İsra surəsi 71-ci ayətin təfsiri (1)

O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. O zaman kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir. (İsra/71)

------------------------------

Təfsiri:

İmam kəliməsinin izahı:

Ərəbcədə "imam" kəliməsi, istər hidayət, istərsə dəlalət (azğınlıq) üzərə olsunlar, bir topluluğun tabe olduğu hər kəsdir. O halda:

• Nəbi: ümmətinin imamı;

• Xəlifə: idarə etdiyi kimsələrin imamı;

• Quran da: müsəlmanların imamıdır,

deməkdir.

• Namazda özünə tabe olunan kimsə də, camaatın imamıdır.

Alimlər, ayətdəki "imam" kəliməsinin nə demək olduğu xüsusunda, bəzi görüşlər iləri sürmüşlərdir:

1. "Onların imamları", peyğəmbərlərdir.

Bu, əbu Hureyrə (radiyallahu anh)'dan mərfu (sənədi qüvvətli olsun və ya olmasın, Peyğəmbərə isnad edilən hədis) olaraq nəql edilmişdir.

Buna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qiyamət günündə:

'Ey İbrahimin, ey Musanın, ey İsanın və ey Muhammədin ümməti'

deyə nida olunacaq, bunun üzərinə, peyğəmbərlərinə uyğun, haqqın tərəfdarı olan kimsələr qalxacaq və kitablarını sağ tərəfdən alacaqlar.

Daha sonra da:

'Ey Firon'un, ey Nəmrud'un və dəlalət və küfrün liderlərinə:

'Ey filan kəsin, filan kəsin müntəsibləri'

deyə səsləniləcək."

-------------------

2. Bu, Dahhak və ibn Zeyd'in görüşüdür. Buna görə, bunun mənası:

"Allah, hər insanı, özlərinə endirdiyi kitablarla çağırar."

şəklindədir. Belə olması halında, ifadənin təqdiri mənası:

"Qiyamət günündə, ey Quran, ey Tövrat, ey İncil əhli!"

deyə nida olunacaq.

-------------------------------

3. Həsən əl-Basri'yə görə, bu təbirin mənası:

"Allah, hər kəsi, içində əməllərinin yazılı olduğu kitabları ilə (əməl dəftərləri ilə) çağırar."

şəklindədir.

Kitaba "imam" deyilməsinin dəlili isə, Yasin surəsi 12-ci ayətidir:

إِنَّا نَحْنُ نُحْىِ ٱلْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا۟ وَءَاثَـٰرَهُمْ ۚ وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ فِىٓ إِمَامٍ مُّبِينٍ

"Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi imam-ı mübində (yəni: açıq-aydın kitabda) qeydə almışıq."

Beləcə, Allah Taala, bu ayətdə, kitaba, "imam" adını vermişdir.

Bu görüşə görə, "بِإِمَـٰمِهِمْ" (bi iməmihim) ifadəsinin başındakı "bə" hərf-i cərri, "məa" (bərabər) mənasında olub, kəlamın təqdiri bu şəkildə olur:

"Biz hər kəsi, yanlarında kitabları olduğu halda çağırarıq."

Bu, eynilə, sənin:

"Onu (heyvanı) ona, boynundakı ipi ilə bərabər ver."

deməyin kimidir. Yəni:

"Boynunda ipi olduğu halda ver." deməkdir.

----------------

4. "əl-Kəşşaf" müəllifi Zəmaxşəri, belə deyir:

"Burdakı "imam" kəliməsinin:

• "əl-ummu" kəliməsinin cəm halı olduğunun;

• insanların qiyamət günündə anaları ilə çağırılacaqlarının; və

• onların, atalarının deyil, analarının adı ilə çağırılacaqlarının hikmətinin də:

1. İsa (əleyhissəlam)'ın haqqının qorunması;

2. Həsən və Hüseyn (radiyallahu anhuma)'nın dəyərlərinin ortaya qoyulması; və

3. Vələdü'z-zina (zina məhsulu uşaqların) rəzil-rüsvay edilməmələri

üçün olduğunun iləri sürülməsi, təfsirə soxuşdurulmuş bidətlər cümləsindəndir."

Zəmaxşəri, sözünə davam edərək, belə deyir:

"Mən,

• bu ləfzin doğruluğunun (yəni, "imam" kəliməsinə yüklənən "əl-ummu", yəni ana mənasının) mu; yoxsa

• hikmətinin bəyan edilməsinin mi

daha çox bidət olduğunu, kaş ki, başa düşə bilsəydim..."

-----------------------------

5. Mən isə, deyirəm ki:

Ləfzlə bağlı başqa bir ehtimal daha mövcuddur:

"Üstün və fasid əxlaqın növləri çoxdur. Hər insana hökmran olan da, o əxlaqın bir növüdür. Məsələn:

• bəzilərinə "qəzəb";

• bəzilərinə "pul-para duyğusu";

• bəzilərinə "gəliri olan ərazi", "karlı olan iş duyğusu"

• bəzilərinə də "kin və həsəd duyğusu"

hökmrandır.

Gözəl əxlaq tərəfini ələ almış olsaq, deyə bilərik ki:

• bəzi kimsələrə əfv duyğusu; və ya

• şücaət (cəsarət); və ya

• kərəm; yaxud

• elm və zühd

tələbi hökmran olmuşdur.

Bunu yaxşıca qavradığında, biz, deyirik ki:

Bu zahiri felləri (işləri) görməyə sövq edən şey, o gizli və batini duyğulardır. Bundan dolayı, bu batini duyğular:

• o zahiri fellərin "imamı",

• itaət edilən bir məliki; və

• iqtida edilən (tabe olunan) bir öndəri, lideri kimidir.

Bundan dolayı, qiyamət günündə, mükafat və cəza, o duyğulardan meydana gələn fellərə görə veriləcək.

Bax, Allah Taala'nın:

"Bir gün gələcək, insan siniflərindən hər birini, biz, imamları ilə bərabər çağıracağıq."

ifadəsindən qəsd edilən, budur.

Bundan dolayı, belə bir ehtimal, mənim qəlbimə doğan bir ehtimaldır.

Öz muradını ən yaxşı bilən isə, Allah'dır.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihul-Ğeyb" təfsiri, İsra/71 təfsiri)

--------------------

--------------------

Əlavələr:

İsra surəsi 71-ci ayə (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-71-ci-ay%C9...

Read 465 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR