İnsanların hidayətinə vəsilə olmasındakı müjdəli xəbərlər
Səhl b. Sə'd'dən rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Xeybər günü belə buyurdu:
"Sabah bu bayrağı, Allahın özünə fəth nəsib edəcəyi bir adama verəcəm. O, Allah və Rəsulunu sevər; Allah və Rəsulu da onu sevər."
- (Səhl) deyir:
İnsanlar o gecəni, bayrağın kimə veriləcəyini düşünərək keçirdilər. Sabah olduğunda, insanlar, bayrağın özünə veriləcəyi ümidilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına getdilər.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Əli b. əbu Talib hardadır?" deyə soruşdu.
- Peyğəmbərə:
"(Əlinin) gözləri ağrayır." deyə cavab verildi.
- (Səhl) deyir:
(Bunun üzərinə) Əliyə xəbər göndərdilər. Əli gəldi və Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun gözlərinə tüpürdü və ona dua etdi. (Əli, dərhal) sağaldı, sanki heç bir narahatlıq hiss etməmiş kimi oldu və (Peyğəmbər), bayrağı ona verdi.
- Əli (radiyallahu anh):
"Ey Allahın rəsulu! Onlar da bizim kimi olana qədər onlarla döyüşəcəmmi?" dedi.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu:
"Sən, onların olduqları yerə yavaş-yavaş get (yəni dərhal döyüşə girmə). Sonra onları İslama dəvət et və (müsəlman olaraq) Allahın haqqı olaraq yerinə yetirmələri lazım olanları onlara bildir.
Allaha and olsun ki, Allahın sənin vəsilənlə tək bir şəxsi belə hidayət etməsi, sənin gözəl (qırmızı) dəvələrə sahib olmağından daha xeyirlidir."
-----------------------------------------------
Şərhi:
"...Sabah sancağı...verəcəyəm -yaxud: sancağı alacaq.-"
Bureydə təriqilə gələn hədisdə:
"Şübhəsiz, Mən, sabah bu sancağı, Allah və rəsulunun özünü sevdiyi bir adama verəcəm." buyurulmaqdadır.
(Sələmə rəvayətindəki) "rayə" ilə; Bureydə'nin rəvayət etdiyi hədisdəki "liva" kəliməsi, eyni mənadadır. Hər ikisi də, ordu komandirinin yerinin özü ilə bilindiyi, döyüşdə istifadə edilən bayraq deməkdir. Bəzən onu, ordu komandiri daşıyır; bəzən də onu, əskərin önündən gedən şəxsə verir.
--------------------------------------
"(Sancağı) ona verdi və Allah, ona fəth nəsib etdi."
Səhl təriqilə gələn hədisdə: "Sancağı ona verdi."
Əbu Səid yolu ilə rəvayət edilən Əhməd (b. Hənbəlin Müsnəd'i)'ndə yer alan hədisdə isə: "O getdi və nəhayət, Allah ona Xeybər və Fədəyi fəth etməyi nəsib etdi. Oranın əcvə (deyilən xurma)'sını da gətirdi." deyilməkdədir.
Xeybərin silahlamı, yoxsa sülh yolu ilə fəth edildiyi xüsusunda, görüş ayrılığı vardır.
Əbdü'l-Əziz b. Suheyb'in, Ənəs (radiyallahu anh)'dan rəvayət etdiyi hədisdə, Xeybər fəthinin silah yolu ilə olduğu, açıqca ifadə edilməkdədir. İbn Abdi'l-Bərr də, bunu qəti olaraq bildirmiş və Xeybərin sülh yolu ilə fəth edildiyini söyləyənlərin görüşlərini rədd edərək belə demişdir:
"Xeybərin sülh yolu ilə fəth edildiyini söyləyənlərin tərəddüdə düşmələrinin səbəbi, qanlarının qorunmasını təmin etmək məqsədilə 2 qalanın şəxsən orda olanlar tərəfindən təslim edilmiş olmasıdır. Bəli, bu, bir növ sülhdür, ancaq bu, yalnız bir mühasirə və bir döyüşdən sonra olmuşdur."
Lakin daha qüvvətli olan görüşə görə, bu xüsusdakı şübhə, ibn Ömər'in bu sözlərindən qaynaqlanmaqdadır:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Xeybərlilərlə döyüşdü. Qalib gələrək xurmalıqları ələ keçirdi. Onları saraya (yəni qalaya) sığınmaq məcburiyyətində buraxdı. Sarı (qızıl)'ları, ağ (gümüş)'ləri və silahları Özü üçün ayırıb, Özündən heç bir şeyi gizləməmək və saxlamamaq şərtilə, miniklərinin daşıya biləcəkləri yüklərin də özlərinə aid olmaq üzərə, onunla sülh etdilər."
Bu şəkildə rəvayət edilən hədisin sonunda da, bu ibarələr yer almaqdadır:
"Onların qadınlarını və uşaqlarını əsir aldı. Əhdlərini pozduqları üçün də mallarını paylaşdırdı. Onları sürgün etmək istəyincə:
'Bizi bu torpaqlarda burax, buranı işləyək.' dedilər."
----------------------------------------
"Bizim kimi oluncaya qədər..."
Yəni, İslama girmələrini təmin edincəyə qədər.
------------------------------------
"Sonra onları İslama dəvət et..."
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Onları dəvət et." buyuruğu, döyüşməyin caiz olması üçün dəvətin şərt olduğuna dəlil göstərilmişdir. Bu xüsusdakı görüş ayrılığı isə, məşhurdur. (Belə ki):
~ Bunun qeydsiz-şərtsiz şərt olduğu söylənilmişdir. Bu görüş, Malik'dən rəvayət edilmişdir. Dəvətin onlara çatıb-çatmamağı arasında fərq yoxdur. Malik deyir:
"Ancaq onların daha tez davranıb Müsəlmanlara hücum etməsi halı, müstəsnadır." (Yəni erkən davranarlarsa, İslam dəvəti çatsa da, çatmasa da, yenidən dəvət etmək, tərk edilə bilər. Əks halda, yəni onların Müsəlmanlara hücum təhlükəsi yoxdursa, İslam dəvəti onlara döyüşdən qabaq çatsa da, çatmasa da, dəvət etmək şərtdir.)
~ Mütləq olaraq şərt olmadığı da söylənilmişdir. Şafi'dən də buna bənzər bir görüş nəql edildiyi kimi, yenə ondan:
"Dəvətin çatmamış olduğu kimsələrlə, onları dəvət etmədən onlarla döyüşülməz...Lakin dəvətin özlərinə çatmış olduğu kimsələrə, onları dəvət etmədən də hücum etmək, caizdir." dediyi də rəvayət edilmişdir.
Bu xüsusdakı hədislərin müqtəzası (gərəyi) də, budur.
Səhl'in rəvayət etdiyi hədisdəki ifadələr də, müstəhəblik üçün qəbul edilir. Buna dəlil də, Ənəs təriqilə rəvayət edilən hədisdə bildirildiyi üzərə,
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onlar arasında nidanı (yəni sabah namazı üçün azanı) eşitməyincə, Xeybərlilərin üzərinə hücum etdi." şəklindəki açıqlamasıdır.
Bu hücum isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in onların yanına ilk getdiyi vaxtda edilmişdi. Əli (radiyallahu anh) hadisəsi isə, bundan sonra olmuşdu.
~ Hənəfilərdən gələn rəvayətə görə isə, qeydsiz və şərtsiz, düşmənlərə anidən hücum etmək, caizdir. Bununla bərabər, onları dəvət etmək də, müstəhəbdir.
----------------------------------------------
"Allaha and olsun ki, Allahın sənin vəsilənlə tək bir şəxsi belə hidayət etməsi..."
Bundan:
Müsəlman oluncaya qədər, kafirin qəlbinin İslama isinməsini təmin etməyin, tez davranıb onlarla döyüşməkdən daha əvla olduğu başa düşülməkdədir.
----------------------------------------------
"Gözəl (qırmızı) dəvələr..."
Bu da, bəyənilən, sevilən dəvələrin rəngləri arasındadır.
----------------------------------------------
~ Bir açıqlamaya görə, bundan məqsəd:
Sənin üçün, bu (yəni, insanlarin hidayətinə vəsilə olmağın), sənin belə dəvələrə sahib olub onları sədəqə olaraq paylamağından daha xeyirlidir. (Yəni sədəqə olaraq bu dəvələr paylanılıb bitsə, əcrin də bitəcəkdir. Ancaq sənin əlinlə iman etmiş kimsə, İslam üzərə davam etdikcə, onun hidayətinə vəsilə olduğun üçün, etdiyi hər xeyir işdə, bir misli də sənin üçün vardır və bu da, bitməz. Bu cümlədən də görüldüyü kimi, uxrəvi/axirətə aid mənəvi qazanc, maddi qazancla qiyaslanmışdır. Yəni, dünyanda qazana biləcəyin ən böyük qazanc, bir insanın İslama girməsinə vəsilə olmaqdır.)
~ Bir açıqlamaya görə də, bundan məqsəd:
(Bir insanın hidayətinə vəsilə olmağın), belə dəvələrə sahib olmağından daha xeyirlidir. Çünki bu cür dəvələr, ərəblərin özlərilə bir-birilərinə qarşı qürurlandıqları mallarından idi.
("Fəthu'l-Bari", 64-cü kitab: "Məğazi (Peyğəmbərin qəzaları, hərbi yürüşləri) kitabı", 38-ci bab: "Xeybər döyüşü", hədis no: 4210)
- Həsən və Hüseynin fəziləti
- Peyğəmbər günah işləmişdirmi?-4
- Peyğəmbər cinləri görmüşdürmü?
- Təvazö haqqında
- Allah üçün təvazökar olanlar
- On Haqq
- "Əgər dünya Allah qatında bir milçək qanadı qədər qiymət daşısaydı, Allah kafirə ondan bir qurtum su içirməzdi." hədisini izah edərsinizmi?
- Təvəssül- 1
- Evlənmək istədiyimiz qadına baxa bilərikmi?
- Kasıb möminlər, varlı möminlərdən daha fəzilətlidirlərmi?