İsadan başqa Mehdi yoxdur hədisi
Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"(Dinə və sünnətə sarılmaqla bağlı) iş, getdikcə çətinləşəcək; dünya getdikcə (müsəlmanlara) arxa çevirəcək, insanların paxıllığı/dünyaya qarşı ehtirası getdikcə çoxalacaqdır. Qiyamət ancaq insanların şərli olanlarının başına qopacaqdır. Mehdi, ancaq Məryəm oğlu İsadır."
Not:
Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:
~ əl-Hakim, bu hədisi, bu sənədlə, "əl-Müstədrək"də rəvayət etdikdən sonra:
"Bu hədis, Şafi'nin tək başına rəvayət etdiyi hədislərdən sayılır. Halbuki elə deyildir. Çünki başqası da rəvayət etmişdir."
~ İmam Suyuti, bu hədis haqqında geniş söz söyləmişdir.
~ əl-Hafiz İmaduddin b. Kəsir'dən nəqlən verilən məlumatın məzmunu belədir:
"Bu hədis, Şafi'nin şeyxi Muhamməd b. Xalid əl-Cundi əs-Sağani əl-Müəzzin'ə aid olaraq məşhur olmuşdur. Halbuki bunu ondan rəvayət edənlər, bir nəfər deyildir. Şafidən başqa kimsələr də, bunu ondan rəvayət etmişlərdir. Və bu şəxs, məchul bir kimsə deyildir. İbn Muin'in, onun güvənilən olduğu söylədiyi nəql edilmişdir."
(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu'l-Fitən/Fitnələr kitabı", 24-cü bab: "Zamanın (fitnə və bəlalar dolayısı ilə) çətinliyi babı", hədis no: 4039)
-----------------------------------------
İzahı:
Hədisdə keçən:
لاَمَهْدِىَّ اِلاَّ عِيسٰى
cümləsinin zahir olan mənası:
"Və Mehdi, İsa b. Məryəmdən başqası deyildir." şəklindədir.
Mehdi deyə bir kimsənin çıxmayacağını və çıxacağına dair hədislərin zəif olduğunu söyləyənlər, bu hədisi özləri üçün dəlil saymışlardır. Lakin bu hədisin sənədini, Beyhaqi və Hakim, zəif saymışlardır. Sənəddəki ravi Əban b. Salih'in hədisləri isə, tərk edilmişdir.
İmam Sindi (əl-Hənəfi) də, bu hədisin izahı bölməsində, bu xüsusda, icmal olaraq belə deyir:
"Bu cümlədəki Mehdi kəliməsi, ləqəb, yəni xüsusi isim mənasında deyil; sifət, yəni hər cəhətdən hidayət üzərə mənasında istifadə edilmişdir. Cümlənin mənası da, belədir:
'Peyğəmbərimizdən sonra, hər cəhətdən hidayət üzərə olan şəxs, Məryəm oğlu İsadır.'
Yoxsa zənn edildiyi kimi, məqsəd, Mehdi ləqəbinin İsadan başqa kimsəyə verilmədiyi deyildir.
Bu cümlə belə təvil edilincə, bu hədis sabit olduğu təqdirdə, Mehdi haqqında gələn hədislərə müxalif olmaz."
- Qədr gecəsinin əhəmiyyəti:
- 'Səhabələrim, ulduzlar kimidir. Hansına tabe olsanız, hidayət taparsınız.' hədisinin sənədi haqqında məlumat verərsinizmi?
- Şəvval orucu haqqında məlumat verərsinizmi?
- Aşurə günü ailə üzvlərinə nəfəqə vermək
- Aşurə günü ailə üzvlərinə nəfəqə vermək
- Kəramət- 2
- Dörd haqq məzhəbdə (Hənəfi, Şafei,Maliki, Hənbəli) Şəvval orucunu tutmaq müstəhəbdirmi?
- Dəstəmazsız, qüslsuz (və ya heyz halında) Quran oxumaq olarmı?
- Müsəlman olmamışdan əvvəl and içdiyimiz şeyləri, müsəlman olduqdan sonra yerinə yetirməliyikmi?
- Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq