İqamə cümlələrinin 2-2 oxunması
567. Abdu'r-Rahmən b. əbu Leyla'nın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələri, belə demişlərdir:
Abdullah b. Zeyd əl-Ənsari, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, belə dedi:
"Ey Allahın rəsulu! Yuxumda, üzərində yaşıl 2 paltar olan bir adam gördüm. Bir divarın üzərinə çıxdı və kəlimələrini 2-2 söyləyərək, azan oxudu və iqamə gətirdi." (Beyhaqi, "əs-Sünənu'l-Kubra", l, 390)
Hədisi, ibn əbi Şeybə, "əl-Musannəf"ində (l, 203) rəvayət etmişdir. Beyhaqi də ("əs-Sünənu'l-Kubra", l, 390), bu hədisi, Vəki'dən rəvayət etmişdir. "əl-İmam"da, belə deyilir:
"Bu hədisin raviləri, 'Səhih'in raviləridir. Bu hədis, səhabələr adil olduqları üçün, muttəsil (bitişik)'dir. Səhabələrin adlarının bilinməməsi, hədisin muttəsilliyinə zərər verməz." (Zeylai, "Nasbu'r-Rayə", l, 14)
----------------------------
568. Abdu'r-Rahmən b. əbu Leyla'nın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələri, belə demişlərdir:
"Abdullah b. Zeyd əl-Ənsari, yuxusunda azanı gördü və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, xəbər verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Gördüklərini, Bilala öyrət.' buyurdu. Bilal, sözlərini 2-2 söyləmək üzərə azan oxudu. Sonra, sözlərini 2-2 təkrarlayaraq, iqamə gətirdi və qısa bir müddət oturdu."
Hədisi, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 131) rəvayət etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 52)
-------------------------------
569. əbu'l-Amis'in, Abdullah b. Zeyd əl-Ənsari (radiyallahu anh)'ın nəvəsi Abdullah b. Muhamməd'dən nəqlinə görə, babası, (yuxusunda) azan və iqamə cümlələrinin 2-2 təkrarlandığını görür. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, bunu xəbər verir. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Gördüklərini, Bilala öyrət!" deyə əmr edir. Abdullah b. Zeyd (radiyallahu anh), belə davam edir: "Mən ilərlədim. Mənə, iqamə gətirməyimi əmr etdi."
Hədisi, Beyhaqi, "əl-Xilafiyyat"ında rəvayət etmişdir. Hafiz ibn Həcər, "əd-Dirayə"də, isnadının səhih olduğunu söyləmişdir. (Niməvi, "Asaru's-Sünən", l, 52)
---------------------------
570. Şa'bi'nin nəqlinə görə, Abullah b. Zeyd əl-Ənsari (radiyallahu anh), belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in azanını dinlədim. Onun azanı və iqaməsi, hər bir cümlənin, 2-2 təkrarlanması şəklində idi."
Hədisi, əbu Avanə, "Səhih"ində rəvayət etmişdir. Hədis, mürsəl və güclüdür. (Niməvi, "Asaru's-Sünən", l, 52)
---------------------------
Tahavi'nin nəqlinə görə, Əbdü'l-Əziz b. Rəfi, belə deyir:
əbu Məhzura (radiyallahu anh)'ı, azan oxuyarkən eşitdim. Azan cümlələrini, 2-2 oxuyurdu; iqaməni də, 2-2 oxuyaraq gətirirdi. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 136)
İbnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi" adlı əsərində (l, 108), bu rəvayətin səhih olduğunu bildirmişdir.
---------------------------------
...İqamə gətirərkən cümlələri 2-2 söyləmək hökmü ilə zidd düşən hədisi, "Kütüb-ü Sittə" imamları, Ənəs (radiyallahu anh)'dan bu şəkildə rəvayət etmişlərdir:
"Bilala, azan cümlələrini, 2 dəfə; iqaməni isə, 1 dəfə söyləmək əmr edildi." ("əl-Muntəqa").
"Neylu'l-Əvtar"da, belə deyilir:
Nəsai, Tirmizi və ibn Macə rəvayətlərində, "iqamə" sözü, mövcud deyildir. (Hədis, səhihdir. Nəsai, "Azan"/2; Tirmizi, "Salat"/27; ibn Macə, "Azan"/6)
Yenə, "Neylu'l-Əvtar"da, belə deyilir:
Bundan daha da açığı, Nəsai və başqalarının, Quteybə vasitəsilə Abdu'l-Vəhhab'dan:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Bilala əmr etdi." rəvayətləridir. (Hədis, səhihdir. Şəvkani, "Neylu'l-Əvtar", l, 330, 340)
əbu Davud, Nəsai və Əhməd b. Hənbəl'in, ibn Ömər (radiyallahu anh)'dan nəql etdikləri rəvayət, belədir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dövründə, azan cümlələri, 2 dəfə; iqamə isə, 1 dəfə söylənərdi. Ancaq o, qad qaməti's-salah, qad qaməti's-salah deyərdi. Biz, iqaməni eşitdiyimizdə, dəstəmaz alar; sonra namaza çıxardıq." (Hədis, həsəndir. əbu Davud, "Salat"/29; Nəsai, "Azan"/2; Əhməd b. Hənbəl, ll, 85)
Yə'muri, bu hədisin isnadının səhih olduğunu bildirmişdir. (Şəvkani, "Neylu'l-Əvtar", l, 243)
Buna cavabımız, belədir:
Əlavəni əsas götürmək, -xüsusilə isnad cəhətindən daha güclü olduğu təqdirdə- daha əvladır. Tahavi, "Şərh-u Məani'l-Asar"da (l, 81) belə deyir:
"Məani'l-Asar'ın rəvayətinin səhih olduğunu söyləmək, iqamənin də, zikr etdiyimiz üzərə, azan kimi olmasını gərəkdirir. Çünki, Bilal (radiyallahu anh)'a əmr edilənin nə olduğu xüsusunda, ixtilaf vardır."
Bilal (radiyallahu anh), daha sonra, iqamə ləfzlərini, 2-2 söyləmək tətbiqatında sabit qaldı. Bunu, özündən gələn rəvayətlərin mütəvatirliyindən başa düşürük. Beləcə, başa düşülmüş olur ki, bu tətbiqat, özünə əmr ediləndir.
İbn Həcər Asqalani, "ət-Təlxisu'l-Habir"ində (l, 74), belə deyir:
"İqamə cümlələrinin 2-2 söylənəcəyini ifadə edən əbu Məhzura (radiyallahu anh) hədisi, Nəsai və başqa hədis kitablarında mövcud olub, məhşurdur."
Fitr b. Xəlifə'nin nəqlinə görə, Mücahid, iqamə ləfzlərinin 1-1 söylənməsi üzərinə, belə demişdir:
"Bu, əmirlərin xəfifə aldıqları bir şeydir. İqamə cümlələri, 2-2 söylənər."
Bu rəvayəti,
~ Abdu'r-Rəzzaq ("əl-Musannəf", l, 463);
~ ibn əbi Şeybə ("əl-Musannəf", Vll, 255); və
~ Tahavi ("Şərh-u Məani'l-Asar", l, 136)
nəql etmişlərdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 54).
Doğrunu ən gözəl, uca Allah bilir.
(Təhanəvi, "İ'lau's-Sünən")
