İman, İslam və İhsan hədisinin izahı

Ömər b. Xattab (radiyallahu anh)'dan belə rəvayət edilir:

Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında oturmuşduq. Libası bəyaz, saçı ağ bir şəxs (anidən) yanımıza gəldi. Üzərində yolçuluq əsəri görülmür, bizdən də heç kim onu tanımırdı.

Ömər (radiyallahu anh) deyir ki:

Bu yadelli şəxs, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanında oturdu və dizlərini, onun dizlərinə söykədi. Əllərini də dizləri üzərinə qoydu. Sonra (belə) dedi:

"Ey Muhamməd! İslam nədir?"

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"İslam:

• Allahdan başqa ilah olmadığına;

• Mənim, Allahın rəsulu olduğuna şəhadət etmək;

• Namaz qılmaq;

• Zəkat vermək;

• Ramazan orucunu tutmaq; və

• Kəbəni həcc etməyindir." buyurdu.

Sual soruşan şəxs:

"Doğru söylədin." dedi. Ömər (radiyallahu anh) deyir ki:

"Biz buna heyrət etdik. (Çünki) həm soruşur, həm də doğrulayırdı."

Sonra bu şəxs:

"Ey Muhamməd! İman nədir?" diyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"İman:

• Allaha;

• Onun mələklərinə;

• Peyğəmbərlərinə;

• Kitablarına;

• Axirət gününə; və

• Qədərə -xeyrinə və şərrinə- inanmağındır." buyurdu.

Sual sahibi:

"Doğru söylədin." dedi.

Ömər (radiyallahu anh) deyir ki:

"Biz buna təəccübbləndik. (Çünki) həm soruşur, həm də təsdiq edirdi."

Sual soruşan şəxs (daha sonra):

"Ey Muhamməd! İhsan nədir?" diyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"İhsan, Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Çünki həqiqətən sən Onu görməsən də, O, şübhəsiz səni görür." buyurdu.

Sual sahibi (bu dəfə):

"Qiyamət nə vaxt qopacaq?" diyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Sual soruşulan (şəxs), sual soruşan (şəxs)'dən, (bu xüsusda) daha məlumatlı deyildir." buyurdu.

O şəxs:

"O halda, qiyamətin əlamətləri nələrdir?" dedi.

Nəbi (sallallahu aleyhi və səlləm):

"Cariyənin, öz sahibəsini doğurması (Vəki deyir ki, yəni, ərəb olmayan qadının ərəb uşaq doğması) və yalın ayaq, çılpaq, yoxsul, heyvan çobanlarının (yəni bədəvilərin), yüksək bina tikmək (xüsusun)da bir birilərilə yarışdıqlarını görməyindir." buyurdu.

(Hədisin ikinci dərəcədəki ravisi Abdullah b. Ömər) deyir ki, bir müddət sonra ilk ravi (Ömər b. Xattab) belə dedi:

"3 gün sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm) mənimlə rastlaşdı və:

"(Ey Ömər!) O (sualları soruşan) şəxsin kim olduğunu bilirsənmi?" dedi.

Mən:

"Allah və rəsulu bilir." dedim. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"O, Cibril'dir. Sizə dininizin məsələlərini öyrətməyə gəldi." dedi.

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "İman babı", hədis no: 63)

-----------------------------------------------------------

İzahı:

Nəbi (sallallahu aleyhi və səlləm)'ə sual soruşmaq üzərə anidən çıxıb gələn şəxsin, orda olan səhabələr tərəfindən tanınmaması, onun yad elli olduğunu gərəkdirirdi. Lakin üzərində yolçuluq əsərinin olmaması, əksinə, libasının tərtəmiz, ağappaq olması və saçlarının tozlanmayıb qara görülməsi, onun yolçuluq etmədiyini göstərirdi ki, bu hal, ordakıların heyrətini gərəkdirmişdi. Ravi Ömər (radiyallahu anh), öz heyrətini, onun bu halını anlatmaqla ifadə etmişdi.

"ووضع كفيه على فخذيه" cümləsindəki "fəxzeyhi" damir'inin (ismin yerini tutan kəlimə, "o" əvəzliyinin) mərci'i, qaynağı:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) və ya gələn o şəxs ola bilər.

Sindi belə açıqlayır:

"Nəvəvi'yə görə, damirin mərci'i, o şəxsdir. Cümlənin mənası da budur:

'Gələn şəxs, hər 2 əlini, öz dizləri üzərinə qoydu.'

Bəzi alimlər:

"Bu mənanın ədəb əhlinə daha uyğun olduğunu və bu təqdirdə, sual sahibinin bir tələbə kimi diz çökərək oturduğunu, əllərini öz dizləri üzərinə qoyduğunu və hörmətli bir davranış sərgilədiyini ifadə edir." demişlərdir.

Bəğavi və başqaları, damir, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə racidir, demişlərdir. Buna görə, məna belədir:

"Gələn şəxs, hər 2 əlini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dizləri üzərinə qoydu."

