İsrailiyyat nədir?

"İsrailiyyat", Yaqub (əleyhissəlam)'ın ikinci adı və ya ləqəbi olan İsrail kəliməsilə, nisbət ismi meydana gətirən "İsrailiyyə"nin, cəm halıdır.

Böyük əksəriyyətlə, yəhudi; qismən də, xristiyan qaynaqlarından nəql edilən "əfsanə, qissə, hadisə və ya bilik" mənasında istifadə edilir. Bəzi alimlər, İslam müxaliflərinin bu dinə əlavə etməyə çalışdıqları əslsiz və uydurma xəbərlər haqqında da, eyni termini (yəni, israiliyyatı) istifadə etmişlərdir. Bir qisim alimlər isə, yəhudi qaynaqlı məlumatlar üçün, "İsrailiyyat"; xristiyan qaynaqlı olanlar üçün isə, "Məsihiyyat" və ya "Nəsraniyyat" kəlimələrinə yer vermişlərdir.

Əvvəlki din və mədəniyyətlərdən, İslam qaynaqlarına nəql edilən məlumatların, ümumiyyətlə İsrailiyyat deyə xatırlanması, möhtəmələn, yəhudilərin, daha əvvəlki bir dinin mənsubları olmaları; o dövrdə, ərəb yarımadasında, ərəblər tərəfindən daha çox bilinmələri və əksəriyyəti təşkil etmələri kimi səbəblərdən dolayıdır.

Terminoloji mənası ilə, "İsrailiyyat"ın tam olaraq hansı mənaya gəldiyi, necə ortaya çıxdığı və müsəlmanlar arasında ilk dəfə nə zaman istifadə edildiyi xüsusunda, kifayət qədər məlumat yoxdur.

"İsrailiyyat"ın muhtəvası bir xeyli geniş olub, bu rəvayətlər, ümumiyyətlə, İsrail oğullarına göndərilən peyğəmbərləri; bu peyğəmbərlərin, günahkarlara etdikləri xəbərdarlıqları, bunlara verilən cəzaları; zahidlərin söz və davranışları ilə, onların nail olduqları mənəvi ehsanları mövzu etməkdədir.

Mövzu ilə bağlı bir digər mübahisə də, İslam qaynaqlarında yer alan İsraili mahiyyətdəki məlumatların, uydurma olub-olmadığı; və ya əldə mövcud olan müqəddəs kitablarda yer alıb-almadığıdır. Şərqşünasların və müasir müsəlman alimlərin təsbitlərinə görə, İsrailiyyat qəbilindən bəzi məlumatlar, Kitab-i Müqəddəs və onun şərhlərində yer almamaqdadır.

İsrail oğullarından nəql etməyə icazə verən rəvayətlərdən (Buxari, hədis no: 3462; əbu Davud, "İlm"/11; Tirmizi, "İlm"/13) yola çıxaraq, İslam alimlərinin qaynaq göstərərək etdikləri bəzi nəqllərin, yəhudi və xristiyan qaynaqlarında mövcud olmaması, bunların, şifahi olaraq rəvayət edildiyi iddiasını gündəmə gətirmişdir. Bu görüşü mənimsəyənlər, əsərlərində, İsrailiyyata yer verən ilk müfəssirlərin metodunu incələyərkən, ibn Xaldun'un, o dövr yəhudilərinin də, ərəblər kimi bədəvi olduğuna dair görüşlərini dəlil göstərirlər. İslam qaynaqlarındakı "İsrailiyyat"ı, müqəddəs kitablarda mövcud məlumatlarla qarşılaşdırdıqlarını və bir çoxunun bu qaynaqlarda yer almadıqlarını gördüyünü söyləyən bəzi alimlər də, ibn Xaldunla eyni qənaətdədirlər.

------------------------------

(Haşiyə:

Buxari'nin rəvayəti, belədir:

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرو، أنّ النَّبِيّ صَلى الله عليه وسلم قَالَ "بَلّغُوا عَنّي وَلَوْ آيَةً، وَحَدّثُوا عَنْ بَنِي إِسْرَائِيلَ وَلاَ حَرَجَ، وَمَنْ كَذَبَ عَلَيَّ مُتَعَمّداً، فَلْيَتَبَوَأْ مًقْعًدَهُ مِنَ النَّارِ".

Abdullah b. Amr (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Məndən, 1 ayət belə olsa təbliğ edin. İsrail oğullarından da nəql edə bilərsiniz. (Bunda), bir çətinlik yoxdur. Qəsdən əleyhimdə yalan danışan, atəşdəki (cəhənnəmdəki) yerinə hazırlaşsın." (Buxari, 60-cı Kitab: "Səhih", "Peyğəmbərlər haqqındakı hədislər kitabı", 50-ci Bab: "İsrail oğulları haqqında zikr edilənlər babı", hədis no: 3461)

İbn Həcər Asqalani, "Fəthu'l-Bari"də, bu hədisin şərhində deyir:

"İsrail oğullarından nəql edə bilərsiniz. Bunda, bir çətinlik yoxdur..."

Yəni, onlardan nəql etməkdə, sizin üçün bir çətinlik yoxdur. Çünki, daha əvvəl, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onlardan öyrənməyi, onların kitablarını oxumağı qadağan etmişdi. Daha sonra, bu xüsusda, bir genişlik hasil oldu. Sanki, bu qadağa, İslami əhkam (hökmlər)'in və dini qaydaların yaxşıca yerləşmədən əvvəl fitnə çıxa bilər qorxusu ilə qoyulmuş idi. Daha sonra da, bu çətinlik ortadan qalxınca, bu xüsusda, icazə verildi. Çünki, onların zamanlarında meydana gəlmiş olan xəbərləri eşitməklə alınacaq ibrətlərin varlığı bəhs mövzusudur.

"İsrail oğulları"ndan məqsədin, şəxsən İsrailin, yəni, Yaqub (əleyhissəlam)'ın uşaqları olduğu da deyilmişdir.

Malik, deyir:

"Onlardan bəhs etməyin caiz olmasından qəsd edilən, yaxşı olan xüsuslarla əlaqəli olanlardır. Yalan olduğu bilinən şeylər haqqında, bu, bəhs mövzusu deyildir."

Şafi, deyir:

Bilindiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm), yalan şeylər danışmağı, caiz görməmişdir. O halda, (hədisin) mənası, budur:

Sizcə caiz gördüyünüz şeylərə gəlincə, onlardan nəql etməyinizdə, sizin üçün bir günah yoxdur. Bu da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu hədisini xatırlatmaqdadır:

"Kitab əhli, sizə bir şey danışdıqlarında, onları, təsdiq də etməyin, təkzib də."

Doğru olduğu qətiliklə bilinən xüsusları danışmağa gəlincə, bu xüsusda nə icazə varid olmuşdur, nə də qadağa.

"Fəthu'l-Bari"dən nəqllər, burda bitir.

---------------------------------

"İsrailiyyat" haqqındakı mübahisələr, böyük ölçüdə, tabiun alimlərindən olan Ka'b b. əl-Axbar ilə Vehb b. Münəbbih'in rəvayətləri və onların güvənirliyi üzərində mərkəziləşmiş; haqlarında, klassik İslam qaynaqlarında yazılanlar, müasir dövr tənqidçilərinin əsasını meydana gətirmiş; bu 2 alimdən nəql edən səhabələrin adları da, mübahisə sırasında bəhs mövzusu edilmişdir. Səhabənin, tabiundan rəvayəti; və məvquf rəvayətlər gündəmə gəlincə, böyüklərin kiçiklərdən və ya səhabənin tabiundan rəvayəti kimi məsələlər də, ələ alınmışdır. İraqi'nin təsbitinə görə, səhabənin tabiundan 20-yə yaxın rəvayəti mövcud olub, bunlardan nə qədərinin İsrailiyyata dair olduğu, bilinməməkdədir. Lakin imam Cəlaləddin əs-Suyuti'nin bu mövzuya dair verdiyi nümunələrin heç biri, İsraili rəvayətlərdən deyildir (Suyuti, "Tədribu'r-Ravi", ll, 389).

---------------------------------

---------------------------------

Əlavələr:

7362. əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

Kitab əhli, Tövratı, ibranicə oxuyur və Onu, ərəb dilində, Müsəlmanlara təfsir edirlərdi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Kitab əhlini, təsdiq də etməyin, təkzib də. (Ancaq), belə deyin:

... ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ اليكم

"Biz, Allaha və bizə endirilənə iman etdik. Və sizə endirilənə..." (bax: Bəqərə/136)

--------------------------

7363. Abdullah b. Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Siz, hər hansı bir şey haqqında, kitab əhlindən necə soruşursunuz? (Halbuki), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə endirilmiş olan kitabınız, kitabların ən gəncidir. Sizlər, onu, xalis olaraq və (içinə başqa heç bir şey) qarışmamış olduğu halda oxumaqdasınız. (Bu Kitab):

~ kitab əhlinin, Allahın kitabını təbdil edib dəyişdirdiklərini;

~ kitabı, öz əllərilə yazdıqlarını; və

~ Onu verib az bir şey almaq üçün, 'Bu, Allah qatındandır.' dediklərini

sizə söyləmişdir.

Diqqət edin! Sizə gəlmiş olan elm, onların məsələləri haqqında soruşmağı nəhy edir. Allaha and olsun ki, Biz, onlardan heç kimi, sizə endirilmiş olan Kitab haqqında, sizdən soruşarkən görməmişik!"

--------------------------

Şərhi:

Abdu'r-Razzəq'in, Hureys b. Zahir'dən nəqlinə görə, Abdullah b. Abbas, belə demişdir:

"Kitab əhlindən, (dininiz haqqında hər hansı bir şey) soruşmayın! Çünki onlar, nəfslərini azdırmış kimsələr olaraq, sizə, doğru yolu əsla göstərməyəcəklər. (Onlara tabe olsanız), ya haqqı yalanlayarsınız; ya da bir batili təsdiq edərsiniz." ("Musannəf", Vl, 111)

Süfyan əs-Sevri, bu xəbəri, bu isnadla, ancaq bu ləfzlə nəql etmişdir:

"Kitab əhlindən, hər hansı bir şey soruşmayın! Çünki onlar, azmış kimsələr olaraq, bir haqqı yalanladığınız və ya bir batili təsdiq etdiyinizi sizə xəbərdarlıq etmədən, sizə, doğru yolu əsla göstərməyəcəklərdir."

Bu xəbərin isnadı, həsəndir.

ibn Battal'ın nəqlinə görə, Mühəlləb belə demişdir:

"Bəhsi keçən nəhy (qadağa), kitab əhlindən, haqqında nass olmayan bir məsələ haqqında soruşmaqla bağlıdır. Çünki, bizim şəriətimiz, özü ilə kifayət edilə bilən bir dindir. Bizim dinimizdə hər hansı bir nass mövcud olmadığında, nəzər (düşünmə, təfəkkür) və istidlal, onlardan sual soruşmağa ehtiyac buraxmaz.

Bəhsi keçən nəhyə, bizim şəriətimizi təsdiq edən xəbərlərlə, keçmiş ümmətlərə dair xəbərlər haqqında sual soruşmaq, daxil deyildir. Allah Taala'nın,

...فَسْـَٔلِ ٱلَّذِينَ يَقْرَءُونَ ٱلْكِتَـٰبَ مِن قَبْلِكَ ۚ...

"...Səndən əvvəl kitabı oxuyanlardan soruş..." (Yunus/94) ayətinə gəlincə, bundan məqsəd: "kitab əhlinin iman edənləri (yəni, müsəlman olanları)"dır. Nəhy isə, onlar içindən iman etməyənlərdən sual soruşmağa dairdir.

Əmrin (yəni, ayədəki əmrin), tövhid və Muhammədi risalət və bənzəri mövzularla bağlı olması; nəhyin isə, bunun xaricindəki şeylərlə bağlı olması ehtimalı da mövcuddur.

Muaviyə belə demişdir:

"Ka'b əl-Axbar, kitab əhlindən bizə xəbər verənlərin ən doğru sözlüsüdürsə də, bəzən yalan söyləməkdə olduğunu da təcrübə etməkdəyik."

Yəni, onun rəvayətlərilə şəxsi haqqındakı məlumatlar arasında, ziddiyyət mövcuddur.

ibnu't-Tin, belə deyir:

Bu, ibn Abbas'ın, Ka'b əl-Axbar haqqındakı: "Dəyişdirdi və yalana düşdü." şəklindəki ifadəsinə bənzəməkdədir.

Muaviyə'nin sözündəki "muhaddisin" kəliməsindən məqsəd: "Ka'b əl-Axbar kimi kitab əhlindən olan; sonra Müsəlman olan kimsələr"dir.

Ka'b, kitab əhlindən rəvayət edərdi. Onların kitablarına baxıb, orda olan şeyləri nəql edənlər də, belədir.

ibnu't-Tin, belə davam edir:

Hər halda, onlar da, Ka'b kimi idilər. Ancaq Ka'b, onlardan daha bəsirətli və çəkinəcəyi şeyi çox yaxşı bilən biri idi.

ibn Hibban, "Kitabu's-Siqat"da, belə deyir:

"Muaviyənin məqsədi, Ka'b'ın yalançı olduğunu bildirmək deyil; verdiyi xəbərlərdə, bəzən xəta etdiyini vurğulamaqdır."

