İşa namazının ilk sünnəti
1769. Abdullah b. Muğaffəl (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Azan ilə iqamə arasında, namaz vardır."
Bunu, 3 dəfə təkrar etdi. Üçüncüsündə isə, "İstəyən kimsə üçün." buyurdu.
Hədisi, Buxari ("Azan", 14) rəvayət etmişdir.
---------------------------
1770. Suleym b. Amir ---> Abdullah b. Zubeyr (radiyallahu anh) isnadı ilə rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm),
"Fərz olan hər namazdan əvvəl, 2 rükət namaz vardır." buyurmuşdur. (İbn Hibban, "Səhih", Vl 208, 235, sağlam bir isnad ilə. Daraqutni, "Sünən", l, 267; ibn Adiyy, "əl-Kamil", ll, 524)
"Təhzibu't-Təhzib"də ifadə edildiyi kimi, Suleym b. Amir, tabiundan olan siqa bir ravidir. Buxari xaricində, "Kütüb-ü Sittə"də rəvayətləri mövcuddur.
"Nasbu'r-Rayə"də (l, 228) bildirildiyi üzərə, hədisi, ibn Hibban, "Səhih"ində, 92-ci növün 1-ci qismində zikr etmişdir. "Fəthu'l-Bari"də (lll, 355) isə, ibn Hibbanın, hədisin səhih olduğunu dediyi ifadə edilmişdir. (Haşiyə)
-----------------------------
(Haşiyə:
Hər nə qədər bu rəvayət, ibnu'l-Cevzi tərəfindən "əl-Məvduat"da zikr edilmiş və ravilərindən Hibban'ın yalançı olduğunun söyləndiyi bildirilmişsə də, ibn Hibban və Daraqutni'nin zikr etdiyi sənədlərdə, bu şəxs, yer almamaqdadır. Bu səbəblə, ibn Hibban rəvayəti haqqında, Şuayb əl-Arnavut,
"İsnadı, qavidir (qüvvətlidir)." ifadəsini istifadə etmiş; Daraqutni'nin "əs-Sünən"inə "ət-Tə'liqu'l-Muğni" adı ilə təxric və tə'liq yazmış olan əl-Əzimabadi də, bu rəvayət haqqında sükut etmişdir.
İbn Həcər də, "Fəthu'l-Bari"də (ll, 426), cümə namazının fərzindən əvvəl 2 rükət namaz qılmağın məşruluğuna qail olanların ən güclü dəlillərindən birinin, bu rəvayət olduğunu söyləmişdir.
----------------------------
Abdullah b. Muğaffəl və Abdullah b. Zubeyr (radiyallahu anhuma) rəvayətləri haqqında, müəllifimiz Təhanəvi'nin açıqlaması, belədir:
Abdullah b. Zubeyr (radiyallahu anh) rəvayəti, birinci hədisdə təşviq edilən namazın miqdarını açıqlamaqdadır. Mövzu ilə bağlı rəvayətlər, fərz namazlarından əvvəl 2 rükət namaz qılmağı təşviq etməkdədirlər. Bu halda, işadan əvvəl 2 rükət namaz qılmaq da, müstəhəbdir. ("Ğunyətu'l-Mutəməlli", s. 369-370)
İşadan əvvəlki 4 rükəti xüsusilə ifadə edən bir hədis isə, mövcud deyildir. Ancaq "Kütüb-ü Sittə"də, Abdullah b. Muğaffəl (radiyallahu anh)'dan nəql edilən hədislərin bütünü birlikdə dəyərləndirilərək, belə bir namazın olduğu çıxarıla bilər. İşadan əvvəl qılınacaq namaza, hər hansı bir əngəl yoxdur. Dolayısı ilə, işadan əvvəl qılınan namaz, müstəhəbdir.
Ancaq imam əbu Hənifə'yə görə, işanın fərzindən əvvəl 4 rükət qılmaq, daha fəzilətlidir. (Haşiyə) Belə hallarda, mütləq ifadələrin (yəni, "Azanla iqamə arasında namaz var" ifadəsi mütləq buraxıldığından dolayı, bu mütləqliyin) ən üstün olana (4 rükətə) dəlalət etdiyi mənimsənilir.
-------------------------
(Haşiyə:
İmam əbu Hənifə, nafilə namazların, tək salamla 4 rükət olaraq qılınmasının əfdal olduğuna qail olduğu üçün, işa namazının fərzindən əvvəl qılınan namazın da, 4 rükət olaraq qılınmasının, daha əfdal olduğu görüşündədir.
--------------------------
Bəziləri, buna etiraz məqsədilə, belə demişlərdir:
"Hədisdə mütləq zikr edilən namaz, 2 rükət olaraq başa düşülür. Çünki hədislər, bir-birilərini açıqlamaqdadır."
"Ğunyətu'l-Mutəməlli" müəllifi, mövzu ilə bağlı açıqlamasını, ibn Hibban'ın bəhsi keçən rəvayətini görmədən vermişdir. Dolayısı ilə, işadan əvvəl 4 rükət namaz qılınacağı, dəlilə möhtacdır.
Bir mövzuda sünnətin mövcud olduğunun qiyasla müəyyənləşdirilə bilməyəcəyi də, bilinməkdədir. Bəli, bizə görə də, sünnətin varlığı, qiyasla müəyyənləşdirilə bilməz. İmam əbu Hənifə də, işadan əvvəlki 4 rükətin sünnət olduğunu söyləməmişdir. Onun, gecə və gündüz namazlarında 4 rükət namazın müstəhəb olduğunu mənimsədiyi bilinməkdədir. Müstəhəb və fəzilətləri isbat isə, qiyasla edilə bilməkdədir.
(Təhanəvi, "İ'lau's-Sünən")
-----------------------
-----------------------
Əlavələr:
ibn Həcər Asqalani'nin, Səid b. Mansur'un "Sünən"indən (mərfu olaraq) nəql etdiyinə görə:
"Kim işa namazından əvvəl 4 rükət nafilə qılarsa, sanki, gecəsini təhəccüd etmiş olar." buyurulmuşdur.
Asqalani, bu xəbəri, tənqid etmədən nəql etməkdədir. ("əd-Dirayə fi Təxric-i Əhədisi'l-Hidayə", 1/198)
---------------------
---------------------
İşa namazını gecənin üçdə birinə qədər ertələməyin müstəhəb olması:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isa-namazini-gec%C9%99nin-uc...
