İslama xidmət etmək məqsədiylə oxuduğunu söyləyən bir qadin çadrani çixardaraq oxuya bilərmi?
Bilindiyi kimi Nur surəsinin 31. Və əhzab surəsinin 33, 53 və 59`uncu ayələrində qadınların örtünmələri, bədənlərinin zinət yerlərini yadlara göstərməmələri əmr edilməkdədir. Bu mövzuda bir çox hədis vardır. Amma bu hədisləri burada nəql etməyə lüzum görmürük.
Qadının bütün bədəninin övrət olub olmadığı xüsusu da məzhəblər arasında ixtilaflıdır. Şafii və Hənbəli məzhəblərinə görə qadının istisnasız bütün bədəni övrət qəbul edildiyi halda Hənəfi və Malıki məzhəblərində əllər və üzün fitnə qorxusu olmadığı təqdirdə övrət olmadığı ifadə edilmişdir (Kitabu`l-Fıkh ala məzabili`l Ərbaa, Sabuni, Təfsiru Ayat`il-Ahkam).
Müalicə kimi bəzi zərurət hallarında yad birisi bir qadının övrət qəbul edilən bir üzvünə zərurət miqdarınca və müalicənin tələb etdiyi məhəlli(yeri) keçməmək şərtiylə baxa bilər (əl-Merginanı, əl-Hidayə). Allah Qur`an-i Kərim`də qadınların vücudlarını örtmələrini əmr edib, başqalarına göstərilməsini qadağan etdiyinə görə onların övrət yerlərini yadların görə biləcəyi şəkildə açmaları haramdır. Zərurət olmadıqca övrət sayılan bir üzvün hamısını ya da bir qisimini aça bilməzlər.
Zərurət, qadağan bir şeyi etmədiyi təqdirdə həlakı və ya həlaka yaxınlaşmağı lazımlı edən şeydir (Suyuti, el-Eşbah ven-Nezair). Əli Haydar Mecelle Şərhində zərurəti eynilə bu şəkildə təsvir etmişdir: "Zərurət; qadağa tenavül etmədiyi təqdirdə həlakı müstelzim (lüzumlu,gərəkdirən,səbəb olan) olan haldır" (Əli Haydar, Dürerü`l-hakkam şərhi Mecelletü`l-Ahkam).
Buna görə İslam`a xidmət etmək məqsədiylə də olsa İslam`a daban-dabana zidd olan, qadının namahrəm yerlərini və övrətini açmağa məcbur edən məktəblərdə oxumanın zərurət qəbul edilməsi mümkün deyil. Ayrıca qadınların mütləq bilməsi lazım olan şeyləri övrətlərini açmağı tələb etməyən məktəb və kurslardan öyrənmələri çox yaxşı mümkündür. İslam xidməti belə bir yol ilə ifa edilməz. Ayrıca İslam tarixi heç bir rəsmi təhsili olmadığı halda özünü xüsusi olaraq yetişdirib İslam`a və elmə xidmət edən qadınlarla doludur. Şübhəsiz qadınların ,övrət yerini açma və ihtilat (kişi və qadının bir-birinə qarışması) kimi İslam`ın qadağan etdiyi şeylər olmazsa oxudulmaları lazımlı və oxumaları zəruridir, bunda böyük faydalar da vardır. Amma bu, haramı işləməyi icazəli edə bilməz. Bilindiyi kimi "Zərərləri aradan qaldırmaq faydaları cəlb etməkdən daha yaxşıdır." Deyə məşhur bir fiqh(islam hüququ) qaidəsi vardır. İslam`ın qadağalara göstərdiyi etina əmrlərə göstərdiyi etinadan daha böyükdür. Allah Rəsulu(Allah`ın Salamı və Salatı onun üzərinə olsun) bir hədisində:
"Mən sizə bir şey əmr etdiyim zaman ondan gücünüzün çatdığı qədəri edin. Bir şeydən nəhy(qadağan) etdiyim zaman da ondan qaçın" buyurur.
Bundan ötəri məşəqqəti dəff etmək üçün vacibi tərk etmək caizdir, amma günahları, xüsusilə böyük günahları işləməkdə xoş görü və icazə yoxdur. Bezzazı`nın ifadəsinə görə övrət yerini örtəcək bir şey tapa bilməyən kimsə çay kənarında da olsa istincayı tərk edər. Çünki qadağan əmrdən üstün tutular. Qadına qüsl gərəksə və kişilərdən gizlənəcək bir yer tapa bilməzsə qüslü tərk edər (İbnu Nücəym əl-əşbah və`n-Nəzair).
Demək olur ki bir haramı işləməmək üçün fərz belə tərk edilər. O halda yalnız ümid edilən bir fayda,xeyir üçün(elim öyrənib gələcəkdə fayda vermək?) nassların (Qur`an və hədislərin) haram etdiyi bir şeyin işlənməsi caiz edilə bilməz. Bizə görə bu hər məktəb üçün eynidir. Müsəlmanların qadınların başlarını aça bilmələri üçün İslam`ın hökmlərini zorlayacakları yerinə, qadınların İslam`i paltarlar içərisində oxuya bilmələrinin çarələrini araşdırıb, bu yolda səy göstərmələri gərəkir.
- Çadranın qadına qazandırdıqları nələrdir?
- Oxumaq üçün başını açmaq zərurəti haramı halal edər qisiminə girər mi?
- Qadınlar üçün qaş almaq, qaşları yolmaq, ayaq və üzdəki tükləri aradan qaldırmaq, qaşların arasında və kənarlarında bitən tükləri almaq caizdirmi?
- Hicabla (təsəttürlə) örtünməyin şəkli necə olmalıdır?
- Qadının məhrəmi kimlərdir və kimlərin yanında örtünməlidir?
- Universitetə hazırlaşdığım üçün namazlarımın bəzilərini qəza etmək məcburiyyətində qalıram? Mən günahkar olurammı?
- Otağımızda yatmaq məqsədi ilə soyunarkən mələklər bizi görərlər?
- Qadınlara Məxsus Hallar (Heyz və Zahılıq)
- Adət (aybaşı) halındakı qadın məal oxuya bilər?
- Kişilərin və ya qadınların ayaqlarındakı tükləri yolmalarının caizliyi nədir?