Bir başqası isə, belə demişdir:

"Li nəbluvə aleyhi = onu təcrübə etməkdəyik" ifadəsindəki "hu/o" damiri, Ka'b yerinə deyil; kitab yerinə gətirilmişdir. Yəni, "kitablarını dəyişdirib təhrif etdikləri üçün, içində yalan-yalnış şeylər yer almışdır." deməkdir.

(Qadı) İyad'ın bu mövzudakı görüşü isə, belədir:

Bəhsi keçən "o" şəxs əvəzliyinin:

~ kitab;

~ Ka'b; və

~ yalan söyləmək istəməsə və məqsədli olmasa belə, "Ka'b'ın sözü"

yerinə gətirilmiş olması, mümkündür. Çünki:

"Yalan" sözündə, məqsədli olmaq, şərt deyildir. Tam əksinə, yalan, "hər hansı bir şeyi, olduğunun əksinə xəbər vermək"dən ibarətdir. Bunda, Ka'b'ı yalançılıqla cərh etmək vəsfi yoxdur.

ibnu'l-Cevzi isə, belə deyir:

İfadənin mənası, budur:

Ka'b'ın kitab əhlindən xəbər verdiyi bəzi şeylər, əslsizdir. Yoxsa, cümlənin mənası, 'Ka'b, qəsdən yalan söyləməkdədir.' demək deyildir. Çünki, Ka'b, alimlərin xeyirlilərindəndir. Bu, Zi Ra'in oğullarından Ka'b b. Mati b. Amr b. Qays olub, künyəsi, əbu İshaq'dır. O, Peyğəmbər (sallallahu aleyhi və səlləm) həyatda ikən, yaşlı bir şəxs idi. Yəhudi olub, onların kitablarını bilirdi. Hətta ona, Ka'bu'l-Xabr və ya Ka'bul-Axbar deyilirdi. Onun İslama girməsi, Ömərin zamanında olmuşdu. Bəziləri, "əbu Bəkr'in xəlifəliyi dövründə olmuşdur." demişlərdir. Ka'b'ın, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə Müsəlman olduğunu; və hicrətinin, daha sonra gerçəkləşdiyini söyləyənlər də vardır. Bu görüşlərdən birincisi (yəni, Ömərin dövründə müsəlman olması), daha məşhurdur. Ka'b, Mədinə'yə yerləşmiş və Ömərin xəlifəliyi dövründə, rumlar (romalılar) ilə döyüşmüşdür. Sonra, Osmanın xəlifəliyi dövründə, Şama getmiş və Onun xəlifəliyi dövründə, hicri 32 və ya 33 və ya 34-cü ildə, Humsda vəfat edincəyə qədər, burda iqamət etmişdir. Vəfat tarixlərindən birincisi, daha çox adam tərəfindən tərcih edilmişdir.

ibn Sa'd'ın, Abdu'r-Rahmən b. Cubeyr b. Nufeyr'dən nəqlinə görə, Muaviyə belə demişdir:

"Diqqət edin! Ka'b əl-Axbar, alimlərdən biridir. Biz, onun haqqında aşırı getmiş olsaq belə, onda, dənizlər kimi elm vardır."

"Kitab əhli, Tövratı, ibranicə oxuyur və Onu, ərəb dilində, Müsəlmanlara təfsir edirlərdi."

Bu xəbər, eyni isnad və mətnlə, Bəqərə surəsinin təfsirində keçmişdi. Buna görə, "kitab əhli" ifadəsindən məqsəd: "yəhudilər"dir. Lakin, bu hökm ümumi olduğu üçün, xristiyanları da əhatə etməkdədir.

"Kitab əhlini təsdiq də etməyin, təkzib də."

Bu ifadə başlıqda keçən hədislə zidd düşməz. Çünki orda, kitab əhlindən sual soruşmaq nəhy edilirdi. Burda isə, onların sözlərini təsdiq (doğrulamaq) və təkzib (yalanlamaq) qadağan edilməkdədir.

İkinci xəbər, "kitab əhlinin, Müsəlmanlara xəbər vermək üçün sözə başlamaları ilə bağlıdır." deyə açıqlanmışdır.

(ibn Həcər Asqalani, "Fəthu'l-Bari bi şərh-i Sahihi'l-Buxari", 96-cı Kitab: "Kitabu'l-İ'tisam bi'l-kitəbi və's-sunnəti = Kitab və Sünnətə sarılmaq kitabı", 25-ci bab: "Nəbi (sallallahu aleyhi və səlləm)'in: 'Kitab əhlindən hər hansı bir şey soruşmayın.' sözü babı")

 

 

 

 

Read 64 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR