İslam'da şeir və şairlərin hökmü

وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلْغَاوُۥنَ • أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍ يَهِيمُونَ • وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ • إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَذَكَرُوا۟ ٱللَّهَ كَثِيرًا وَٱنتَصَرُوا۟ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ ۗ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَىَّ مُنقَلَبٍ يَنقَلِبُونَ • 

"Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur). Və etmədikləri şeylərə aid söhbət açırlar? Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra, (şeirləri ilə) qisas alanlar müstəsna. Zalımlar isə, qayıdacaqları yeri mütləq biləcəklər." (Şüəra/224-227)

--------------------

Təfsiri:

1. Şeirin hökmü, mahiyyətinə görədir.

İbn Abbas (radiyallahu anh) belə deyir:

"Burda qəsd edilənlər, kafirlərdir. Onlara cin və insanlar arasından azğınlar tabe olar."

Azğınların (əl-ğavun)'un: "haqdan uzaqlaşmış olanlar" mənasında olduğu da söylənmişdir.

Beləliklə də, (bəzi) şairlərin də eyni şəkildə azğın olduqlarını göstərməkdədir. Çünki (bəzi) şairlər azğın kimsələr olmasaydılar, özlərinə tabe olanlar da, onlar kimi olmazdılar.

Muslim'in rəvayətinə görə, Amr b. Şərrid, atasından belə dediyini nəql etmişdir:

"Bir gün, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in miniyi üzərində idim. Mənə:

'Ümeyyə b. əbi's-Salt'ın şeirlərindən bir şey bilirsənmi?' deyə soruşdu. Mən:

'Bəli.' dedim. O: 'Oxu.' dedi. Mən də Ona bir beyt oxudum. Bir daha: 'Oxu.' dedi. Yenə Ona bir beyt oxudum. Təkrar: 'Oxu.' dedi və bu, Ona 100 beyt oxuyuncaya qədər davam etdi."

Əgər bu hədis, şər'an və təbiət etibarı ilə bəzi gözəl görülən mənalar ehtiva edirsə, şeir əzbərləyib, onlara etina göstərilə biləcəyinə bu hədisdə dəlil vardır.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Ümeyyə şeirindən Özünə oxunmasını istəmişdir. Çünki Ümeyyə hikmətli biri idi. 

Uca Allahı zikr etmək, Ona həmd və təriflər deməyi ehtiva edən şeirlərə gəlincə, bu şeirlər də məndub şeirlərdir. 

Peyğəmbərdən söz edən və yaxud Onu tərifləyən, Onu müdafiə edən, Ona salat və salam ehtiva edən şeirlər də belədir.

Bir gecə Ömər b. əl-Xattab (radiyallahu anh) mühafizəçilik etmək üzərə çölə çıxmışdı. Bir evdə lampanın yandığını gördü. Bir yaşlı qadının yun çırparkən bunları dediyini eşidir:

"Yaxşıların salatı Muhammədə olsun,
 Ən yaxşılar, ən xeyirlilər, Ona salat etsin.
 Sən, səhər vaxtlarında çoxca namaz qılan və   ağlayan idin, 
 Ah kaş ki, bilsəydim, -ölümlər fərqlidir-,
 Görəsən sevgilimlə (haşiyə) eyni yurdda bir yerdə olacağammı?"

(Haşiyə: qadın burda Peyğəmbəri qəsd edir)

Bunu eşidən Ömər, oturub ağladı.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrini anmaq və onları tərifləmək də, bu şəkildədir. 

Muhamməd b. Sabiq'in bu beytləri necə də gözəldir:

"Hidayətin bayrağı olaraq Əli'ni seçdim mən,
 Eyni şəkildə mağara yoldaşı Atiq'i (Əbu Bəkir) seçdiyim kimi.
 Mən Əbu Hafsa'dan (Ömərdən) və Onun tərəfdarlarından da razıyam,
 O yaşlı'nın (Osmanın) evində öldürülməsinə isə, razı deyiləm.
 Mənə görə bütün səhabələr, tabe olunacaq imamlardır."

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in şeir dinlədiyinə, Əbu Bəkr'in də şeir söylədiyinə görə, artıq bundan daha iləri dərəcədə təqlid ediləcək və ya tabe olunacaq kimsələr ola bilər mi?!

