İSQAT və DÖVR


İsqat "borcdan qurtarmaq" deməkdir. İbadətlərdə İsqat; namaz, oruc, qurban, adaq, kəffarə kimi ibadət və borcları əda və qəza etmədən vəfat ədən bir kimsəni, bu borclardan qurtarmaq üçün yoxsullara fidyə ödənməsini ifadə edir. Fiqhdə daha çox namaz və oruc borcunu ödəmək mənasına gələn isqati-səlatisqati-savm terminləri işlədilir. Burada fidyə adı keçən ibadətləri sağlığında yerinə yetirə bilməyən kimsənin üzərindən bunların borcunu qurtarmaq üçün, ölümündən sonra bu şəxsin miras malından yoxsullara ediləcək ödənişləri ifadə edir. Dövrdə ayrılan məbləğ fidyə olaraq hesablanan məbləğdən az olduğunda, bunu ümumi fidyə miqdarına çatdırmaq üçün edilən bir işdir. İsqat və dövr işi sağlığında yerinə yetirilməmiş fərz və ya vacib ibadətlər üçün edilir. Beş vaxt fərz namaz, vitr namazları, Ramazan orucu, qurban və nəzir (adak) bu mövzudadır.


İşarə (ima) yolu ilə də olsa namaz qılmağa gücü yətdiyi halda, üzr və tənbəllik üzündən qıla bilmədiyi bir çox fərz və ya vacib namaz borcu ilə ölən şəxsin malından təsəddüq ədərək, bu namazların cavabdəhliyindən xilas olmaq olarmı? Bir sıra fəqihlərə görə, belə bir kimsə sağlığında vəsiyyət etdiyi təqdirdə mirasının üçdə birindən, hesablanacaq hər fərz namaz və vitr namaz sayında namaz fidyəsi verilərək, əfv ədilməsi üçün Allaha niyaz ədilir. Bu fidyənin miqdarı oruc fidyəsi qədər olub, bu da yarım sa buğdadan ibarətdir. (1 sa; şəri dirhəmə görə 2,917 kq; örfi dirhəmə görə isə 3,333 kq buğdadır.) Ancaq təməldə bir fidyə, bir yoxsulun bir günlük yemə-içmə məsrəfinə uyğun gəlməlidir.


Ölən şəxs isqati-salat üçün bir şey vəsiyyət etməyibsə, ağıllı və həddi-büluğa çatmış mirasçılardan birinin, təbərru olaraq vərəcəyi mal ilə də isqati-səlat işi yerinə yətirilə bilər. Yad bir kimsə tərəfindən ölü adına ediləcək təsəddüqün savabı da ölüyə çatır.


Bir kimsə həyatda ikən namaz üçün fidyə verə bilməz. Çünki bu namazları qəza etməsi mümkündür. Ancaq bunları qəza edə bilməyəcəyini  nəzərə alaraq vəsiyyət edərsə, bu vəsiyyət ölümündə, mirasçıları varsa mirasın üçdə birindən, mirasçısı yoxsa tamamından yerinə yetirilir.


Namaz fidyəsi üçün ayrılan pul kifayət qədər olmazsa, bu, dövr yolu ilə on yoxsula və ya yenə bu yolla bir və ya bir çox yoxsula verilə bilər.


Digər bir tərəfdən ölünün vəlisi olan onun adına qəzaya qalmış namazlarını qıla, oruclarını tuta bilməz. Fəqət bu kimi ibadətlərin savabından ölmüş bir müsəlmana hədiyyə edilə bilər. Bundan ölünün istifadə edə biləcəyi ümid edilir.


İsqati-səlatın dəlili isə oruc tutmağa gücü yetməyənlərin bunun yərinə fidyə vermələridir. (Bəqərə, 2/184.)


