İslamın hökmləri sərtdirmi?

İnsanların əxlaq və davranışlarından pis vərdişlər əldə edilməsi, dərin bir xəstəlikdir. Qafil kimsələri keçirik, ağlı başında olan insanlar belə özlərini bu xəstəlikdən çox çətin qoruyurlar.

İnsan için-için hiddətləndiyi, birliktə olmağı uyğun görmədiği fasiq biri ilə bir müddət oturub ayrıldıqdan sonra, oturmadan öncəki hissiyatı ilə oturduqdan sonraki hissiyatını bir qarşılaştırsa, nifrət duyğuları arasında, heç şübhəsiz, bir fərqlilik görəcək. Çünki fəsad olan bir şey görülə-görülə, insan təbiəti tərəfindən normal qarşılanmağa başlayır, təsiri, bu davranışı pis görməsi azalır.

Çünki özünü bu pis davranışlardan uzaq tutan şey, bu pis davranışları böyük bir yalnış olaraq dəyərləndirməsi idi. Bunları sıx-sıx müşahidə etməsi, bu günahları gözündə kiçildir, o xətalara qarşı özünü cilovlayan gücü, çözüləcək vəziyyətə gəlir, təbiəti ona və daha başqa pis davranışlara meyillənmə istedadı qazanır.

Bundan dolayı, zənginlərin sərvətinə baxanlar, öz vəziyyətlərini onlarla qarşılaştırmağa cəhd edənlər, Allahın öz üzərindəki nemətlərini xor görməyə başlayır, onlarla oturub duranları, malik olduqları nemətlərə kiçik baxması nəticəsini doğurur. Buna görə də, Allahın elçisi, Allahın verdiyi nemətlərin dəyərini bilmək üçün varlılarla deyil, kasıblarla oturub durmaq gərəkdiyini buyurmuşdur.

Eləcə də bunun kimi, itaət edənlərlə Allaha üsyan edənlərə baxmaq, onlarla bir arada olmaq da, insan təbiətinə təsir edir. Səhabələrlə tabiunun ibadətə yönəlib dünyadan üz çevirmələrini düşünən kəs, özünü və ibadətini həmişə xor görür, nəfsini qüsurlu bilir, onların yoluna tabe olmaq, nöqsanlarını ortadan qaldırmaq yolunda çalışma impulsunun hərəkətə keçdiyinin fərqinə varır.

Amma günümüzdəki insanların halını, onların Allahdan üz çevirib dünyaya dörd əllə sarılmalarını, üsyanlara bulaşdıqlarını görən kimsə, bu səfər qəlbində xeyrə dair balaca bir duyğu hiss ettikdə, onu böyüdür. Bax bu, həlakın özüdür.

Xeyir və şərri şəxsən görmək bir yana, sırf eşidilmələri belə, insan təbiətinin dəyişməsinə təsir göstərir. Bu incəlik qavranıldığı təqdirdə, Süfyan b. Uyeyne'nin:

"Saleh insanlar xatırlandığında, rəhmət enər." (1)

sözlərinin sirri anlaşılar.

Rəhmət, cənnətə girmək, Allaha qovuşmaqdır. Heç şübhəsiz, salehlər anıldığında, bu, birbaşa gerçəkləşən birşey deyil, bu, onun sadəcə səbəbidir.

Yəni qəlbdə onlara tabe olmaq, izlərindən getmək doğrultusunda bir tərpəniş, bir istək meydana gəlməsi, qüsurlu davranışlarından dönmə meyli görsənməsi deməkdir.

Rəhmətin ilk təzahürü, xeyir iş görməkdir. Xeyir iş görməyin ilk əlaməti də, xeyrə doğru arzu duymaqdır. Arzunun başlanğıcı da, salehlərin hallarını xatırlamaqdır. Rəhmətin enməyinin mənası budur.

Zəka sahiblərinə görə, bu sözlərin şəxsən özlərindən anlaşılan məna, müxalif məfhumundan anlaşılan məna ilə eynidir. Yəni salehlər anıldığında necə rəhmət enirsə, fasiq və facir (günahkar) kimsələrin halları söhbət mövzusu olduqda, lənət enər.

Çünkü o cür adamlardan sıx-sıx söz edilməsi, günahların insan təbiəti tərəfindən normal qarşılanmasına səbəbiyyət verir.

