İqamətə 15 gün niyyət edilmədikcə, namazların qısaldılacağı
1998. Mücahid'in, belə dediyi nəql edilmişdir:
"ibn Ömər (radiyallahu anh), bir yerdə 15 gün qalmağa qərar verdiyində (yəni, niyyət etdiyində), namazlarını tam qılardı."
Xəbəri, ibn əbi Şeybə, "əl-Musannəf"ində (ll, 208) nəql etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", ll, 66)
-----------------------
-----------------------
1999. Mücahid'in nəqlinə görə:
"ibn Ömər, Məkkə'də 15 gün qalmaq istədiyində (yəni, buna niyyət etdiyində), -2 rükətin ardınca etdiyi qa'də/oturuşdan sonra- belini düzəldər (yəni, qalxar) və 4 rükət qılardı."
Hədisi, imam Muhamməd b. əl-Həsən, "Kitabu'l-Hucəc"də rəvayət etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", ll, 665)
-------------------------
-------------------------
2000. Mücahid'in nəqlinə görə, Abdullah b. Ömər (radiyallahu anh), belə demişdir:
"Əgər musəfir/səfəri ikən, bir yerdə 15 gün qalmağa (niyyət etdiyin) təqdirdə, namazını tam qıl. Orda nə qədər qalacağını bilmirsənsə, qısaldaraq qıl."
Xəbəri, imam Muhamməd b. əl-Həsən, "əl-Asar" adlı əsərində nəql etmişdir. İsnadı, həsəndir. (Niməvi, "Asaru's-Sünən", ll, 66)
Bu xəbəri, hafiz ibn Həcər (Asqalani), "əd-Dirayə"sində (s. 129), ibn Ömər və ibn Abbas'dan rəvayət etmiş və Tahavi tərəfindən nəql edildiyini bildirərək, xəbər haqqında bir söz danışmamışdır.
Müəllif deyir:
Yuxarıdakı xəbərlər, səfər halındakı bir kimsənin, orda 15 gün qalmağa niyyət etmədiyi təqdirdə, namazı qısaldacağına, açıq dəlildirlər. Hərçənd, ilk 2 xəbərdə, insanın 15 gündən daha az qalmağa niyyət etdiyində tam qıla bilməyəcəyini göstərən bir ifadə yoxdur. Lakin, 3-cü hədis, buna dəlalət etməkdədir ki, bu babda əsl rəvayət, odur. İlk ikisi isə, onu dəstəkləməkdədir.
İmam əbu Bəkr ər-Razi əl-Cəssas, "Əhkamu'l-Quran" adlı əsərində (təfsirində), belə deyir:
Namazın tam qılınacağı müddətin nə qədər olduğu cəhətində, ixtilaf edilmişdir. (Belə ki):
~ Əshabımız (yəni, Hənəfi məzhəbi imamlarımız) və Sevri: "Bir kimsə, bir yerdə 15 gün qalmağa niyyət etdiyi təqdirdə, namazını tam qılar. Bundan daha az qalacaqsa, qısaltmağa davam edər." demişlərdir.
~ imam Malik, Leys və Şafi isə, "İnsan, bir yerdə 4 gün qalmağa niyyət etdiyində, namazını tam qılar." demişlərdir.
~ Əvzai'nin görüşü isə: "Səfər halındakı bir kimsənin, bir yerdə 13 gün qalmağa niyyət etdiyində, namazı tam qılacağı; bundan daha az bir müddət qalmağa niyyət etdiyində qısaldacağı" yönündədir.
(Deyirəm:
Tirmizi'nin nəqlinə görə, Əvzai: "Bir kimsə, bir yerdə 12 gün qalmağa niyyət etdiyində, namazı tam qılar." demişdir.)
~ əl-Həsən b. Salih isə, belə demişdir: "Səfəri, bir yerdə 10 gün qalmağa niyyət etmədiyi müddətcə, namazı qısaldar. 10 gün qalmağa niyyət etmişdirsə, tam qılar."
Deyirəm:
Belə bir görüş, Əli (radiyallahu anh)'dan da nəql edilmişdir. O, belə deyir: "Səfəri bir kimsə, bir yerdə 10 gün iqamət edərsə, namazı tam qılar." Bu xəbəri, Tirmizi, muallaq olaraq nəql etmişdir. Eyni xəbəri, Abdu'r-Razzəq isə, bu şəkildə rəvayət etmişdir: "Bir yerdə 10 gün iqamət edəcəksənsə, namazı tam qıl. Əgər bu gün çıxaram və ya sabah çıxaram deyirsənsə, orda 1 ay belə qalsan, 2 rükət qıl." (Abdu'r-Razzəq, "əl-Musannəf", ll, 532)
Tirmizi'nin 4 şərhində də, belə qeyd edilmişdir. (I, 509)
Şəvkani, "Nəylu'l-Əvtar"da, xəbəri, ondan bu şəkildə nəql etmiş və belə demişdir:
Xəbər, ibn Abbas'dan, "Namazı, ancaq, bir yerdə 10 gün iqamət etməyə niyyət edən tam qılar." şəklində nəql edilmişdir. Mən, bu xəbərin sənədindən heç birindən xəbərdar ola bilmədim.
əbu Bəkr əl-Cəssas, belə deyir:
ibn Abbas və Cabir (radiyallahu anhuma)'nın nəqlinə görə:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məkkə'yə, zi'l-hiccə'nin dördüncü gününün sabahında gəldi. Burda, 4, 5, 6 və 7-ci günlərdə iqamət etdi. Zi'l-hiccənin 8-ci günü, sabah namazı qıldı. Sonra, Mina'ya doğru yola çıxdı. Təşriq günləri keçdikdən sonra, Məkkə'dən Mədinə'yə doğru yola çıxdı.
