İman və İslam eyni şeylərdirmi?

"İman və İslam sözlərinin istifadəsi, 3 fərqli cəhətdən dəyərləndirilmişdir:

• Birinci cəhət:

Alimlər, İslamın:

1. İmanın eynidirmi?

2. İmandan fərqli şeylərdirmi?

İmandan fərqli bir şeydirsə:

3. İmandan ayrıdırmı, onsuz mövcud ola bilərmi?

4. Və ya imanla bağlantılı olub onun ayrılmaz bir parçasıdırmı?

şəklində, mövzunu fərqli nöqtələrdən dəyərləndirməyə tabe tutmuş və bu dəyərləndirmə nəticəsində:

1. İman ilə İslam eyni şeydir;

2. İkisi də birləşməyən, bir birindən fərqli şeylərdir;

3. İkisi də ayrı-ayrı şeylər olmaqla birlikdə, bir birilərilə irtibatları vardır.

görüşləri iləri sürülmüşdür.

Əbu Talib əl-Məkki, bu mövzuda, olduqca girift və bir xeyli uzun bir məqalə qələmə almışdır. Biz, heç bir fayda verməyən bu şeylərə meyl etmədən, yerindəcə həqiqəti açıqlamağa girişərək, məsələnin 3 nöqtədən incələnməsi gərəkdiyini söyləyək:

• Birinci incələmə nöqtəsi:

2 sözün lüğət cəhətindən nəyi gərəkdirdikləri;

• İkinci incələmə nöqtəsi:

Şəriətin mütləq ifadələrində bu 2 kəlimə hansı mənalarda istifadə edilmişdir;

• Üçüncü incələmə nöqtəsi:

Dünya və axirətdəki hökmlərinin nələr olduğu.

---------------------

• Birinci incələmə nöqtəsi:

2 sözün lüğət cəhətindən nəyi gərəkdirdiklərinə dairdir.

Bu nöqtədə söylənəcək ilk həqiqət budur:

İman, təsdiqdən ibarətdir. Allah Taala, bir ayətdə belə buyurur:

...وَمَآ أَنتَ بِمُؤْمِنٍ...

"...sən inanan deyilsən..." (Yusuf/17)

"İnanan deyilsən" diyə məna verən "mu'min" kəliməsi, burda:

"təsdiq edən, sözümüzü doğrulayar deyilsən" mənasına gələn "musaddiq" kəliməsilə təfsir edilməkdədir.

İslam kəliməsi isə, təslimiyyət, şüurlu və içdən bir bağlılıqla bağlanmaq, kibir və inadı tərk etmək deməkdir. Təsdiqin özəl bir yeri vardır, o da qəlbdir. Dil də qəlbdəki təsdiqin tərcüməçisidir.

Təslimiyyət, ümumilik ifadə edib, qəlb, dil və digər bütün orqanları muhtəvasına alır. Elə isə, qəlblə təsdiq demək, təslim olmaq, qarşı gəlməyi və inkarı tərk etmək deməkdir.

Dil ilə etiraf da belə olduğu kimi, digər orqanlarla itaət edib bağlılıq göstərmək də belədir.

Elə isə, lüğət mənasının gərəklərinə görə, İslam, daha geniş, iman isə, daha xüsusi bir mənada istifadə edilməkdədir. Sanki iman, İslamın şərəfli bir parçası kimi olmuş olur. O halda:

"Hər təsdiq, təslimiyyətdir, ancaq hər təslimiyyət, təsdiq etmək deyildir." (Başqa bir sözlə, hər mömin, müsəlmandır, lakin hər müsəlman mömin deyildir.)

------------------

İkinci incələmə mövzusu:

Şəriətin mütləq ifadələrində bu 2 kəlimənin hansı mənalarda istifadə edildiyinə dairdir:

Bu mövzuda söylənəcək ilk həqiqət budur:

Şəriət, iman və islam kəlimələrini eyni mənalı 2 kəlimə olaraq istifadə etdiyi kimi, bir birindən fərqli mənalarda və bəzən də bir biri yerində istifadə etmişdir. Bu 2 kəlimənin şəriət dilində eyni mənada istifadə edildiklərini, aşağıda tərcümələri verilən ayət və hədislərdə görməkdəyik:

"Biz orada olan möminləri o kənddən çıxartdıq. Amma orada bir evdən başqa müsəlman tapmadıq." (Zariyat/35-36)

Bu ayətdə "əl-muminun=inananlar" və "əl-muslimun=müsəlmanlar" kəlimələri, eyni mənada istifadə edilmişlərdir. Bütün təfsir alimləri, Lutun yaşadığı yerdə Özü ilə qızlarının evindən başqa bir müsəlman evi olmadığı mövzusunda ittifaq etmişlərdir.