Lənət demək, uzaqlıq deməkdir. Allahdan uzaq qalmanın başlanğıc nöqtəsi, günahlardır. Allahdan üz çevirmək də, şəriətin cızdığı sərhədlər xaricində dünya zövqlərinə və şəhvətlərinə yönəlməkdən dolayı baş verir. Günahların başlanğıc nöqtəsi isə, ağırlıq və çirkabların qəlblərdən silinməsi, qəlbin belə duyğulardan arınmasıdır. Qəlbdən bu duyğuların sıyrılmasının başlanğıc nöqtəsi, çirkinlikləri, pislikləri çox-çox duyaraq müvazinət qazanılmasıdır.

Salehlərlə fasiqlərin həyat tərzlərinə dair hekayələri sadəcə duymaqla təsirlənən insan, onları gördüyündə təsirlənmə dərəcəsi görəsən nə qədər olar?

Hətta bu halı, Peyğəmbər (Allahın salamı olsun ona), şəxsən açıqlayıb belə buyurmuşdur:

"Pis dost, dəmirçinin körüyünü xatırladır. Qığılcımları səni yandırmasa belə, qoxusundan üzərinə heç şübhəsiz bir şey hopar."

Qoxu, fərqinə varılmadan paltara hoptuğu kimi, pis davranış da heç fərq edilmədən qəlb tərəfindən normal qarşılanmağa başlayır.

Allahın elçisi belə buyurur:

"Yaxşı dostun halı, müşk qoxusu daşıyanın halını xatırladır. Üzərində müşk qoxusu daşıyan, öz müşkündən sənə verməsə belə, sən, onun qoxusunu alarsan.".

Bundan ötrü mən deyirəm ki:

"Bir alimin bir xətasını bilən kimsə, bunu bu 2 səbəbdən dolayı başqalarına söyləməsi haramdır:

1) Qiybət olduğu üçün,

2) O alimin günahını duyanların, bu günahı mühimsəyəcəkləri təhlükəsindən dolayı.

İkinci, birincidən də daha böyük haramdır. Çünki alim adamın o günahı işlədiyini eşidənlər, heç çəkinmədən o günahı işləyə bilərlər.

Dolayısı ilə, hadisəni danışan, o günahın xəfif görülməsinə səbəbiyyət vermiş olur. Hətta birisi eyni günahı işləyib ətrafdan qınanılmağa başladığında, o dəqiqə özünü müdafiə etməyə başlayar və:

"Bizim kimilər belə bir günahdan yaxasını necə qurtara bilər? Hamımız hətta alim və abidlər belə bu cür günahlara bulaşa bilərlər." deyər.

Əgər o adam, o alim və abidlərin o günahı işləmədiklərini bilsəydi, özünü cilovlayar, o işi görməyə qalxmazdı.

Elə kimsələr var ki, dünyaya dörd əllə sarılır, var gücü ilə dünyalıq mal toplamaqla məşğul olur, rəislik sevdası uğrunda ömür tükədir, başa keçmənin çirkinliyini, bu çirkin davranışlarındakı üzrxahlıqlarını öz-özünə yozub xəfiflətməklə məşğul olaraq, hətta səhabələrin belə baş olma sevdalarından yaxalarını qurtara bilmədiklərini söyləyir.

Əli ilə Müaviyə (Allah hər ikisindən də razı olsun) arasındakı anlaşmazlıqları dəlil görsədir, özünə görə təxmin yürüdərək, onların arasındakı çəkişmənin, haqqı ayaqda tutmaq istəyindən deyil də, rəislik sevdasından qaynaqlandığını düşünür.

Bu cür düşüncələr, rəislik ilə onun ayrılmaz parçaları olan günahları, normala endirmək üçün bir cür dəstəksiz fərziyyələrdir.

Fitrəti xarab, bayağı təbiətli insan, böyüklərin büdrədikləri şeylər arxasıdan gedər, yaxşı davranışlardan üz çevirər, özünü üzrlü görsətmək üçün, nəfsani istəkləri doğrultusunda, pislikləri, pislik deyilmiş kimi dəyərləndirməyə çalışar. Bunlar, şeytanın incə hilələrindəndir. Bunun üçün Allah Taala şeytana, həqiqəti görənləri belə vəsfləndirmişdir:

"Onlar ki, sözü dinləyərlər və ən gözəlinə tabe olarlar." (Zümər surəsi 18. ayət)

Allahın elçisi də bu mövzunu belə bir misalla açıqlamışdır:

"Oturub hikmətli sözləri dinlədikdən sonra, eşittiyi şeylərin pisləri ilə əməl edənlərin halı, bu adamın halını xatırladır:

Biri bir çobanın yanına varır və:

'-Ey çoban! Mənə qoyunlarından bir qoyun ver.' deyir.

Çoban da:

'-Get və içlərindən ən yaxşısını al.' diyə cavab verir.

Bu da gedər, çoban itinin qulağından tutaraq qoyun yerinə, iti seçər."

Bu misal, böyüklərin büdrədikləri şeyləri başqalarına deyən hər insan üçün də keçərlidir.

Bir şeyin təkrarlana-təkrarlana və görülə-görülə qəlblərdəki təsirinin azalmasını yansıdan, açıq bir şəkildə ortaya qoyan nümunələrdən biri də budur:

İnsanlar, bir müsəlmanı Ramazan ayında gündüz vaxdı yeyib-içərkən gördüklərində böyük etiraz görsədərlər, bunu aşırı bir şəkildə qərib bir davranış olaraq görər, hətta kafir olduğuna inanarlar. Halbuki namazları vaxdında qılmayan insanları gördüklərində, təbiətləri, orucunu açan insandan nifrət ettikləri qədər ondan nifrət etməz.

Halbuki bir grup alimə görə, bir vaxd belə, bilə-bilə tərk edilən namaz, küfür səbəbidir.

Bir grup alimə görə də, namaz qılmayanın öldürülməsi gərəkir.

Amma bütün ramazan ayı boyunca oruc tutmayan eyni cəzaya çarptırılmaz.

Bəs yaxşı, elədirsə, bu fərqli etirazların səbəbi nədir:

Bunun səbəbi:

Namazın gündə beş vaxd təkrar edilməsi və bu təkrar nəticəsində, qəlblərdəki təsirinin görülə-görülə azalmasıdır.

Yenə bundan ötrü, bir fiqh alimi, ipək paltar geyinsə və ya qızıl üzük taxsa və ya gümüş qabdan su içsə, o dəqiqə ona hücum edilər və qınanar.

Halbuki eyni fiqh alimi, bir məclisdə uzun müddət qalıb insanların qiybətini etsə, bütün zamanını bununla keçirtsə, kimsə tərəfindən qərib qarşılanmaz.

Halbuki qiybət, zinadan daha ağır bir günahdır! Belə olduğu halda, qiybət etməyin ipək paltar geyinməkdən daha ağır olmadığı söylənə bilər mi?!

Ancaq qiybətin çoxca eşidilməsi və qiybətçilərin ətrafta at oynatması, qiybətin ağırlığını, təsirini düşürmüş, bəsit hala endirmişdir.

Bu incəliklərə diqqət et və belə insanlardan aslandan qaçdığın kimi qaç.

Çünkü belələrini gördüyündə, müşahidə edəcəyin hər şey, onların dünyasına qarşı meylini artıracaq, axirəttən qəflətə düşürəcək, günahları gözündə kiçildəcək, itaət şövqünü azaldacaq.

Görülməsi və hərəkətləri sənə Allahı xatırladan bir həmdəm tapsan, ona sarıl, ondan ayrılma, onu özünə qənimət bil, onu xor görmə.

Çünkü belə biri, sənin üçün bir dövlət, mömin üçün isə, itirildiyi halda tapılmış bir maldır.

Bunu da unutma ki:

Yaxşı bir dost- yalnız yaşamaqdan;

Yalnız yaşamaq da- pis dostla birlikdə olmaqdan yaxşıdır.

Bu mənaları qavrayıb öz xarakterini analiz ettiyində və birlikdə olmağı istədiyin insanın halını incələdiyində, ona yaxın olmağın mı, yoxsa uzaq durmağın mı daha yaxşı olacağını rahatlıqla biləcəksən. (2)

(1) İmam Əhməd, Kitabü'z-Zühd, s. 338;

(2) İmam Ğazzali, İhya’u-Ulumi’d-din, 2. Cild, s. 516-518

Read 12 times
In order to make a comment, please login or register