İntihar edənlər əbədiyyən cəhənnəmlikdirlərmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim bir zəhər içərək özünü öldürərsə, o kimsə, cəhənnəm atəşi içində əbədi qalaraq, daim o zəhəri içməklə əzablandırılacaqdır."

-------------------------

İzahı:

Bu hədisi, bənzər ləfzlərlə, Kutubu'l-Sittə müəllifləri (Buxari, Muslim, Tirmizi, əbu Davud, Nəsai, ibn Macə) də rəvayət etmişlərdir:

Müəllifimiz ibn Macə'nin rəvayətində, "..kim bir zəhər içərək..." ifadəsi istifadə edilmiş olsa da, məqsəd, hər hansı bir şəkildə zəhəri qəbul etməkdir. Bu:

~ içmək surətilə olduğu kimi;

~ yemək surətilə; və ya

~ başqa bir maddəyə qarışdırıb içmək, yemək; və ya

~ başqa yolla vücuda daxil etmək şəklində də ola bilər.

Necə ki, Tirmizi'nin rəvayətində:

"...və kim özünü bir zəhərlə öldürərsə..." ifadəsi istifadə edilmişdir.

Bu hədisin zahirinə görə, zəhər qəbul etmək surətilə intihar edən kimsə, əbədi olaraq cəhənnəmdə yanacaqdır. Halbuki, əhl-i sünnətə görə, imanlı ölən kimsələrin, əbədi olaraq cəhənnəmdə qalmayacaqları və nəticə etibarı ilə cənnətə girəcəkləri, sabitdir. Bu etibarla, alimlər, bu hədisi belə təvil edirlər:

"Yəni intihar etməyin haramlığını inkar edərək və bunun halallığına inanaraq bu feli işləyən kimsə, əbədi olaraq cəhənnəmlikdir. Çünki haram olan bir şeyi halal saymaq, küfrdür. Ya da qəsd edilən məna, bu şəkildə intihar edən kimsənin, uzun müddət cəhhənəmdə tutulmasıdır."

(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu't-Tibb" (Tibb kitabı), 11-ci bab: "Xəbis (pis) dərman içməyin nəhyi/qadağanlığı babı", hədis no: 3460)

---------------------------

Nəvəvi isə, Muslim şərhi olan "əl-Minhac"da (İman kitabı, "İnsanın özünü öldürməsinin böyük bir haram olduğu, hər hansı bir şeylə özünü öldürən şəxsin cəhənnəmdə onunla əzab ediləcəyi və cənnətə müsəlman şəxsdən başqasının girməyəcəyi" babında) belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hədisdəki:

"O, əbədiyyən cəhənnəmdə qalacaqdır."

buyuruğu ilə, fərqli izahlar verilmişdir:

1. Bu hökm, haram olduğunu bilməklə birlikdə halal qəbul edərək, bu işi edən şəxs haqqında təvil edilir. Belə bir kimsə kafir olar, cəzası da budur (yəni haramı halal qəbul etdiyi üçün kafirdir və kafirin də hökmü, əbədiyyən cəhənnəmdə qalmaqdır).

2. Əbədi qalmaq, həqiqi mənası ilə deyil, davam edib gedən uzun bir müddət orda qalmaq mənasındadır. Bu:

"Uca Allah, xəlifənin mülkünü əbədi qılsın." deməyə bənzəyir.

3. Onun əsl cəzası budur (yəni əbədiyyən cəhənnəmdə qalmaq, onun əsl cəzasıdır), ancaq şanı uca olan Allah, lütf və ehsan edərək, müsəlman olaraq ölən şəxsi, cəhənnəmdə əbədi buraxmayacağını xəbər vermişdir.

Read 64 times
In order to make a comment, please login or register