İslamda nəcasətin hökmü

Din yönündən təmiz sayılmayan şeylər:

Maddələri baxımından dində təmiz sayılmayan şeylər, namaza əngəl olan miqdarları baxımından 2 qisimə ayrılır:

1. Ağır nəcasət

2. Xəfif nəcasət

Ağır nəcasət bunlardır:

1. İnsanların sidikləri, nəcisləri, məniləri(sperma), idrardan sonra gələn vediləri (kiçik təharətdən sonra və ya ağır bir şey qaldırmadan dolayı gələn bir az qalınca yapışan mayedir), şəhəvi istəkdən dolayı gələn məziləri (həzz səbəbi ilə cinsi orqandan gələn incə şəffaf maye), qusmaq, orqanlardan çıxıb axan qanlar və bədənlərdən kəsilib düşən ət və dəri parçaları.

2. Əti yeyilməyən heyvanların sidikləri, ağızlarından gələn tüpürcəkləri, axan qanları və quşlardan başqa büyün heyvanların nəcisləri.

3. Əti yeyilən heyvanlardan toyuq, qaz, və ördəklərin nəcisləri.

4. Ölü  heyvanların leşləri, quruda yaşayan və boğazlanmadan ölən yaxud dini qaydalara riaət edilmədən kəsilən qanlı heyvanlar və bunların tabaqlanmamış dəriləri qaz və ördək leşləri belədir.

5. Şərab, ittifaqla və digər sərxoşluq verən içkilər əksəriyyətə görə nəcisdir.

 

Xəfif olan nəcislər:

1. Atların  və əti yeyilən qoyun kimi evcil və yabanı heyvanların sidikləri, xəfif pislikdir.

2. Ətləri yeyilməyən heyvanlardan şahin, çaylaq və qartal kimi havada pisləyən quşların nəcisləri.

3. Hər heyvanın qara ciyərinə bağlı olan öd kisəsi və qarnı, nəcisinin hökmünə bağlıdır.

Qoyunun nəcisi xəfif olduğu kimi, onun öd kisəsi və qarnı da xəfif pislikdir.

-----------------------------------------------

Təmiz olmayan şeylərin hökümləri:

Təmiz olmayan şeylər: Gərək ağır olsun, gələk xəfif olsun, maddi şeyləri kirlətmək xüsusunda bərabərdirlər. Bu yöndən pisliklər ağır və xəfif qisminə ayrılmazlar. Ancaq namazın səhih olmasına əngəl olmaq vəya olmamaq baxımından,  bu iki qisim əsas alınaraq aşağıdakı hökümlər tətbiq edilir.

Ağır nəcasət sayılan bir şeyin: qatıdırsa, 3 qramdan, mayedirsə, ovuc içindən daha geniş olan miqdarı, ortadan qaldırılması mümkün olduğunda, namazın sihhətinə əngəl olur. Bu zikr edilən və onnan daha az olan miqdarlar isə, az nəcasətdir, namazın sihhətinə əngəl olmaz, bağışlanmış sayılır.

Xəfif pisliklərə gəlincə: Bunların bulaşdığı bədən orqanlarının və paltarların ¼”dən azı namaza əngəl olmaz. Bu miqdardan artıq olan pislikləri ortadan qaldırmaq mümkün olduqu zaman, namazın sihhətinə əngəl olurlar.

Yenə: Bir məstə bulaşan belə xəfif bir pislik, məsthin  topuqlardan aşağı olan qisminin ¼ dən azdırsa, bağışlanır, artıqdırsa, bağışlanmayıb namaza əngəl olurlar.

Bunula bərabər imkan olunca, bədənin, paltarın, və namaz qılınacaq yerin, pislik çox az olsa belə, təmizlənməsi bir fəzilətdir. Bir pisliyin az bir miqdarı ilə namaz qılınması səhihdirsə də, kərahəti vardır. Bunu ortqdan qaldırmadan namaz qılınmamalıdır.

----------------------------------------------------------

Din yönündən təmiz sayılmayan şeylər:

Maddələri baxımından dində təmiz sayılmayan şeylər, namaza əngəl olan miqdarları baxımından 2 qisimə ayrılır:

1. Ağır nəcasət

2. Xəfif nəcasət

Ağır nəcasət bunlardır:

1. İnsanların sidikləri, nəcisləri, məniləri(sperma), idrardan sonra gələn vediləri (kiçik təharətdən sonra və ya ağır bir şey qaldırmadan dolayı gələn bir az qalınca yapışan mayedir), şəhəvi istəkdən dolayı gələn məziləri (həzz səbəbi ilə cinsi orqandan gələn incə şəffaf maye), qusmaq, orqanlardan çıxıb axan qanlar və bədənlərdən kəsilib düşən ət və dəri parçaları.

2. Əti yeyilməyən heyvanların sidikləri, ağızlarından gələn tüpürcəkləri, axan qanları və quşlardan başqa büyün heyvanların nəcisləri.

3. Əti yeyilən heyvanlardan toyuq, qaz, və ördəklərin nəcisləri.

4. Ölü  heyvanların leşləri, quruda yaşayan və boğazlanmadan ölən yaxud dini qaydalara riaət edilmədən kəsilən qanlı heyvanlar və bunların tabaqlanmamış dəriləri qaz və ördək leşləri belədir.

5. Şərab, ittifaqla və digər sərxoşluq verən içkilər əksəriyyətə görə nəcisdir.

----------------------------------------------------

Xəfif olan nəcislər:

1. Atların  və əti yeyilən qoyun kimi evcil və yabanı heyvanların sidikləri, xəfif pislikdir.

2. Ətləri yeyilməyən heyvanlardan şahin, çaylaq və qartal kimi havada pisləyən quşların nəcisləri.

3. Hər heyvanın qara ciyərinə bağlı olan öd kisəsi və qarnı, nəcisinin hökmünə bağlıdır.

Qoyunun nəcisi xəfif olduğu kimi, onun öd kisəsi və qarnı da xəfif pislikdir.

 

 

 

Read 2 times
In order to make a comment, please login or register