İnsanlar öldükləri niyyət üzərəmi dirildiləcəklər?

4229- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İnsanlar (ölərkən daşıdıqları) niyyətləri üzərlərinə dirildilərlər."

---------------

4230- Cabir (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İnsanlar (ölərkən daşıdıqları) niyyətlər üzərinə həşr olunarlar."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü''z-Zühd (Zühd kitabı): "Niyyət babı", hədis no: 4229, 4230

-------------------------

İzahı:

4229 no-lu əbu Hureyrə (radiyallahu anh) hədisini, Əhməd də rəvayət etmişdir. İmam Muslim, 4230 no-lu Cabir (radiyallahu anh) hədisinin bənzərini "Kitabu'l-Cənnə" bölməsinin son babında rəvayət etmişdir. Onun hədis mətni:

"Hər qul, öldüyü hal üzərə dirildilər." şəklindədir.

------------------------

Nəvəvi, Cabir (radiyallahu anh)'ın hədisi ilə bağlı olaraq:

Alimlər, bu hədisin mənasının belə olduğunu söyləmişlərdir:

Yəni hər qul, öldüyü hal üzərə dirildilər.

əl-Hafni, "Camiu's-Sağir" haşiyəsində, əbu Hureyrə (radiyallahu anh) hədisinin izahı məyanında belə deyir:

"Yəni insanlar öldüyü zaman, daşıdıqları niyyətləri nədirsə, ona görə dirildilirlər. Bu səbəblə, bir cinayət işləmək qərarında olub, bu günahı işləmək üçün fürsət axtararkən bunu reallaşdıra bilmədən ölən bir kimsə, bu çirkin niyyəti və qərarı daşıyaraq dirildilər və əzmindən dolayı məsul tutular. Məhşər meydanında bu sifəti ilə təşhir edilər (göstərilər, sərgilənər).

Bunun əksinə, dini elm öyrənmək və ya oruc tutmaq niyyət və qərarında ikən, bunu reallaşdıra bilmədən ölən bir kimsə, bu gözəl sifəti daşıyaraq dirildilər və sanki o xeyri işləmiş kimi savablandırılar."

əl-Əzizi də:

"Yəni insanlar ölərkən, daşıdıqları xeyir və ya şər niyyətlər üzərinə dirildilər və bu niyyətlərə görə savab və ya cəza görərlər." demişdir.

O, hədisdəki "niyyətlər" kəliməsini, "əməllər" diyə açıqlamışdır. Bu izaha görə, hədisin mənası belə olur:

"İnsanlar, işlədikləri əməllər üzərinə dirildilərlər."

Artıq Allaha itaət edən mömin mükafatlanar. Günahkar mömin isə, Allahın diləməsi hökme altındadır. Yəni Allah istərsə, bağışlayar. İstərsə də, cəzalandırar.

Read 11 times
In order to make a comment, please login or register