İbni Abdi'l-Bərr belə deyir:

"Elm əhli və aqıl sahiblərindən heç kim, gözəl olan şeirə qarşı çıxmaz. 

Səhabələrin böyüklərindən, elm əhlindən və özünə tabe olunacaq mövqedə olanlardan, şeir söyləməmiş, yaxud şeir oxumamış, ya da hikmət yaxud da mübah qəbilindən olub muhtəvasında həyasızlıq, düşüklük, müsəlmanlara da hər hansı bir əziyyət ehtiva etməyən bir şeiri dinləyib bəyənməmiş kimsə yoxdur.

Əgər şeirdə əxlaqsız ifadələr, pis sözlər və müsəlmanlara əziyyət edən ifadələr mövcuddursa, şeir ilə nəsr arasında heç bir fərq yoxdur. Onun dinlənməsi də, söylənməsi də halal deyildir."

Əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Mən, Allah rəsulunu, minbər üzərində ikən, belə buyurarkən eşitdim:

Ərəblərin söyləmiş olduğu ən doğru -ya da ən şairanə- söz, şair Lebid'in söylədiyi:

'Bunu bil ki, Allah xaricindəki hər şey batildir.' sözüdür."

Bu hədisi, Muslim rəvayət etmişdir.

-----------------

2. Dinlənməsi halal olmayan, söylənməsi uyğun görülməyən şeir və bu cür şeir söyləyən şairlərin hökmü:

Dinlənməsi halal olmayan, söyləyəni də zəmm edilən (pislənən) şeirə gəlincə, bu, batil sözlərin mövcud olduğu şeirdir. Elə ki:

• İnsanların ən qorxağını Antərə'dən, ən paxıllarını da Xatim'dən üstün göstərərlər. (Haşiyə)

• Günahı olmayan kimsəyə şeirləri ilə böhtan atarlar.

• Təqva sahibi kimsənin, fasiq olduğunu iləri sürərlər.

• İnsanın etmədiyi şeyləri, etmiş kimi söyləyəcək qədər iləri gedərlər.

Bunu da can sıxıntısını ortadan qaldırmaq və sözlərini gözəlləşdirmək üçün edərlər. 

Əl-Fərəzdak ilə bağlı olaraq gələn rəvayətə görə, Süleyman b. Abdu'l-Məlik, onun bu beytini eşitmişdi:

"O qadınlar, sağımda və solumda sərxoş olaraq yıxılıb gecəni keçirdilər,
Mən də, gecə boyunca üzüklərin tilsimlərini çözüb durdum."

Bunun üzərinə, Süleyman:

"Sənə hədd cəzası tətbiq etmək gərəkdir."

deyincə, Fərəzdak ona belə cavab verdi:

"Ey möminlərin əmiri, uca Allah:

'Və onlar etmədikləri şeyləri söyləyərlər.' 

buyuruğu ilə, məndən hədd cəzasını uzaqlaşdırmaqdadır."

----------------

Haşiyə:

1. Antərə b. Şəddad əl-Absi, cahiliyyə dövrünün ən məşhur şairlərindən biri olmaqla bərabər, cəsarət və qəhrəmanlığı ilə bərabər kölə olmaqdan qurtulmuş və ərəblər arasında əhəmiyyətli bir mövqe qazanmışdı. Necə ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

"Əvvəlkilərdən görməyi ən çox arzu etdiyim, Antərə'dir." buyurmuşdu. 

Hədisi açıqlayan alimlər belə deyirlər:

"Bunun səbəbi, Antərə'nin məşhur bir şair olması deyil, dövründəki anlayışın bir nəticəsi olaraq, cəmiyyətdən xaric edilməsinə və qul dərəcəsinə düşməsinə rəğmən, fövqəladə bir cəsarət nümunəsi göstərməsi, şöhrətə və azadlığa qovuşuncaya qədər, istedadlarını inkişaf etdirməyə əzm etməsidir. 

Həqiqətən də Antərə, hicrət zamanına yetişsəydi, Qüreyş'ə qarşı mübarizəsində, Peyğəmbərimizə kömək edərdi."

2. Xatəm ət-Tai:

Əsl adı, əbu Səffanə Xatim b. Abdullah b. Sə'd ət-Tai əl-Qahtani'dir. 

