İslamda əl öpməyə icazə verilirmi?

3704- ibn Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Biz, Nəbi (sallallahu aleyhi və səlləm)'in əlini öpdük."

-------------------

3705- Safvan b. Assal (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Yəhudilərdən bir qrup, Nəbi (sallallahu aleyhi və səlləm)'in əlini və ayaqlarını öpdülər.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Ədəb (Ədəb kitabı): "Kişi, kişinin əlini öpər" babı

-------------------

İzahı:

3704 no-lu ibn Ömər hədisini:

• Tirmizi; və 
• əbu Davud  
da rəvayət etmişlərdir.

3705 no-lu Safvan (radiyallahu anh) hədisini:

• Tirmizi;
• Nəsai; və
• Hakim 
də rəvayət etmişlərdir.

• "Tuhfətu'l-Əhvəzi şərh-i Camii't-Tirmizi" müəllifi Mübarəkpuri'nin bəyanına görə, ibn Battal bu mövzu haqqında belə deyir:

"Alimlər, əl öpmək məsələsi haqqında ixtilaf etmişlərdir:

Malik, əl öpməyə qarşı çıxaraq, bunun məşruluğu yolunda rəvayət edilən hədisləri sabit görməmişdir. Digər alimlər, əl öpməyi caiz saymışlardır. 

Əbhəri, belə demişdir:

"Malik, təkəbbür və qürura səbəbiyyət verən əı öpmə və təkəbbürdən dolayı əl öptürmə işinə qarşı çıxmışdır. 

Əgəe bir kişinin dindarlığı, elmi və ya şərəfi kimi bir fəzilətindən dolayı, əli Allah rizası üçün öpülərsə, Malik bunu caiz görmüşdür."

Nəvəvi də belə izah gətirir:

"Bir adamın, zühd və təqvası və ya din alimi olması, ya da fəzilətli kimsələrdən olması kimi dini məziyyətlərindən dolayı əlinin öpülməsi, məkruh deyildir, hətta müstəhəbdir.

Lakin zənginliyi, nüfuzu və ya dünyalıq məqamı üçün əlinin öpülməsi, şiddətlə məkruhdur. Əbu Səid əl-Mütəvəlli, bunun caiz olmadığını söyləmişdir."

• Hənəfi fəqihlərdən ibn-i Abidin'in, "Rəddu'l-Muxtar" adlı kitabının "əl-Hazar və'l-İbaha" bölməsində, bu xüsusla bağlı verilən məlumatın icmalı belədir:

"Savab mahiyyətində olmaq üzərə və şəhvət hissi olmadan, bir kişinin, başqa bir kişinin əlini öpməsi, caizdir. Bu xüsusda icma vardır. 'əl-Haniyə' və 'əl-Haqaiq'də belə deyilmişdir.

Din aliminin və dini vəzifələri icra edən dövlət adamının əlini öpmək isə, sünnət və ya məndubdur. 

Din aliminin başını öpmək, daha çox savabdır. Bir kişi, din aliminin ayağını öpmək istədiyi zaman, o alimin, ayağını öpdürməsi, məşrudur. Bir qövlə görə də, öpdürməməlidir."

Hənəfi məzhəbinin böyük fəqihlərindən əbu'l-Leys əs-Səmərqəndi "Camiu's-Sağir şərhi"ndə öpmək məsələsini belə izah edir:

"Öpmək, təzim, şəfqət, mərhəmət, şəhvət və məhəbbət üçün olmaq üzərə 5 növdür:

1. Tə'zim üçün öpmək: Möminin hörmətli gördüyü şəxslərin əlini öpməsi kimi;

2. Şəfqət üçün öpmək: Uşağın öz ata və anasını öpməsi kimi;

3. Mərhəmət üçün öpmək: Ata və ananın öz uşağının yanağını öpməsi kimi;

4. Şəhvət üçün öpmək: Kişinin öz zevcəsini öpməsi kimi;

5. Məhəbbət üçün öpmək: Qardaşların, dostların bir-birilərinin yanağını öpməsi kimi."

Bəzi fəqihlər, bu 5 növə, dini öpmək növünü də əlavə etmişlərdir ki, bu da, Həcəru'l-Əsvədi öpməkdir.

Öpmənin caizliyi xüsusunda bir çox hədis varid olmuşdur. Ancaq bu hədislər, hörmət üçün olan öpmə növləri ilə açıqlanmışdır. Şəhvət məqsədi ilə olarsa, zevc və zevcə müstəsna olmaqla, caiz deyildir.

In order to make a comment, please login or register