Bu şəkil mənalandırma, bir əvvəlki cümlənin mənasına daha münasib düşür. Çünki bu təqdirdə, 2 cümlənin mənası belə olur:

"Dizlərini Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dizlərinə söykədi, əllərini də Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dizləri üzərinə qoydu."

İbn Həcər də, bu ehtimalı tərcih edərək, ibn Xuzeymə'nin rəvayətində:

"Sonra əllərini Allah rəsulunun dizləri üzərinə qoydu." buyurulmuş olmasını tərcih səbəbi olaraq göstərir və Cibril (əleyhissəlam), bu kobud rəftarı ilə orda olanların, özünü tam bir çöl bədəvisi zənn etmələri ehtimalını qüvvətləndirmək və həqiqi halını yaxşıca gizləmək istəmiş olsa gərəkdir, demişdir.

Cibril (əleyhissəlam)'ın:

"Ya Muhamməd!" diyə Allah rəsuluna mübarək ismi ilə xitab etməsi də, özünü gizləmək və kobud göstərmək üçündür. Sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, adı ilə çağırmaq, insanlar üçün məkruh isə də, mələklər üçün məkruh deyildir.

Bu hədisi, Kütübü-Sittə sahibləri, cüzi ləfz fərqlərilə təxric etmişlərdir. Cibrilin özünü tanıtmaq istəmədiyi, bütün rəvayətlərdən anlaşılmaqdadır.

Hədisin bütün rəvayətlərində, Cibril (əleyhissəlam)'ın İslam, iman, ihsanı soruşduğu, daha sonra qiyamətin qopacağı zamanı və əlamətlərini soruşduğu görülür.

İman:

Ərəb dilində bir şeyə inanmaq, bir şeyi təsdiq etmək və qəbullanmaq mənasındadır. Təslim olmaq mənasını da ehtiva edir.

Şəriət'də isə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Allah tərəfindən gətirdiyi qətiliklə bilinən şeylərin hamısında, icmal olaraq Onu qəlbən təsdiq etmək və verdiyi xəbərlərə təslim olmaqdır.

Sadəddin Taftazani, "Şərhu'l-Aqaid" kitabında, "iman" bəhsində belə deyir:

"Mühəqqiqlərin cumhuruna görə, iman, qəlblə təsdiqdən ibarətdir. Dil ilə iqrar, imanın bir parçası deyil, sadəcə dünyəvi hökmlərin icrası baxımından, imanın şərtidir. (Yəni insanın, başqaları tərəfindən mömin sayılması və ona görə haqqında davranılması üçün, dil ilə iqrar şərti axtarılır.) Çünki qəlb ilə təsdiq, gizli bir şeydir. Onun bir əlaməti gərəklidir."

Bu hala görə, qəlbi ilə təsdiq etdiyi halda, dili ilə iqrar etməyən kimsə, dünya hökmləri cəhətindən, mömin sayılmamaqla bərabər, Allah nəzdində mömindir. Cəhənnəmdə əbədi qalmaz.

Dil ilə iqrara mane olacaq dilsizlik və həyatı təhlükə kimi bir üzr olmadığı halda, dil ilə iqrarı tərk etmək, haramdır. Əgər belə bir üzrdən dolayı iqrar yoxdursa, bunun heç bir məhzuru (həzər ediləcək tərəfi) yoxdur. Yəni dil ilə iqrarı istədiyi halda, bir mane dolayısı ilə iqrar edə bilməyən kimsə üçün, iqrar şərti axtarılmır. Dolayısı ilə, belə bir adamın dünya hökmləri cəhətindən də mömin sayıldığı, icma ilə sabitdir.

Dili ilə iqrar edib qəlbi ilə təsdiq etməyən kimsə, münafiqdirsə, dünya hökmləri yönündən mömin sayılır. Lakin Allah qatında kafirdir.

İmanın bu tərifi, Maturidiyyə məzhəbinin imamı imam əbu Mansur əl-Maturidi, imam əbu Hənifə və bir çox Maturidiyyə və Əşariyyə məzhəblərinin iləri gələn alimləri tərəfindən tərcih edilmişdir.

Naslar da bu tərifi təyid edən (dəstəkləyən) mahiyyətdədir. Naslardan bir neçəsini zikr edək:

"...qəlbləri iman gətirmədiyi halda..." (Maidə/41)

"...və qəlbi imanla mutməin olduğu halda..." (Nəhl/106)

 "...Allah onların qəlblərinə iman salmış..." (Mücadilə/22)

Bəzi alimlərə görə, iman, qəlb ilə təsdiq və dil ilə iqrardan ibarətdir. Dil ilə iqrar, imanın bir parçasıdır.

• Şəmsu'l-əimmə (imamların günəşi) Səraxsi;

• Faxru'l-İslam (İslam dünyasının iftixar vəsiləsi) Pəzdəvi; və

• bir çox fəqih,

bu tərifi mənimsəmişlərdir. Bu görüşdə olanlar belə deyirlər:

"İmanın təsdiq rüknü, mütləq mövcud olmalıdır. Heç bir surətdə rükn olmaqdan düşməz. Lakin dil ilə iqrar, bəzən rükn olmaqdan çıxar. Yəni belə hallardakı adam, dili ilə iqrar etmədiyinə baxmayaraq, mömin sayılır."

Üzrsüz olaraq, iqrarı tərk edən kimsə, bu tərifə görə, təsdiq etsə belə, Allah nəzdində də mömin sayılmaz, əbədi cəhənnəmlik olar.

Bunların dəlilləri aşağıdakılardır:

"Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla..." (Nəhl/106)

"Allahdan başqa ilah yoxdur deyincəyə qədər, insanlarla döyüşməklə məmur qılındım..."

----------------------------------------------

İmanın məqbul və səhih olması üçün 3 şərt vardır:

1. İman, ümidsizlik halında olmayacaqdır. Əgər Allahın əzabını və ya axirətə aid hər hansı bir halı gözləri ilə müşahidə etdikdən sonra, bir kimsə iman edərsə, onun imanı məqbul deyildir. Bunun üçündür ki, son nəfəsini verərkən, iman edən kafirin imanı, səhih deyildir. Necə ki, Allah (azzə və cəllə), Ğafir/84-85 ayətlərində belə buyurur:

"Onlar əzabımızı daddıqda: 'Biz Vahid Allaha iman gətirdik, Ona ortaq qoşduqlarımızı isə inkar edirik!' Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar."

2. İman edən kimsə, dindən olduğu qətiliklə bilinən bir hökmü inkar və ya təkzib etməyəcəkdir. Məsələn:

Bir kimsə, dinin bütün hökmlərinə iman etdiyi halda, namaz, oruc, zəkat və həcc kimi dinin zəruriyyətindən olan şeylərdən birini inkar və ya təkzib edərsə, mömin sayılmaz. Çünki belə bir adam, dolaylı yolla Quran və Muhamməd (sallallahu aleyhi və səlləm)'i inkar etmiş olur.

3. Dinin bütün hökmlərini bəyənərək qəbul edəcək, heç bir hökmünü həqir (kiçik) görməyəcəkdir. Məsələn:

Namazı bəyənməyən və ya Allaha qarşı inad olsun deyə qəsdən ifa etməyən kimsə, mömin olmaqdan çıxar.

-------------------------------------------------

İman və İslam sözləri haqqındakı fərqli izahlar və imam Ğazzali'nin görüşü:

"İman və İslam sözlərinin istifadəsi, 3 fərqli cəhətdən dəyərləndirilmişdir:

• Birinci cəhət:

Alimlər, İslamın:

1. İmanın eynidirmi?

2. İmandan fərqli şeylərdirmi?

İmandan fərqli bir şeydirsə:

3. İmandan ayrıdırmı, onsuz mövcud ola bilərmi?

4. Və ya imanla bağlantılı olub onun ayrılmaz bir parçasıdırmı?

şəklində, mövzunu fərqli nöqtələrdən dəyərləndirməyə tabe tutmuş və bu dəyərləndirmə nəticəsində:

1. İman ilə İslam eyni şeydir;

2. İkisi də birləşməyən, bir birindən fərqli şeylərdir;

3. İkisi də ayrı-ayrı şeylər olmaqla birlikdə, bir birilərilə irtibatları vardır.

görüşləri iləri sürülmüşdür.

Əbu Talib əl-Məkki, bu mövzuda, olduqca girift və bir xeyli uzun bir məqalə qələmə almışdır. Biz, heç bir fayda verməyən bu şeylərə meyl etmədən, yerindəcə həqiqəti açıqlamağa girişərək, məsələnin 3 nöqtədən incələnməsi gərəkdiyini söyləyək:

• Birinci incələmə nöqtəsi:

2 sözün lüğət cəhətindən nəyi gərəkdirdikləri;

• İkinci incələmə nöqtəsi:

Şəriətin mütləq ifadələrində bu 2 kəlimə hansı mənalarda istifadə edilmişdir;

• Üçüncü incələmə nöqtəsi:

Dünya və axirətdəki hökmlərinin nələr olduğu.

• Birinci incələmə nöqtəsi:

2 sözün lüğət cəhətindən nəyi gərəkdirdiklərinə dairdir.

Bu nöqtədə söylənəcək ilk həqiqət budur:

İman, təsdiqdən ibarətdir. Allah Taala, bir ayətdə belə buyurur:

"...sən inanan deyilsən..." (Yusuf/17)

"İnanan deyilsən" diyə məna verən "mu'min" kəliməsi, burda: "təsdiq edən, sözümüzü doğrulayar deyilsən" mənasına gələn "musaddiq" kəliməsilə təfsir edilməkdədir.

İslam kəliməsi isə, təslimiyyət, şüurlu və içdən bir bağlılıqla bağlanmaq, kibir və inadı tərk etmək deməkdir. Təsdiqin özəl bir yeri vardır, o da qəlbdir. Dil də qəlbdəki təsdiqin tərcüməçisidir.

Təslimiyyət, ümumilik ifadə edib, qəlb, dil və digər bütün orqanları muhtəvasına alır. Elə isə, qəlblə təsdiq demək, təslim olmaq, qarşı gəlməyi və inkarı tərk etmək deməkdir.

Dil ilə etiraf da belə olduğu kimi, digər orqanlarla itaət edib bağlılıq göstərmək də belədir.

Elə isə, lüğət mənasının gərəklərinə görə, İslam, daha geniş, iman isə, daha xüsusi bir mənada istifadə edilməkdədir. Sanki iman, İslamın şərəfli bir parçası kimi olmuş olur. O halda:

"Hər təsdiq, təslimiyyətdir, ancaq hər təslimiyyət, təsdiq etmək deyildir." (Başqa bir sözlə, hər mömin, müsəlmandır, lakin hər müsəlman mömin deyildir.)

• İkinci incələmə mövzusu:

Şəriətin mütləq ifadələrində bu 2 kəlimənin hansı mənalarda istifadə edildiyinə dairdir:

Bu mövzuda söylənəcək ilk həqiqət budur:

Şəriət, iman və islam kəlimələrini eyni mənalı 2 kəlimə olaraq istifadə etdiyi kimi, bir birindən fərqli mənalarda və bəzən də bir biri yerində istifadə etmişdir. Bu 2 kəlimənin şəriət dilində eyni mənada istifadə edildiklərini, aşağıda tərcümələri verilən ayət və hədislərdə görməkdəyik:

"Biz orada olan möminləri o kənddən çıxartdıq. Amma orada bir evdən başqa müsəlman tapmadıq." (Zariyat/35-36)

Bu ayətdə "əl-muminun=inananlar" və "əl-muslimun=müsəlmanlar" kəlimələri, eyni mənada istifadə edilmişlərdir. Bütün təfsir alimləri, Lutun yaşadığı yerdə Özü ilə qızlarının evindən başqa bir müsəlman evi olmadığı mövzusunda ittifaq etmişlərdir.

Digər bir ayət:

"Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!” (Yunus/84)

Bu ayətdə də iman və islam köklərindən alınmış olan "əməntum və muslimun" kəlimələri, eyni mənada istifadə edilmişdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

İslam, 5 təməl üzərinə bina edilmişdir:

"1. Allahdan başqa İlah olmadığına və Muhammədin Allahın elçisi olduğuna şahidlik etmək;

2. Namaz qılmaq;

3. Zəkat vermək;

4. Həccə getmək;

5. Ramazan orucunu tutmaqdır."

buyurmuş ikən, bir başqa zaman Özünə imanın nə olduğu soruşulduğunda, yenə bu 5 maddə ilə cavab vermişdir.

İman və İslam sözlərinin şəriət dilində fərqli mənalarda istifadə edildiyini də, yenə aşağıdakı ayət və hədislərdə görməkdəyik:

"Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin." (Hucurat/14)

Ayət mətnində yer alan "əmənnə"= "iman etdik" kəliməsi, zahirdə "təslim olduq" mənasında istifadə edilmişdir. Elə isə, bu ayətdə Allah:

• iman kəliməsi ilə yalnız qəlbən edilən təsdiqi;

• islam kökündən alınmış "əsləmnə"= "müsəlman olduq" sözü ilə də, dil və digər orqanlarla zahirən göstərilən təslimiyyəti murad buyurmuşdur.

Cibril hədisi diyə məşhurlaşan hədisdə, Cəbrail (əleyhissəlam), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə imanın nə olduğunu soruşduğunda, Peyğəmbər:

"İman, Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, ölüm sonrası dirilişə, hesaba, xeyir və şərr ilə qədərə inanmağındır." diyə cavab vermişdir.

"Bəs İslam nədir?" şəklindəki sualını isə, yenə bu 5 maddə ilə cavablandırmış və İslamın söz və əməllə zahirən təslim demək olduğunu ifadə etmişdir.

Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'ın rəvayət etdiyi hədisdə belə deyilir:

"Bir dəfə Allah rəsulu bir nəfərə bir şeylər verib, bir başqasına heç bir şey verməyincə, Sa'd:

-Ey Allahın rəsulu! Filan kəsə bir şey vermədin, halbuki özü bir mömindir deyincə, Allah rəsulu:

- Və ya bir müsəlmandır, buyurur.

Sa'd sözlərini yeniləyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də eyni sözlərilə qarşılıq verir.

(Bu hədisdən də mömin və müsəlman kəlimələri fərqli mənalarda istifadə edilmişlərdir.)

İslam və iman kəlimələrinin şəriət dilində bir biriləri yerində istifadə edildiklərini də bu hədisdə görməkdəyik:

Rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə hansı əməllərin üstün olduğu soruşulduqda:

-İslam'dır, diyə cavab verir.

Sualı soruşan:

-Hansı İslam daha fəzilətlidir?

Allah rəsulu:

-İman, buyurur.

Bu hədis, İslam və iman kəlimələrinin həm bir birilərindən ayrı mənalarda istifadə edildiklərini, həm də bir biriləri yerində istifadə edildiklərini göstərməktədir.

Amma bir biriləri yerində istifadə edilmiş olması, lüğət cəhətdən daha uyğun görünməktədir. Çünki iman da bir əməl olub, əməllərin ən fəzilətlisidir.

İslam isə, qəlb və ya dil və ya digər orqanlarla təslimiyyətdir. Ancaq bunların ən dəyərlisi də, qəlblə edilən və iman diyə adlandırılan təsdiqdir.

İman və İslam kəlimələrinin həm fərqli, həm eyni və həm də tədaxuli, yəni bir birinin digərinin mənasını da əhatə edər bir şəkildə istifadə edilmələri, lüğət cəhətdən mümkündür.

Məsələni ayrı-ayrı mənalarda istifadələri cəhətindən ələ aldığımızda:

İmanın, yalnız qəlblə edilən təsdiqdən ibarət olduğunu söyləyərik. Bu məna, lüğət mınası ilə də eynilik təşkil edər.

İslam isə, görünüşdə təslimiyyət göstərmək deməkdir və bu məna da lüğət mənası ilə eynilik göstərir. Çünki təslimiyyət, bəzən təslimin isnad edildiyi yerə də verilə bilər. Bu tərzdə bir isimləndirməyə getmək üçün, mənanın, məhəllin bütününü əhatə etməsi gərəkməz. (Yəni bir kimsəyə müsəlman demək üçün, lüğət mənasının ön gördüyü şəkildə 3 qismi ilə də təslim olması şərt deyildir.)

Məsələn, bədənin hər hansı bir orqanı ilə başqasına toxunan bir kimsəyə toxunan mənasında "lamis" adı verilə bilir. Və bu kimsənin bütün bədəni ilə toxunması da, ön görülmür.

Elə isə, İslam kəliməsinin görünürdəki təslimiyyət mənasında istifadə edilməsi, batini təslimiyyət olmasa da, dil cəhətindən uyğundur. Hucurat surəsinin 14-cü ayətindəki "əsləmnə= müsəlman olduq" kəliməsi, bu mənada dəyərləndirilmişdir.

Yenə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) az öncə zikr etdiyimiz Sa'd b. əbi Vaqqas hədisində keçən "və ya bir müsəlmandır" sözü də, bu şəkildə izah edilmişdir. Çünki burda birini o birindən üstün tutmuş, bu fərqliliklə müsəlman kəliməsilə anılan kimsələr arasında bir üstünlüyün olduğunu murad buyurmuşdur.

İman və İslam kəlimələrinin tədaxuli mənada, yəni birinin digərinin mənasını əhatə edər bir şəkildə istifadə edilmələri də, imanın xüsusiyyəti nöqtəsində lüğətə uyğunluq göstərir. Belə bir istifadədə İslam, qəlb, söz və orqanlarla edilən təslimiyyətin bütününü əhatə edərkən, İman, İslamın bu ümumi tərifinə girən qəlbin təsdiqini yansıdır. Tədaxül sözü ilə qəsd etdiyimiz məna budur. Bu da imanın, xüsusi mənada İslam kəliməsinin də hamısını əhatə edəcək şəkildə, ümumi mənada istifadə edilməsi nöqtəsindən lüğətə uyğun düşər. Buna görə:

"Hansı İslam əfdaldır?" diyə sual soruşan kimsəyə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) verdiyi cavabla imanı, islamın xüsusi bir bölməsi qəbul edib, imanı islamın içində mütaliə etmişdir.

İman və İslam kəlimələrinin eyni mənalı olaraq istifadə edilmələrinə gəlincə:

Bu da İslamı, qəlb və zahiri orqanlarla təslimiyyət göstərməkdən ibarət saymaqdır. Buna görə, söz və əməllə göstərilən zahiri bir təslimiyyət, batini təsdiqin bir səmərəsi, bir nəticəsi olur.

Necə ki, bəzən ağac kəliməsi mütləq söylənildiyi halda, həm özünün, həm də meyvəsinin qəsd edildiyi rast gəldiyimiz hallardandır. Bu qədər də eynilik təmin etməkdə nə artıq, nə də əskik bir yönü mövcud olmamaqdadır. Zariyat surəsinin yuxarıda verilən 36-cı ayətində "muslimin" kəliməsi, "muminin" kəliməsinin müradifi (eyni mənalısı) olaraq irad edilmiş (ortaya qoyulmuş) olur.

• Üçüncü incələmə nöqtəsi:

İman və İslamın fiqhi hökmləri ilə bağlıdır.

İslam və İman məfhumlarının:

1. Axirətlə;

2. Dünya ilə

əlaqəli olmaq üzərə 2 hökmü vardır.

Uxrəvi (axirətə aid) hökmləri bunlardır:

Mömin və müsəlmanların cəhənnəmdən çıxarılıb orda əbədi buraxılmamalarıdır. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qəlbində zərrə ağırlığı qədər iman olan kimsə, cəhənnəmdən çıxarılar."

Bu hökmün nəyə söykəndiyi və imanın nədən ibarət olduğu xüsusunda, fərqli görüşlər ön görən alimlər, bu görüşləri iləri sürmüşlərdir:

1. İman, qəlbin mücərrəd (şəkildə) inanmasıdır;

2. İman, qəlbin inanması, dilin də söyləməsidir;

3. İman, qəlbin inanması, dilin söyləməsi, orqanların da əməl etməsidir.

Biz, bu məsələnin üzərindəki pərdəni qaldıracaq və mövzunu 6 dərəcədə ələ alacağıq:

• Birinci dərəcə:

Bu 3 xisləti, yəni təsdiq, dillə söyləmək və əməli, bir arada toplayan insanların yerləri, heç şübhəsiz, cənnətdir. Bu, birinci dərəcədir.

• İkinci dərəcə:

İman və dilin iqrarıyla birlikdə, bəzi əməllərin də mövcud olmasıdır. Ancaq belə biri, böyük günah və ya bəzi böyük günahları da işləmiş ola bilər. Belə biri haqqında Mötəzilə firqəsi:

"Bu şəxs, bu hərəkətilə, imandan çıxmış, ancaq kafir də olmamışdır. Belələrinə fasiq deyilir. Bu kimsə, iman ilə küfr arasındakı qalan bir mənzildə olacaq." görüşünü iləri sürmüşlərdir. Bu görüşün batil olduğunu iləridə açıqlayacağıq.

• Üçüncü dərəcə:

Qəlb ilə təsdiq və dil ilə iqrar edib əzalarla əməl edilməməsidir. Bunun hökmündə də fərqli görüşlər vardır. Əbu Talib əl-Məkki:

"Əzalarla əməl etmək, imandandır, bunlar olmadan iman tam sayılmış olmaz."

demiş və bu mövzuda icma olduğunu, yəni alimlərin görüş birliyi içində olduqlarını iləri sürmüş və görüşlərinin əksi üçün də açıqlana biləcək dəlillər ortaya qoymuşdur.

Misal üçün dəlil olaraq bu ayəti göstərmişdir:

"İman edib saleh əməllər işləyənlər üçün, xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır." (Ra'd/29)

Halbuki bu ayətdə, əməlin imandan sonra gəldiyi və imanın eyni olmadığı görülməkdədir. Əgər ayət, bu mənada olsaydı: "saleh əməl işləyənlər" ifadəsi, təkrar hökmündə olardı.

Qərib olan tərəfi isə, Məkki'nin bu mövzuda icma olduğunu iddia etməsidir. Bununla bərabər, o, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Heç kim iqrar etdiyi şeyi inkar etmədikcə kafir olmaz." hədisini də əsərində nəql edir.

Və yenə Məkki, böyük günah işləyənlərin, cəhənnəmdə əbədi qalacaqlarını müdafiə edən Mötəzilə firqəsinin görüşlərini də qəbul etməmişdir. Halbuki özünün söylədikləri də, Mötəzilə'nin görüşlərilə eynidir.

İndi ona:

"Qəlbi ilə inanıb dili ilə iqrar etdikdən sonra, (əməl etməyə vaxt tapmadan) o an ölən kimsə cənnətdədir mi?" diyə soruşulsa,

"Bəli!" deməsi lazımdır. 'Bəli' deyincə də, imanın əməlsiz olduğunu qəbul etmiş olacaq.

Daha iləri gedir və:

"Hələ yeni müsəlman olan bu kəs, üzərindən bir namaz vaxtı keçəcək qədər yaşadığı halda, namaz qılmadan və ya bu arada zina etdikdən sonra ölsə, cəhənnəmdə əbədi olaraq mı qalacaq?"

diyə soruşsaq, bu sualımıza da:

"Bəli!" desə, Mötəzilə'nin qayəsi doğrultusunda cavab vermiş olacaq.

"Xeyr!" deyərsə, əməlin imanın bir rüknü olmadığını, imanın gerçəkləşməsi üçün, əməlin mövcud olmasının şərt olmadığını açıqca söyləmiş olacaq.

Əgər Əbu Talib əl-Məkki:

"Mən, o sözlərimlə uzun zaman yaşayıb namaz qılmayan və şəriətin ön gördüyü əməllərdən heç birini yerinə gətirməyən kimsələri hədəf almışdım." deyərsə, ona:

"Bu müddətin ölçüsü nədir? Edilmələri imanın batil olmasına səbəb olan böyük günahların sayı nə qədərdir?" diyə soruşarıq.

Təbii ki, buna cavab verə bilməyəcəkdir. Bunun təqdiri mümkün deyildir. Heç kim belə bir təqdirə qalxmamışdır.

• Dördüncü dərəcə:

Qəlbən inanıb dil ilə inancını söyləməyə və ya hər hansı bir əməli etməyə fürsət tapmadan ölən kimsənin halı nədir (və ya aqibəti necə olacaq)? Görəsən, belə bir kimsənin imanının, Allah ilə öz arasında olduğunu və öldüyünü söyləyə bilərikmi?

Bu məsələ, üzərində ixtilaf olan mövzulardan biridir. İmanın tamamlanması üçün, dil ilə iqrarı şərt qoşanlar, bu şəxsin iman etmədən öldüyünə hökm edərlər. Bu mühakimə, fasid və qeyr-i məqbuldur. Çünki Nəbi (sallallahu aleyhi və səlləm):

"Qəlbində zərrə ağırlığı qədər iman olan, cəhənnəmdən çıxar." buyurmuşdur.

Elə isə, qəlbi iman ilə dolub-daşan bu şəxs, cəhənnəmdə əbədiyyən necə buraxıla bilər ki?! Qaldı ki, yuxarıda nəql etdiklərimiz, məşhur Cibril hədisində də, imanın gerçəkləşməsi üçün, sadəcə Allaha, mələklərinə, kitablarına və axirətə inanmaq şərti qoşulmuşdur.

• Beşinci dərəcə:

Qəlb ilə təsdiq etdikdən sonra, kəlime-i şəhadət gətirmə fürsəti və zamanı olduğu və bunu etməklə də mükəlləf olduğunu bildiyi halda, dil ilə iqrar etməyən kimsənin halı (və ya aqibəti) ilə bağlıdır. Məsələyə ilk yaxınlaşma tərzimiz belədir:

Bu kimsə inkar etməməklə birlikdə namaz qılmaqda tənbəllik göstərdiyi kimi, dil ilə iqrarda da tənbəllik göstərmiş ola biləcəyidir. Biz, bunun da mömin olub cəhənnəmdə əbədi olaraq qalmayacağına hökm edirik. Çünki iman, sırf bir təsdiqdir. Dil, imanın tərcüməçisidir. Buna görə, imanın dil ilə iqrardan əvvəl əskiksiz bir şəkildə mövcud olması lazımdır ki, dil, onu açığa çıxara bilsin. Bu görüş, daha isabətlidir. Çünki burda hökmə mövzu olacaq dəlil, sözlərin gərəklərinə tabe olmaqdır. Ərəb dilində isə, iman sözü, qəlbin təsdiqi mənasında istifadə edilmişdir. Allah rəsulu (salallahu aleyhi və səlləm):

"Qəlbində zərrə ağırlığı qədər iman olan, cəhənnəmdə çıxar." buyurmuşdur.

Vacib olan bir fel, susmaqla ortadan qalxmayacağı kimi, borc olan iqrarı etməməklə də, qəlbdəki inanc yox olmaz.

Bəziləri də bu görüşü iləri sürmüşlərdir:

"Şəhadət cümləsini söyləmək, yəni insanın müsəlman olduğunu açıqdan ifadə etməsi, təməl əsasdır. Çünki şəhadət cümlələrinin funksiyası, sadəcə qəlbdə olan inancı xəbər vermək deyil, ayrı bir əqd və şahidliyin başlanğıcıdır."

Əvvəldən də işarət edildiyi kimi, birinci görüş, daha isabətlidir.

Bu xüsusda murciə firqəsi, çox iləri dərəcədə xoş görü ilə davranmış və:

"Qəlb ilə inanan kimsə, əsla cəhənnəmə girməz, mömin nə qədər günah işləyərsə işləsin, cəhənnəmə girməz." demişlərdir.

Bir azdan bunların görüşlərini batil edib çürüklüyünü gözlər önünə sərəcəyik.

• Altıncı dərəcə:

Dili ilə: "Lə iləhə illəllah, Muhammədur-Rasulullah" diyə müsəlman olduğunu elan edərkən, söylədiklərini qəlbilə təsdiq etməyənlərin halıdır (və ya aqibətidir). Biz, belə birinin axirətdə kafirlər kimi qarşılıq görüb cəhənnəmdə əbədi qalacağına şübhə etmədiyimiz kimi;

İdarə ilə əlaqəli dünyəvi hökmlərdə də, müsəlmanlardan sayılması gərəkdiyinə şübhə duymarıq. Çünki qəlbdə gizli inanclara, Allahdan başqa kimsə xəbərdar ola bilməz. Bizim vəzifəmiz, insanın dililə söylədiklərinə görə qarşılıq verməyimiz, dililə söylədiklərinə, qəlbilə də inandığına hökm etməməyimizdir.

(Hüccətü'l-İslam imam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1. Cild, 2. Kitab/4. Bölmə: "İman və İslam")

----------------------------------------------

İhsan:

Cəbrail (əleyhissəlam)'ın: "İhsan nədir?" sualını, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə cavablamışdır:

"İhsan, Allaha, Onu görürmüş kimi, ibadət etməyindir..."

Bundan məqsəd, Allaha ibadət etməyə başlayarkən, bu halın reallaşdırılmasını intizar etmək və bu olmadıqca, ibadətə durmamaq deyildir. Bütün gayə, bu ruhi hal içində ibadət etmək üçün səy göstərməkdir. Qul ibadət edərkən, əgər Allah Taalanı görsəydi, uca Rəbbi'nin onun halından xəbərdar olmasını, içini və çölünü bilən və onu müraqabə etməkdə (təftiş etməkdə, nəzarət altında tutmaqda) olduğunu düşünərdi, dolayısı ilə qəflətdən və dünya məşğuliyyətlərindən qəlbini uzaq tutmağa, huşu, qəlb rahatı və zillət içərisində ibadətə riayət etməyə, var gücünü sərf edərdi. Qul, Allahı görmürsə də, Allah Taala'nın onu gördüyünü və müşahidə etdiyini düşünərsə, eyni hiss ilə ibadət etmək imkan və zövqünü tapa biləcəyinə işarətlə "ihsan" mahiyyəti tanıdılmış olur.

-------------------------------------------

"Qiyamət nə vaxd qopacaqdır?" sualına cavab olaraq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Qiyamətin qopmaq vaxtı, özündən sual soruşulan (yəni peyğəmbər), sual soruşan (Cəbrail)'dən (bu mövzuda) daha məlumatlı deyildir."

buyurması, fətva vermək mövqeyində olan elm adamlarına işıq tutan bir düsturdur. Cavabı bilinməyən bir sual soruşulduğunda, "bilmirəm" demək, insanın dəyərini kiçiltməz, əksinə ucaldar. Elmi dəyərini, səmimi təqvasını və ixlasını möhkəmləndirər.

-----------------------------------------------

Qiyamətin 2 əlaməti:

"Qiyamətin əlaməti nədir?" sualının cavabında, Allah rəsulu (sallallahu aleyhi və səlləm), 2 əlamət bildirir:

Aşağıya mətnini aldığımız birinci əlamət, fərqli mənalarda açıqlanmışdır:

"Cariyə'nin öz sahibəsini doğmasıdır."

Vəki'dən nəql edilən və alimlərin çoxunun verdiyi izaha görə, bu cümlədən məqsəd:

• İslam dininin yayılması;

• Müsəlmanların geniş şəkildə fəthlər etməsi; və

• Düşmənlərdən çox sayda əsir almasıdır.

Müsəlmanların malik olacaqları cariyələrdən doğan uşaqları, azad sayıldıqları üçün, atalarının bütün malında olduğu kimi, anaları olan cariyələrə də bir cəhətdən sahib olmuş olarlar.

İbrahim əl-Harbi belə deyir:

"Bu cümlə ilə cariyələrin hökmdarlar doğmaları və ana olan bu cariyələrin, hər kəs kimi hökmdar övladının təbəəsi mövqeyinə düşməsi mənası qəsd edilmişdir."

Sindi'nin aldığı izaha görə isə, bu cümlə, ana və ataya itaətsizliyin çoxalması mənasını ifadə edir. İtaətsizlik və üsyan səbəbilə, övlad, anasını bir cariyə məsabəsində tutacaq, cariyə üçün rəva görülə bilən davranışlar, analara ediləcəkdir.

Bu cümlə başqa şəkillərdə də açıqlanmışsa da, Nəvəvi'nin bildirdiyi kimi, bunlar, zəif görüldükləri üçün, buraya alınmamışlardır.

"və (ikinci əlamət də) yalın ayaq, çılpaq, kasıb, (qoyun-keçi) çobanlarının, binaları yüksəltmək xüsusunda, digərlərilə yarışmalarını və lovğalanmalarını görməyindir..."

Bu cümlə ilə, kasıbların və bədəvilərin sərvət sahibləri olacaqları və yüksək binalar tikərək, bu binalarla iftixar edəcəkləri qəsd edilmişdir.

Bəzi elm adamları, bu cümlədə İslamın yayılacağına işarət olduğunu söyləmişlərdir.

Hədisin:

"O, Cibril'dir. Dininizin məsələlərini sizə öyrətmək üçün yanınıza gəldi." parçası, Muslim'in başqa bir sənədlə, yenə Ömər (radiyallahu anh)'dan rəvayət etdiyi mətndə belə keçir:

"Şübhəsiz, O, Cibrildir. Sizə dininizi öyrətməyə gəldi."

Nəvəvi belə deyir:

"Bu cümlə, İslam, İman və İhsan'ın hamısına birdən "Din" deyilə biləcəyinə dəlalət edər. Yəni bu 3 məfhumun İslamdakı yerinin çox əhəmiyyətli olduğu anlaşılmış olur."

Nəvəvi daha sonra belə deyir:

"Bu hədis, elm, mərifət, ədəb və dini incəliklərə aid bir çox mühüm nöqtələri ehtiva edir. Hətta İslamın təməlini təşkil edir. İzah əsnasında, sırası gəldikcə, mühüm nöqtələri bildirdik. Bizim zikr etmədiyimiz nöqtələrdən biri də budur ki:

Bir alimin məclisinə girən kimsə, orda oturanların öyrənmələrini gərəkli gördüyü və heç birinin soruşmaq niyyətində olmadığı şər'i məsələni özü soruşmalı və beləcə, məclisdə olanların hamısının öyrənmələrini təmin etməlidir.

Digər bir nöqtə də budur:

Alim, sual soruşmaq istəyənə qarşı yumşaq davranmalı, onu yaxınına gətirməli, sıxılmadan, çəkilmədən və rahatlıqla sualını açıqca soruşmaq üçün, imkan və fürsət verməlidir. Sual soruşan adam da, sualını nəzakətlə soruşmalıdır."

 

 

 

Read 941 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR