İslamda it saxlamağın hökmü-3

3204- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim bir it sahibi olarsa, hər gün o kimsənin əməli(nin savabı)'ndan bir qirat (ağırlıq ölçüsü) əksilər.

Təsərrüfat və ya çoban iti xaric."

---------------------

3205- Abdullah b. Muğaffəl (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İtlər, ümmətlərdən (topluluqlardan) bir ümmət (topluluq) olmasaydılar, mən onları öldürməyi əmr edəcəkdim. Artıq siz, onlardan tamamilə qara olanı öldürün.

Çoban və ya ov iti, ya da təsərrüfat iti xaricində it sahibi olan heç bir topluluq yoxdur ki, hər gün onların savablarından 2 qirat (ağırlıq ölçüsü) əksilməsin."

-------------------------

3206- Süfyan b. əbi Zuheyr (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə buyurarkən eşitdim:

"Kim nə əkininə, nə də davarına faydası olmayan bir it sahiblənərsə, o kimsənin əməlin(in əcrin)'dən hər gün bir qirat (ağırlıq ölçüsü) əksilər."

Sufyan b. əbi Zuheyr'ə:

"(Bunu) Nəbi (sallallahu aleyhi və səlləm)'dən sən eşitdin mi?" soruşuldu. Sufyan:

"Bu məscidin Rəbbinə and olsun ki, bəli (mən Ondan eşitdim)." diyə cavab verdi."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Sayd (Ov kitabı): "Ov, təsərrüfat və davar iti xaricində it sahibi olmağın qadağanlığı babı")

-------------------------

İzahı:

3204 no-lu əbu Hureyrə (radiyallahu anh) hədisini:

• Muslim;

• əbu Davud;

• Tirmizi; və

• Nəsai

də rəvayət etmişlərdir. Müəllifimiz ibn Macə'nin rəvayətində, əkin və ya davar qorumaq üçün sahiblənilən itlər istisna edilmişdir. Digər bəzi rəvayətlərdə isə, bunlarla bərabər ov iti də istisna edilmişdir.

--------------------

3205 no-lu Abdullah b. Muğaffəl (radiyallahu anh) hədisini:

• Əhməd; və

• Nəsai

də rəvayət etmişlərdir.

Tirmizi, əbu Davud və Darimi də, hədisin baş qismini, yəni itləri öldürməklə bağlı bölməsini rəvayət etmişlərdir.

--------------------

Bu hədisdə, itlər, bir ümmət olaraq vəsfləndirilmişdir. Biz, ümmət kəliməsini, topluluq mənasında açıqladıq. Hədisin bu cümləsi, Ənam surəsinin 38-ci ayətinə bir işarətdir. Ayət belədir:

وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ وَلَا طَـٰٓئِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّآ أُمَمٌ أَمْثَالُكُم ۚ مَّا فَرَّطْنَا فِى ٱلْكِتَـٰبِ مِن شَىْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ

"Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar."

İtlər haqqında istifadə edilən "ümmət" kəliməsi, bəzi faydalar üçün yaradılmış və Yaradıcı'nın varlıq və böyüklüyünə dəlalət edən topluluq mənasındadır. Heyvanlar və quşlar haqqında ayətdə istifadə edilən "ümmət" kəliməsi də, bu şəkildə açıqlanmışdır.

İmam Xattabi (rahmətullahi aleyh), bu hədisin açıqlamasında belə deyir:

"Yəni Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir məxluq növünü məhv etməyi arzulamamışdır. Çünki Allah Taala'nın yaratdığı hər məxluqun yaradılışının bir hikməti vardır.

Bu etibarla, it növünün ən pisi olan qara rənglisinin öldürülməsi əmr edilmiş və əkin mühafizəsi kimi xidmətlərdə istifadə edilmək üzərə, digərlərinin tərk edilməsi istənilmişdir."

Qara itin öldürülməsinin hikməti ilə bağlı olaraq, "Təkmilə" müəllifi belə deyir:

"Çünki qara it, çox da faydalı deyil, yuxuya düşkün olduğundan, mühafizəçiliyi məhsuldar olmaz və ovçuluqda da müvəffəq deyil."

---------------------

3206 no-lu Sufyan b. əbi Zuheyr (radiyallahu anh) hədisini:

• Buxari;

• Muslim; və

• Nəsai

də rəvayət etmişlərdir.

----------------------

Hədislərin fiqhi yönü:

1. Əkin və ya davarın qorunması üçün it sahibi olmaqda bir beis yoxdur.

Evlərin qorunması və bənzəri ehtiyaclar üçün it sahiblənməyə gəlincə isə, "Təkmilə" müəllifi bu mövzuda belə deyir:

"Bir qövlə görə, caiz deyildir. Çünki hədislər, yalnız:

• əkin;

• davar; və

• ov

üçün it sahibi olmağı məşru saymışdır.