İbn Abbas, Ömər, İbn Məsud, Muaz İbn Cəbəl və Sələmə İbn Aqva kimi bir qrup səhabə "Sizdən Ramazan ayına yetişənlər o anda oruc tutsun.” (Bəqərə, 2/185.) ayəsi enənə qədər, əshabdan istəyənin oruc tutduğunu, istəyənin də tutmayıb fidyə vərdiyini, bu ayə endikdən sonra isə, oruc tutmağa gücü çatanlar haqqında fidyə hökmünün nəsx edilib, yalnız xəstə və yaşlılar üçün rüxsət olaraq qaldığını bildirirlər. (Müslim, Siyam, 149-150; Cəssas, Əhkamul-Quran, l, 218; Həyət, İlmihal, l, TDV nəşri, s. 371)


Hz. Peyğəmbərin və səhabənin tətbiqi də belə olmuşdur. Bu mövzuda alimlər həmfikirdirlər. İslam ümmətində ortaya çıxan və məqsədi aşan oruc və namaz isqatı isə təməldə ayənin yalnız sağalma ümidi olmayan xəstəlik və yaşlılıq üzündən oruc tutmayanlarla məhdud olan hökmünü, məcburiyyəttənbəllik üzündən əda və ya qəza ədilməmiş bütün namaz və oruclara şamil edilmişdir.


Yuxarıdakı əsasdan hərəkət edən hənəfi fəqihləri istehsan dəlilinə dayanaraq namazı oruca bənzətmişlər. Hətta namaz orucdan daha önəmlidir. Buna görə də qəzası qılınmayan namazlar üçün də fidyə vərmək lazımdır.


İmam Muhamməd "Ziyadat" adlı əsərində namaz fidyəsi ilə namaz üçün "inşallah kifayət ədər" demişdir. Fidyə ilə namaz borcunun düşəcəyi (azad olunmaq) nəss və qiyasa dayansaydı, daha dəqiq bir üslubdan istifadə edilərdi. Bunun Allahın istəyinə buraxılması insanlar üçün bir ümiddən ibarət olduğunu göstərir. Digər tərəfdən İbnul Hümam da Fəthul-Qadir adlı əsərində hənəfi imamlarının istehsanına görə namazın oruca bənzədiyi, orucla fidyə arasındakı əlaqənin, namazla fidyə arasında da sabit olduğu ifadə edilmişdir. Əgər bu bənzərlik sabit olarsa, məqsəd hasil olar. Əks halda namaz fidyəsi ehsan mahiyyəti daşıyar. Birr və ehsan isə pislikləri yox edər. Ayədə belə buyurulur:


Şübhəsiz yaxşılıqlar pislikləri yox edar.” (Hud, 11/114)


Namaz fidyəsindən sonra oruc, qurban və and kəffarəsi üçün təkrar dövr ədilər. Pozulub qəza ədilməyən nafilə namazlar, nəzir namazı və qurban borcları üçün də bir miqdar dövr ədilər.


Nəticə olaraq namaz, oruc, and və nəzir kimi borclar üçün şəxsin ölümündən sonra fidyə veriləcəksə bunun gərçək olması lazımdır. Mömin ölümündən öncə bu və ya digər yerinə yetirmədiyi fərz və vacibləri hesablayaraq mümkündürsə sağlığında qəza etməlidir. Mümkün deyilsə, sərvətinin üçdə birini buna ayırmalıdır. Əgər ayrılan sərvət bu borcları qarşılamırsa, bundan sonra Allahın rəhmətinə ümid bəsləyər.


Oruc kəffarəsində Allah Rəsulunun kasıb səhabəyə göstərdiyi rahatlığı qeyd etməklə mövzunu bitiririk.


Əbu Hüreyrədən rəvayətə görə: "bir adam Rəsulullaha gələrək məhv oldum dedi. Hz. Peyğəmbər: "səni məhv edən şey nədir?" deyə soruşduqda, həmin şəxs: "Ramazanda xanımımla cinsi əlaqədə oldum" -dedi. Hz. Pəyğəmbər: "bir kölə azad et. "- buyurdu. Həmin şəxs: "kölə tapa bilmərəm". Hz. Pəyğəmbər: "ard-arda iki ay oruc tut buyurdu. Adam: "buna gücüm çatmaz dədikdə", Pəyğəmbər: "altmış yoxsulu doyur" -dedi. Həmin şəxs yenə: "buna da gücüm çatmaz" dədikdə, bir səbətdə xurma gətirildi. Allah Rəsulu: "bunları yoxsullara paylamağını tapşırdı." Həmin şəxs Mədinədə onlardan kasıb kimsə olmadığını dedikdə, Rəsulullah gülümsədi və: "get bunları ailənlə bir yerdə yə"- dedi. (Şövkani, ə.a.ə., IV, 214. Bir səbət 15 sadır. Bir sa təqribən 3 kq-dır.)


Dəlilləriylə İslam Elmihalı, İpək  Yolu Nəşriyatı, 2010

Read 6.088 times
In order to make a comment, please login or register