Digər bir ayət:

"Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!” (Yunus/84)

Bu ayətdə də iman və islam köklərindən alınmış olan "əməntum və muslimun" kəlimələri, eyni mənada istifadə edilmişdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)

"İslam, 5 təməl üzərinə bina edilmişdir:

1. Allahdan başqa İlah olmadığına və Muhammədin Allahın elçisi olduğuna şahidlik etmək;

2. Namaz qılmaq;

3. Zəkat vermək;

4. Həccə getmək;

5. Ramazan orucunu tutmaqdır."

buyurmuş ikən, bir başqa zaman Özünə imanın nə olduğu soruşulduğunda, yenə bu 5 maddə ilə cavab vermişdir.

İman və İslam sözlərinin şəriət dilində fərqli mənalarda istifadə edildiyini də, yenə aşağıdakı ayət və hədislərdə görməkdəyik:

"Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin." (Hucurat/14)

Ayət mətnində yer alan "əmənnə"= "iman etdik" kəliməsi, zahirdə "təslim olduq" mənasında istifadə edilmişdir. Elə isə, bu ayətdə Allah:

• iman kəliməsi ilə yalnız qəlbən edilən təsdiqi;

• islam kökündən alınmış "əsləmnə"= "müsəlman olduq" sözü ilə də, dil və digər orqanlarla zahirən göstərilən təslimiyyəti murad buyurmuşdur.

Cibril hədisi diyə məşhurlaşan hədisdə, Cəbrail (əleyhissəlam), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə imanın nə olduğunu soruşduğunda, Peyğəmbər:

"İman, Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, ölüm sonrası dirilişə, hesaba, xeyir və şərr ilə qədərə inanmağındır." diyə cavab vermişdir.

"Bəs İslam nədir?" şəklindəki sualını isə, yenə bu 5 maddə ilə cavablandırmış və İslamın söz və əməllə zahirən təslim demək olduğunu ifadə etmişdir.

Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'ın rəvayət etdiyi hədisdə belə deyilir:

"Bir dəfə Allah rəsulu bir nəfərə bir şeylər verib, bir başqasına heç bir şey verməyincə, Sa'd:

-Ey Allahın rəsulu! Filan kəsə bir şey vermədin, halbuki özü bir mömindir deyincə, Allah rəsulu:

-Və ya bir müsəlmandır, buyurur.

Sa'd sözlərini yeniləyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də eyni sözlərilə qarşılıq verir.

(Bu hədisdən də mömin və müsəlman kəlimələri fərqli mənalarda istifadə edilmişlərdir.)

İslam və iman kəlimələrinin şəriət dilində bir biriləri yerində istifadə edildiklərini də bu hədisdə görməkdəyik:

Rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə hansı əməllərin üstün olduğu soruşulduqda:

-İslam'dır, diyə cavab verir.

Sualı soruşan:

-Hansı İslam daha fəzilətlidir?

Allah rəsulu:

-İman, buyurur.

Bu hədis, İslam və iman kəlimələrinin həm bir birilərindən ayrı mənalarda istifadə edildiklərini, həm də bir biriləri yerində istifadə edildiklərini göstərməktədir.

Amma bir biriləri yerində istifadə edilmiş olması, lüğət cəhətdən daha uyğun görünməktədir. Çünki iman da bir əməl olub, əməllərin ən fəzilətlisidir.

İslam isə, qəlb və ya dil və ya digər orqanlarla təslimiyyətdir. Ancaq bunların ən dəyərlisi də, qəlblə edilən və iman diyə adlandırılan təsdiqdir.

İman və İslam kəlimələrinin həm fərqli, həm eyni və həm də tədaxuli, yəni bir birinin digərinin mənasını da əhatə edər bir şəkildə istifadə edilmələri, lüğət cəhətdən mümkündür.

Məsələni ayrı-ayrı mənalarda istifadələri cəhətindən ələ aldığımızda:

İmanın, yalnız qəlblə edilən təsdiqdən ibarət olduğunu söyləyərik. Bu məna, lüğət mınası ilə də eynilik təşkil edər.

İslam isə, görünüşdə təslimiyyət göstərmək deməkdir və bu məna da lüğət mənası ilə eynilik göstərir. Çünki təslimiyyət, bəzən təslimin isnad edildiyi yerə də verilə bilər. Bu tərzdə bir isimləndirməyə getmək üçün, mənanın, məhəllin bütününü əhatə etməsi gərəkməz. (Yəni bir kimsəyə müsəlman demək üçün, lüğət mənasının ön gördüyü şəkildə 3 qismi ilə də təslim olması şərt deyildir.)

Məsələn, bədənin hər hansı bir orqanı ilə başqasına toxunan bir kimsəyə toxunan mənasında "lamis" adı verilə bilir. Və bu kimsənin bütün bədəni ilə toxunması da, ön görülmür.

Elə isə, İslam kəliməsinin görünürdəki təslimiyyət mənasında istifadə edilməsi, batini təslimiyyət olmasa da, dil cəhətindən uyğundur. Hucurat surəsinin 14-cü ayətindəki "əsləmnə= müsəlman olduq" kəliməsi, bu mənada dəyərləndirilmişdir.

Yenə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) az öncə zikr etdiyimiz Sa'd b. əbi Vaqqas hədisində keçən "və ya bir müsəlmandır" sözü də, bu şəkildə izah edilmişdir. Çünki burda birini o birindən üstün tutmuş, bu fərqliliklə müsəlman kəliməsilə anılan kimsələr arasında bir üstünlüyün olduğunu murad buyurmuşdur.

İman və İslam kəlimələrinin tədaxuli mənada, yəni birinin digərinin mənasını əhatə edər bir şəkildə istifadə edilmələri də, imanın xüsusiyyəti nöqtəsində lüğətə uyğunluq göstərir. Belə bir istifadədə İslam, qəlb, söz və orqanlarla edilən təslimiyyətin bütününü əhatə edərkən, İman, İslamın bu ümumi tərifinə girən qəlbin təsdiqini yansıdır. Tədaxül sözü ilə qəsd etdiyimiz məna budur. Bu da imanın, xüsusi mənada İslam kəliməsinin də hamısını əhatə edəcək şəkildə, ümumi mənada istifadə edilməsi nöqtəsindən lüğətə uyğun düşər. Buna görə:

"Hansı İslam əfdaldır?"

diyə sual soruşan kimsəyə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) verdiyi cavabla imanı, islamın xüsusi bir bölməsi qəbul edib, imanı islamın içində mütaliə etmişdir.

İman və İslam kəlimələrinin eyni mənalı olaraq istifadə edilmələrinə gəlincə:

Bu da İslamı, qəlb və zahiri orqanlarla təslimiyyət göstərməkdən ibarət saymaqdır. Buna görə, söz və əməllə göstərilən zahiri bir təslimiyyət, batini təsdiqin bir səmərəsi, bir nəticəsi olur.

Necə ki, bəzən ağac kəliməsi mütləq söylənildiyi halda, həm özünün, həm də meyvəsinin qəsd edildiyi rast gəldiyimiz hallardandır. Bu qədər də eynilik təmin etməkdə nə artıq, nə də əskik bir yönü mövcud olmamaqdadır. Zariyat surəsinin yuxarıda verilən 36-cı ayətində "muslimin" kəliməsi, "muminin" kəliməsinin müradifi (eyni mənalısı) olaraq irad edilmiş (ortaya qoyulmuş) olur.

---------------------

• Üçüncü incələmə nöqtəsi:

İman və İslamın fiqhi hökmləri ilə bağlıdır. İslam və İman məfhumlarının:

1. Axirətlə;

2. Dünya ilə

əlaqəli olmaq üzərə 2 hökmü vardır.

Uxrəvi (axirətə aid) hökmləri bunlardır:

Mömin və müsəlmanların cəhənnəmdən çıxarılıb orda əbədi buraxılmamalarıdır. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qəlbində zərrə ağırlığı qədər iman olan kimsə, cəhənnəmdən çıxarılar."

Bu hökmün nəyə söykəndiyi və imanın nədən ibarət olduğu xüsusunda, fərqli görüşlər ön görən alimlər, bu görüşləri iləri sürmüşlərdir:

1. İman, qəlbin mücərrəd (şəkildə) inanmasıdır;

2. İman, qəlbin inanması, dilin də söyləməsidir;

3. İman, qəlbin inanması, dilin söyləməsi, orqanların da əməl etməsidir.

Biz, bu məsələnin üzərindəki pərdəni qaldıracaq və mövzunu 6 dərəcədə ələ alacağıq:

• Birinci dərəcə:

Bu 3 xisləti, yəni təsdiq, dillə söyləmək və əməli, bir arada toplayan insanların yerləri, heç şübhəsiz, cənnətdir. Bu, birinci dərəcədir.

-----------------------

• İkinci dərəcə:

İman və dilin iqrarıyla birlikdə, bəzi əməllərin də mövcud olmasıdır. Ancaq belə biri, böyük günah və ya bəzi böyük günahları da işləmiş ola bilər. Belə biri haqqında Mötəzilə firqəsi:

"Bu şəxs, bu hərəkətilə, imandan çıxmış, ancaq kafir də olmamışdır. Belələrinə fasiq deyilir. Bu kimsə, iman ilə küfr arasındakı qalan bir mənzildə olacaq."

görüşünü iləri sürmüşlərdir. Bu görüşün batil olduğunu iləridə açıqlayacağıq.

---------------------

• Üçüncü dərəcə:

Qəlb ilə təsdiq və dil ilə iqrar edib əzalarla əməl edilməməsidir. Bunun hökmündə də fərqli görüşlər vardır. Əbu Talib əl-Məkki:

"Əzalarla əməl etmək, imandandır, bunlar olmadan iman tam sayılmış olmaz."

demiş və bu mövzuda icma olduğunu, yəni alimlərin görüş birliyi içində olduqlarını iləri sürmüş və görüşlərinin əksi üçün də açıqlana biləcək dəlillər ortaya qoymuşdur.

Misal üçün dəlil olaraq bu ayəti göstərmişdir:

"İman edib saleh əməllər işləyənlər üçün, xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır." (Ra'd/29)

Halbuki bu ayətdə, əməlin imandan sonra gəldiyi və imanın eyni olmadığı görülməkdədir. Əgər ayət, bu mənada olsaydı:

"saleh əməl işləyənlər" ifadəsi, təkrar hökmündə olardı.

Qərib olan tərəfi isə, Məkki'nin bu mövzuda icma olduğunu iddia etməsidir. Bununla bərabər, o, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Heç kim iqrar etdiyi şeyi inkar etmədikcə kafir olmaz."

hədisini də əsərində nəql edir.

Və yenə Məkki, böyük günah işləyənlərin, cəhənnəmdə əbədi qalacaqlarını müdafiə edən Mötəzilə firqəsinin görüşlərini də qəbul etməmişdir. Halbuki özünün söylədikləri də, Mötəzilə'nin görüşlərilə eynidir.

İndi ona:

"Qəlbi ilə inanıb dili ilə iqrar etdikdən sonra, (əməl etməyə vaxt tapmadan) o an ölən kimsə cənnətdədir mi?"

diyə soruşulsa,

"Bəli!" deməsi lazımdır. 'Bəli' deyincə də, imanın əməlsiz olduğunu qəbul etmiş olacaq.

Daha iləri gedir və:

"Hələ yeni müsəlman olan bu kəs, üzərindən bir namaz vaxtı keçəcək qədər yaşadığı halda, namaz qılmadan və ya bu arada zina etdikdən sonra ölsə, cəhənnəmdə əbədi olaraq mı qalacaq?"

diyə soruşsaq, bu sualımıza da:

"Bəli!"

desə, Mötəzilə'nin qayəsi doğrultusunda cavab vermiş olacaq.

"Xeyr!"

deyərsə, əməlin imanın bir rüknü olmadığını, imanın gerçəkləşməsi üçün, əməlin mövcud olmasının şərt olmadığını açıqca söyləmiş olacaq.

Əgər Əbu Talib əl-Məkki:

"Mən, o sözlərimlə uzun zaman yaşayıb namaz qılmayan və şəriətin ön gördüyü əməllərdən heç birini yerinə gətirməyən kimsələri hədəf almışdım."

deyərsə, ona:

"Bu müddətin ölçüsü nədir? Edilmələri imanın batil olmasına səbəb olan böyük günahların sayı nə qədərdir?"

diyə soruşarıq.

Təbii ki, buna cavab verə bilməyəcəkdir. Bunun təqdiri mümkün deyildir. Heç kim belə bir təqdirə qalxmamışdır.

--------------------

• Dördüncü dərəcə:

Qəlbən inanıb dil ilə inancını söyləməyə və ya hər hansı bir əməli etməyə fürsət tapmadan ölən kimsənin halı nədir (və ya aqibəti necə olacaq)? Görəsən, belə bir kimsənin imanının, Allah ilə öz arasında olduğunu və öldüyünü söyləyə bilərikmi?

Bu məsələ, üzərində ixtilaf olan mövzulardan biridir. İmanın tamamlanması üçün, dil ilə iqrarı şərt qoşanlar, bu şəxsin iman etmədən öldüyünə hökm edərlər. Bu mühakimə, fasid və qeyr-i məqbuldur. Çünki Nəbi (sallallahu aleyhi və səlləm):

"Qəlbində zərrə ağırlığı qədər iman olan, cəhənnəmdən çıxar." buyurmuşdur.

Elə isə, qəlbi iman ilə dolub-daşan bu şəxs, cəhənnəmdə əbədiyyən necə buraxıla bilər ki?! Qaldı ki, yuxarıda nəql etdiklərimiz, məşhur Cibril hədisində də, imanın gerçəkləşməsi üçün, sadəcə Allaha, mələklərinə, kitablarına və axirətə inanmaq şərti qoşulmuşdur.

----------------------

• Beşinci dərəcə:

Qəlb ilə təsdiq etdikdən sonra, kəlime-i şəhadət gətirmə fürsəti və zamanı olduğu və bunu etməklə də mükəlləf olduğunu bildiyi halda, dil ilə iqrar etməyən kimsənin halı (və ya aqibəti) ilə bağlıdır. Məsələyə ilk yaxınlaşma tərzimiz belədir:

Bu kimsə inkar etməməklə birlikdə namaz qılmaqda tənbəllik göstərdiyi kimi, dil ilə iqrarda da tənbəllik göstərmiş ola biləcəyidir. Biz, bunun da mömin olub cəhənnəmdə əbədi olaraq qalmayacağına hökm edirik. Çünki iman, sırf bir təsdiqdir. Dil, imanın tərcüməçisidir. Buna görə, imanın dil ilə iqrardan əvvəl əskiksiz bir şəkildə mövcud olması lazımdır ki, dil, onu açığa çıxara bilsin. Bu görüş, daha isabətlidir. Çünki burda hökmə mövzu olacaq dəlil, sözlərin gərəklərinə tabe olmaqdır. Ərəb dilində isə, iman sözü, qəlbin təsdiqi mənasında istifadə edilmişdir. Allah rəsulu (salallahu aleyhi və səlləm):

"Qəlbində zərrə ağırlığı qədər iman olan, cəhənnəmdə çıxar." buyurmuşdur.

Vacib olan bir fel, susmaqla ortadan qalxmayacağı kimi, borc olan iqrarı etməməklə də, qəlbdəki inanc yox olmaz.

Bəziləri də bu görüşü iləri sürmüşlərdir:

"Şəhadət cümləsini söyləmək, yəni insanın müsəlman olduğunu açıqdan ifadə etməsi, təməl əsasdır. Çünki şəhadət cümlələrinin funksiyası, sadəcə qəlbdə olan inancı xəbər vermək deyil, ayrı bir əqd və şahidliyin başlanğıcıdır."

Əvvəldən də işarət edildiyi kimi, birinci görüş, daha isabətlidir.

Bu xüsusda murciə firqəsi, çox iləri dərəcədə xoş görü ilə davranmış və:

"Qəlb ilə inanan kimsə, əsla cəhənnəmə girməz, mömin nə qədər günah işləyərsə işləsin, cəhənnəmə girməz." demişlərdir.

Bir azdan bunların görüşlərini batil edib çürüklüyünü gözlər önünə sərəcəyik.

--------------------

• Altıncı dərəcə:

Dili ilə: "Lə iləhə illəllah, Muhammədur-Rasulullah" diyə müsəlman olduğunu elan edərkən, söylədiklərini qəlbilə təsdiq etməyənlərin halıdır (və ya aqibətidir). Biz, belə birinin axirətdə kafirlər kimi qarşılıq görüb cəhənnəmdə əbədi qalacağına şübhə etmədiyimiz kimi;

İdarə ilə əlaqəli dünyəvi hökmlərdə də, müsəlmanlardan sayılması gərəkdiyinə şübhə duymarıq. Çünki qəlbdə gizli inanclara, Allahdan başqa kimsə xəbərdar ola bilməz. Bizim vəzifəmiz, insanın dililə söylədiklərinə görə qarşılıq verməyimiz, dililə söylədiklərinə, qəlbilə də inandığına hökm etməməyimizdir.

(Hüccətü'l-İslam imam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1. Cild, 2. Kitab/4. Bölmə: "İman və İslam", s. 258-266)

Read 3 times
In order to make a comment, please login or register