Bütün bunlar, Buxari və Muslim və başqa əsərlərdə yer almaqdadır. Eyni nəqli "Nəylu'l-Əvtar" ilə birlikdə nəşr edilmiş olan "əl-Muntəqa"da da (lll, 84) görmək, mümkündür.
Nəticə olaraq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yola çıxdığı ana qədər ki iqamət müddəti, 4 gündən çoxdur və Özü, bu günlərdə, namazı qısaltmışdır. Bu, bizə, 4 günün düşdüyünü (yəni, dəlil olma gücünü itiridiyini) göstərməkdədir. (Buna, "Nəylu'l-Əvtar"da bildirildiyi üzərə, "əl-Muntəqa" müəllifi də işarət etmişdir.)
Digər tərəfdən, imam əbu Hənifə'nin, Ömər b. Zərr ---> Mücahid isnadı ilə nəqlinə görə, ibn Abbas və ibn Ömər, belə demişlərdir:
"Səfəri olaraq bir diyara gəldiyində, burda 15 gecə qalacaqsansa, namazı tam qıl. Burdan nə vaxt ayrılacağını bilmirsənsə, qısalt."
Sələfdən heç kimdən, bunun əksi yönündə bir görüş nəql edilməmişdir. Dolayısı ilə, bunun hüccət olması sabit olmaqdadır. (Cəssas, "Əhkamu'l-Quran", ll, 256)
Deyirəm:
Yuxarıdakı imam əbu Hənifə hədisi, Onun, "Camiu'l-Məsənid" adlı əsərində (l, 404), bu şəkildə yer almaqdadır:
Musa b. Muslim'in, Mücahid'dən nəqlinə görə, ibn Ömər və ibn Abbas, belə demişlərdir:
"Bir yerdə 15 gün qalmağa niyyət etdiyində, namazı tam qıl."
Bu xəbərdə, imam əbu Hənifə'nin şeyxi, Ömər b. Zərr deyil; Musa b. Muslim'dir. Hər halda, imam əbu Hənifə, bu rəvayəti, Ömər b. Zərr'dən də rəvayət etmiş olsa gərəkdir. Çünki, Özü, ondan, çox xəbər nəql etmişdir.
~ Hafiz Zeylai, "Nasbu'r-Rayə"də;
~ Hafiz ibn Həcər, "əd-Dirayə"də;
~ Ayni, "Umdətu'l-Qari"də (lll, 53);
~ Şəvkani, "Nəylu'l-Əvtar"da (lll, 85) və
~ Zurqani, "Şərhu'l-Muvatta"da (ll, 268),
15 günlük müddət təhdidinin (yəni, məhdudiyyətinin), sadəcə ibn Ömər'dən deyil; ibn Abbas'dan da rəvayət edildiyini vurğulamaqdadırlar. Necə ki, Tahavi və imam əbu Hənifə, onlardan bu xəbəri nəql etmişdir. "əl-Hidayə" müəllifi, "Bizim məzhəbin görüşü, ibn Abbas və ibn Ömər'dən rəvayət edilmişdir." şəklində bir ifadə istifadə etməkdədir. Yuxarıda adı keçən böyük alimlərin, xüsusilə də hafiz ibn Həcər'in, bu xəbəri ibn Abbas və ibn Ömər'ə nisbət etdikdən sonra, bu sözün doğruluğunda, heç bir şübhə qalmaz. Çünki ibn Həcər, öz nəzdində sabit olmadıqca, bir sözü, ibn Abbas'a nisbət etməz.
Bəziləri, belə demişlərdir:
Tahavi'nin "Şərh-u Maani'l-Asar" adlı əsərində, ibn Abbas'dan nəql edilən xəbərə vaqif ola bilmədim. Sadəcə, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də, ibn Ömər'in ifadəsinə rast gəldim. Çünki o, belə deməkdədir:
Daha sonra, Tahavi, alimlərin ixtilafı xüsusunda, ibn Ömər'dən belə nəql etməkdədir:
"Bir yerdə 15 gün qalmağa niyyət edən bir kimsə, namazını tam qılar."
Tahavi, sözünə, "Sələfdən heç kimdən, bunun əksi yönündə bir şey nəql edilməmişdir." deyə davam etməkdədir.
Deyirəm:
Belə deyil. ibn Abbas'dan, Buxari'nin "Səhih"ində, bu görüşün əksi yer almaqdadır. "əl-Hidayə" müəllifinin ona nisbət etdiyi görüş, özünün görüşüdürsə, Buxari'nin "Səhih"ində, yenə ondan nəql edilən və sabit olan görüş, daha əvladır; ya da bu 2 görüş, bir-birilə ziddiyyət içində olduğu üçün, dəlil olma gücünü itirir. (Bəzilərinin iddiası, burda bitməkdədir.)
