadığı heç bir namaz, caiz deyildir." (Beyhaqi, "əl-Qiraə", s. 68)

(Diqqət edilsə), bu rəvayətdə imamın arxasında bir qiraətdən söz keçmir. Dolayısı ilə, bu, bizə qarşı dəlil olaraq gətirilə bilməz. Biz, namazda, fatihə surəsilə bərabər bir surə daha oxumağın vacib olduğu görüşündəyik. Bu:

~ ya imam və tək başına qılan cəhətindən həqiqətən qiraət etməkdir;

~ ya da -təfsilatı iləridə gələcəyi üzərə- camaat haqqında hökmən qiraətdir.

Lakin bu rəvayət, müxalif görüşdə olanların əleyhinə bir dəlildir. Çünki onlar, fatihənin üzərinə bir surə əlavə edilməsinin, fərz olduğunu demirlər. Sübh namazının, 2; digər namazların, ilk 2 rükətində, gərək imam, gərəksə də tək başına qılanlar haqqında, damm-u surə qiraətinin sünnət olduğunu; bunun, açıqdan oxunan namazlarda isə, camaatın, imamın arxasından bunu oxumaması gərəkdiyini ifadə etməkdədir. İmam Ğazzali, "əl-Vəciz" adlı əsərində (s. 26), bunu, açıqca bildirməkdədir.

İmran hədisi isə, fatihə xaricində 2 və ya daha çox ayətin oxunmaması halında, namazın caiz olmamasını gərəkdirməkdədir. Bu hədisdən, camaatın, fatihəni oxumasının vacibliyi hökmü çıxarılacaq olsa, damm-u surənin də vacib olması nəticəsini çıxarmaq lazımdır. Halbuki, müxalif görüşdə olanlar (əksəriyyətlə, Şafiilər), bunu demirlər.

----------------------------

----------------------------

1049. Muhamməd b. Bəşşar və Amr b. Əli'nin,

əbu Əhməd ---> Yunus b. əbi İshaq ---> əbu İshaq ---> əbu'l-Əhvəs

isnadı ilə nəqlinə görə, Abdullah b. Məsud (radiyallahu anh) belə deyir:

Səhabələr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in arxasında oxuyurlardı. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Quran oxuyarkən, fikrimi qarışdırdınız." buyurdu.

Hədisi, Bəzzar ("Müsnəd", V, 440; Əhməd b. Hənbəl, l, 451; Buxari, "Cüz'ü'l-Qiraə", s. 254; Beyhaqi, "əl-Qiraə", s. 168; Daraqutni, "Sünən", l, 341; İsnadı, həsəndir.) rəvayət etmişdir.

Yuxarıda zikr edilən isnad, ceyyiddir. "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi" (l, 155) adlı əsərdə, belə qeyd edilmişdir. "Məcmau'z-Zəvaid"də (l, 185), yuxarıdakı mətn nəql edildikdən sonra: "Hədisi, Əhməd b. Hənbəl rəvayət etmiş olub; raviləri, 'Səhih'in raviləridir." deyilməkdədir.

Deyirəm:

Bu rəvayət, imamın arxasında, qiraətin məkruh olduğunu açıqca göstərməkdədir. Hədis, zahiri etibarı ilə, fatihə və damm-u surəni, qiraətin açıqdan və gizli edilməsini əhatə etməkdədir. Bu hökmün dəlili, -az əvvəl zikr etdiyimiz- hədisdir. Beyhaqi, bu rəvayəti, imamın açıqdan qiraət etdiyi namazlarda, imamın arxasından oxunmasının nəhyi mənasına həml etmiş; sonra, hədisi, isnadı ilə birlikdə,

ən-Nadr b. Şumeyl ---> Yunus b. əbi İshaq ---> əbu İshaq ---> əbu'l-Ahvas ---> Abdullah b. Məsud ---> Peyğəmbər (sallallahu aleyhi və səlləm)

şəklində vermişdir. Buna görə:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), arxasında açıqdan qiraət edənlərə, 'Quran oxuyarkən, fikrimi qarışdırdınız.' buyurmuşdur." (Beyhaqi, "əl-Qiraə", s. 116)

Deyirəm:

Bu rəvayət zəncirində, mənim tanımadığım biri vardır. İfadənin siyaqından başa düşülən, bu cümlənin, bəzi ravilər tərəfindən, hədisin mətninə əlavə edilmiş olduğu; və qiraəti açıqdan oxumaq ifadəsinin, ravinin öz təfsiri olduğudur.

Hədisin ləfzlərini açıqlamaq üçün ravinin bəzi şeylər əlavə etməsini, bəzi mühəddislər caiz görməkdədirlər. Bunu, onlara nisbət etməkdə, hər hansı bir beis yoxdur. Lakin bunun, başqalarını bağlayan bir dəlil olmadığı da, açıqdır. Rəvayətdəki "cəhr=açıqdan oxumaq" ifadəsilə, hər kəsin, alçaq səslə oxumasından qaynaqlanan "fikir qarışdırma" mənası da qəsd edilmiş ola bilər. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in arxasında, səhabələrin səslərini yüksəltmək surətilə açıqdan oxumaları, -çox açıqca anlaşılacağı üzərə- uzaq bir ehtimaldır. Ya da, belə deyirik:

Bu, xüsusi bir hadisəyə məxsus idi. Bununla, "Quran oxunduğu zaman, onu dinləyin və susun." (Əraf/204) ayətilə; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "İmam oxuduğunda, siz susun." hədisindəki susma əmrini, "açıqdan oxumamaq" şəklində təqyid etmək, isabətli deyildir. ibn Məsud (radiyallahu anh) və əshabının, imamın arxasında ikən oxunmayacağı və bunun qadağan olduğu şəklindəki görüşləri, məşhurdur.

------------------------

------------------------

1050. Malik b. İsmayıl'ın,

Həsən b. Salih ---> əbu'z-Zubeyr ---> Cabir (radiyallahu anh)

isnadı ilə nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Kim bir imama tabe olmuşdursa, imamın qiraəti, onun da qiraətidir."

Hədisi, ibn əbi Şeybə ("əl-Musannəf", l, 376) nəql etmişdir. Bu isnad, səhihdir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", s. 154) (haşiyə)

-----------------------

(Haşiyə:

Hədis, həsən li ğayrihidir.)

-----------------------

Burda, belə deyilə bilər:

Beyhaqi, bu hədisi,

əl-Həsən b. Salih ---> Cabir əl-Cufi ---> Leys b. əbi Süleyman ---> əbu'z-Zubeyr ---> Cabir (radiyallahu anh)

isnadı ilə nəql etmiş və əl-Həsən ilə əbu'z-Zubeyr arasına, Cabir və Leysi qatmışdır. Sonra da: "Bu ikisinin rəvayəti, dəlil olmağa əlverişli deyildir." demişdir. Elə isə, buna nə cavab verəcəksiniz?

Deyirəm:

Malik b. İsmayıl, əbu Nuaym, əl-Həsən b. Salih ---> əbu'z-Zubeyr isnadı ilə bu rəvayətə mutabaat etmiş; Cabir əl-Cufi'ni və Leys b. əbu Suleym'i zikr etməmişdir. Mizzi'nin "Ətraf"ında, belə qeyd edilmişdir. əbu'z-Zubeyr, hicri 128'də vəfat etmişdir. Tirmizi və Amr b. Əli, ondan bəhs etmişlərdir. əl-Həsən b. Salih isə, hicri 100-cü ildə doğulmuş, 167-ci ildə vəfat etmişdir. Onun, əbu'z-Zubeyr'dən hədis eşitməsi, mümkündür. Cumhurun məzhəbinə görə, bir şəxslə qarşılaşması və ondan rəvayət etməsi mümkün olan birinin nəql etmiş olduğu rəvayət, onunla görüşdüyü mənasına həml edilir. Dolayısı ilə, əl-Həsən b. Salih'in bu rəvayəti, bir dəfə, arada hər hansı bir vasitə olmadan; bir dəfə də, əl-Cufi və Leys vasitəsilə eşitdiyi mənasına həml edilir. Eyni şeylər, "əl-Cəvhəru'n-Naqi"də (l, 154) qeyd edilmişdir. Üstəlik, Leys b. əbi Süleym, hər nə qədər yaddaşı zəifdirsə də, rəvayəti, etibar üçün götürülə və dəlil olaraq istifadə edilə bilər. Hafiz ibn Həcər, bunu, "Fəthu'l-Bari"nin müqəddiməsində (s. 347) zikr etməkdədir.

Xüsusilə də, Muslim, "Səhih"ində; Buxari də, tə'liq olaraq ondan rəvayət etmişlərdir. ibn Adiyy, belə deyir: "Onun, dəlil olaraq istifadə edilməyə əlverişli hədisləri vardır. Şu'bə və Sevri, ondan rəvayət etmişlərdir. Zəif olmaqla bərabər, hədisi, etibar üçün yazıla bilər." (Zəhəbi, "ət-Təhzib", Vlll, 467) Cabir əl-Cufi, ona mutabaat etmişdir. Cabir'in rəvayəti, hər nə qədər dəlil olmağa əlverişli deyilsə də, mutabaat məqsədilə rəvayətində, bir beis yoxdur.

--------------------------

--------------------------

Ardı var...

 

Read 93 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR