İsrafilin suru haqqında məlumat verərsinizmi?

Əbu Səid (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Surun 2 sahibinin əllərində (üfləyəcəkləri) 2 buynuz vardır. Nə vaxt (üfləməklə) əmr olunacaqlarını diqqətlə gözləyib düşünərlər."

Not:

Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Ravilərdən Haccac b. Ərtat və Atiyyə əl-Afvi'nin zəifliyi səbəbilə, bunun sənədi zəifdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Ba's (yəni ölümdən sonra dirilmə) haqqında gələn hədislər babı", hədis no: 4273)

-------------------------

İzahı:

Sur: Buynuz şəklindəki tütəkdir;

Qarn: Buynuz deməkdir.

"ən-Nihayə"də belə deyilmişdir:

"Sur: Qiyamət günü ölülərin dirildiləcəyi vaxt, İsrafil (əleyhissəlam)'ın üfləyəcəyi buynuz şəklindəki tütəkdir."

Tirmizi, əbu Davud və Nəsai'nin rəvayət etdikləri bir hədisdə:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm):

الصور قرن ينفخ فيه

'Sur, içinə üflənən bir buynuzdur." buyurmuşdur.

"Avnu'l-Mabud" müəllifinin Ərdəbili'dən bəyanına görə, O, belə demişdir:

"Mücahid və başqaları:

'Sur, tütək şəklindədir. Ruhlar onun içinə qoyular. Sonra üflənər."

Bu hədis, üfləmə hadisəsinin 2 dəfə baş verəcəyinə, hər üfləməyin ayrı bir mələk tərəfindən bir tütəyə olacağına dəlalət edir. Ancaq hədisin sənədinin zəifliyi səbəbi, yuxarıda bildirilmişdir. Müfəssirlər və hədis şarihlərinin çoxu, üfləmə işinin İsrafil (əleyhissəlam) tərəfindən olacağını bildirmişlərdir.

Read 11 times
In order to make a comment, please login or register