Deyirəm:
"əl-Hidayə" müəllifi Mərğinani'nin, ibn Abbas'a nisbət etdiyi görüşün sihhətində, hər hansı bir şübhə yoxdur. Çünki, böyük hədis hafizi imamların, bu görüşü ona nisbət etdiklərini gördük. İmam əbu Bəkr ər-Razi (əl-Cəssas), imam əbu Hənifə'nin, bu xəbəri, Ömər b. Zərr ---> Mücahid isnadı ilə, Aişə (radiyallahu anha)'dan nəql etdiyini bildirir. Bu halda, bu görüşlə, Buxari'nin ibn Abbas'dan nəql etdiyi rəvayət, bir-birilə zidd düşür. Buxari'dəki xəbər, bu şəkildədir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkə'ni fəth edincə, orda, 19 gün qaldı və namazlarını, 2 rükət qıldı."
ibn Abbas, sözünə belə davam edir:
"Bir yerə səfərə çıxdığımızda, orda, 19 gün qalarsaq, namazlarımızı qısaldarıq. Bu müddəti keçərsək, tam qılarıq." (Şəvkani, "Nəylu'l-Əvtar", lll, 85)
Şəvkani, bu görüşü, imam Buxari, Əhməd b. Hənbəl və ibn Macə'yə nisbət etmişdir.
Biz, buna cavab verərkən, belə demişdik:
Bu görüşün qaynağı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Məkkə'də, 19 gün müddət ilə iqamət etmiş olmasıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, orda, neçə gün qalmağa niyyət etdiyi bilinmədiyi müddətcə, bu xəbərin dəlil gücü olmaz. Çünki, etibar ediləcək olan, iqamət müddəti deyil; buna qərar verilib-verilməməsidir.
Onun sözünün qaynağının zəif olduğunu öyrəndiyimizə görə, sözünün də zəif olduğunu öyrənmiş olduq. Özünün, "15 gün" ifadəsində isə, belə zəif bir qaynaq yoxdur. Dolayısı ilə, biz, bu görüşü götürürük. Xüsusilə, ibn Ömər'in, bəhsi keçən müddətin təhdidində, ibn Abbas'a müvafiq olduğunu görmüş olduq. Halbuki, 19 günlük müddət təhdidində, ibn Abbas'a, səhabələrdən heç kim müvafiq olmamışdır.
Burda, belə deyilə bilməz:
ibn Abbas'ın ifadəsi, bir yerdə iqamətə qərar verməyən kimsə haqqındadır. Çünki, bir kimsə, bəhsi edilən müddəti keçdiyi təqdirdə, namazı tam qılması lazımdır.
Belə deyilə bilməz! Çünki, biz, belə deyirik:
ibn Abbas, bir yerdə iqamətə qərar verən kimsə üçün hər hansı bir müddət təyin etməmişdir. Əksinə O, belə bir kimsə, illərcə orda qalsa belə, namazı qısa qılmasını əmr etmişdir. Cəmrə Nasr b. Umran'ın rəvayəti, buna dəlalət etməkdədir. O, belə deyir:
ibn Abbas'dan, "Biz, Xorasanda, iqaməti uzadırıq. Necə görürsən (yəni, bu haqda nə deyirsən)?" deyə soruşdum. Mənə: "Burda, 10 il qalacaq olsan belə, 2 rükət qılacaqsan." dedi.
Bu xəbəri, ibn əbi Şeybə, səhih bir isnadla rəvayət etmişdir. "Asaru's-Sünən"də də (ll, 65) belədir.
Nəticə olaraq, ifadənin, "bir yerdə iqamətə qərar verməyən kimsə haqqında" olduğunu söyləmək, səhih/doğru deyildir. Əksinə, doğru olanı, ifadəni, "iqamətə qərar vermiş olan kimsə" mənasına həml etməkdir. Lakin ibn Abbas, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o əsnada, orda iqamətə qərar vermiş olduğuna dair, hər hansı bir dəlil gətirməmişdir. ibn Abbas'ın, "O, bu qədər müddətlə iqamət etdi." şəklindəki açıq ifadəsi də, eyni şəkildə, "iqamətə niyyət" mənasına həml edilir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Məkkə'nin fəthi ili, orda qalmasının iqamət niyyətilə olduğunu bir an üçün qəbul etsək belə, belə deyərik:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o əsnada, iqamət müddəti xüsusundakı rəvayətlər, mudtarib (problemli)'dir.
~ Buxari'nin, Asim və Husayn isnadı ilə İkrimə'dən nəql etdiyinə görə, ibn Abbas, -daha əvvəl də keçdiyi üzərə-,
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), 19 gün qaldı və namazı qısaltdı." demişdir. (Buxari, "Təqsiru's-salət", 1);
~ əbu Davud'un, Hafs b. Ğiyas ---> Asim ---> İkrimə isnadı ilə ibn Abbas'dan nəqlinə görə:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkə'də, 17 gün qaldı və namazı qısaltdı. (əbu Davud, "Salətu's-səfər", 10)
ibn Abbas, bu rəvayətdən sonra, belə deyir:
"Kim, bir yerdə, 17 gün qalarsa, namazı qısaldar. Bundan daha çox qalarsa, tam qılar."
~ əbu Davud'un, ibnu'l-İsfəhani ---> İkrimə isnadı ilə ibn Abbas'dan: "17 gün" şəklində bir rəvayəti də vardır. (əbu Davud, "Salətu's-səfər", 10)
Bu nəqllərdən birincisinin isnadı haqqında, Nəvəvi, "əl-Xülasə"də, "Buxari'nin şərti üzərədir." deməkdədir. Necə ki, Zeylai də, "Nasbu'r-Rayə"də (l, 308) belə qeyd etmişdir.
"əd-Dirayə"də, xəbərin isnadının, səhih olduğu bildirilməkdədir. "Təlxisu'l-Habir"də (l, 129) yer aldığı üzərə, xəbəri, ibn Hibban, "Səhih"ində nəql etmişdir.