Hədislərin zahirinə görə, bunların xaricində qalan ehtiyaclar üçün, it sahibi olmaq, məşru sayılmaz.

Lakin ən sihhətli qövlə görə, hədislərdə sayılan 3 növ ehtiyac xaricində qalan ehtiyaclar üçün də, it sahibi olmaq, caizdir. Digər ehtiyaclar, hədislərdə sayılan ehtiyaclara qiyaslanır.

2. İt növü, bir topluluq olduğu üçün, bu növün kökünü kəsmək və ya yox etmək, caiz deyildir. Ancaq qara itləri öldürmək məşrudur.

3. Zərəri olmayan və kimsəyə əziyyəti toxunmayan heyvanları öldürmək, caiz deyildir. Lakin zərərli olan heyvanları öldürmək, caizdir.

4. Əkin, davar və ov itləri xaricində qalan itləri sahiblənmək, sahiblənən kimsənin hər gün 1 və ya 2 qirat qədər savabının əksilməsinə səbəb olur.

İbn Abdi'l-Bərr, bu son 4-cü hökmü ifadə edən hədis cümləsi ilə bağlı olaraq belə deyir:

"Bu ifadə, hədisdə sayılan məqsədlər olmadan, it sahibi olmağın haram olmadığına və caiz olduğuna dəlalət edər. Çünki haram olan bir şeyi sahiblənmək, əməllərin savabının əksilməsinə səbəb olsun və ya olmasın, sahiblənilməsi qadağandır. Savabın əksilməsi, it sahibi olmağın haram deyil, məkruh olduğuna dəlalət edər."

əl-Hafiz ibn Həcər Asqalani isə, ibn Abdi'l-Bərr'in bu görüşünə qarşı çıxaraq belə deyir:

"Zikr edilən ifadə, it sahiblənməyin haram olmamasını gərəkdirməz. Əksinə haram olması, möhtəməldir.

Bu ifadə ilə qəsd edilən məna belə ola bilər:

İt sahiblənmək günahı, 1 və ya 2 qirat savabın silinməsinə bərabər gəlir. Bu etibarla, it sahibi olan kimsənin günlük (bu) günahına qarşılıq, onun yaxşı əməllərinin savabından 1 və 2 qirat əksilər."

İt sahibi olan şəxsin yaxşı əməlinə aid savabından gündə əksilən miqdarı:

• birinci və sonuncu hədislərə görə- 1 qirat;

• ikinci hədisə görə isə- 2 qiratdır.

"Qirat" ilə qəsd edilən miqdarın, Allah qatında məlum olduğu ifadə edilməkdə və burda qəsd edilən miqdarın nə olduğu bildirilməməkdədir.

Cənazə namazına qatılmaq və cənazəni yola salmaq savabı ilə bağlı hədislərdə, bir qiratın Uhud dağı qədər olduğu bildirilmişdir.

Buradakı qiratın isə, Uhud dağı qədər olması möhtəməl olduğu kimi, bundan az olması da, möhtəməldir. Çünki:

• oradakı hədis, mükafat ilə;

• buradakı hədis, cəza ilə

bağlıdır. Allahın mükafatı ve ehsanı isə, böyükdür.

1 qirata dair rəvayət ilə 2 qirata dair rəvayət arasında zahirən görülən ixtilaf və dəyişikliklə bağlı olaraq, belə deyilmişdir:

Bu hal, sahiblənilən itlərin növlərinə və zərərlilik dərəcəsinə görə ola bilər.

Belə də ola bilər:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), ilk əvvəl 1 qirata dair hökmü bəyan buyurmuşdur. Daha sonra xalqın it sahiblənmələrindən yaxşıca çəkinmələri üzərə, əksilən savabın 2 qirat olduğuna dair hökmü buyurmuşdur.

Bu dəyişikliklərin səbəbləri, başqa şəkillərdə də açıqlanmışdır.

Gərəksiz yerə it sahiblənməyin məkruhluğu və ya haramlığı səbəbinə gəlincə, bu xüsusda fərqli görüşlər bəyan edilmişdir. Belə ki:

"İtlər:

• qonaqları narahat edər;

• kömək istəməyə gələn kasıbları qorxudar;

• gəlib keçənlərə əziyyət edər;

• (rəhmət) mələklərinin evə girmələrinə mane olar;

• qab-qacaqları kirlədər;

• bir çox xəstəliklərin yayılmasına və bulaşmasına səbəb ola bilər."

Xüsusilə sağlamlıq cəhətdən, itlərin gərək ev xalqına və gərəksə ətraf mühitə nə dərəcə zərərli olduğunu, bu gün tibb alimləri, media vasitəsilə insanları bu haqda məlumatlandırırlar.

Read 1 times
In order to make a comment, please login or register