İmamsız ölən cahiliyyə üzərəmi öləcəkdir? Hədisdə imam sözündən məqsəd nədir?

7053- ibn Abbas (radiyallahu anh)'dan nəql edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim, əmirindən kərih (xoşlanmayacağı) bir şey görərsə, buna səbr etsin. (Çünki) kim sultan(ın idarəsindən) bir qarış ayrılarsa, o, cahiliyyə ölümü ilə ölər."

-------------------------

7054- ibn Abbas (radiyallahu anh)'dan nəql edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim, əmirindən, kərih (xoşlanmayacağı) bir şey görərsə, buna səbr etsin. (Çünki) kim camaatdan bir qarış ayrılarsa, o, cahiliyyə ölümü üzərə ölər."

--------------------------

7056- Ubadə b. Samit (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Üzərimizə bir borc olaraq Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, xoş, kədərli vaxtlarımızda, çətin, asan halımızda, dinləyib itaət edəcəyimizə, əmirlərimiz, haqlarımızı verməsələr belə, onlara itaət etmək və onlarla iqtidar və əmirlik mövzusunda çəkişməmək üzərə beyət etdik.

Ancaq, əmirin açıq bir küfrünü görərsəniz, onun küfrü haqqında yanınızda Allahdan qüvvətli bir dəlil olması halı, müstəsnadır."

---------------------------

İzahı:

•"...فانه من حرج من السلطان..."

Yəni:

"Kim, sultan(ın idarəsin)'dən ayrılarsa..."

İkinci rəvayətdə isə:

"...من فارق الجماعة..."

= "Kim camaatdan ayrılarsa..." deyilməkdədir.

Bu, sultana üsyan edib onunla döyüşməyin kinayəli açıqlanmasıdır.

• İbn əbi Cəmrə belə deyir:

"Hədisdəki "müfaraqat" (ayrılmaqdan) məqsəd, ən xəfifindən belə olsa, əmirin əldə etdiyi beyət əqdini çözməyə çalışmaq, deməkdir. Çünki bu yola baş vurmaq, haqsız yerə qan tökülməsi ilə nəticələnə bilər."

-------------------------------

"...مات ميتة جاهلية..."

= "Cahiliyyə ölümü ilə ölər..."

"Cahiliyyə ölümü" təbirindən məqsəd, cahiliyyə insanlarının dəlalət üzərə ölməkləri kimi bir ölümlə ölmək deməkdir ki, cahiliyyə insanının, itaət etdiyi bir lider yox idi. Çünki onlar, bunu bilmirlərdi. Bəhs mövzusu vəsf, "o kimsə kafir olaraq ölər", mənasında deyildir. Tam əksinə, "o şəxs, asi (üsyankar) olaraq ölər", deməkdir.

Bu bənzətmənin, zahiri üzərə olması da möhtəməldir. Buna görə mənası, "o şəxs, cahiliyyəyə mənsub olmasa belə, cahiliyyə insanının ölümü kimi ölər", demək olur, ya da, bənzətmə, əcr və çəkindirmə yerində gəlmiş olub, zahiri qəsd edilməmiş ola bilər.

İfadədə, "cahiliyyə" kəliməsindəm məqsədin, bənzətmə olduğunu, bir başqa hədisdəki:

"Kim (İslam) camaatından bir qarış ayrılarsa, sanki İslamın ipini, boynundan çıxarmış kimidir." (Tirmizi, "Ədəb"/78; ibn Huzeymə, "Səhih", lll, 195)

ifadəsi təyid etməkdə, qüvvətləndirməkdədir.

------------------------------

• İbn Battal, hədisi belə açıqlamışdır:

"Hədis, zalım belə olsa, sultana üsyan etməmək gərəkdiyinə dəlildir. Fəqihlər, despot sultana itaət edib, onunla birlikdə cihada getməyin vacib olduğu və ona itaətin -qan axmağı önlədiyi və fəlakəti dayandırdığı üçün- özünə üsyandan daha xeyirli olduğu yönündə, görüş birliyi etmişlərdir.

Alimlərin dəlilləri, bu xəbər və buna dəstək olan başqa rəvayətlərdir.

Fəqihlər, sultanın, açıq küfrə girmək xüsusu xaric, bu mövzuda hər hansı bir istisnadan söz etməmişlərdir. Sultanın açıqca küfrə düşməsi halında, ona itaət etmək, caiz deyildir. Əksinə, bundan sonrakı hədisdə gəldiyi üzərə, gücü çatanın, onunla mübarizə etməsi lazımdır."

-----------------------------

7056 no-lu rəvayətdə bəhsi keçən "küfr" kəliməsi:

• Nəvəvi belə deyir:

"Burda keçən "küfr" kəliməsindən məqsəd, günahlardır. Hədisin mənası budur:

Əmirlərlə (idarəçilərlə), vəzifələri mövzusunda, çəkişməyin, onlara qarşı gəlməyin. Ancaq özlərindən, İslamın qaydalarına görə, qəti olaraq münkər olduğunu gördüyünüz bir şey olarsa, bu, müstəsnadır. Belə bir münkəri gördüyünüzdə, onlara etiraz edin və harda olursanız olun, haqqı söyləyin."

• Bir başqası belə demişdir:

"Hədisdə keçən "الاثم" kəliməsindən məqsəd, günah və küfrdür. Dolayısı ilə, bir sultana, açıq bir küfrə düşmədiyi müddətcə, qarşı gəlinə bilməz.

Anlaşılan odur ki:

• Küfür rəvayəti, çəkişmənin, iqtidar mövzusunda olduğu hallarla açıqlandığı təqdirdə, hər hansı bir kimsə, açıq bir küfrə düşmədiyi müddətcə, sultanla, idarəsini zədələyəcək bir şeylə çəkişə bilməz.

• Küfür rəvayəti, əgər çəkişmə, idarə xaricində başqa bir xüsusda olduğu təqdirdə, deyə açıqlandığında isə, hər hansı bir şəxs, idarəçiliyi təndiq etmədiyində, idarəçilə, günah mövzusunda çəkişə bilər. Əmirin gördüyü işlərə yumşaqlıqla qarşı gələr və şiddətə baş vurmadan haqqı isbat etmək yoluna gedə bilər. Bunun yeri, insan, pisliyi önləmək gücünə sahib olduğundan dolayıdır. Ən doğrusunu Allah bilir..."

----------------------

• ibnu't-Tin'in nəqlinə görə, Davudi belə deyir:

"Alimlərin zalım sultanlar haqqındakı qənaətləri budur:

İnsan, fitnəyə və zülmə düşmədən, onu vəzifədən almaq (endirmək) gücünə sahibdirsə, bunu görməsi, vacibdir. Əks təqdirdə, səbr edib dayanması, vacibdir."

• Bəziləri isə, belə demişlərdir:

"Əvvəlcədən, fasiq biri ilə, vəlayət əqdi (yəni bu fasiq kimsəyə idarəçilik verilməsi, buna razılaşılması), caiz deyildir.

(Lakin) bir kimsə, adil ikən, daha sonra zülm işlərsə, ona üsyan etməyin caiz olub olmadığı xüsusunda, ixtilaf edilmişdir. Səhih olanı:

Küfrə girmədikcə, bunun caiz olmadığıdır. Sultan küfrə girdiyində, ona üsyan etmək vacib olar."

----------------------------

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 92-ci kitab: "Fitnələr", 2-ci bab: "Nəbi (sallallahu aleyhi və səlləm)'in: 'Məndən sonra kərih görəcəyiniz (xoşlanmayacağınız) bəzi çirkin işlər görəcəksiniz' ifadəsi")

Read 6 times
In order to make a comment, please login or register