~ əbu Davud'un,
Muhamməd b. Sələmə ---> ibn İshaq ---> Zühri ---> Ubeydullah
isnadı ilə nəqlinə görə, ibn Abbas, belə demişdir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkə'nin fəthi ili, burda, 15 gün qaldı və namazını qısaltdı." (əbu Davud, "Salətu's-səfər", 10)
Hafiz ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də (ll, 463), bu hədislərlə bağlı olaraq, belə deyir:
Bəhsi keçən rəvayəti, Nəvəvi, "əl-Xülasə" adlı əsərində, zəif qəbul etmişdir. Ancaq, bu görüş, doğru deyildir. Çünki, xəbərin raviləri, siqadırlar və ibn İshaq, bu rəvayətdə təfərrüd etməmiş/tək qalmamışdır. Xəbərin səhih olduğu sabit olduğuna görə, mənası, belə açıqlanır:
Ravi, əsl rəvayətin, 17 gündən bəhs edən rəvayət olduğunu zənn etmiş; Məkkə'yə giriş və çıxış günlərini, bu müddətdən çıxarmış və bunun, 15 gün olduğunu ifadə etmişdir. ("Fəthu'l-Bari", ll, 463)
Deyirəm:
Bu (açıqlama) ilə, ibn əbi Davud'un bu görüşünə veriləcək cavab, ortaya çıxmış olmaqdadır:
Bu hədisi, Abdə b. Süleyman, Əhməd b. Xalid əl-Vəhbi, Sələmə b. Fadl, ibn İshaq'dan nəql etmişlərdir. Ancaq, onlar, ibn İshaq'dan bəhs etməmişlərdir. (ibn Həcər, "Fəthu'l-Bari", ll, 463)
Onun demək istədiyi, budur:
"Muhamməd b. Sələmə'nin, ibn İshaq'dan nəql etdiyi müsnəd rəvayət, məhfuz deyildir. Səhih olanı, Kütübü Sittə imamlarının, ibn İshaq'dan mürsəl olaraq nəql etdikləri rəvayətdir."
Beyhaqi, "Sünən"ində, belə demiş və bunu əlavə etmişdir:
"Xəbəri, İrak b. Malik, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, mürsəl olaraq rəvayət etmişdir."
Beyhaqi, belə davam edir:
"Xəbəri, Abdullah b. İdris, ibn İshaq vasitəsilə, Zühri'dən, onun sözü olaraq nəql etmişdir. Səhih olanı, mürsəl rəvayətdir."
Deyirəm:
Tahavi, ibn İdris hədisini, müsnəd olaraq nəql etmiş və belə demişdir:
ibn əbi Davud'un,
əbu Bəkr b. əbi Şeybə ---> ibn İdris ---> Muhamməd b. İshaq ---> Zühri ---> Ubeydullah
isnadı ilə ibn Abbas'dan nəqlinə görə:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkə'ni fəth edincə, orda, 15 gün qaldı və namazlarını qısaltdı."
Bu xəbəri, Beyhaqi,
əl-Əşəc ---> ibn İdris ---> ibn İshaq ---> Zühri ---> Ubeydullah ---> ibn Abbas
isnadı ilə, müsnəd olaraq nəql etmişdir.
İrak b. Malik hədisini, Nəsai də ("əs-Sünənu'l-Kubra", l, 187), müsnəd olaraq rəvayət etmiş və sənədini, bu şəkildə vermişdir:
Abdu'd-Rahmən b. əl-Əsvəd əl-Basri ---> Muhamməd b. Rəbia ---> Abdu'l-Həmid b. Cəfər ---> Yezid b. Həbib ---> İrak b. Malik ---> Ubeydullah ---> ibn Abbas
Burdan ortaya çıxan nəticə, Muhamməd b. Məsləmə, Abdullah b. İdris və İrak b. Malik kimi hədis hafizlərindən bir camaatın, bu xəbəri, müsnəd olaraq rəvayət etdikləridir. Dolayısı ilə, Abdə, Əhməd b. Xalid əl-Vəhbi və Sələmə b. Fadl'ın mürsəl rəvayətləri, bunların müsnəd nəqllərinə tərcih edilə bilməz!
-----------------------------
Hafiz ibn Həcər, "Təlxisu'l-Habir"də, belə deyir:
Abd b. Humeyd'in "Müsnəd"ində,
Abdu'r-Razzəq ---> ibnu'l-Mübarək ---> Asim ---> İkrimə ---> ibn Abbas
isnadı ilə nəqllərinə görə:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məkkə fəth edilincə, orda, 20 gün qaldı və namazını qısaltdı."
Bu xəbərin isnadı, səhihdir. Ancaq xəbər, şazz'dır. Lakin verilən miqdar, "Bu mövzudakı nöqsanları düz hala gətirmək məqsədilə verilmişdir." mənasına həml ediləcək olarsa, hər hansı bir problem qalmaz. (ibn Həcər, "Təlxisu'l-Habir", l, 129)
əbu Davud, Tirmizi və Beyhaqi'nin, Əli b. Zeyd b. Cudan ---> əbu Nadra isnadı ilə nəqlinə görə, İmran b. Husayn, belə demişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər bir döyüşdə iştirak etdim. Onunla Məkkə'nin fəthində oldum. Allah rəsulu (sallallahu aleyhi və səlləm), Məkkə'də, 18 gecə qaldı və (4 rükətli namazları), sadəcə 2 rükət olaraq qıldı." (əbu Davud, "Salətu's-səfər", 10)
Tirmizi, bu xəbəri, həsən olaraq görmüşdür. Xəbərin isnadındakı Əli b. Zeyd, zəifdir. Tirmizi, onun hədisini, şəvahidi/şahidləri olduğu üçün həsən qəbul etmişdir. O, müddət xüsusundakı fərqli nəqllərə, etibar etməmişdir. Necə ki, mühəddislərin, xəbərin mətnində deyil, isnadlarındakı ittifaqa etibar etdikləri, onların bilinən adətlərindəndir. "Təlxisu'l-Habir"də (l, 129) belə qeyd edilmişdir.
ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir:
"İmam Şafi, İmran b. Husayn hədisini əsas götürmüşdür. Lakin, ona görə, bu hədis, səfər halında ikən, hər hansı bir yerdə, ilk başdan iqamətə qərar verməmiş kimsə haqqındadır. Belə bir kimsənin, hədisdə bəhsi edilən müddət qədər iqamət etdiyi təqdirdə, namazını tam olaraq qılması lazımdır. İnsan, ilk başdan 4 gün müddətlə iqamətə qərar verdiyində, namazını tam qılar." ("Fəthu'l-Bari", ll, 463)
Deyirəm:
İmam Şafi'nin, "Bu hədis, səfər halında ikən, hər hansı bir yerdə, ilk başdan iqamətə qərar verməmiş kimsə haqqındadır." şəklindəki görüşü, icmaya müxalifdir. Doğru olanın, belə bir kimsənin, sonuna qədər namazı qısaldacağı, iləridə gələcəkdir. Bundan dolayı, Tirmizi, belə deyir:
"Alimlər, səfər halındakı bir kimsənin, bir yerdə iqamətə qərar vermədiyi müddətcə, orda illərcə qalsa belə, namazı qısaldacağı xüsusunda, icma etmişlərdir."
ibnu'l-Munzir, belə deyir:
Beyhaqi və əbu Davud'un, "Səhih"in şərtini daşıyan bir isnadla nəqlinə görə, Cabir (radiyallahu anh), belə demişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Təbuk'da, 20 gün qaldı və namazını qısaltdı." (əbu Davud, "Salətu's-səfər", 11)
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in iqaməti, bu xüsusda dəlil olduğuna görə, imam Şafi'nin, Onun Təbuk'dakı iqamətinə etibar etməsi lazımdır. Çünki, Təbuk'da qaldığı müddət, Məkkə'nin fəthi ili burda qaldığı müddətdən, daha çoxdur. "əl-Cəvhəru'n-Naqi"də (l, 222) belə qeyd edilmişdir.
Deyirəm:
Xüsusilə İmran (radiyallahu anh) hədisi, zəifdir. Hafiz ibn Həcər, "Təlxisu'l-Habir"də, belə deyir:
"Daha əvvəl bildirdiyimiz üzərə, 18 gündən bəhs edən rəvayət, isnad cəhətindən, səhih deyildir. 'ət-Təhzib' müəllifinin, bu xəbərin raviləri cəhətindən ixtilafdan uzaq olduğu yolundakı iddiası, -ki, xəbəri tərcih etdirən sifət də, budur- raviləri hədis elmində böyük olduqları təqdirdə, bir məna ifadə edər." ("Təlxisu'l-Habir", l, 129)
Digər tərəfdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Məkkə'nin fəth edildiyi il, burda 20 gün iqamət etdiyinə dair rəvayət, isnad cəhətindən, İmran'ın rəvayətindən daha səhih; raviləri cəhətindən də, daha güvəniləndir. Çünki, xəbərin isnadı, -daha əvvəl də keçdiyi üzərə- Buxari və Muslim'in şərtini daşımaqdadır.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Məkkə fəthi ili, burda iqamət müddəti haqqındakı rəvayətlər fərqli olduğundan,
~ Sevri;
~ Kufə müctəhidləri; və
~ Hənəfi imamlarımız,
15 gündən bəhs edən rəvayəti əsas götürmüşlərdir. Çünki bu, rəvayətlərdə ifadə edilən müddətlər içində, ən qısasıdır. Qayda olaraq ən az olanı, ən qəti olandır. Bu müddətdən daha çoxu, eləcə ifadə edilmişdir mənasına həml edilir. Əsas götürülən bu rəvayət, hər nə qədər Buxari'nin rəvayəti deyilsə də; və isnadının gücü cəhətindən 19 gündən bəhs edən rəvayət səviyyəsində deyilsə də, bütün raviləri, siqadır. Dolayısı ilə, əsas götürdüyümüz bu rəvayət, -daha əvvəl də bildirdiyimiz üzərə- dirayət cəhətindən, digər rəvayətlərə tərcih edilir. Xüsusilə də, bu, "əl-Hidayə" müəllifi Mərğinani'nin də bildirdiyi üzərə, ibn Abbas və ibn Ömər fətvaları ilə dəstəklənibsə, belədir. Daha əvvəl keçdiyi üzərə, bəhsi keçən rəvayəti, Tahavi və imam əbu Hənifə nəql etmişlərdir.
Nəticə olaraq, bəzilərinin, "Səhih'də, ibn Abbas'dan sabit olan xəbər, daha əvladır və ya 2 görüş bir-birinə zidd olduğunda, dəlil olmaq gücünü itirir." şəklindəki görüşünü dəstəkləyəcək bir cəhət mövcud deyildir. Qəti olan, daha əvladır. Bil!
"Rahmətu'l-Ummə" adlı əsərdə, belə deyilir:
"Bir səfəri, hər hansı bir diyara girdiyi və çıxdığı günlər xaricində 4 gün müddətlə iqamətə niyyət edərsə, imam Malik və Şafi'yə görə, muqim (iqamət edən) sayılır. İmam əbu Hənifə isə, belə demişdir: Bir kimsə, bir diyarda 15 gün qalmağa niyyət etdiyi təqdirdə, muqim olur. Bundan daha az bir müddətə niyyət etmişsə, olmaz. Əhməd b. Hənbəl'dən də, bir kimsə, 20 vaxtdan daha çox namaz qılacağı bir müddət qədər iqamətə niyyət etdiyi təqdirdə, muqim olar şəklində, bir rəvayət nəql edilmişdir." (Şarani, "Rahmətu'l-Ummə", s. 27)
"əl-Musaffa" adlı əsərdə, belə deyilir:
Buxari və Muslim'də yer alan bir hədisə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Mühacirlər (Məkkəlilər), həcc ibadətini bitirdikdən sonra, 3 gün iqamət edərlər." (Buxari, "Mənaqibu'l-Ənsar", 47; Muslim, "Həcc", 442)
Bu xəbərin mənasından başa düşülən, orda 3 gündən çox iqamət etmək, şəri hökmlər cəhətindən, xəbərlərə söykənməkdədir.
Deyirəm:
İmam Malik, "əl-Muvatta"sında, bu görüşü götürmüşdür. İbn Həcər, "Fəthu'l-Bari"də, belə deyir:
"Tahavi'nin iddiasına görə, səfər halındakı bir səfərinin, 4 gün müddətlə iqamətə niyyət etməsilə bərabər muqim halına gələcəyini, Şafi'dən əvvəl söyləyən kimsə olmamışdır. -Əhməd b. Hənbəl də, Şafi'nin görüşünə bənzəri bir görüşdədir. Bu, imam Malik'dən də nəql edilmişdir." (ibn Həcər, "Fəthu'l-Bari", ll, 464)
"əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də, belə deyilir:
"Beyhaqi, bəhsi keçən görüşə, Əla b. Hadrami'nin nəql etmiş olduğu "Mühacir, Məkkədə, həcc ibadətini bitirdikdən sonra, 3 gün qalar." istidlal etmişdir."
Beyhaqi, bundan sonra, Şafi'nin bu sözünü nəql edir:
"Bizə görə, 4 gün iqamət edən, muqimə daha çox bənzəməkdədir. Çünki, səfərinin 3 gündən daha çox iqamət etmək haqqı olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in mühacirə əmr etdiyinə bənzər bir hal meydana gələrdi."
Deyirəm:
ibn Hazm'a görə, bu xəbərdə, səfəri olan bir kimsənin, namazını tam qılması lazım gələn müddətə dair, hər hansı bir nass və ya işarət mövcud deyil. Bu xəbər, sadəcə mühacir haqqındadır. Mühacir, Məkkə'də həcc ibadətini bitirdikdən sonra, 3 gündən daha çox qala bilməz. Bu 3 gün zərfində, işini görüb, ehtiyacını ortadan qaldırar. Bundan daha çox müddətə isə, ehtiyac yoxdur. Xəbər, 4 gün qaldığı təqdirdə, insanın muqim olacağını göstərməz. Bəhsi keçən xəbər, belə bir ehtimala açıq olsa belə, şəri hökm, ehtimalla sabit olmaz. Onlara görə, Məkkə'də 3 gündən daha çox iqamət edən mühacir, muqim deyil; musəfir/səfəri hökmündədir. Səfəri olan bir kimsənin, 3 gündən daha çox iqaməti, səhih bir iqamətdir. Dolayısı ilə, bir-birinə qiyas edilə bilməz. Bir də, mühacir cəhətindən, 3 günün xaricində bir namaz qılacaq qədər müddət iqamət, məkruhdur. Nəticə olaraq, onlara görə, səfəri, mühacirə qiyas edildiyi təqdirdə, namazını tam qılması, uyğun olar. Halbuki bu hökm, məzhəblərinə ziddir.
Bundan sonra, Beyhaqi, Ömər (radiyallahu anh)'ın, Mədinə'də, 3 gün müddətlə alış-veriş edən yəhudi, xristiyan və məcusilərə (çomaq, şallaq) cəzasından bəhs edir.
ibnu't-Türkməni, sözünə belə davam edir:
"Bizə görə, Ömər'in bu felinin səbəbi, budur: 3 günlük müddət, onların alış-veriş edə biləcəkləri ən qısa müddətdir. Ömər, onları sıxışdırmaq üçün, alış-verişlərini, bu müddət qədər təqdir etmişdir." (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 221)
Digər tərəfdən, onlar, səfəri olan kimsələri, mühacirlərə qiyas edərlərsə, məzhəblərinə görə, 3 günün xaricində bir vaxt namaz qılacaq qədər müddət iqamət etmələri halında, namazı tam qılmaları lazım gəlir. Səbəbinə gəlincə, qiyas üçün əsas götürülən mühacirlər -kərahətən olsa belə- namazlarını, bu müddətdən daha çox səfəri kimi qıla bilərlər ki, bu da, səfəri cəhətindən, onların öz məzhəblərinə müxalif (bir hökm)'dür. ibn Hazm'ın dediklərinə cavab vermək, çətindir.
Buxari'nin, Ənəs (radiyallahu anh)'dan nəql etdiyi rəvayət, onların əleyhinə dəlildir. Ənəs (radiyallahu anh), belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, Mədinə'dən Məkkə'yə doğru yola çıxdıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Mədinə'yə qayıdıncaya qədər, namazlarını 2 rükət qıldı."
