İnanmaq ehtiyacı anadangəlmədirmi?

 

     İsveçrəli psixoloq Pierre Bovet, "Din Duyğusu və Uşaq Psixologiyası" adlı əsərində, müəyyən bir yaşa gələn bütün normal uşaqların, məhz özlərinə məxsus tamamilə "öz malları" olan (yəni fitrətlərində olan) sanki "təbii bir dinləri" vardır. Bu ibtidai inancların təşəkkülündə, cəmiyyət qədər, fərdin şüur, idrak və müzəyyiləsi də əhəmiyyətli rol oynayar. Bəlkə uşaq, cəmiyyətdən əldə etdiyi dini anlayışların mahiyyətini, birbaşa özü təyin edir. Ancaq, zaman keçdikcə cəmiyyət ilə öz arasındakı təzadları görər, yeni adaptasiyalara gedər. Sevgili Peyğəmbərimiz sallallahu aleyhi və səlləm'dən öyrəndiyimizə görə:

"Bütün uşaqlar İslam fitrəti üzrə doğularlar, daha sonra, onları, anaları, ataları (və cəmiyyət) bu və ya digər dinə yönəldər."

     Uşaqların "fitri dini" mövzusunda bir çox elm və fikir adamı araşdırma etmişdir. Bunlardan biri də Amerikalı filosof William Jamesdir. O, uşaqda, cəmiyyətin müdaxiləsi olmadan meydana gələn "təbii din duyğularını" tutmaq üçün, Ballard adında, on bir yaşına qədər, heç bir dərs almamış olan kar və dilsiz bir uşağın xatirələrini və davranışlarını incələmişdir. Sonradan yaxşı bir təhsil alan bu uşaq, təhsildən əvvəlki "metafizik" düşüncə və duyğularını beləcə özətləmişdir:

     "Atamla gəzintiyə çıxdığımız olurdu. Təbiət və mənzərələr mənə çox təsir edirdi. Danışmağı və yazmağı bilmir, fəqət düşünürdüm. Öz özümə soruşurdum: "Görəsən dünya necə var oldu?","İnsan, həyata necə başladı?","Bitkilər və digər canlılar necə meydana gəldi?","Dünyanı, Ayı, Günəşi var edən səbəb nədir?","Bu əşya aləmi necə doğuldu?","Bütün bu sualları kim ağlıma gətirir?","İlk insan, ilk heyvan, ilk bitki, toxumsuz necə meydana gəldilər?","Haradan gəlib hara gedirik?","Kainatın başlanğıcı necə ola bilərdi? "Xüsusilə, bu suala cavab tapa bilməzdim. Düşünər, düşünər vaz keçər, bir müddət sonra, yenə eyni məsələyə qayıdardım." (bax. Pierre Bovet, Din Duyğusu və Uşaq Psixologiyası, s.71-72).

  Daha bir çox psixoloq bu mövzunu araşdırmış, aşağı yuxarı eyni nəticələrə gəlmişlər. Beləcə aydın olmuşdur ki, uşaq da ən kiçik yaşdan etibarən, kainata və təbiətə maraqla yönələr və yuxarıda nümunəsini verdiyimiz sualları soruşarlar. Bu, insanın "təbiəti" dir, "fitrəti" dir. Göründüyü kimi, bu suallar, sadəcə mütəfəkkirlərin və filosofların deyil, uşaq, gənc və yetkin hər kəsin zehinini məşğul etməkdədir.

     Uca və müqəddəs kitabımız Qur'an-ı Kərim, Böyük Peyğəmbər Hz. İbrahim Aleyhissalam'ın uşaq yaşda olarkən, təbiətə və kainata yönələrək ulduzlarda, Ay'da və Günəş'də Uca Yaradanı arayışını, daha sonra bunları aşıb "ötələrin ötəsinə" doğru qanadlanışını nə gözəl izah edir.

Read 3.008 times
In order to make a comment, please login or register