İslamda it saxlamağın hökmü-2

3202- ibn Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), itləri öldürməyi əmr etdi."

---------------------

3202- Səlim'in atası (Abdullah ibn Ömər)'dən belə rəvayət edilir:

"Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, səsini ucaldaraq itləri öldürməyi əmr etdiyini eşitdim və ov ilə davar iti xaricində qalan itlər öldürülürdü."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Sayd (Ov kitabı): "Ov və ya təsərrüfat iti xaricində qalan itləri öldürmək babı"

------------------------

İzahı:

3202 no-lu ibn Ömər (radiyallahu anh) hədisini:

• Muslim; və

• Nəsai

də rəvayət etmişlər.

3203 no-lu hədisi isə:

• Muslim;

• Nəsai; və

• Tirmizi

də rəvayət etmişlərdir.

-------------------

İbn Ömər (radiyallahu anh), ilk hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in itləri öldürməyi əmr etdiyini, ikinci hədisdə isə, ov iti ilə davar itinin bu hökmün xaricində tutulduğunu rəvayət etmişdir.

Gərək "əl-Mənhəl" müəllifi imam Mahmud Muhamməd Xattab əs-Subqi və gərəksə də, "Təkmilə" müəllifinin "Ov" kitabında nəqlən bəyanlarına görə, Qadı İyad (rahmətullahi aleyh) icmal olaraq belə demişdir:

"Alimlərin çoxu, ov iti kimi istisna edilənlər xaric, itlərin öldürülməsi mövzusunda, anılan hədislə əməl etmişlərdir. Malik və cumhurun görüşü də budur.

Digər bir qisim elm adamlarına görə, tamamilə qara olan itlər xaric, digər itləri öldürmə əmri olsun, tutub saxlamaq və sahib olmaq qadağası olsun, nəsx edilmişdir. Yəni qara it, öldürülməlidir. Digər itlər zərərli olmadıqca, öldürülə bilməz və ehtiyac halında sahiblənmək olar."

Qadı İyad daha sonra belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm):

• ilk əvvəl nə məqsədlə olursa olsun, hər növ iti saxlamağı qadağan edib öldürməyi əmr etmişdir. Sonra:

• qara rəngli itləri öldürməyi əmr edib digər itləri öldürməyi qadağan etmiş və ov, təsərrüfat və qoyun itləri xaricində qalan itləri tutub saxlamağı qadağan etmişdir."

"Təkmilə" müəllifi isə, belə deyir:

"Alimlər, dişləyən və quduz itləri öldürməyin məşruluğu xüsusunda, ittifaq etmişlərdir. Heç bir zərəri olmayan itləri öldürmək xüsusunda isə, ixtilaf vardır.

İmamu'l-Harameyn'ə görə, heç bir zərəri olmayan iti öldürmək, qadağandır. Qara it, zərərsizdirsə, bu hökm, onun haqqında da tətbiq edilir. Şəriət, bu şəkil üzərinə qərar qılmışdır."

"Təkmilə" müəllifi sözünə belə davam edir:

"Qara it, əgər zərərsiz olarsa, öldürülməsinin qadağanlığı haqqında, bir şeyə rast gəlmədim. İmamu'l-Harameyn, qara it haqqında nəyə istinadən belə dediyini bilmirəm."

Read 2 times
In order to make a comment, please login or register