İslamda rəsm və heykəllərin hökmü

Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Rəsm çəkənlər, qiyamət günü, şübhəsiz əzab olunarlar. (O gün) bu kimsələrə:

'Rəsmlərini çəkdiyiniz (canlıları) dirildin.' deyilər."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu't-Ticarə (Ticarət kitabı): "Sənətlər(ə aid gələn hədislər) babı", hədis no: 2151)

--------------------

Bu hədisi, Buxari və Muslim də rəvayət etmişlərdir.

Hədisdə keçən "surət" kəliməsi, ümumidir. Yəni kölgəli olan heykəl kimi şəkillər olsun, kölgəsiz olan fotolar kimi rəsmlər olsun, hamısının hökmü eynidir. (Haşiyə)

(Haşiyə:

Kölgəsiz rəsmlər: kağız üzərində çəkilən surətlərdir;

Kölgəli rəsmlər: büst şəklində olan daş, dəmir və digər materiallardan hazırlanan surətlərdir.)

Alimlər burdakı qadağanı, canlıların rəsm və heykəlləri şəklində açıqlamışlardır. Yəni cansız olan ağaclar, dağlar və digər cisimlərin rəsm və heykəllərin, bu qadağaya girmədiyini ifadə etmişlərdir.

Nəvəvi, bu hədisin şərhində belə deyir:

"Hər hansı bir canlının rəsmini və ya heykəlini cızmaq, şiddətlə haramdır və böyük günahlardandır. Çünki bu və bənzəri hədislərdə, bunlar haqqında ağır təhdidlər buyurulmuşdur. Adı zikr edilən şəkillər, əhəmiyyətli və ya əhəmiyyətsiz maddələrlə çəkilməsində, bununla bərabər hörmət qoyulmaq və ya həqir görülmək üzərə çəkilməsində bir fərq yoxdur. Hər halı ilə mütləq haramdır. Çünki bunda, Allah Taala'nın məxluqlarına bənzətmə vardır.

Adı zikr edilən rəsmlər, istər paltarda olsun, istər xalı kimi yerə sərilən örtüdə, pul, qab, divar üzərində və ya başqa şeydə olsun, fərq etməz.

Lakin ağac kimi cansız varlıqların rəsmlərini çəkməkdə bir məhzur (həzər ediləcək şey) yoxdur.

Rəsmlər almaq və istifadə etməyə gəlincə, hər hansı bir canlının rəsminin divara asılması, geyilən libas üzərində olması hallarında, bu kimi rəsmləri almaq və istifadə etmək haramdır.

Əgər yerə sərilən xalı və ya söykənilən yastıq kimi bir şey üzərində olub hörmət edilməyəcək və xor şəkildə istifadə ediləcək bir halda isə, bu cür rəsmləri istifadə etmək, haram deyildir.

Lakin belə təhqir ediləcək şəkildə bir rəsm, mövcud olduğu yerə rəhmət mələklərinin girib girmədiyi xüsusunda ixtilaf vardır.

Yuxarıda bildirdiyim xüsuslarda, kölgəsi olan şəkillər ilə kölgəsi olmayan şəkillər arasında bir fərq yoxdur.

Bu məsələ haqqındakı görüşümüz budur. Məzhəbimiz (Şafi məzhəbi)'nin görüşü də budur. Səhabələr, tabiun və onlardan sonra gələn alimlərin cumhurunun qövlü də budur. Süfyan əs-Sevri, əbu Hənifə və Malik ilə digər elm əhlinin məzhəbi də budur.

• Sələf alimlərindən bəziləri:

'Qadağan edilən surətlər, kölgəsi olan şəkillərdir. Kölgəsiz rəsmlər üçün bir beis yoxdur.'

demişlərsə də, bu görüş batildir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etiraz etdiyi rəsm, bir pərdə üzərində idi. Bunun kölgəsiz olduğu açıqdır. Qaldı ki, digər bəzi hədislər ümumidir.

• Zühri də:

'Surətlər haqqındakı qadağa, ümumidir. Belə rəsmli şeyləri istifadə etmək və belə rəsmlərin mövcud olduğu evə girmək də qadağandır. Rəsm, bir libas üzərində işləmə (əl işi) şəklində olsun, başqa şəkildə olsun, fərq etməz. Bununla bərabər, divarda olsun, libasda olsun və ya xor şəkildə istifadə edilən bir xalı üzərində yaxud xor görülməyəcək tərzdə saxlanılsın, hamısı qadağandır. Çünki hədisdəki hökm, ümumidir.'

demişdir. Zühri'nin bu görüşü də qüvvətlidir.

• Bəziləri də:

'Paltar üzərində olan rəsmlər, qadağan deyildir. Divarlar üzərində olan rəsmlər və heykəllər isə, qadağandır.' demişlərdir.

Kölgəsi mövcud olan qismin haramlığı və bunu pozmağın gərəkliliyi üzərində elm əhli icma etmişdir."

Nəvəvi'dən verilən nəql burda bitdi.

Rəsm və heykəllərin qəti olaraq qadağan edilməsinin hikməti, bütpərəstliyi, kökündən qazımaqdır. İslam da, bunu, qətiliklə qadağan etmişdir.

Abdurrahman əl-Cəziri (rahiməhullah), 4 məzhəbin fiqh kitabının "Halallar və haramlar" bölməsində icmal olaraq belə deyir:

1. Hənəfilər dedilər:

• Ağac və bənzəri canlı olmayan varlıqların rəsmini çəkmək, caizdir.

• Canlıların rəsmini sərgi, yastıq, yerə sərilən xalı və bənzəri şeylərə və ya kağız üzərinə çəkmək, caizdir. Çünki bu halda rəsm, təhqir edilmiş olmaqdadır.

• Baş və bənzəri onsuz yaşanılması mümkün olmayan bir orqanı əskik olan rəsmi çəkmək, caizdir.

• Qiymətli olan bir yerə rəsm qoymaq və ya orqanları tam olaraq təşəkkül ettirilmiş rəsmi çəkmək isə, caiz deyildir.

-----------------

2. Şafilər dedilər:

Canlı olmayan varlıqların, məsələn, ay, günəş, ağac və gəmi kimi şeylərin rəsmini çəkmək, caizdir.

Amma ağıllı olsun və ya olmasın, canlıların rəsmini çəkmək, halal olmaz.

Bunlardan birinin rəsmini çəkən kimsənin çəkdiyi rəsm, ya həcmli olar və ya olmaz.

Həcmli olmayıb ayaq altında qalan yerə və ya söykənilən bir yastığa çəkilmiş olarsa, onu seyr etməkdən xoşlanmaq, caizdir.

Amma divara və ya tavana asılı olan, ya da geyilən bir libas üzərinə çəkilən rəsmi seyr edib bundan xoşlanmaq, caiz olmaz. Çünki belə etməklə, rəsm, bütpərəstliyə bənzər şəkildə təzim edilib uca tutulmaqdadır.

Çəkilən rəsmin həcmi olar, amma başı və ya bel qismi kəsik, ya da qarnı deşilmiş vəziyyətdə olub yaşaması düşünülə bilməyəcək bir şəkildə isə, onu seyr etmək caizdir.

--------------------

3. Malikilər dedilər:

Rəsm çəkmək, bu şərtlərlə haram olur:

1. Ağıllı və ya ağılsız olsun, canlıların rəsmini çəkmək haramdır. Gəmi, məscid, minarə kimi cansız varlıqların rəsmini çəkmək, mütləq surətdə mübahdır.

2. Rəsm (və ya surət, heykəl), həcmi olması halında, istər ağac, dəmir kimi qalıcı maddələrdən düzəldilmiş olsun, istər qarpız qabığı kimi öz halına buraxıldığında solub quruyan və geriyə bir şey qalmayan maddələrdən biri ilə düzəldilmiş (və ya çəkilmiş) olsun, haramdır.

3. Çəkilən rəsmin, gərək heyvan, gərək insanın onsuz yaşaya bilməyəcəyi görünürdəki orqanları, tam olaraq çəkilmiş olmalıdır. Məsələn, çəkilən rəsmin qarnı və ya başı deşik olarsa, haram olmaz.

--------------------

4. Hənbəlilər dedilər:

Canlı olmayan ağac və bənzəri varlıqların rəsmini çəkmək, caizdir. Ağıllı və ya ağılsız canlıların rəsmini çəkmək, caiz olmaz. Yalnız bu kimi rəsmlər, yerə sərilib ayaq altında qalan sərgilər üzərinə çəkilərsə, ya da söykənilən yastıqlar üzərinə işlənərsə, caizdir. Çəkilən rəsm, həcmli olar amma baş və ya onsuz yaşaması mümkün olmayan digər orqanlarından biri olmazsa, mübahdır.

(Abdurrahman əl-Cəziri, "əl-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa", c. 3, s. 115-117)

Xülasə, vəsiqəlik fotolar və ehtiyac hallarında istifadə ediləcək şəkilləri, evdə saxlamağın bir məhzuru olmadığını söyləmək mümkündür.

Lakin bir boy fotosunu, otağa asmaq, yüksək bir şeyin üzərinə qoymaq, bununlə bərabər, hər hansı bir canlının tam fotosunu və ya heykəlini otağın bir yerinə zinət üçün və görüləcək şəkildə buraxmaq, caiz deyildir.

Günümüzdə bəzi evlər, bütxanalara bənzəyir. Otaqların divarları, insan və heyvanların boy fotoları və heykəlləri ilə bəzədilmiş bir vəziyyətdə görülməkdədir. Yuxarıda verdiyimiz elm əhlinin görüşləri qarşısınd, buna son vermək gərəkdir.

Allah, müsəlmanlara şüur ehsan etsin.

Read 2 times
In order to make a comment, please login or register