Hədisi, Ənəs (radiyallahu anh)'dan nəql edən əbu İshaq, rəvayətin davamında:
"Ənəsdən, 'Məkkə'də iqamət etdinizmi?' deyə soruşunca, Ənəs: 'Orda, 10 gün qaldıq.' dedi." (Buxari, "Təqsiru's-salət", 1)
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir:
Bu rəvayət, ibn Abbas hədisilə zidd düşməz. (ibn Abbas hədisində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, 19 gün qaldığı və namazlarını qısaltdığı ifadə edilməkdədir.) Çünki ibn Abbas hədisi, Məkkə'nin fəthilə; Ənəs hədisi isə, Vida həccilə bağlıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Məkkə'dən, zi'l-hiccənin 14-cü günündə sabah çıxdığında, heç bir şübhə yoxdur. Buna görə, Onun, Məkkə və civarındakı iqamət müddəti, Ənəs'in ifadə etdiyi kimi 10 gün və gecə olur. Məkkə'dəki iqaməti isə, tam 4 gün olmuş olur. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkə'dən, 8-ci gün çıxmış; zöhr namazını, Mina'da qılmışdır. ("Fəthu'l-Bari", ll, 463)
Eyni əsərdə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vida həccindəki iqaməti" babı altında, bu açıqlama yer alır:
Bu babdan məqsəd, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, -daha əvvəl keçən- iqamətə niyyətinin qəti olduğu müddətin açıqlanmasıdır. Bu da, Onun, Mina'ya, sonra da Ərəfat'a çıxmadan əvvəl, Məkkə'də qaldığı müddətdir ki, 4 günlük bir zaman dilimini ifadə edir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkə'yə, 4-cü gün gəlmiş və 8-ci gün çıxmışdır. Beləcə, orda, 4-cü gün zöhr namazı öncəsindən, 8-ci gün zöhr namazı sonuna qədər tam 21 vaxt namaz qılmışdır. ("Fəthu'l-Bari", ll, 466)
Zeylai, belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələrin, zi'l-hiccənin 2 və ya 3-cü günü səfərə çıxma niyyətlərinin olması və ayın 10-una qədər bu şəkildə davam etmiş olmaları, ehtimal daxilindədir." deyilə bilməz. Çünki, hədis, vida həcci haqqındadır. Dolayısı ilə, onların, həcc ibadətini ifa etmək üçün 4 gündən daha çox iqamətə niyyət etmiş olmaları, tək ehtimal olaraq qalmaqdadır. (Zeylai, "Nasbu'r-rayə" l, 308)
Beyhaqi, -"əl-Cəvhəru'n-Naqi"də bildirildiyi üzərə- buna, Məkkə'yə giriş və çıxış günlərinin bu müddətdən çıxarıldığı şəklində cavab vermişdir. O, belə deyir:
"Sabit olan xəbərlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Məkkə'yə vida həccində, zi'l-hiccədən 4 gün keçdikdən sonra gəldiyini və orda 3 gün müddətlə iqamət edib, namazlarını qısaltdığını göstərməkdədir."
Buna görə, Beyhaqi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Məkkə'yə çatdığı günü, səfər halında olduğu üçün, hesaba qatmadığı kimi; tərviyə (zi'l-hiccənin 8-ci günü)'nü də, Minaya çıxdığı üçün hesaba qatmamışdır. Nəticə olaraq, orda, zöhr, əsr, işa və sübh namazlarını qılmışdır.
ibnu't-Türkməni, sözünə belə davam edir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkə'də, 4 gün müddətlə iqamət etmiş və namazlarını qısaltmışdır. Çünki O, -Buxari və Muslim'dəki Cabir hədisində bildirildiyi üzərə- zi'l-hiccənin 4-cü günü sabah gəlmiş, iqamətə niyyət edərək, bu ayın 4, 5, 6 və 7-ci günlərini tam keçirərkən, 8-ci günündə, bir az qalmışdır. Sonra, tərviyə günü, yəni, zilhiccənin 8-ci günündə, zaval vaxtından əvvəl, Minaya doğru yola çıxmışdır. Bu, onların, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələrin, Məkkədə, 4 gün müddətlə qaldıqları şəklindəki təqdirlərini, çürütməkdədir. Bundan dolayı, ibn Rüşd, Əhməd b. Hənbəl və Davud'un, "Bir kimsə, bir yerdə, 4 gündən daha çox qalmağa niyyət etdiyi təqdirdə, namazlarını tam qılacağı" görüşündə olduqlarını nəql etmişdir. ibn Rüşd, belə davam edir:
Bu görüşün sahibləri, dəlil olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, vida həccində, Məkkədə, 4 gün müddətlə namazı qısaltmasını iləri sürmüşlərdir. "ət-Təmhid" müəllifinin, əl-Əsrəm'dən nəqlinə görə, Əhməd b. Hənbəl, belə demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkədə, zilhiccənin 4, 5, 6 və 7-ci günləri qalmışdır. Zilhiccənin 8-ci günü isə, əl-Əbtah deyilən yerdə, sübh namazını qılmışdır. Beləcə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qısaldaraq qıldığı namaz, 21 vaxt olmaqdadır. Bu namazların qılındığı xüsusunda, ittifaq edilmişdir.
Beləcə, Beyhaqi'nin, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir yerdə, namazı qısaldaraq 4 gün iqamət etməmişdir." şəklindəki görüşü əsassız qalmaqdadır.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), -daha əvvəl keçdiyi üzərə- zilhiccənin 4-cü günü, sabah, Məkkəyə gəlib iqamət etməyə başladığı halda, 4-cü gün, necə olur ki, səfəri olduğu söylənə bilir?! İnsan, iqamətə niyyət edincə, bir diyara girilən gün, səfər əhkamı hökmü sonlandığına və o gün, bir sonrakı günə qatıldığına görə, necə olur ki, ilk gün hesaba qatılmır?! Bu məsələnin əsli, məstə məsh vermə və səfəri ikən oruc tutmamaq ruxsatına söykənməkdədir. Əldə şəri hər hansı bir dəlil olmadan, insan, iqamətə niyyət etdikdən sonra, onu hesab xaricinə çıxarmağın, hər hansı bir mənası yoxdur. İnsanın, yola çıxmadan əvvəlki çıxış günü də, belədir. Tahavi'nin, "İxtilafu'l-Uləma" adlı əsərində, belə deyilir:
ibn Abbas və Cabir (radiyallahu anhuma)'nın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkə'yə, zilhiccənin 4-cü günü sabah çatmışdır. Onun burdakı iqaməti, çıxış vaxtına qədər, 4 gündən çoxdur və Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu zaman içində, namazlarını qısaltmışdır. Bu da, 4 günə etibar etməyin düşməsinə (yəni, dəlil gücünü itirməsinə) dəlalət etməkdədir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 222)
Deyirəm:
4 günlük müddətə etibar ediləcəyi (yəni, əsas götürüləcəyi), imam Malik'in, "əl-Muvatta"sında ("Qasru's-Salət", 18), Ata əl-Xorasani vasitəsilə, Səid b. əl-Müsəyyəb'dən nəql etdiyi bu rəvayətə dayanır:
"Hər kim, səfəri ikən, bir yerdə 4 gün qalmağa niyyət edərsə, namazını tam qılar."
Lakin Tirmizi, "Bu xəbəri, Davud b. Hind, Səid b. əl-Müsəyyəb'dən, yuxarıdakından fərqli bir şəkildə nəql etmişdir." deməkdədir.
Deyirəm:
ibn əbi Şeybə'nin, Huşeym ---> Davud b. Hind isnadı ilə nəqlinə görə, Səid b. əl-Müsəyyəb, belə deyir:
"Hər hansı bir səfəri, bir yerdə 15 gün qalmağa niyyət etdiyi təqdirdə, namazı tam qılar. Bundan daha qısa iqamətlərdə isə, qısaldar."
Ayni'nin "Umdətu'l-Qari"sində (lll, 53) də, belədir.
Səid'in ifadəsini, Muhammıd b. əl-Həsən, "əl-Hucəc" adlı əsərində nəql etmişdir. Xəbərin isnadı, "Asaru's-Sünən"də bildirildiyi üzərə, səhihdir. Davud b. əbi Hind'in, Ata əl-Xorasani'dən daha güclü olduğu, hər kəscə bilinməkdədir. Davud, siqa və hədis təhsili və tədrisində ciddi olan, işini sağlam tutan bir ravidir. Ata əl-Xorasani isə, çox xəta edən bir saduq olub, mürsəl rəvayət nəql edər və tədlis edərdi. "ət-Təqrib"də (s. 55, 145) də, belədir. ibnu'l-Müsəyyəb'dən nəql edilən rəvayətlər arasında tərcih ediləni, 4 gecə deyil, 15 gündən bəhs edən rəvayətdir. Digər tərəfdən, onun ifadələrindən, ibn Ömər və ibn Abbas'ın görüşünə müxalif olanı, necə olur ki, ona uyğun olana tərcih edilir?! Allah, ən doğru biləndir...
Burda, belə deyilə bilər:
İmam Malik'in, ibn Şihab ---> Salim b. Abdullah isnadı ilə nəqlinə görə, Abdullah b. Ömər, belə demişdir:
"12 gecə olsa belə, bir yerdə qalmağa niyyət etmədiyim müddətcə, səfəri namaz qılaram." (Malik, "Muvatta", "Qasru's-Salət", 16)
Xəbərin isnadı, səhihdir. Bu xəbər, bir yerdə, 12 gecə müddətlə iqamətin, namazı qısaltmağa mane ola biləcəyinə işarət etməkdədir. Əks təqdirdə, Onun, "və in həbəsəni zəlikə = 12 gecə olsa belə" ifadəsinin bir mənası olmazdı. Bundan daha açıq olanı,
Abdu'r-Razzəq'in, "Musannəf"ində (ll, 534) nəql etdiyi bu xəbərdir:
Nafi'nin nəqlinə görə, ibn Ömər, belə deyirdi:
"Bir yerdə, 12 gecə qalmağa niyyət etdiyində, namazı tam qıl."
Bu xəbəri, "Kənzu'l-Ummal"da (lV, 241) da görmək, mümkündür.
Deyirik:
Bu rəvayətlərdən:
~ birincisi, -açıqca görüləcəyi üzərə- bir yerdə, 12 gecə qalmağa niyyət edildiyi təqdirdə, namazı tam qılmağın vacib olduğu xüsusunda, açıq və qəti deyildir;
~ ikincisi isə: hər nə qədər açıqdırsa da, mən, sənədindən xəbərdar ola bilmədim. Xəbər, səhih olsa belə, görüləcəyi üzərə, raviləri, bir-birindən fərqli ləfzlər istifadə etməkdədirlər.
Mücahidin mətndə zikr edilən rəvayəti, bir çox yoldan rəvayət edilmiş olduğu üçün, ondan daha güclü, müfəssər (açıqlayıcı mahiyyətdə) və ya mətni, daha tam olduğu üçün, daha əvladır.
(Təhanəvi, "İlau's-Sünən")