Miladi 578-ci ildə vəfat edən Xatəm ət-Tai, cahiliyyə dövründə yaşayan, comərdliyi ilə məşhur 3 nəfərdən biri idi. Tay qəbiləsinin rəisi idi. 

Atası o uşaq ikən öldüyü üçün, özünü çox varlı və comərd olan anası Qunəyyə binti Afif yetişdirmişdi. Xatəm, uşaq yaşlarından etibarən, comərdliyi və qonaqpərvərliyi ilə tanınaraq, "Cavad" ləqəbiylə anılırdı.

Xatəm'in ölümündən illər sonra, qızı Səffanə, Tay qəbiləsinə göndərilən bir süvari müsəlman ordusu tərəfindən Mədinə'yə əsir olaraq gətirilmişdi. Səffanə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə Xatəm ət-Tai'nin qızı olduğunu söyləyərək, atasının özəlliklərini bildirib sərbəst buraxılmasını istədi. Allah Rəsulu da:

"Sənin atan, İslamın təlkin etdiyi fəzilətlərlə süslənmiş bir adam idi." 

deyərək, Səffanə'nin sərbəst buraxılmasını əmr etdi.

Bununla bərabər, dövrünün məşhur bir şairi olan Xatəm ət-Tai:

• şeirlərinin çoxunda insanları eqoistlikdən çəkinməyə çağırmış;

• comərdliyi tərifləmiş;

• Allah inancını dilə gətirmiş; və 

• comərdliyi də sadəcə Allah'ın razılığını qazanmaq üçün etdiyini bildirmişdi.

-----------------------

• Rəvayətə görə, Numan b. Adi b. Nadla, Ömər b. Xattab'ın təyin etdiyi bir məmur idi. O, bir şeirində belə deyirdi:

"Kim o gözəl qadına bu xəbəri götürə bilər, ki, 
 Onun ərinə, Meysan'da kasalarla şərab içirirlər.

 İstəsəm, kəndin nüfuz sahibləri, mənə mahnı oxuyar,
 Və bir rəqqasə, hər bir barmaq ucu üzərinə yüksələr.

 Əgər sən mənə içki təqdim edən kimsə isən, o böyük kasa ilə təqdim et,
 Kiçik və ağzı xarab olanla təqdim etmə qəti.

Bəlkə möminlərin əmirinin xoşuna gəlməz,
Bizim o yıxılmış və köhnə köşkdəki içki söhbətimiz."

Bu xüsus Ömər (radiyallahu anh)'ın qulağına çatdığında, yanına gəlmək üzərə ona xəbər göndərdi və Ömər ona belə dedi:

"Allaha and olsun ki, sənin bu sözlərin mənim xoşuma gəlmədi." 

Bu səfər Numan b. Adi:

"Ey möminlərin əmiri, söylədiklərimin heç birisini etmiş deyiləm. Sadəcə füzuli (boş) bəzi sözlərdən ibarət idi söylədiklərim. Zatən uca Allah da:

"Şairlərə gəlincə də, onlara azğınlar tabe olar. Görmədin mi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şeir uydurur) və etmədikləri şeylərə dair söhbət açırlar?" diyə buyurmaqdadır.

Bunun üzərinə Ömər b. əl-Xattab (radiyallahu anh) ona belə dedi:

"Bəli, sənin göstərdiyin bu üzr, sənə tətbiq ediləcək hədd cəzasının önünü aldı. Lakin sən bu sözləri söylədikdən sonra, əbədiyyən Mənim əmrimdə çalışmayacaqsan."

• Zübeyr b. Bəkkar belə deyir: 

Mənə Musab b. Osman'ın bildirdiyinə görə, Ömər b. Əbdü'l-Əziz (rahmətullahi aleyh) xəlifə olunca, tək düşündüyü, Ömər b. əbi Rəbia ilə əl-Ahvas idi. 

Xəlifə Ömər b. Əbdu'l-Əziz, Mədinədəki valisinə belə bir məktub yazdı:

"Mən, Ömər b. əbi Rəbia ilə əl-Ahvas'ın pis və şərir kimsələr olduqlarını bilirəm. Bu məktubum sənə çatar-çatmaz, onları həps et və mənə göndər."

Mədinə Valisi bu məktubu alar-almaz, bu 2 nəfəri həbs edib Xəlifə Ömər b. Əbdü'l-Əziz'ə göndərdi.

Xəlifə Ömər b. Əbdü'l-Əziz, Ömər b. əbi Rəbia'ya:

"Söylə görüm..." dedi və Ömər b. əbi Rəbia'nın bu beytlərini oxudu:

"Görmədim cəmrələrə (haşiyə) daş atıldığı sırada, görən kimsənin gördüyü kimisini,
 Və bir də həcc gecələri kimi, sevdalı olanı tərk edənləri.

 Başqasına aid şeylərdən gözləri dolduran neçə kimsələr vardır ki, 
 Cəmrəyə doğru getdi mi, orada heykəllər kimi bəyazlarla qarşılaşar."

(Haşiyə: 

Cəmrə: Mina vadisində Ərəfatdan gələcək daşlarla meydana gələn yığınlar deyilir.)

Xəlifə Ömər b. Əbdü'l-Əziz sözünə belə davam etdi:

"Allaha and olsun ki, sən, öz həcc ibadətinlə məşğul olan biri olsaydın, özündən başqa heç bir şeyə baxmazdın. Bu günlərdə insanlar səndən qurtulmazlarsa, nə vaxt qurtulacaqlar?!"

Xəlifə bundan sonra, Ömər b. əbi Rəbia'nın sürgünə göndərilməsini əmr etdi. Bu səfər, Ömər b. əbi Rəbia belə dedi:

"Ey möminlərin əmiri, bəs bundan daha xeyirli olan bir şeyə nə deyirsən?" 

Xəlifə, bunun nə olduğunu soruşduğunda, Ömər b. əbi Rəbia belə cavab verdi:

"Bir daha belə şeirlər söyləməyəcəyimə dair, Allah adına söz verirəm. Əbədiyyən heç bir şeirimdə qadınlardan söz etməyəcəm və artıq tövbəmi pozmayacam."

Xəlifə Ömər b. Əbdü'l-Əziz (rahmətullahi aleyh) ona:

"Həqiqətən bunu bir də etməyəcəksənmi?" deyincə, şair: 'Bəli.' dedi. Tövbəsinə sadiq qalacağına dair Allaha and içdi, Xəlifə də onu sərbəst buraxdı.

Xəlifə Ömər b. Əbdü'l-Əziz daha sonra, əl-Ahvas'ı yanına çağırtdı. Ona:

"Sən, bu beyitə nə deyirsən?" diyə soruşdu. Beyt belə idi:

"Mənimlə onun (haşiyə) qəyyumu arasında Allah vardır, 
 O, onu məndən alıb qaçır, mənsə arxasından gedirəm."

(Haşiyə: Ahvas, burda bir qadını əldə etməkdən bəhs edir.)

Daha sonra Xəlifə, Ahvas'ın sürgün edilməsini əmr etdi. Ənsardan bəzi kimsələr onun haqqında Xəlifə Ömər b. Əbdü'l-Əziz ilə danışdılarsa da, xəlifə bunu qəbul etmədi və:

"Mən, bu xəlifəlik məqamında qaldığım müddətcə, Allaha and olsun ki, onu geri gətirməyəcəm. Çünki o, açıqdan-açığa fasiqlik edən bir kimsədir." dedi.

Bax, pislənən şeirlər ilə bu şeirlərin şairlərinin hökmü budur. Belə bir şeiri dinləmək, məscid və ya başqa bir yerdə oxumaq, halal olmaz. Eynilə çirkin nəsr sözlər və bənzərində olduğu kimi.

İsmayıl b. Ayyaş, Abdullah b. Avn'dan, o, Muhamməd b. Sirin'dən, o əbu Hureyrə'dən rəvayətlə belə deyirlər:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Gözəl şeir, gözəl söz kimidir. Çirkini də, çirkin söz kimidir."

Bunu İsmayıl b. Abdullah əş-Şami rəvayət etmişdir. Onun Şam əhalisindən etdiyi rəvayətlər, Yəhya b. Main və başqalarının söylədiklərinə görə, səhihdir.

--------------------

3- Müsbət olmayan şeirə qarşı davranış nə cür olmalıdır:

Muslim'in rəvayətinə görə, əbu Hureyrə (radiyallahu anh), Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə nəql etmişdir:

"Sizdən hər hansı birinizin içinin tıxa-basa irinlə dolması, şeir ilə dolmasından daha yaxşıdır."

Yenə "Səhih"də, əbu Səid əl-Xudri (radiyallahu anh), Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə rəvayət edir:

"Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə birlikdə yol gedərkən, şeir oxuyan bir şair ilə qarşılaşdıq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

'Bu şeytanı tutun. Çünki hər hansı kimsənin içinin irin ilə dolması, şeir ilə dolmasından, onun üçün daha xeyirlidir."

Elm adamlarımız deyirlər ki:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in bu şairə qarşı belə davranış tətbiq etməsi, onun halını bilməsindən sonradır. 

Bu şairin:

• şeiri, qazanc əldə etmək üçün bir yol tutmuş olduğunu; və

• özünə mal veriləcək olarsa, tərifləməkdə ifrata vardığı;

• verilməyəcək olarsa, hicv və pisləmədə iləri gedərək, insanlara mallarında və namuslarında əziyyət verdiyini 

daha əvvəldən öyrənmiş ola bilər.

Belə bir halda olan bir şairin, şeir səbəbilə əldə etdiyi hər cür qazancın haram olduğunda, görüş ayrılığı yoxdur. Bu xüsusda, söylədiklərinin hamısı da, onun üçün haramdır, ona qulaq asmaq halal olmaz. Əksinə, ona gərəkən şəkildə etiraz göstərmək gərəkdir. 

Əgər dilindən gələcək zərərdən qorxulmaqla bərabər, qarşısı alına bilmirsə, o təqdirdə, əlindən gəldiyincə, belə bir kimsəni idarə etməyə (yəni dərinə getməmək), mümkün olduğu qədər uzaq durmağa çalışılmalıdır.

Daha işin başından ona bir şeylər vermək, halal olmaz. Çünki bu, masiyyətə (günaha) bir köməkdir. 

Əgər başqa bir çarə tapıla bilmirsə, öz heysiyyətini qorumaq niyyətilə, ona bir şeylər verər. Çünki insanın öz namus və heysiyyətini qorumaq üçün xərclədiyi şeylər, onun üçün sədəqə olaraq yazılır.

"Sizdən hər hansı birinizin içinin irinlə dolması, şeirlə dolmasından daha yaxşıdır." 

hədisinin izahı ilə bağlı olaraq verilmiş ən gözəl açıqlama budur:

"Belə bir hökm, şeirin təsiri altında qalan və onun xaricində hər hansı bir məlumatı olmadan həmişə şeir öyrənib əzbərləyən kimsə haqqındadır. 

Bu kimsə, zikr naminə heç bir şey bilməz və bu şeirlərlə də həmişə batilə dalar, özü üçün tərif gətirməyəcək növdən yollar izləyər. Boş sözlər, gəlişi gözəl söhbətlər, qiybət və çirkin sözləri çoxca söyləyən kimsə kimi.

Bu şəkildə, bu aşağı və pislənmiş vəsflər, bu şəkildə şeirin təsiri altında qalmış olan kimsədən ayrılmaz. Çünki ədəbi adət, bunu gərəkdirməkdədir."

Buxari'nin "Səhih"ində bu hədisin başında açmış olduğu babda zikr etdiyi ifadələrlə, bu xüsusa işarət etməkdədir:

"İnsanın, şeirin təsiri altında qalmasının məkruh olması (ilə bağlı varid olmuş rəvayətlər)"

Bu hədisin təvili ilə bağlı olaraq, bunlar da söylənilmişdir:

"Bundan məqsəd, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in və başqalarının hicv edildiyi şeirlərdir."

Ancaq bu açıqlamanın heç bir qiyməti yoxdur. Çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'i az ya da çox ifadə ilə hicv etmək eyni şeydir. Belə bir davranış küfrdür və pislənmiş bir işdir. 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) xaricindəki müsəlmanları hicv etmək də, azı ilə, çoxu ilə, haram qılınmışdır. 

Dolayısı ilə, burda pisləmənin sadəcə çox miqdara təhsisinin (xas qılınmasının), heç bir mənası yoxdur.

----------------------

4- Şeirin hökmü, muhtəvası (ehtiva etdiyi şeylər) ilə bağlıdır:

İmam Şafi (rahiməhullah) belə deyir:

"Şeir, bir növ sözdür. Onun gözəli gözəl, çirkin də, çirkin söz kimidir."

Yəni şeir, zatı etibarı ilə, xoşlanılmayan bir şey deyildir. O, muhtəvası dolayısı ilə, məkruh görülür."

Ərəblərin nəzdində, şeirin çox böyük bir təsiri vardı. O cəhətdən, onlardan biri, çox əvvəllər, belə demişdir:

"Və dilin yarası, əlin açdığı yara kimidir."

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Hassan b. Sabit'in müşriklərə cavab vermiş olduğu bir şeiri haqqında belə demişdi:

"Şübhəsiz ki, bu, onlarda, ox atmaqdan daha güclü bir təsir buraxar."

Bu hədisi, Muslim rəvayət etmişdir.

Tirmizi də, səhih olduğunu bildirərək qeyd etdiyi rəvayətə görə, ibn Abbas'dan belə nəql edir:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), bir qəza ümrəsi əsnasında, Abdullah b. Revaha önündə yeridiyi halda, Məkkəyə girdi. Bu sırada Abdullah b. Revaha belə deyirdi:

"Ey kafir oğulları! Çəkilin yolumdan,
 Bu gün sizinlə onun (Quranın) endirilməsi dolayısı ilə, çarpışarıq.

 Elə zərbələr endirərik ki, kəllələri boyunlardan ayırar,
 Və dosta dostunu xatırlatmaz olar."

Ömər b. əl-Xattab (radiyallahu anh):

"Ey Abdullah! Allahın haramında və Rəsulunun hüzurunda mı (belə deyirsən)?" diyə soruşdu.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

"Burax onu, ey Ömər! And olsun, bu, onlara atılan oxlardan daha sürətli təsir edər."

-------------------

5- Şairlərin izləyiciləri:

• Dahhaq belə deyir:

Biri Ənsardan, digəri mühacirlərdən 2 nəfər, (Allah Rəsulu dövründə) qarşılıqlı olaraq bir birini hicv etdilər. Bunların hər birisinin yanında da, qövmünün azğın olanları var idi. Bunun üzərinə, bu ayət nazil oldu. 

İbn Abbas da belə demişdir. 

• Yenə Ondan gələn bir rəvayətə görə, bunlardan məqsəd, şeirləri rəvayət edənlərdir.

• Yenə Əli b. əbi Talha'nın Ondan rəvayətinə görə, bunlardan məqsəd: kafirlərdir. Onlara cin və insanların azğınları uyar. Bunu da əvvəl, zikr etdik.

• Ğudayf'ın rəvayətinə görə də, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim İslam dinində hicv etmə cığırını aşarsa, onun dilini kəsin."

• ibn Abbas (radiyallahu anh)'dan digər rəvayətə görə də, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Məkkəni fəth etdiyində, İblis, kədərlə bağırdı və öz zürriyyətini ətrafına toplayaraq belə dedi:

"Artıq Muhamməd ümmətini, bu gündən sonra, təkrar şirkə döndürəcəyinizdən yana ümidinizi kəsin. Lakin bu 2 yerdə -Məkkə və Mədinədə- şeiri yayğınlaşdırın."

------------------------

6- Şeirləri ilə intiqam (qisas) alanlar:

Uca Allahın:

"Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)" buyuruğu, bu deməkdir:

"Onlar hər boş işə dalarlar. Haqq yola tabe olmazlar. Çünki haqq yola uyub söylədiyi sözlərin öz əleyhinə yazılacağını bilən bir kimsə, söyləcəyi sözləri ölçüb biçər və elə söyləyər. Belə kimsə, nə söyləyəcəyinə əhəmiyyət vermədən, axmaqca söz söyləməz."

Bu ayət, Abdullah b. əz-Zibara və Umeyyə b. əbi's-Salt haqqında enmişdir.

-------------- 

"Və etmədikləri şeyə dair söhbət açarlar!"

Yəni onların çoxu yalan söyləyər. Sözlərində comərdlikdən və yaxşı şeylərdən söz edərlər, amma onlar bu yaxşı işləri görməzlər. 

Bu ayətin, Əbu Azzə əl-Cumahi'nin bu beyitləri söyləməsi üzərinə, onun haqqında nazil olduğu da söylənmişdir:

"Diqqət edin! Məndən Peyğəmbər Muhammədə bu xəbəri götürün:

Şübhəsiz ki, Sən, haqq (peyğəmbər)sən. Mütləq Məlik olan Allah, hər həmdə layiqdir.

Lakin mənə, Bədr və Bədrdəkilər xatırlatıldı mı, 
Sümüklərim də, dərilərim də, ah çəkib inləyər."

Daha sonra Hassan b. Sabit, Abdullah b. Revaha, Ka'b b. Malik, Ka'b b. Züheyr və haqq sözü söyləmək baxımından onların izindən gedən mömin şairlərin şeirlərini istisna edərək, belə buyurmaqdadır:

"• Ancaq iman sahibi olub xeyirxah işlər görənlər;
 • Allahı tez-tez yada salan; və
• Haqsızlığa (zülmə) məruz qaldıqdan sonra (şeirləri ilə) qisas alanlar müstəsna."

Qisas almaq ancaq haqq ilə və uca Allahın cızdığı sərhədlər çərçivəsində mümkündür. Əgər bu sərhədləri aşacaq olarsa, bu səfər batil yol ilə intiqam alınmış olar.

Əbu'l-Həsən əl-Mübərrəd belə deyir:

"Şairlərə də azğınlar tabe olar."

buyuruğu nazil olunca, Hassan, Ka'b b. Malik və ibn Revaha ağlayaraq, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəldilər və belə dedilər:

"Ey Allahın Rəsulu! Allah, bizim şair olduğumuzu bildiyi halda, bu ayəti endirdi (yəni buna dair nə buyurursan?)

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu səfər onlara:

"Ondan sonrakı Allahın buyuruğunu oxuyun." dedi:

"Ancaq iman edib saleh əməl işləyən kimsələr..." sizlərsiniz. 

"Allahı çoxca zikr edən və özlərinə zülm edildikdən sonra qisaslarını alanlar müstəsna!"

Bax, onlar da sizlərsiniz. İntiqam almaq isə, müşriklərə cavab verməklə olur. 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Siz də, qisasınızı alın. Lakin haqdan başqa bir şey söyləməyin. Atalardan, analardan da, söz etməyin."

Hassan, əbu Süfyan'a belə demişdi:

"Muhammədi hicv etdin. Mən də, Onun adına sənə cavab verirəm. Bu xüsusda mükafatım, Allah qatındadır. Şübhəsiz ki, mənim atam, anam, şərəf və heysiyyətim, Muhammədin şərəf və heysiyyətini sizə qarşı qorumaq üçündür.

Sən, Ona bərabər olmadığın halda, Ona necə söyə bilərsən?! Sizin pis olan kimsələriniz, xeyirli olana (Peyğəmbərə) fəda olsun. 

Dilim, kəskin qılıncdır, 
O, axar, durar, dolçalar (vedrələr) onu bulandırmaz."

Ka'b da, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə belə dedi:

"Ey Allahın Rəsulu! Şübhəsiz ki, Allah, şeir haqqında, Sənin bildiyin buyuruqları endirdi. Bu xüsusda nə deyirsən?"

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)  belə cavab verdi:

"Şübhəsiz, mömin, canıyla, qılıncıyla və dili ilə cihad edər. Nəfsim əlində olana and olsun ki, sizin onlara atdıqlarınız, eynilə oxlar kimidir." (Hədisi, Əhməd də, Müsnəd'ində rəvayət etmişdir.)

Dahhaq'ın ibn Abbas'dan rəvayətinə görə, O, uca Allahın:

"Şairlərə də, azğınlar uyar." buyuruğu, daha sonra gələn:

"ancaq iman edib saleh işlər görənlər müstəsna..." buyuruğu ilə nəsx edilmişdir.

(İmam Qurtubi, əl-Cami li Ahkami'l-Quran təfsiri, Şüəra (şairlər) surəsi/224-227)

Read 8 times
In order to make a comment, please login or register