İsra surəsi 71-ci ayətin təfsirini verə bilərsinizmi?

يَوْمَ نَدْعُوا۟ كُلَّ أُنَاسٍۭ بِإِمَـٰمِهِمْ ۖ فَمَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَأُو۟لَـٰٓئِكَ يَقْرَءُونَ كِتَـٰبَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا

 

"O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. O zaman kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir." (İsra/71)

----------------------------

Təfsiri:

Allah Taala, bu ayətdə, qiyamət günündən xəbər verərək, hər ümmətin, öz imamları ilə hesaba çəkiləcəyini bildirir.

Ancaq burda keçən "imam" kəliməsi üzərində ixtilaf edilmişdir.

• Mücahid və Qatadə belə deyirlər:

"Peyğəmbərləri ilə birlikdə hesaba çəkilərlər."

Və bu, Allah Taala'nın:

وَلِكُلِّ أُمَّةٍ رَّسُولٌ ۖ فَإِذَا جَآءَ رَسُولُهُمْ قُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ

"Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz." (Yunus/47)

qövlü kimidir.

----------------------------

• ibn Zeyd, belə deyir:

"Hər ümmət, Peyğəmbərlərinə endirilmiş olan təşriatı havi olan (şəri hökmləri ehtiva edən) kitabları ilə birlikdə çağırılarlar."

İbn Cərir də, bu görüşü tərcih etmişdir.

-----------------------

• İbn əbu Nəcih, Mücahid'dən nəql edir ki, o, imamdan məqsədin, kitablar olduğunu, söyləmişdir. Mücahidin, bu açıqlaması ilə, ibn Abbasın:

"...o gün bütün insanları, imamları ilə birlikdə çağırarıq..."

yəni,

"əməllərini ehtiva edən kitabları ilə birlikdə çağırarıq",

deyə təfsir etdiyinə dair Avfi'nin rəvayət etdiyi görüşü qəsd etmiş olması da, möhtəməldir.

Əbu'l-Aliyə, Hasan, Dahhaq da belə demişlərdir.

Bu, ən çox tərcih edilən görüşdür. Çünki Allah Taala, Yasin surəsi 12-ci ayətdə belə buyurur:

إِنَّا نَحْنُ نُحْىِ ٱلْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا۟ وَءَاثَـٰرَهُمْ ۚ وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ فِىٓ إِمَامٍ مُّبِينٍ

"Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi imam-ı mübində (açıq-aydın kitabda) qeydə almışıq."

Və yenə Kəhf surəsi 49-cu ayətdə, Allah Taala belə buyurmaqdadır:

وَوُضِعَ ٱلْكِتَـٰبُ فَتَرَى ٱلْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَـٰوَيْلَتَنَا مَالِ هَـٰذَا ٱلْكِتَـٰبِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّآ أَحْصَىٰهَا ۚ وَوَجَدُوا۟ مَا عَمِلُوا۟ حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا

"Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər:

“Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!"

Casiyə surəsi 28 və 29-cu ayətlərdə isə, belə buyurulmuşdur:

وَتَرَىٰ كُلَّ أُمَّةٍ جَاثِيَةً ۚ كُلُّ أُمَّةٍ تُدْعَىٰٓ إِلَىٰ كِتَـٰبِهَا ٱلْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

"Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!"

هَـٰذَا كِتَـٰبُنَا يَنطِقُ عَلَيْكُم بِٱلْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ

"Bu Bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz sizin etdiyiniz əməlləri yazdırmışıq!”

Bu ifadələr, Allah Taala'nın bir ümmət haqqında hökm verdiyi zaman, o ümmətin peyğəmbərini də gətirməsini rədd etməz. Çünki peyğəmbərin, onların etdiklərinə, əleyhlərində şəhadət etməsi lazımdır. Necə ki, Haqq Taala belə buyurur:

وَأَشْرَقَتِ ٱلْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلْكِتَـٰبُ وَجِا۟ىٓءَ بِٱلنَّبِيِّۦنَ وَٱلشُّهَدَآءِ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ

"Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir." (Zümər/69)

Nisa surəsi 41-ci ayətdə isə, belə buyurulur:

فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍۭ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَـٰٓؤُلَآءِ شَهِيدًا

"Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?"

----------------------

Ancaq burda (İsra/71-də) imam kəliməsilə qəsd olunan, "əməllərin yazıldığı kitab"dır. Bunun üçündür ki, Allah Taala:

"...o gün bütün insanları, imamları ilə bərabər çağıracağıq..." buyurmaqdadır.

"...O zaman kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq..."

Onlar, gördükləri saleh əməldən dolayı, fərahlıq və sevinclə kitablarını oxuyacaq və sevinəcəklərdir. Necə ki, Haqqa surəsi 19-29-cu ayətlərdə belə buyurulmaqdadır:

فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَـٰبِيَهْ • إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ • فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ • فِى جَنَّةٍ عَالِيَةٍ • قُطُوفُهَا دَانِيَةٌ • كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ • وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ • وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ • يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ • مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ • هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ

"Kitabı sağ əlinə verilən deyəcəkdir:

“Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.

O, xoşbəxt həyat sürəcəkdir –uca bir Cənnətdə – elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.

Onlara:

“Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcəkdir.

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir:

“Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”.

--------------------------

Hafiz əbu Bəkr əl-Bəzzar, bu mövzuda bir hədis nəql edərək, belə deyir:

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"....o gün bütün insanları, imamları ilə bərabər çağıracağıq..."

ayəti mövzusunda belə buyurmuşdur:

"Onlardan biri çağırılacaq və kitabı sağından veriləcəkdir. Bədəni ilə özünə dəstək təmin edilib üzü ağardılacaq. Başının üzərinə, parlaq incidən bir tac qoyulacaq. Beləcə, dostları arasına göndəriləcək. (Dostları) onu uzaqdan görüb (belə) deyəcəklər:

"Ey Rəbbimiz! Bizə də ondan ver və bizi, bu xüsusda məsud qıl."

O şəxs yanlarına gələcək və onlara (belə) deyəcək:

"Müjdələr olsun sizə. Çünki hər birinizə bunun kimisi vardır."

Kafirə gəlincə, üzü qaraldılacaq və dostları onu görüb belə deyəcəklər:

"Bundan -və ya bunun kimilərin şərrindən- Allaha sığınırıq. Ey Rəbbimiz! Bizə belə etmə."

O şəxs, bu adamların yanına gəlincə, bu adamlar belə deyəcəklər:

"Ey Rəbbimiz! Onu rəzil-rüsvay et."

Bu şəxs də:

"Allah, sizi uzaq qılsın. Çünki hər birinizə bundan vardır." deyəcək.

Sonra Bəzzar, bu hədisin, yalnız bu şəkildə rəvayət edildiyini söyləmişdir.

(İbn Kəsir təfsiri)

Read 15 times
In order to make a comment, please login or register