İslamda it saxlamağın hökmü-1

3200- Abdullah b. Muğaffəl (radiyallahu anh)'dan rəvayət edildiyinə görə:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), itləri öldürməyi əmr etdi. Sonra:

"İnsanların itlərlə nə işi var?" buyurdu.

Daha sonra insanlara, ov iti sahibi olmaqları üçün, ruxsat (yəni icazə) verdi.

----------------------

3201- Abdullah b. Muğaffəl (radiyallahu anh)'dan rəvayət edildiyinə görə:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), itləri öldürməyi əmr etdi. Sonra:

"İnsanların itlərlə nə işi var?" buyurdu.

Daha sonra insanlara təsərrüfat və əl-İyn itinə sahib olmaqları üçün ruxsat verdi.

Bindar (yəni müəllifimiz ibn Macə'nin şeyxi Muhamməd b. Bəşşar) dedi ki:

"əl-İyn, Mədinə baxçalarıdır."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Sayd (Ov kitabı): "Ov və ya təsərrüfat xaricində qalan itləri öldürmək babı")

---------------------

İzahı:

Müəllifimiz ibn Macə'nin 2 ayrı sənədlə rəvayət etdiyi Abdullah b. Muğaffəl (radiyallahu anh) hədisi:

• Muslim;

• Nəsai;

• Əhməd;

• Daraqutni;

• Beyhaqi; və

başqaları tərəfindən də rəvayət edilmişdir.

------------------

Hədisin:

ما لهم وللكلاب

"Mə ləhum və lil-kiləb"

cümləsi, 2 şəkildə açıqlanmışdır:

• 1-ci izah: "İnsanlar niyə it sahibi olurlar?"

Bu təqdirdə, cümlə, it sahibi olmağı qadağan edir.

• 2-ci izah: "İnsanlar niyə itləri öldürürlər?"

Bu izaha görə, cümlə, itləri öldürməyi qadağan edir.

Zikr edilən cümlə, yuxarıda işarət edildiyi kimi, 2 şəkildə də açıqlana bildiyindən dolayı, tərcümə edərkən, hər 2 izahı da diqqətə almağa çalışdıq.

• Nəvəvi bu cümləni:

"Yəni insanlar, it saxlamasınlar." şəklində açıqlamışdır.

• imam Sindi (əl-Hənəfi), cümləni ikinci şəkildə açıqlamışdır.

• "əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" müəllifi imam Mahmum Muhamməd Xattab əs-Subqi isə, birinci izahı tərcih edərək belə deyir:

"Bu cümlə, itə sahib olub saxlamağı qadağan edir. Alimlər, ehtiyac olmadan it sahibi olmağın haramlığı xüsusunda ittifaq etmişlərdir.

Məsələn, bir kimsə sırf iti sevdiyi və ya onunla qürurlandığı üçün it sahiblənib saxlayarsa, bununla günah işləmiş sayılır.

İt sahibi olmağı mübah qılan ehtiyac isə, bu və bənzəri hədislərdə bildirildiyi kimi, ovçuluq, davar sürüsünü və təsərrüfatı qorumaqdır."

Müəllifimiz ibn Macə'nin rəvayətinə görə, sahiblənilməsi mübah qılınan itlər:

• Ov;

• Təsərrüfat; və

• Baxça

qorumaq üçün olan itlərdir.

Read 105 times
In order to make a comment, please login or register